SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə97/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   116

 
 
230 
Sosial mədəni layihələşdirmənin predmeti olan prosessual, əşyavi və ideal 
«mədəni  dünyalar»  insanın  inkişaf  səviyyəsini,  həmçinin  cəmiyyətin, 
bəşəriyyətin  mədəni  inkişafının  yeni  dövrünü  müəyyənləşdirir.  Bu  səviyyə 
insanın  mədəni  məskunlaşma  mühitindən,  onun  əşyavi  və  mənəvi  mühitinin 
mahiyyət və keyfiyyətindən asılı olub, mədəni fəaliyyətdə mənimsənilir.   
Mədəni sahənin layihələşdirilməsi xüsusiyyətləri kimi aşağıdakılar nəzərə 
alınmalıdır: 
-  müasir  mədəni  siyasətə  uyğun  olaraq,  ənənəvi  sahə  ilə  bağlı  müəssisələrin 
fəaliyyətinin təkmilləşdirilməsi və yenidən istiqamətləndirilməsi
- ərazinin mədəni inkişafına imkan yaradan yeni tipli müəssisə və institutların 
yaradılması  (məsələn,  ənənəvi  xalq  mədəniyyəti  mərkəzlərinin,  xalq 
yaradıcılığı evləri, klub-muzeylər, mədəni mərkəzlərinin və s. layihəsi).  
Mədəni  infrastruktur  insanın  sosial  mədəni  mühitinin  əsas  elementi  kimi 
çıxış  edir.  İnfrastrukturun  inkişaf  sahəsinə  dair  layihə  qərarları  aşağıdakı  
göstəricilər əsasında formalaşır: 
- Asudə vaxt, tərbiyə və əmək funksiyalarını yerinə yetirən sosial-pedaqoji və 
mədəni mərkəzlərin yaradılması. 
-  Sosial  gərginliyin  aradan  qaldırılmasına  yönəlmiş  müəssisələrin  təbliği  və 
himayə  edilməsi  (siyasi  klublar,  mədəni  maarif  cəmiyyətləri,  Milli  mədəni 
mərkəzlər və s.). 
-  Xüsusi  yerli  mədəni  mərkəzlərin  –  xalq  muzeylərinin,  şəxsi  kolleksiyalar 
muzeylərinin, ev kitabxanalarının, sərgilərin və s. yaradılması. 
-  Asudə  vaxtın  mədəni  təşkili  üçün  yararlı  olan  qeyri  yaşayış  fondlarının, 
müəssisələrin və onların filiallarının bərpası (həmçinin asudə vaxtın təşkili ilə 
bağlı mədəni mərkəzlər üçün yararlı olan müəssisə və ərazilərin qurulmasına 
əhalinin cəlb edilməsi).  
Bu  layihələşdirmə  tədbirlərinin  strateji  məqsədi  əhalinin  bütün  sosial 
qrupları  və  kateqoriyaları  üçün  mədəni  dəyərlərin  əldə  edilməsini  təmin 
etmək,  mədəni  həyat  subyektlərinin  müxtəlifliyini  stimullaşdırmaq,  sosial 
mədəni proqramların alternativlərini reallığa çevirməkdir.   
Sosial  mədəni  layihələşdirmənin  tətbiqi  məsələlərinin  həllinə  yönəlmiş 
ərazi  səviyyəsi  müəyyən  ərazidə  mədəniyyəti  mövcudluq  və  inkişafın 
çoxsahəli  mühiti  və  mədəni  siyasət  və  layihələşdirmənin  obyekti  kimi  qəbul 
edilir.  Bu  zaman  ərazi,  yaxud  region  anlayışı  ilk  növbədə  inzibati  vahid 
mənasında işlədilir. Mühiti yanaşmanın reallaşdırılması üçün layihələşdirmədə 
ərazinin digər xüsusiyyətləri nəzərə alınmalıdır:  
1)insanın  regionun  təbii  mühitini  mənimsəməsi  və  uyğunlaşması 
xüsusiyyətlərini və səviyyəsini əhatə edən landşaft-ekoloji hüdudlar


 
 
231 
2)maddi  mühitə  yaradıcı  yanaşmanın  ifadəsi  olan  memarlıq-planlaşdırma 
mühiti; 
3)həyat  fəaliyyətinin  struktur  və  funksional  qarşılıqlı  əlaqəli  sahə  və 
formalarından (yaşayış məskəni və əmək fəaliyyəti, xidmət sahəsi, KİV) ibarət 
olan sosial infrastruktur
4)  müəyyən  ərazidə  məskunlaşmış  etnik  qrupların  mədəni  xüsusiyyətlərinin 
öyrənilməsini ifadə edən etnomədəni əsaslar
5) tarixi mədəni potensial; 
6) ərazinin etnomədəni tərkibi əsasında müəyyənləşən mənəvi mədəni birlik.  
Sosial  mədəni  sahəni  –  ideyalar,  təşəbbüslər, texnologiyalar,  ənənələr  və 
müəyyən problemlər daşıyıcısı olan mədəni fəaliyyət subyektlərinin məcmusu 
kimi  müəyyənləşdirmək  olar.  Layihələşdirmə  prosesində  regionun  tarixi 
mədəni  özünəməxsusluğunun  (ənənələr,  adətlər,  mərasimlər,  bayramlar, 
oyunlar,  musiqi  və  poeziya  yaradıcılığı,  xalq  pedaqogikası,  təbiətşünaslıq, 
tibbi  bilikləri,  tarixi  və  mədəni  abidələri,  unikal  təbii  landşaft  əraziləri, 
etnomədəni  xüsusiyyətləri,  insan  ehtiyatları  və  s.)  öyrənilməsi  və  nəzərə 
alınması zəruridir.   
Ərazi-mühiti yanaşma layihə fəaliyyəti obyektinin bir sıra üstünlüklərinin 
aşkar  edilməsinə  şərait  yaradır.  Bu  zaman  layihələşdirmə  fəaliyyətilə  bağlı 
mədəni  siyasət  sahəsi  genişlənir,  insan  ehtiyatları  fəallaşır,  ərazinin  tarixi 
mədəni  ehtiyatları  istifadə  edilir,  maliyyə  ehtiyatları  aşkar  edilir.  Bu 
yanaşmanın  layihə  əsasında  reallaşdırılması  mədəni  müəssisələrin,  asudə 
vaxtın, idmanın, təhsilin təsisat əlaqəsizliyinin aradan qaldırılmasına və vahid 
proqram  çərçivəsində  onların  infrastrukturunun  səmərəli  istifadə  edilməsinə 
şərait yaradır.   
Sosial mədəni layihələşdirmənin əsas (ümumi) prinsipləri aşağıdakılardan 
ibarətdir:  
1.»Mümkün 
modifikasiya  və  modernləşmə  həddi»  proqramı 
özünütəşkilatlandırma və özünüinkiaf subyekti olan layihələşdirmə obyektinin 
idarə  edilməsi  hədləri  və  imkanlarının,  sosial  mədəni  proseslərin  islah 
edilməsi  səviyyəsini  və  bu  modifikasiyanın  (dəyişmənin)  sosial  əhəmiyyətli 
nəticələrinin  nəzərdə  saxlanmasını  təklif  edir.  Təcrübi  əsaslarda  bu  prinsip 
sosial  mədəni  həyat  subyektlərinə  maksimum  təşkilati-hüquqi  müstəqillik 
verir,  onu  insanın,  təbiətin,  dünyanın  məhvinə  yönəlmiş  zorakı  dəyişiklilər 
ideyasına qarşı qaldırır və subyektin özünütəşkilatlandırması və özünü inkişaf 
etdirməsinə şərait yaradılması fikrini aşılayır. Bu prinsip ərazidə sosial mədəni 
subyektlərin  özünüinkişafı  və  özünütəşkilatlandırması  proseslərinə  şərait 
yaradılması və səmərələşdirilməsi sisteminin yaradılmasına yönəlmiş reqional 
mədəni proqramların strateji məsələsi kimi qəbul edilə bilər. 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə