SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə33/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   116

 
 
80 
seçilməsi,  qoyuluşu  haqqında  qərar  sərbəst,  impulsiv,  iradi,  subyektiv  ola 
bilər, lakin analitik, diaqnostik və proqnostik xüsusiyyətli elmi informasiyaya 
əsaslanmalıdır.  Hər  bir  normativ  proqnozlaşdırmanın  metodoloji  əsası 
məqsədyönümlüyün  qabaqcadan  xəbərvermə  deyil,  qərar  olduğunu  təsdiq 
etməkdir. Bu nəzərə alınmazsa, proqnoz səmərəli olmayacaq. Məqsəd qərarın 
xüsusiyyətlərindən olub, subyektin sosial aktivlik mexanizmlərindən biri kimi 
çıxış edir. Bu mexanizmin əsas hissələri aşağıdakılardan ibarətdir:  
1)sosial dəyərlər (insanlar üçün sosial mahiyyətli olan hər şey); 
2)tələbatlar (dəyərlərin istifadə imkanları və cəhdləri); 
3) maraqlar (dərkedilmiş tələbatlar); 
4) motivlər (dərkedilmiş tələbatlar əsasında yaranan fəaliyyət); 
5) təmayüllər (yönəlmənin müəyyənləşməsi); 
7) məqsəd (həyata keçirilməli olan haqqında qərar); 
8) fəaliyyətə başlamaq haqqında qərar; 
9) fəaliyyət (tələbatların təmin edilməsinə, məqsədlərə nail olmağa yönəlmiş 
hərəkət). 
Məqsəd  dəyərlər,  tələbatlar,  maraqlar,  motivlər,  oriyentasiya,  təmayüllər 
olmadan  mümkün  deyil.  Məqsədlərin  təsnifatı  bir  çox  meyarlar  (maddi  və 
mənəvi,  qlobal  və  lokal,  istehsal  və  qeyri-istehsal,  fərdi  və  qrup  şəklində, 
minimal  və  maksimal,  sadə  və  mürəkkəb,  yüksək  və  alçaq  və  s.)  əsasında 
müəyyənləşir.  Məqsədlərin  təsnifatı  üçün  əsas  meyarlar  aşağıdakılardır: 
perspektivlik  (yaxın  və  uzaq),  təzahür  xüsusiyyəti  (məqsəd  vasitə  və 
özünüməqsəd  kimi),  təyin  etmə  (funksional  və  predmetli)  və  s.  Məqsəd  hər 
hansı bir problemin həll edilməsi cəhdidir, sosial məqsəd isə müəyyən  sosial 
problemi  həll  etməyə  cəhddir.  Bu  məqsədin  müəyyən  problemlə  dialektik 
vəhdətindən irəli gəlir. Məqsədlər sistemi strukturca şəcərəlidir. Məqsədlərdən 
hansısa  əsas,  son,  ali,  yaxud  məqsədli,  digərləri  isə  köməkçi,  aralıq,  yaxud 
aşağı  dərəcəli  ola  bilər.  Hər  bir  səviyyə  alt  bölmələrə  malik  olur.  Mürəkkəb 
məqsədlər  sistemi  də,  mürəkkəb  problemlər  sistemi  kimi  «məqsədlər  ağacı» 
prinsipi ilə  qurlur.  Bu prinsipin  əsasında  son  məqsəd  durur,  sonra  isə ikinci, 
üçüncü  və  s.  ardıcıllıqla  digər  məqsədlər  müəyyənləşir.  Məqsədli  qərarların 
hazırlanması prosesi aşağıdakı mərhələlərə bölünür:   
-  məqsədli  qərar  yalınz  mövcud  proses  və  təzahürün  məqsədyönümlüyü 
şəraitində  hazırlana  bilər  (proses  perspektivdə  müəyyənləşmiş,  nisbi  bitmiş 
vəziyyətə  malik  ola  bilər,  maddi,  yaxud  ideal  model  məqsəd  kimi 
müəyyənləşir);   
-  məqsədəuyğunluq  məqsədyönümlüyün  zəruri,  lakin  natamam  zəminidir. 
Fəaliyyətin  obyektiv  inkişaf  şəraiti  üçün  məqsədyönümlük  və  fəaliyyət 
subyektinin inkişafı üçün məqsədə doğru yönəlmə vacibdir


 
 
81 
-  məqsədin  formalaşması  prosesi  (məqsədli  qərarın  hazırlanması)  mövcud 
tələbatın,  həmçinin  tələbatın  təmin  olunması  məqsədləri  və  yollarının  etirafı 
və dərkedilməsi yolu ilə reallaşır; 
- məqsədin formalaşması məqsədli qərarlarla – məqsədin qoyuluşu və ehtimali 
məqsəd  ilə  sona  çatır.  Bu  iki  anlayış  məqsədin  formalaşması  prosesinin  son 
mərhələsinin  analiz  səviyyəsindən  asılı  olaraq  ikili  mənalandırılır:  1)  biri  – 
ilkin  qərar  kimi,  digəri  –  son  qərar  kimi;  2)  sinonimlər  kimi  – 
məqsədəuyğunluq,  məqsədyönümlük,  məqsədin  yaradılması,  məqsədin 
qoyuluşu «məqsədin formalaşması» anlayışı altında birləşir.  
-  məqsədyönümlüyün  əsas  elementi  –  məqsədin,  yaxud  qərar  məqsədinin 
seçilməsi  çox  hallarda  seçim  azadlığından  asılı  olur.  Əgər  seçim  yoxdursa, 
məqsəd  də  şərti  xüsusiyyət  daşıyır,  yəni  nəticə  əvvəlcədən  müəyyənləşir. 
Təcrübədə  müxtəlif  seçim  məhdudiyyətləri,  keçmişlə  səbəb-nəticə  əlaqələri, 
indiki  zamanının  xüsusiyyətləri  və  gələcək  imkanlardan  asılılıq,  müxtəlif 
ideyaların məntiqi uyğunluğu tələbləri, məqsədlər sistemində hər bir məqsədin 
üstünlüyü və s. məsələləri müəyyənləşir.  
-  məqsədyönümlüyün  əsası  –  «məqsəd»,  «vasitə»,  «nəticə»  kateqoriyalarının 
dialektik  qarşılıqlı  əlaqəsi  ilə  bağlıdır.  Məqsəd  vasitəsiz  həyata  keçirilə 
bilməz.  Bir  məqsədə  nail  olma  digər  məqsəd  üçün  vasitə  ola  bilər. 
Məqsədyönümlüyün  bu  xüsusiyyəti  məqsədin  funksional  və  predmetli 
olanlara  bölünməsində  öz  əksini  tapıb.  Çox  zaman  fəaliyyətin  son  nəticəsi 
qoyulan  məqsədlə  üst-üstə  düşmür.  Məqsədlə  fəaliyyətin  üst-üstə  düşməsi 
üçün məqsədyönümlüyün səmərəliliyi artırılmalıdır.          
-  məqsədlərin  qarşılıqlı  tabe  edilməsinin  zəruriliyi  sistemləşdirmə  prinsipləri 
məsələsinin  həllini  tələb  edir.  Müxtəlif  xüsusiyyətli  məqsədləri 
sistemləşdirmək  üçün  onları  təsnif  etmək  və  növləşdirmək  vacibdir.  Sosial 
məqsədlərin  təsnifatı  tamın  tərkib  hissələrinin  analizinə,  növləşdirmə  isə 
tərkib  hissələrin  tamda  sintezinə  əsaslanır.  Sosial  məqsədlərin  təsnifatı  və 
növləşdirilməsi  üsulu  sosial  problemlərin  təsnifat  və  növləşdirilməsilə 
oxşardır.  Bu  sosial  məqsəd  və  sosial  problemlərin  sıx  əlaqəsilə  bağlıdır. 
Subyektinə görə şəxsi, qruplu, sinifli, Milli və digər ümumi sosial məqsədlər 
fərqləndirilir.  Obyektinə  görə  –  sosial  iqtisadi,  sosial  coğrafi,  sosial  etnik, 
sosial  mədəni,  sosial  hüquqi,  sosial  siyasi  və  s.,  miqyasına  görə  –  qlobal, 
regional,  lokal,  davamiyyət  amilinə  görə  –  cari  və  perspektiv,  zərurilik 
dərəcəsinə görə – köhnə və yeni, təzahür xüsusiyyətlərinə görə – bilavasitə və 
vasitəli, mürəkkəblik səviyyəsinə görə – sadə və mürəkkəb, dəyər yönümünə 
görə – yüksək və aşağı və s. məqsədlər fərqləndirilir. 
Sosial  məqsədlərin  növləşdirilməsi  müxtəlif  sosial  qrup  və  institutların 
xüsusiyyətləri  nəzərə  alınmaqla  məqsədlərin  aşkar  edilməsini  tələb  edir. 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə