Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 14 (79- 2016)



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə19/20
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38306
1   ...   12   13   14   15   16   17   18   19   20

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

63 



Əslində,  biz  özümüzdən  fəlsəfə  toxumaq  və  ya 

dünyanın fəlsəfə toxuyanlarına ardıcıl olmaq əvəzinə, 

ilkin  İslamın  nümunəvi  şəxsiyyətlərinin  fikirləri  ilə 

tanış  olmalıydıq.  Şübhəsiz  ki,  həmin  şəxsiyyətlər 

İslamın  qəzavü-qədərə  münasibətini  daha  yaxşı 

bilmişlər.  Əgər  bütün  olacaqlar  əvvəlcədən  təyin 

olunurdusa,  nə  üçün  həmin  şəxsiyyətlər  ictimai 

proseslərdə 

böyük 

fəallıq 


göstərir, 

savaş 


meydanlarında  qan  töküb,  öz  qanlarına  qəltan 

olurdular?  Əgər  ilkin  İslamda  insan  iradəsi  təsirsiz 

hesab olunurdusa, bir bu qədər zəhmət nə üçün idi?! 

İnsan  iradəsini  təsirsiz  bilən  qəzavü-qədər  anlayışı 

İslam  hakimiyyətini  qəsb  etmiş  Bəni-Üməyyə 

dövründə  inşa  olundu.  İnsanın  məcbur  olması 

(«cəbrilik»)  əqidəsi  Bəni-Üməyyə  rejiminə  bağlı 

alimlər  tərəfindən  xalqın  beyninə  yeridildi.  Hansı  ki, 

Quran  insan  iradəsini  təsirli  bilməklə  kifayətlənmir, 

cəmiyyətdə baş verən hadisələrə görə insanı cavabdeh 

elan  edirdi:  «Qulaq,  göz  və  ürək  ‒  bunların  hamısı 

sorğu-sual olunacaqdır»

8

.  


Sartr  ekzistensializm  və  humanizm  məktəblərinin 

birləşməsindən  elə  bir  nəzəriyyə  hazırlamışdır  ki,  bu 

nəzəriyyə  müasir  ideologiyalar  arasında  ən  dərin,  ən 

mütərəqqi,  ən  insani  görünüşə  malikdir.  O,  öz 

nəzəriyyəsində  əxlaqı  şəxsiyyətdən,  həqiqətdən, 

əqldən  ayrı  götürmüşdür.  O,  deyir:  «Əxlaqın  əsasını 

təşkil  edən  xeyir  və  şərr  üçün  gözəl  niyyətdən  başqa 

                                                 

8

 

«İsra» surəsi, ayə: 36. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

64 



heç  bir  istinadgah  yoxdur».  Bu  baxışa  əsasən  insan 

nəyi  sevirsə,  nədən  ləzzət  alırsa  həmin  şey  xeyir, 

başqa sözlə - əxlaqdır. Əgər həmin insan öz gördüyü 

işin  başqaları  tərəfindən  təkrar  olunmasını  istəmirsə, 

deməli  bu  iş  şərr,  başqa  sözlə  -  əxlaqsızlıqdır. 

Məsələn,  keçi  ətini  qoyun  əti  əvəzinə  satan  qəssab, 

başqalarının  da  bu  işi  görməsini  istəmir.  Amma 

müəyyən edilmiş qiymətdən bir qəpik aşağı ət satırsa 

və başqalarının da bu hərəkəti etməsini istəyirsə, bu - 

xeyir  iş  hesab  olunur.  Başqa  sözlə,  birinci  hal 

əxlaqsızlıq,  ikinci  hal  isə  əxlaq  norması  səviyyəsində 

qəbul  edilir.  Belə  çıxır  ki,  hər  kəs  bir  əxlaq  norması 

qoya  bilər.  Bu  məqamda  ekzistensializmin  «təşviş, 

həyəcan»  adlandırdığı  hiss  meydana  çıxır.  Guya, 

özünü  bəşəriyyətə  nümunə  hesab  edən  fərd 

məsuliyyət hiss edərək, «həyəcan» keçirir. Bu həyəcan 

onu vadar edir ki, bəşəriyyət üçün yalnız xeyir hesab 

etdiyini  seçsin.  Beləcə,  hər  bir  fərd  özünü  rəhbər 

hesab edir və bəşəriyyətə əxlaq öyrədir!  

Yuxarıda bir fəlsəfi baxış kimi təqdim olunan uzun-

uzadı  söhbətlər,  məgər,  həzrət  Əlinin  «Hər  biriniz 

çobansınız və hər biriniz sürünün çobanının məsulu» 

kəlamının təfsiri deyilmi?! 

Əziz  bacım,  qardaşım!  Bu  gün  insan  şəxsiyyətinə 

və cəmiyyətin tərəqqisinə maneəyə çevrilmiş səbir və 

təvəkkül  kimi  dini  dəyərlər  həqiqi  İslamda  həm 

şəxsiyyəti,  həm  də  cəmiyyəti  ucaldan  dəyərlər 

olmuşdur.  Ötən  dövrdə  bu  dəyərlərin  nə  dərəcədə 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Əli Şəriəti  



"Ey ata, ey ana, biz müttəhimik"

 

65 



təhrif  olunub,  zərərli  ənənələrə  çevrilməsi  adamı 

dəhşətə  gətirir.  Peyğəmbər  (s)  dövründə  bu  dəyərlər 

nə  qədər  xeyirli  idisə,  bu  gün  bir  o  qədər  zərərlidir. 

Bir  zamankı  İslamla  bu  günkü  İslam  arasında  dərin 

bir uçurum yaranmışdır.  

Bu  işdə  şəkk-şübhə  yaradan  «xənnas»  şeytanlar  öz 

cadularını  xalqın  gözünə  üfürərək,  çox  dəyərləri  baş-

ayaq  çevirmişlər.  Həyatın  ruhu  olan  iman  ölüm 

rəngində təqdim olunmuşdur. Bu vəsvəsəçi şeytanlar öz 

qara mö’cüzələri ilə - olduqca xəlvəti bir şəkildə - bütün 

dinlərdə  öz  mənafelərinə  uyğun  islahatlar  aparmışlar. 

Amma İslam dininə, xüsusi ilə şiə məzhəbinə xüsusi bir 

yanaşma  müşahidə  olunur.  Onlar  ənənəvi  mübarizə 

yolu  ilə  getmir.  Məsələn,  yalnız  istisna  hallar  üçün 

nəzərdə  tutulmuş  təqiyyə  (dini  qorumaq  məqsədi  ilə 

əqidəni  gizlətmə)  hökmünü  ön  plana  çəkərək 

müsəlmanları 

ictimai 


mücadilə 

meydanlarından 

uzaqlaşdırmamışlar.  Məsələn,  öz  dövrünün  şəraitinə 

uyğun  olaraq  imam  Səccad  (ə)  nümunə  göstərilməmiş, 

zülmlə mübarizəyə qalxmış imam Hüseyn (ə) arxa plana 

keçirilməmişdir.  Şiəliyin  əsasını  təşkil  edən  «ədalət  və 

imamət»  büsbütün  «təqiyyə  və  ibadət»  çərçivəsində 

təqdim  olunmamışdır.  Düşmənlərimiz  Hüseynin  (ə) 

qiyamı  əvəzinə,  Həsənin  (ə)  sülhündən  danışmağa 

üstünlük  verməmişlər  (halbuki,  Hüseyni  (ə)  qiyama, 

Həsəni  (ə)  isə  sülhə  sövq  edən  onların  şəxsiyyətindəki 

fərq  yox,  yaşadıqları  şərait  arasındakı  fərq  olmuşdur). 

Vəsvəsəçilər  hər  il  imam  Həsənin  (ə)  sülhü  ilə  bağlı 

mərasimlər  keçirməklə,  sülh  ruhunu  müsəlmanların 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə