SəADƏt davud qizi məMMƏdova


Mövzu  5.  İLKİN  MODELİN  QURULMASI  VƏ  ONUN  ANALİZİ



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə23/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   116

 
 
56 
Mövzu  5.  İLKİN  MODELİN  QURULMASI  VƏ  ONUN  ANALİZİ. 
PROQNOZ FONU MODELİNİN QURULMASI 
 
Sosial  həyat  təzahürlərinin  proqnozu  proqnoz  modelinin  qurulması  ilə 
başlayır  və  qurtarır.  Sosioloji  tədqiqatlarda  təsviri  modeldən  istifadə  edilir, 
çünki  sosioloji  tədqiqatların  riyaziləşdirilməsi  aşağı  səviyyədədir.  Bununla 
əlaqədar  olaraq, sosioloji  proqnoz  modeli  tənliklər sistemi,  qaydalar toplusu, 
cədvəl  və  s.  şəklində  görünür  və  tədqiqat  obyektinin  strukturunu  və 
xüsusiyyətini  əks  etdirən müəyyən  təyinatlı  göstəricilər  məcmusundan  ibarət 
olur.  Sosioloji proqnozlaşdırma  modelinin predmeti  –  analitik,  diaqnostik  və 
proqnostik xüsusiyyətli keyfiyyət qiymətləndirilməsinə uyğun formalı tədqiqat 
obyektidir.  İlkin  proqnozlaşdırma  modeli  proqnoz  tədqiqatın  əsasını  təşkil 
etdiyindən  oun  hazırlanması  vacibdir.  İlkin  modelin  sadə  tipi  –  nizamlı 
göstəricilər toplusudur. Göstərici – sosial təzahürün, yaxud prosesin əməliyyat 
xarakteristikası olub, onların mahiyyətini, əlaqə və münasibətlərini əks etdirən 
ölçü alətidir. Göstərici müşahidə edilən obyektə dair tənqidi, yaxud təqdiredici 
mühakimələr  toplusudur.  Məsələn,  adam  başına  düşən  orta  gəlir  səviyyəsi 
cəmiyyətin  maddi  rifah  halının  göstəricisidirsə,  havanın  çirklənməsi  ətraf 
mühitin  qorunması  səviyyəsinin  göstəricisdir.  Geniş  mənada  göstərici 
obyektin  potensial  və  ya  aktual  empirik  yoxlanma  xüsusiyyətini  əks  etdirir. 
Məsələn,  hüquq  pozuntuları,  qidalanma  keyfiyyəti,  Milli  gəlirdə  ixracın 
səviyyəsi  cəmiyyətin  müxtəlif  sahələrinin  funksiyalaşması  göstəricisidir. 
Sosial  göstərici  sosial  təzahür,  yaxud  prosesin  mahiyyətini,  əlaqə  və 
münasibətlərini əks etdirir və onun ölçü aləti kimi çıxış edir.  
Göstəricinin strukturu – indikatum (ölçülər) və indikatordan (ölçən) ibarət 
olur.  İndikatum  həmişə  indikatorun  nəzərində  olur.  Məsələn,  «nigaha  daxil 
olmanın orta yaş həddi» - indikatum, müəyyən yaş həddini nəzərdə tutan isə – 
indikatordur.  «İndikatum»  və  «indikator»  strukturlu hər  bir  sosial  göstəricini 
P(x) (P mahiyyətli x obyekti) ilə ifadə edirlər. Hər bir sosioloji tədqiqatın əsas 
məqsədi tədqiq olunan təzahür və prosesləri izah etmək, dəyişənlər arasındakı 
funksional və səbəb əlaqələrini aşkar etməkdir. Funksional əlaqələr göstəricisi 
P(x)YK(x)  –  məntiqi  forma  ilə  ifadə  edilə  bilər.  Belə  ki,  əgər  x  obyekti  P 
mahiyyətinə  malikdirsə,  deməli  K  mahiyyətinə  də  malikdir.  Müxtəlif 
obyektlər  arasındakı  əlaqə  isə  P(x)YK(y)  formulu  ilə  müəyyənləşir.  Bu 
formullar müəyyənləşmiş mahiyyətə malik olan göstəricilərə aid edilir. 
 
 
 
 


 
 
57 
Sosial göstəricilərin növləri: 
1.Kəmiyyət  və  keyfiyyət  göstəriciləri.  Keyfiiyyət  göstəriciləri  nominal 
şkalada kəmiyyətin olduğunu, yaxud olmadığını bildirir (cins, milliyyət, yaş). 
Kəmiyyət göstəriciləri «az-çox» mahiyyəti ilə əlaqədar diskret (fasiləli) (məs., 
əhalinin  sayının  müəyyən  vaxtlara  görə  dəyişməsi)  və  fasiləsiz  (məs.,  yaş, 
zaman itkisi) ola bilər.  
2.Vahid və qruplu Vahid göstəricilər dedikdə, vahid predmet kimi qəbul 
edilən indikatum başa düşülür və mütləq, nisbi, müqayisəli, bitkin mahiyyətli 
(kontekstual)  formalara  malik  olur.  Qrup  göstəricilərinin  üç  növü  –  analitik, 
struktur və qlobal – fərqləndirilir.   
Bir  neçə  növün  bir  göstəricidə  (qrup,  yaxud  fərdlə  bağlı)  birləşdirilməsi 
mümkündür.  Sosial  göstəricilər  sosial  təzahür,  yaxud  göstəricinin  tədqiqat 
nəzəriyyəsindən  metodologiyaya  keçidini  əsaslandırır  və  empirik  məlumatın 
toplanaraq,  analiz  və  izah  edilməsi  və  bu  əsasda  obyektin  konseptual 
modelinin qurulmasını ifadə edir.  
İlkin modelin hazırlanması. 
İlkin modelin qurulması mərhələləri: 
1) obyektin konseptual modelinin qurulması;  
2) göstəricilərin ideoqrafik (işarəli) göstəricilərinin qurulması;  
3) göstəricilərin ekspert qiymətləndirilməsi;  
4) göstəricilərin riyazi-statistik qiymətləndirilməsi.  
Obyektin konseptual modelinin hazırlanması 
Konseptual modelin hazırlanması məqsədilə aparılan təhlil zamanı obyekt 
məhdud  ölçü  vahidi  kimi  təqdim  edilir.  Sonra  isə  həmin  obyektin  bütün 
mümkün  vəziyyətləri  eyniləşdirilir  və  qiymətləndirilir.  Öz  mahiyyətinə  görə 
bu  əməliyyat  obyektin  məntiqi-analitik  sxeminə  uyğundur.  Məsələn,  «dəyər 
yönümlərinin  struktur»  modeli  qurularkən  –  əmək,  məişət,  mədəni,  ictimai 
fəaliyyət  yönümü    struktur  komponentləri  kimi  müəyyənləşir.  Sonrakı 
mərhələdə hər bir komponentin keyfiyyət forması təyin edilir. Adətən model 
qurularkən  nəzərə  alınır  ki,  hər  bir  struktur  komponenti  bir  neçə  normativ 
forma  ala  bilər,  məsələn,  ali,  orta,  aşağı.  Bu  formalar  obyektin  həyat 
fəaliyyətinin hərtərəfliliyini təmin edə bilmir və gələcəkdə nəticə nəzəri analiz 
edilir.  Nəticədə  obyektin  çoxölçülü  analitik  modeli  formalaşır.  Sxem-
matritsada  obyektin  (dəyər  yönümləri)  4  təzahür  növünün  (əmək,  məişət, 
mədəni,  ictimai  fəaliyyət)  hər  biri  3  normativ  formaya  (ali,  orta,  aşağı) 
malikdir.  Sxem  «məntiqi  kvadrat»  sosioloji  tədqiqat  alətinə  uyğun  olaraq, 
mürəkkəb  sosial  obyektin  ümumi  göstəricisinin  hazırlanmasına  kömək  edir. 
Hər bir damada normativ bala uyğun göstəricilər qeyd edilir. Yekun birölçülü 
göstəricilər  əsasında  təsnif  edilir.  Belə  cədvəl  normativlərin  empirik  təhlili 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə