206
Sosial texnologiyalar sosial təzahürlərin bütün tərəflərini əhatə edərək, həqiqi
sosial və sosioloji informasiyanın alınmasına istiqamətlənir. Bu zaman ictimai
biliyin yeni əməliyyat və dərketmə səviyyəsinə çıxış yaranır. Burada sosial
subyektin diqqət önünə gətirilən informasiya əlaqələri KİV-in, public
relations, işgüzar ünsiyyətin sosiologiyasını əhatə edir. İnformasiyanın
səmərəli istifadəsi məsələsinin qoyuluşu sosial idarəetməyə yeni məna verir.
Qeyd olunan prinsiplər sosial-siyasi texnologiyalar sahəsində də keçərlidir
(təbliğat, seçicilərlə iş, siyasi monitorinq və modelləşdirmə). Sosial
proseslərin çoxamilli və alternativ inkişafı sosial dinamikanın müxtəlif
tərəflərinin yenidən təşkilatlandırılması ilə bağlı konseptual aparatın
yaradılmasına yönəlir. Sosial texnologiyaların əsas məsələsi bütün alternativ
variantların modellərinin qurulması, oxşar tərəflərin müəyyənləşdirilməsi,
alınan nəticələrin qiymətləndirilməsi vasitələrinin hazırlanması, birləşmə,
ayrılma və şaxələnmə mərhələlərinin dərk edilməsi ilə bağlıdır. Bu məsələnin
həll edilməsində riyazi metod və modellər böyük rol oynaya bilər.
«Model» anlayışı latın dilində «modulus» sözündən götürülüb, meyar,
nümunə, norma mənasını daşıyır. Elmin məntiqi və metodologiyasında model
– təbiət, yaxud sosial reallığın müəyyən hissəsinin, mədəniyyət məhsulunun,
konseptual-nəzəri təşkilin, yəni originalın analoqu (sxem, struktur, işarələr
sistemi) hesab olunur. Bu analoq obyektin mahiyyəti və strukturu haqqında
biliklərin qorunub saxlanması və genişləndirilməsinə xidmət edir. Qnoseoloji
nöqteyi-nəzərdən model – şüurda və təcrübədə originalın əvəzedicisidir.
Modelin işlənib hazırlanması və tədqiqinin nəticələri originala tətbiq edilir.
Məntiqi nöqteyi-nəzərdən bu ötürmə model və modelləşdirilən obyekt
arasındakı izomorfizm (eynilik) və homomorfizm (oxşarlıq) münasibətlərinə
əsaslanır. Modelin digər mahiyyəti məntiqi-riyazi sistemlərin təhlili ilə bağlı
olub, əlamətlərin sistemli şəkildə bu və ya digər məntiqi-riyazi hesablamaların
elementlərinə aid edilməsilə ifadə olunur.
Modelləşdirmə dərketmə obyektlərinin onların modelləri əsasında tədqiq
edilməsi metodudur. Modelləşdirmə predmetli ola bilər, yəni model originalın
müəyyən həndəsi, fiziki, dinamik, yaxud funksional xüsusiyyətlərini təkrar
istehsal edə bilər. Analoqlu modelləşdirmə dərketmə metodu olub, original və
model vahid riyazi nisbətdə təsvir edildikdə istifadə edilir. İşarəli
modelləşdirmədə sxemlər, çertyojlar, formullar model ola bilər. Belə
modelləşdirmənin əsas formalarından biri məntiq və riyaziyyatın təsiretmə və
deduktiv vasitələrilə reallaşdırılan məntiqi-riyazi modelləşdirmədir. İşarəli
fəaliyyət, bu və ya digər səviyyədə işarəli qurğuların yenidən
təşkilatlandırılması və məntiqi-riyazi modellərin qurulması işarələr, yaxud
əməliyyatların zehni-əyani təsviri ilə bağlıdır. Modelləşdirmə çox zaman
207
uyğun göstəricilərin tədqiqinə əsaslanır. Bu zaman göstəricilər dəyişə bilir və
uyğun olaraq, modelin təsviri imkanları genişlənir. Dəyişən göstəricilər,
obyektin parametrləri dəyişənlər adlanır. Qərarların qəbulu ilə bağlı riyazi
modelləşdirmədə daxili və xarici, idarə edilən və idarə edilməyən, təsadüfi və
qeyri-müəyyən dəyişənlər seçilir. Daxili dəyişənlər – obyektin şəxsi
parametrləridir. Digər dəyişənlər isə xarici dəyişənlər olub, model
çərçivəsində müəyyənləşmir, xaricdən təşkilatlanır. İdarə edilən dəyişənlər
rəhbər, yaxud tədqiqatçı tərəfindən seçilir. İdarə edilməyən dəyişənlər
tədqiqat subyektinin iradəsindən asılı olmayaraq mövcud olur və onların
mahiyyəti ancaq qeydiyyata alınır. Bu dəyişənlər təsadüfi, yəni bəzi ehtimali
qanunlara əsaslanmayan, yaxud qeyri-müəyyən, nəzarət edilməyən və ehtimali
təbiətə malik olmayan ola bilir.
Müasir dövrdə sosial sistemin müxtəlif istiqamətli inkişaf modellərinin
kompüter variantları geniş istifadə edilir. Bu zaman sosial sistemlərin
kompüter modellərinin funksiyalaşmasını (yaranma, tənəzzül, və məhv
olmasını) vizual olaraq müşahidə etmək, sosial sistemlərə dair optimal
proqnozlar vermək, yeni nəzəri hipotezlər irəli sürmək, əldə olunan
göstəricilər əsasında empirik tədqiqatlar aparmaq və uyğun tövsiyələr
hazırlamaq imkanları yaranır. Bu modellər sırasında Education-Based
Modeling (təhsillə bağlı model) – sosial sistemlərdə səbəb-nəticə əlaqəli
kəmiyyət göstəricilərinin, Neuro-Based Modeling (neyro (əsəb) sistemlə bağlı
modellər) – sosial sistemlərin təhsillənməsi, səmərələşdirilməsi və
uyğunlaşdırılması, Artificial Intelligence-Based Modeling (süni ağılla bağlı
modellər)– bilik, mahiyyət, simvol, evristik göstəricilər və s.-in
modelləşdirilməsilə bağlıdır.
Socio-concrete models (konkret sosial modellər) konkret sosial sistemlərin
qurulması və funksiyalaşması qanunlarının müəyyənləşdirilməsinə yönəlir. Bu
modellər dövlət statistik göstəriciləri, ictimai rəylə bağlı ekspert və əhali
arasında aparılan sorğuların, müşahidənin nəticələrinə əsaslanır.
Models Solving problems (problemin həlli ilə bağlı modellər) idarəetməyə
dair tövsiyələrin işlənib hazırlanması modeli kimi kampaniyaların menecer və
işçi heyətinin fəaliyyətinin tənzimlənməsi məqsədilə istifadə edilir.
Social Software Engineering (sosial texniki proqramlaşdırma) iterativ
(çoxsaylı) prosedurlu proqramlaşdırma əsasında empirik tədqiqatlar və
kompüter eksperimentləri aparılmasına yönəlir. Əməliyyatlar prosesi
kompüter sisteminin funksiyalaşması tələb olunan meyarlara, məsələn,
pozitivizm, realizm, konvensionalizm, interpretivizm, kompyutivizm və s.
cavab verənədək davam edir. Bu sistemin hazırlanması sosial sistemlərin
kompüterləşməsi nəzəriyyəsinin yaradılması metodu kimi çıxış edir.
Dostları ilə paylaş: |