201
olmalıdır. Texnologiyalaşmanın mahiyyəti sosial obyektə təsirlə bağlıdır. Hər
hansı bir problemin olması yalnız onun texnoloji həlli imkanlarının olması
demək deyil. Sosial texnologiyaların hazırlanması və tətbiq edilməsi onların
bütün hallar üçün yararlı və etibarlı olması demək deyil. Texnologiyalaşmanın
mərhələlərindən olan qiymətləndirmə fəaliyyəti qiymətləndirmə planının
hazırlanması və həyata keçirilməsindən asılıdır. Qiymətləndirmə fəaliyyəti
səmərəlilik,
məhsuldarlıq,
məxaric,
rasionallıqdan
asılıdr.
Əgər
qiymətləndirmə mərhələsində müsbət nəticələr əldə edilirsə, nəticələri yayma
və tətbiq etmə mərhələlərinə keçmək olar. Bu fazalar yeniliklərin istifadə
edilməsi üçün zəruri texnoloji əməliyyatların hazırlanmasını tələb edir.
Sosial texnologiyaların ehtiyatları bir sıra sahələrlə bağlıdır. Texnoloji
inkişaf – elmi və istehsal texnologiyaları, sosial-siyasi sahələrdəki
fundamental və tətbiqi tədqiqatlarla bağlıdır. Sosial texnologiyaların işlənib
hazırlanması və tətbiqi prosesində müxtəlif metodikalar istifadə edilir:
konveyer sxemi, matritsa (qəlib) metodu, qərarlar və müqayisələr cədvəli,
evristik metod. Sosial texnologiyalar maket, model, layihələrlə bağlı olur və
fəaliyyətin rasional ardıcıllığının təmin edilməsinə yönəlir. Sosial
texnologiyaların mahiyyəti fəaliyyətlə deyil, fəaliyyətin müəyyən ardıcıllıqla
həyata keçirilməsi, yaxud fəaliyyət ardıcıllığının layihələşdirilməsi və
proqnozlaşdırılması ilə bağlıdır. N.S.Danakin sosial texnologiyalaşmanın
aşağıdakı mərhələlərini fərqləndirir: 1) sosial texnologiyaların ontoloji
(mövcudluğunun) əsaslandırılması; 2) sosial texnologiyaların əməliyyatlar
ardıcıllığı; 3) sosial texnologiyaların problemə uyğun olaraq, tətbiq edilməsi.
Sosial texnologiyaların ontoloji əsaslandırılmasının əsas meyarı prosessuallıq
(icra üsulu) hesab edilir. İki sosial prosesin uyğunluğu haqqında təsəvvür
kifayət deyil, tamlıq, kafilik, uyğunluq nöqteyi nəzərindən həmin proseslərin
tənqidi qiymətləndirilməsi də vacibdir. Bu məqsədlə prosesin növü, tipi,
özünəməxsus xüsusiyyətləri, aid olduğu şəraitin daxili mexanizmləri,
səmərəliliyi, istiqaməti analiz edilməlidir. Beləliklə, sosial proseslərin siyahısı
tərtib olunur.
Sosial proseslərin texnologiyalaşdırılmasının mahiyyəti aşağıdakılarla
bağlıdır:
1)prosesin formalaşması;
2)prosesin
məqsədli yönəldilməsi;
3) sosial prosesin optimallaşdırılması;
4) sosial prosesin sabitliyinin
təmin edilməsi;
5) özünütənzimləmə mexanizminin yaradılması;
6) lazımi şəraitin təmin olunması.