220
təşkilatlarda insanların münasibətlərinin sadələşdirilməsi məsələsinin həlli
iyerarxiya nərdivanının pillələrində əməkdaşların ixtisari ilə sıx bağlıdır.
Lakin bu problemin həlli müəssisələrin rəhbər işçilərinin müqavimətinə səbəb
olur, çünki aşağı vəzifələrin rəhbərləri daha yuxarı vəzifə tutmağa meylli
olurlar və rəhbər vəzifələrin azalması şaquli irəliləmədə çətinliklər yaradır.
M.Krozye əmindir ki, bu problem aşağı rəhbər işçilərin funksiyalarının
dəyişdirilməsi əsasında həll edliə bilər. Belə ki, həmin əməkdaşların nəzarətçi
funksiyası məsləhətçi funksiyası ilə əvəz edilməlidir. Bu zaman inzibati
rəhbərlərə tələbat azalır, texniki peşəkarlara tələbat yüksəlir. Sadələşdirmə
prinsipi əsasında təşkilatın insanın mənəvi qüvvəsinə və bacarıqlarının
inkişafına yönələn yeni dəyərlər sistemi reallaşdırılr. Çevik təşkilati struktur
innovasion prosesin müxtəlif mərhələlərində innovasion davranışın təzahürunə
şərait yaradır.
2.Vasitəsiz əlaqələr sistemi.
Sosial təşkilatın elementləri həmişə qarşılıqlı əlaqəli olub, biri-birinə təsir
edir və məhz bu əsasda innovasion dəyişikliklər baş verir. İnnovasion
davranışa aşağıdakı amillər təsir göstərir:
- fərdlər və qrupların maraqlarının
üst-üstə düşməsi;
- təşkilatın üzvələrinin əqli ehtiyatlarının daimi yüksəldilməsinə yönəlmiş
peşə-ixtisaslandırma
və təhsil sistemi;
- təşkilatın üzvlərinin şəxsi xüsusiyyətləri (əlaqələndirmə, fəallıq, riskə
meyllilik);
- idarəetmə üsulu;
- fəaliyyət şərtləri və formaları;
- fəaliyyətin stimullaşdırılması və əsaslandırılması.
İnnovasion davranış maneəsiz yayılma imkalarına malik olur. Əlaqələr
strukturu innovasion məlumatın yayılmasına və innovasion layihələrin
müqayisəsi zamanı fəaliyyətin reallaşdırılması üçün lazım olan informasiyanın
kimdən, nə vaxt və hansı əsaslarda alınmasının müəyyənləşdirilməsinə şərait
yaradır. Müasir dövrdə müəssisələrdə iyerarxik nərdivandan yan keçən
vasitəsiz əlaqələndirmə üçün şərait yaradılır. ABŞ və Avropada yapon
«keyfiyyət dərnəkləri» geniş tətbiq edilir. «Keyfiyyət dərnəkləri»nin
yaradılması istehsalın və idarəetmənin təşkilati sistemində innovasion
dəyişikliklərlə bağlıdır. Bu dərnəklərin əsas mahiyyəti belədir: müəssisədə
istehsalın kəmiyyətinə təsir edəcək hər hansı texniki və texnoloji problemin
həlli ilə bağlı fəaliyyət göstərə biləcək hər kəs müəssisə çərçivəsində müstəqil
yaradıcı təşkilatda birləşir. Bu əsasda qrupun üzvləri üfiqi və şaquli istiqamətli
iyerarxik idarəetmə sistemində vəzifələr arasındakı hüdudları aradan