SəADƏt davud qizi məMMƏdova


Şəxsiyyətin  «yaxın  inkişaf  zonalarının»  səmərələşdirilməsi  proqramı



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə98/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   116

 
 
232 
2.Şəxsiyyətin  «yaxın  inkişaf  zonalarının»  səmərələşdirilməsi  proqramı 
sosial  mədəni  mühitin  məskunlaşması  ilə  bağlıdır.  Bu  prinsipə  əsasən 
layihələşdirmənin  əsas  məqsədi  arzu  edilməyən  problemlərin  həll  edilməsi, 
yaxud  aradan  qaldırılması  yolu  ilə  sosial  mədəni  subyektin  özünüinkişafı 
şərtlərinin işlənib hazırlanmasına yönəlir. Bu prinsipin reallaşdırılmasını sosial 
mədəni layihələşdirmədə mühiti yanaşmanın ifadə olunması kimi qəbul etmək 
olar.  
3.Sosial 
mədəni 
layihələşdirmə 
prosesinin 
və 
nəticələrinin 
şəxsləndirilməsi  proqramı  mədəni  fəaliyyət  vasitələrilə  insanın  müstəqil 
özünüreallaşdırmasına  şərait  yaradan  ideya  və  layihələrin  alternativliyini  əks 
etdirir.  Bu  prinsip  mədəni  proseslərin  yaradıcı  şəxslə  əlaqələrinin  bərpasına, 
gizli mənəvi dəyərlərin aktuallaşmasına yönəlir.  
4.Mühafizə  və  dəyişikliklərə  optimal  yönəlmə  proqramı  (yəni,  mədəni 
dinamikanın  ənənəvi  və  innovasion  mexanizmləri  və  prinsiplərinin 
mütənasibliyi)  mədəni  irsin  təkrar  istehsalı  proseslərilə  mədəni  innovasiya 
prosesləri  arasındakı  optimal  münasibətlərə  əsaslanır.  Bu  prinsip  bir  sıra 
şərtlərlə bağlıdır: 
a)  Mühafizə  və  dəyişikliklər  prosesləri  hər  hansı  bir  mədəni  sistemin  əsas 
mexanizmləridir.  Mühafizə  –  norma,  dəyərlər,  davranış  qaydalarının, 
bütövlükdə  mədəniyyət  institutunun  yeni  nəsil  tərəfindən  təkrar  istehsalına 
yönəlmiş  sosiallaşma  prosesidir.  Dəyişiklik  –  dünya  görüşü  və  həyat  tərzini 
dəyişən,  mədəniyyətə  və  sosiuma  qeyri-müəyyənlik  elementi  gətirən  yeni 
norma və dəyərlərin yaranmasıdır. 
b)  Mədəni  dinamikanın  ənənəvi  və  innovasion  mütənasibliyi  prinsipinin 
reallaşdırılmasının zəruriliyi mühafizənin dəyişikliklər üzərində üstünlüyü ilə 
bağlıdır. 
c)  Müasir  sosial  mədəni  vəziyyətin  dinamikliyi,  həmçinin  fəal  modernləşmə 
şəraitində  mühafizənin  kompensator  (tarazlaşdırıcı)  imkanları  qeyd  edilən 
prinsipin reallaşdırılması şərtlərindən biri kimi çıxış edir.  
5.  Problem  məqsədli  yönəlmə  proqramı  sosial  mədəni  layihələşdirmənin 
əsas  texnoloji  prinsipidir.  Bu  prinsipin  reallaşdırılması  ilk  növbədə  müxtəlif 
növ problemlərin həllinə dair proqramların məqsədli yönəldilməsilə bağlıdır. 
Layihələşdirmənin müxtəlif mərhələlərində bu prinsip əsas problem sahələrin 
(bütöv  ərazinin,  sosial  qrupların  və  şəxsiyyətlərin)  araşdırılmasına;  onların 
qeyri  adi  həlli  yollarının  axtarışına;  zəruri  ehtiyatların  hesablanmasına  və 
maliyyələşmə  mənbələrinin  axtarışına;  layihənin  reallaşdırılmasında  maraqlı 
olan bütün sosial mədəni subyektlərin birgə fəaliyyətə cəlb edilməsinə yönəlir. 
Problem  məqsədli  yönəlmə  prinsipinin  reallaşdırılması  mədəniyyətin  hüdud 
və  funksiyalarına  dair  daha  geniş  təsəvvürlərin  əldə  edilməsini  tələb  edir, 


 
 
233 
siyasi  mədəniyyət  və  layihə  obyektinin  fəaliyyət  sahəsini  genişləndirir.  Bu 
prinsipin üstünlüyü aşağıdakılarla bağlıdır: 
a)  Əhalinin  maraqları  və  tələbatlarının  öyrənilməsi  üçün  istifadə  edilən  və 
bahalı,  uzun  müddətli  və  az  səmərəli  sosioloji  tədqiqatlara  tələbat  aradan 
qalxır, problemlər əsas, maraqlar və tələbatlar isə ikinci dərəcəli amilə çevrilsə 
də proqram hazırlanarkən və reallaşdırılarkən mütələq nəzərə alınır. Layihənin 
mahiyyəti  araşdırılarkən  proqram  auditoriyası  olan  sosial  qruplara  xas 
problemlər öyrənilməlidir. 
b) Sosial mədəni proqramların geniş həcmli problemlərin həllinə yönəldilməsi 
sosial  mədəni  fəaliyyət  sahəsini  genişləndirir,  mədəniyyətşünaslıq  və  sosial 
pedaqoji  istiqamətli  ixtisasların  ictimai  mahiyyətini  və  nüfuzunu  artırır  və 
onların sosial tələbatını təmin edir. 
c)  Layihə  və  proqramların  problem  yönümlüyü  insanların  maraqlarının  və 
layihə  məqsədlərinin  üst-üstə  düşməsi  əsasında  ünvanlanmış  şəxslərin 
iştirakını fəallaşdırır.  
ç) Sosial mədəni proqramların maliyyələşdirilməsi üçün əlavə vasitələrin cəlb 
edilməsinə səbəb olur. 
d)  Layihə  çərçivəsində  fəaliyyətin  məqsədələr,  vəzifələr  və  mahiyyətinin 
problemli  əsaslandırılması  təsisat  əlaqəsizliyinin  aradan  qaldırılmasına,  ayrı-
ayrı subyektlərin və müəssisələrin vahid məqsəd ətrafında birləşdirilməsinə və 
hər bir ehtiyatın daha səmərəli istifadəsinə şərait yaradır.  
Sosial mədəni layihələşdirmənin xüsusi prinsipləri aşağıdakılardır: 
1)Layihələşdirilən  dəyişənlərin  mütənasiblik  proqramı,  yəni  dəyişənlərin 
layihə auditoriyasının əsas struktur elementi kimi çıxış edən insanın fizioloji, 
psixoloji, ekoloji və sosial mədəni təbiətinə uyğunluğu ilə bağlıdır.  
2)  Sosial  və  şəxsiyyət  məqsədəuyğunluğu  proqramı  gözlənilən  nəticələrin 
normativ  məqsədlər  və  şəxsiyyətin  tələbatları  ilə  üst-üstə  düşməsinə, 
eksperimental  yoxlamaların  təşkilati  formalarının  hazırlanması  və  daha 
səmərəli formanın sosial münasibətlərdə tətbiq edilməsinə yönəlir. 
3)Komplekslilik  proqramı  insanın  öz  təbii,  sosial  və  mədəni  mühiti  ilə 
qarşılıqlı əlaqə istiqamətləri və formalarının nəzərə alınması ilə bağlıdır. 
4) Reallıq proqramı mədəni problemlərin həllində mövcud ehtiyatların nəzərə 
alınması  və  istifadəsi,  layihənin  iqtisadi  məqsədyönümlüyü  və  sosial 
səmərəliliyinin hesablanması, oxşar problemlərin həllində mövcud pozitiv həll 
vasitələrinin  istifadə  edilməsi,  mövcud  mədəni  nümunələrdə  innovasiyalara 
münasibətin  müəyyənləşdirilməsi,  layihənin  tətbiqi  və  yayılma  sahəsinin 
əsaslandırılmasına yönəlir.                  
Təqdim olunan iki fərqli prinsip iki funksiyanı yerinə yetirir: 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə