SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə26/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   116

 
 
63 
sistemlər seçmək mümkün olmur və müxtəlif tipli sistemlərin müqayisəsindən 
əldə  edilən  informasiya  istifadə  edilir.  Belə  müqayisə  zamanı  təsadüfi, 
subyektiv  nəticələr  alınması  təhlükəsi  çoxalır.    İnformatika,  statistika  və 
komparativistikada  (müqayisəli  dilçilik)  çox  sayda  müqayisəli  analiz 
metodları  mövcuddur.  Komparativ  metodologiyasının  formalaşması, 
komparativ  prosedurlar  və  müqayisə  nəticəsində  əldə  edilən  nəticələrlə  bağlı 
aşağıdakılar qeyd edilə bilər: 
I.  Komparativ  massivin  formalaşması.  Təcrübə  göstərir  ki,  müqayisəli 
tədqiqat aparılması üçün göstəricilərin minimal sayı bir neçə on ola bilir. Əks 
təqdirdə  böyük  tədqiqat  qrupları  uzun  müddətli  vaxt  və  vasitələr  sərf 
etməlidirlər.  İnformasiya  massivinin  genişləndirilməsi  son  göstəricilərin 
səmərəliliyini  azaldır.  Reprezentativ  (təmsilçi)  minimumların  iki  seçilmə 
metodu mövcuddur: əvvəlki meyarlara görə potensial massivin mərkəzə doğru 
daralması;  ilkin  olan  kimi  qəbul  edilən  massivin  hər-hansı  bir  elementinin 
tədrici  genişlənməsi.  İnformasiyanın  potensial  massivinin  daralması  tədqiqat 
çərçivəsindən  çıxan  göstəricilərin  tədricən  ixtisar  olunması  ilə  müşayiət 
olunur.  Son  seçim  əsasında  tədqiq  edilən  obyektin  sosial  göstəricilər 
sisteminin məhdud çərçivəsi müəyyənləşir. Ümumi şəkildə komparativ massiv 
tədqiq  edilən  obyektin  göstəricilər  toplusu  kimi  təqdim  edilir.  Bu  formada 
müəyyənləşdirilən informasiya massivi müqayisəli tədqiqat aparmaq üçün tam 
reprezentativ olur.   
II.  Komparativ  prosedur:  göstəricilər  blokudur.  Müqayisəli  analiz  iki 
mərhələyə  bölünür:  göstəricilər  blokunun  müqayisəsi;  müəyyən  göstəricilər 
haqqında  məlumat  daşıyan  tədqiqat  proseduru.  Prosedurlar  aşağıdakılardan 
ibarətdir: 
a) müxtəlif sistemlərdə göstəricilər blokunun müqayisəsi; 
b) tədqiq edilən sistemlərin struktur bloklarının müqayisəli analizi kəmiyyət-
keyfiyyət  xüsusiyyətli  prosedur  olub,  ayrı-ayrı  blokların  münasibətini 
müəyyənləşdirir. 
c)  hər  bir  sistemin  daxili  strukturunun  müqayisəli  analizi  və  özünəməxsus 
xüsusiyyətlərinin  öyrənliməsi  əsasında  sistemlər  növlərinə  görə  bloklarda 
birləşdirirlir.  
ç)  sistemin  daxili  mahiyyətinin  müqayisəli  analizi  proseduru  keyfiyyət 
xüsusiyyətlidir.  
III.  Komparativ  prosedur:  ayrı-ayrı  göstəricilərin  təkmilləşdirilməsi 
üçün tövsiyyələr hazırlanır. Bu məqsədlə 3 tədqiqat proseduru aparılır: 
a) bloka daxil olmayan göstəricilərin müqayisəsi
b) həm bloklar, həm də göstəricilərdən ibarət olan sistemlərin müqayisəsi; 
c) xüsusi növ göstəricilərin müqayisəli keyfiyyət analizi. 


 
 
64 
Sosial  obyektin  ilkin  modelinin  qurulması  üçün  istifadə  edilən 
göstəricilərin  tipologiyası.  Sosial  göstəricilər  sistemində  əsasən  xüsusi  tip 
göstəricilərdən istifadə edilir. Bu göstəricilərdən ən geniş yayılanı faiz payıdır. 
Məsələ düzgün qoyulduqda bu göstərici tədqiqatçıya daha çox məlumat verir. 
Nəzərə  almaq  lazımdır  ki,  sosial  göstəricilər  –  bütövlükdə  sosial  statistika 
deyil,  onun  kiçik  bir  hissəsidir.  Bu  göstəricilər  əsasında  vacib  sosial 
dəyişiklikləri  ölçmək,  zaman  və  məkan  çərçivəsində  dinamik  göstəricilər 
sırasını qurmaq mümkündür. Belə yanaşma bilavasitə tədqiq edilən obyektin 
bu  və  ya  digər  tərəfilə  bağlı  sosial  göstəricilər  sistemini  əlaqələndirir  və 
ayrılıqda hər bir göstəriciyə qarşı xüsusi tələblə çıxış edir. Sosial göstəriciləri 
seçərkən aşağıdakıları müəyyənləşdirmək vacibdir: 
- təcrübədə istifadə üçün göstəricinin informasiya bazasını; 
- göstəricinin obyektin mahiyyətinə uyğunluq dərəcəsinin
- göstəricinin formalaşdırılması imkanlarının; 
-göstəricinin nəzəri və təcrübi işin məqsədlərinə uyğunluğunu; 
- lazım olduqda göstəricinin daha səmərəli olanla dəyişdirilməsi imkanının; 
-  fərqli  və  müqayisəli  əməliyyatlarda  ölçünün  nəticələrinin  təhlili  üçün 
göstərici imkanlarını.  
Ümumilikdə  müqayisəli  analiz  bu  və  ya  digər  sistemin  tarixi  yanaşma 
əsasında tədqiqini tələb edir. Məhz hər iki yanaşmanın uyğun şəkildə istifadə 
edilməsi  tam  informasiya  verə  bilər.  Göstəricilər  sistemində  struktur  və 
problem prinsiplər istifadə edilməlidir. Yalnız bu əsaslarda göstəricilər sistemi 
səmərəli  ola  bilər.  Müəyyən  göstəricilərin  seçilməsi  sistemlilik, 
reprezentativlik,  uyğunluq,  informasiyalılıq,  müqayisə,  əsaslandırma, 
səmərəlilik,  qənaətcillik,  universallıq  və  funksiyalaşma  prinsiplərinə 
əsaslandırılmalıdır. Bu göstərir ki, hər bir göstərici müəyyən sistemin təsadüfi 
elementi  olmamalıdır,  tədqiq  edilən  obyektin  bu  və  ya  digər  tərəfinin 
xüsusiyyətlərini əks etdirməli, onun əhatəli təhlili üçün tam məlumat verməli, 
obyektin  müxtəlif vəziyyətlərinin tədqiqi üçün şərait yaratmalıdır. Nəzəriyyə 
və  təcrübənin  müəyyən  məqsədlərinə  nail  olmaq  üçün  tədqiqat  zamanı 
göstərici  ən  az  zaman,  qüvvə  və  vasitələr  itkisi  ilə  çox  səmərəli  olmalı, 
aqreqasiya (hissələrin birləşdirilməsi) və dezaqreqasiya (hissələrin ayrılması) 
bacarığı olmalı, bütün eynicinsli təzahürlərin təhlili üçün yararlı olmalı, tətbiq 
edildiyi hər bir əməliyyatın məqsəd və vəzifələrinə uyğun olmalıdır.    
5.Tələb olunan göstəricilər daşıyıcısı olan mətnlərin informasiya analizi  
Sənədli mənbələrin tədqiqi üçün çox sayda üsullar məlumdur: sosiologiya 
və sosial psixologiyada – kontent-analiz, arxivşünaslıq; informatikada – iknci 
dərəcəli elementlər kütləsini aşkar etmək üçün ilkin mənbələrin analitik təhlili 
metodu;  faktiki  informasiya  mətnlərindəki  məlumatların  indeksləşdirilməsi 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə