228
fəaliyyət olub, təbii təmayüllərin və imkanların dəyişdirilməsi üsulu kimi
əşyaviləşmənin (istehsal) və qeyri-əşyaviləşmənin (istehlak) vəhdəti əsasında
(ənənələrin, normaların, dəyərlərin, ideyaların yaradılması və əsaslandırılması,
qorunması, ötürülməsi və onların şəxsiyyətin daxili keyfiyyətlərinə
çevrilməsi) müəyyənləşir.
«Sosial» və «mədəni» anlayışları bir-birilə ilə sıx bağlıdır və hər bir sosial
təzahürdə mövcud olan insan sosial proqramda mədəni dəyərlər daşıyıcısı
kimi çıxış edir. Məhz insan sosial strukturun, münasibətlərin və mədəni
proseslərin ilkin atomudur.
Sosium sosial rol çərçivəsində öz təbiətinə, öz «Milli dünyasının»
təbiətinə özgələşir. Mədəniyyət dil, irs, Milli psixologiya əsasında Milli
dünyaya doğru inkişaf edir. Sosiumun mahiyyəti insanı ictimailəşdirmək və bu
istiqamətdə onu zəruri texnologiya və rollarla təmin etməkdir. Mədəniyyətin
mahiyyəti şəxsiyyətin mənəvi tam kimi formalaşması, insanın sosial rollar
hüdudlarını dəf etməsinə şərait yaradılması ilə bağlıdır. Sosial fəaliyyət
məqsədyönlü
fəaliyyət olub, sosial dəyərlər və sosial mahiyyətə əsaslanır.
Sonsuz keçmişə və çoxvariantlı gələcəyə yönələn mədəniyyətdən fərqli
olaraq, sosial subyekt mədəniyyət daşıyıcısı kimi həmişə zaman
məhdudiyyətinə malikdir, məhz sosiallıq əsasında mədəniyyət məkanda
müstəsnalıq kəsb edir. Sosial mədəni fəaliyyət kateqoriyası mədəniyyət
daşıyıcısı olan fəaliyyət subyektini və onun fəaliyyət sahəsi və keyfiyyətini
ifadə edir. Sosial mədəni fəaliyyət mahiyyətcə sosial subyektin (şəxsiyyət,
icma, sosial institut, etnos, millət), mədəni ənənələrin, dəyərlərin və
normaların (bədii, tarixi, mənəvi, ekoloji, siyasi və s.) yaranması, mühafizəsi,
ötürülməsi, mənimsənilməsi və inkişafı ilə bağlı fəaliyyət kimi müəyyən edilə
bilər.
Sosial mədəni layihələşdirmənin əsas mahiyyəti kimi çıxış edən
mədəniyyət insanın və bəşəriyyətin ideal-mənəvi enerjisinin mərkəzləşməsi,
insan həyatının bütün sahələrinin xüsusi keyfiyyət ölçüsü, təbiətin, cəmiyyətin
və insanın təbiətinin mənimsənilməsi və dəyişdirilməsilə bağlıdır.
Layihələşdirmə mədəniyyətin əsas xüsusiyyəti kimi onun funksiyalaşmasının
müxtəlif səviyyələrində izlənilir: prosessual (institutlaşma və qeyri-
institutlaşma kimi),
əşyavi-nəticəli, dəyər-normativ.
İnsan fəaliyyəti ilə bağlı proses və xüsusi keyfiyyət forması kimi
mədəniyyət şəxsiyyətin, sosial qrupun, institutların, bütövlükdə cəmiyyətin
fərdi və ictimai fəaliyyət formalarında təzahür edir. Həm institusional, həm də
qeyri-institusional səviyyədə bu fəaliyyət dəyərlərin, ənənələrin, normaların,
ideyaların istehsalı və mənimsənilməsi, mühafizəsi, müdafiəsi və ötürülməsilə
bağlıdır. Mədəni sistemin ümumi dinamikasında institusional və qeyri-
229
institusional funksiyalar xüsusi əhəmiyyət kəsb edir. Özünü inkişaf etdirən
sistem kimi mədəniyyət rəsmi və qeyri-rəsmi cərəyanların vəhdəti, qarşılıqlı
əlaqəsi və qarşılıqlı asılılığıdır. İnstitusional funksiya sosial institutların və
dövlət ideologiyasının mühafizə etdiyi mədəni dəyərlər və normalarla
müəyyənləşir. Qeyri-institusional funksiya ictimai fəaliyyətin müxtəlif
formalarında (birlik, klublar,
təşkilatlar, hərəkatlar və s.) təzahür edir.
Prosessual səviyyədə mədəniyyətin sosial mədəni layihələşdirilməsi insan
fəaliyyətinin dəyərlər və keyfiyyət sisteminin öyrənilməsinə və iki əsas
məsələnin həllinə yönəlir:
1) layihə fəaliyyətinin əsas sahələrini müəyyənləşdirmək (bədii, ekoloji,
siyasi, mənəvi mədəni səviyyədə şəxsiyyətlərin, qrupların, sosial institutların
uyğun sosial mədəni fəaliyyəti);
2) layihə qərarlarının sosial bazasının, yəni layihənin real, yaxud potensial
auditoriyası kimi qəbul edilən sosial qrupların və sosial kateqoriyaların aşkar
edilməsi.
Bu səviyyədə mədəniyyətin analizi – şəxsiyyət, sosial qrup, etno mədəni
icma, region, cəmiyyət səviyyəsində sosial mədəni proseslərin tənzimlənməsi
mexanizmlərinin axtarışı; müxtəlif mədəniyyət subyektlərinin (özfəaliyyət
qruplarının, birliklərin, klubların, assosiasiyaların, hərəkatların) əmələ gəlməsi
və inkişafı şəraitinin səmərələşdirilməsi; dövlətin mədəniyyət siyasətinin
metodoloji əsaslarının işlənib hazırlanması; mədəni fəaliyyətin ictimai və
şəxsiyyətlə bağlı əsas istiqamət və formalarının müdafiəsi ilə bağlıdır.
Mədəniyyətin maddi səviyyəsi mədəni fəaliyyətin məhsulu kimi idealın
əşyaviləşməsi, yaxud əşyada təcəssüm tapması ilə bağlıdır. Dəyərlər və
ideallar mədəniyyətin mənəvi zənginliyini və unikallığını əks etdirir. Dəyər
kateqoriyaları insanın və cəmiyyətin ideal vəziyyətini əks etdirir. İdealın
xüsusiyyətləri yalnız mədəniyyətin mənəvi unikallığını deyil, həm də onun
mühafizə və dəyişmə meylli ümumi istiqamətini müəyyənləşdirir. Bununla
əlaqədar olaraq, mədəni meyarları iki tipə bölmək olar: mühafizə
mexanizminə malik ənənəvi mədəniyyət və dəyişmə mexanizminə malik
innovasion mədəniyyət. Ənənəvi mədəniyyət keçmişə yönəlir, bu
mədəniyyətdə
ideal
mühafizə
istiqamətli
olub,
dəyişikliklərin
neytrallaşdırılmasına, mövcud ideal vəziyyətin qorunub saxlanmasına yönəlir.
Ənənəvi mədəniyyət statik, özünütamamlayan, dialoqsuz olub, ümuminin
xüsusi (cəmiyyətin şəxsiyyət) üzərində hakimiyyətini əks etdirir. İnnovasion
mədəniyyət bu günə və sabaha yönəlib, ictimai həyata gərginlik, qeyri sabitlik
gətirir. Bu mədəniyyətdə şəxsiyyət müdafiədən məhrumdur, tənhalıq hiss edir,
ümumidən təcrid edilib.