www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
66
qanına yeritmək istəməmişlər. Onlar belə təbliğ
etməmişlər ki, zülmə dözmək, sazişçilik müsəlmanın
dini vəzifəsidir. Hətta təslimçiliyi imamət etiqadının
şərti kimi təqdim etməmişlər! Nə üçün? Nə üçün ilk
ağıla gələn üsuldan istifadə olunmamışdır?
Şiə məzhəbinə xüsusi bir metodla hücum
edilmişdir. Aşuranı təsirdən salmaq məqsədi ilə
bütün şiə tarixi Aşuraya həsr olunmuşdur. Ədalət,
imamət
və
Kərbəla
dəyərlərinə
nəzərdə
tutulduğundan da çox yer verilir. Bu üsulla
cəmiyyətdə zülmə qarşı mübarizəni alovlandıracaq üç
mərkəz dondurulur. Onlar birbaşa inqilab çeşməsini
zəhərləyirlər və həyatverici suyun rəngini, dadını və
qoxusunu elə dəyişirlər ki, hətta ən mütərəqqi
ziyalılar da bu dəyərlərə arxa çevirirlər.
Bu vəsvəsəçilərin digər bir işi cəmiyyəti hərəkətə
gətirəcək bütün düşüncələri iflic etməkdir. Məsələn,
intizar fəlsəfəsinə nəzər salaq. Çoxları intizar dedikdə,
təslimçilik başa düşürlər. Amma intizar təslimçilik
yox, etirazdır. İmamın zühurunun intizarında olan
hər bir şəxs ətrafındakı ədalətsizliklərə etiraz
ruhiyyəsində olmalıdır. «Həzrət gəlib, ədaləti bərpa
edəcək» deyərək öhdəsinə düşən məsuliyyətdən
boyun qaçıranlar, sözsüz ki, yanılırlar. Onlar öz
süstlüklərini intizarda olmaları ilə əlaqələndirirlər.
İntizar oturub gözləmək yox, hazırlıqda olmaqdır!
Dünya
imperializminin
bu
günkü
gücünə
baxmayaraq, hər an bu zülmətləri işıqlandıracaq,
ədaləti yer üzündə bərpa edəcək bir inqilabın
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
67
həqiqətinə inanıb intizarda olan şəxs yatıb yuxuya
qala bilməz! Bu insan hər an bu zühuru
gözlədiyindən, həyatını əyləncə və işrət içində keçirə
bilməz! Əksinə, bu intizar, insanı hər an gözlənilən
inqilaba hazır olmağa çağırır. Nə qədər ki, intizar
inancı təhrif edilməmişdi, müsəlman cəmiyyətlərində
hər həftənin cümə namazından sonra cıdır və oxatma
mərasimləri keçirilərdi. Bu mərasimlərdə ən tanınmış
İslam alimləri iştirak edərdilər. Amma sonralar
intizarda olan insanlar evdə çevik görünsələr də,
bayırda özlərini yıxılmaqdan zorla saxlayırdılar.
Möminlər ifrat ibadətə varıb, iqtisadi duruma
qətiyyən fikir vermirdilər. Ruhaninin vüqarı dinin
vüqarıdır. Ruhani başını uca tutmalı, məzlum
görünməməli, dindarlara öz nikbinliyi ilə ümid
verməlidir. İslamın ilkin dövrlərində alimlər cıdır və
oxatma yarışlarında şəxsən iştirak edərdilər. Onların
iştirakı xalq üçün «hazır ol» komandası idi.
Bəli, əsrin imamının zühuruna inam insanı
ümidsizlikdən
çıxarmalı,
ona
vüqarlı
görkəm
verməlidir. Əgər insan zalımların zorundan xoflanıb
bu zülmü məğlubedilməz hesab edirsə, demək,
intizarda deyil.
İslam öz ardıcıllarını əmin edir ki, dünyada
hökmranlıq edən zor Allahın iradəsi, tarixin hökmü
ilə ölümə məhkumdur. Şiə məzhəbinə görə, həqiqət
və ədalət, birlik və qardaşlıq arzuları bəşəriyyətin
qəlbində qalıb gora getməməli, dünya həyatında
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
68
gerçəkləşməlidir.
Quran
buyuruqlarına
əsasən,
məzlumların qələbəsi, onların dünyaya hakimiyyəti
qaçılmaz həqiqətdir. Buyurulur ki, dünyanın sonuna
bir gün də qalmış olsa, Allah həmin günü o qədər
uzadacaq ki, məzlumların arzuları həyata keçsin.
İntizar həqiqət və ədalətin qələbəsinə aparan tarixi
zərurətdir. Bu zərurət həqiqətin batil, ədalətin zülm,
insanın şeytan üzərində qələbəsinə inamdan doğur.
Sosializm baxışlarına görə, proletariatın hakim
təbəqə üzərində qələbəsi tarixi zərurətdir. Bu əqidədə
olanlar daim həmin qələbənin intizarındadırlar. Baxaq
görək, bu intizar hissi onların mübarizəsini
gücləndirir, yoxsa süstləşdirir? Əlbəttə ki, bu inam
onları daha qəti mübarizə aparmağa ruhlandırır. Bəli,
intizarda ruhlandırmaq xüsusiyyəti var!
Ziyalı bacım, ziyalı qardaşım! Həcc ibadəti iki əsas
əməldən ibarətdir: 1-təvaf, yəni Kəbənin ətrafına
dolanmaq; 2-səy, yəni Səfa və Mərvə dağları arasında iti
yeriş. Bu iki əməl vasitəsi ilə İbrahim və Hacərin xatirəsi
təzələnir. Allahın əmrinə əsasən. İbrahim, Hacər və
onun südəmər körpəsini tikan bitməyən susuz səhrada
qoyub, evinə qayıdır. Allahın mərhəmətinə əmin olan
Hacər belə bir tapşırığı öz öhdəsinə götürür. O, bu
səhrada tənha qalmağa zərrəcə tərəddüd etmir. Budur
mütləq təvəkkül! Diqqət edin: belə bir təvəkkülün sahibi
yerində oturmayıb, körpəsinə su tapmaq üçün iki dağın
arasında qaçaraq tər axıdır. Budur mütləq səy!
Kəbə evini yeddi dəfə təvaf etmək insanı ömrünün
son anınadək çalışmağa çağırır. Yeddi rəqəmi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
69
əbədilik, sonsuzluq simvoludur. Budur Hacərsayağı
həyat!
Ziyarətçi Kəbənin təvafından sonra Səfa və Mərvə
dağları arasında qaçmağa başlayır. Bu səy və
zəhmətin arxasında əbədilik axtarışı durur. Səy də
yeddi dəfə təkrarlanır.
Bu iki əməlin məcmusu həm ruh, həm də həyat
yaradır. Bəli, İslamda rahib təvəkkülü yoxdur! Həzrət
Əlinin (ə) simasında bu təvəkkülün nümunəsini
görmək olar. Həzrət öz övladına müharibənin qızğın
anı haqqında deyir: «
Allaha tapşır, ayağını yerə mıxla
Allahındır!».
Bir ziyalı ictimai mübarizəni dünyapərəst burjua
cəmiyyətində
təcrübədən
keçirib,
mömin
müsəlmandan daha çox təvəkkülün yardımını hiss
edə bilməz. Şərait qələbənin mümkünsüzlüyünü
sübut etdiyi bir halda, həqiqi təvəkkül zəif təbəqəni
qüdrətli hakimlər üzərində qələbəyə çatdırır.
Səbir haqqında da yanlış təsəvvürlər var. Səbir -
mübarizə yolunda qarşıya çıxan çətinliklərə səbir edərək
sarsılmayıb, müqavimət göstərməkdir. Amma insanlara
belə təlqin olunub ki, guya səbir zülmə dözüb, yerində
oturmaqdır. Görün, Quranda nə buyurulur: «Ey iman
gətirənlər səbir edin, dözün, döyüşə hazır olun..»
9
.
Başqa bir ayədə bu fikir daha aşkar bəyan olunur: «Ya
Peyğəmbər! Möminləri döyüşə həvəsləndir. İçərinizdə
9
«Ali-İmran» surəsi,ayə: 200.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
70
iyirmi səbirli kişi olsa iki yüz kafirə, yüz səbirli kişi
olsa min kafirə qalib gələr. Çünki onlar (həqiqəti,
Allahın möminlərə olan köməyini) anlamayan bir
tayfadır!; Ey möminlər! İndi Allah yükünüzü
yüngülləşdirdi. Çünki O, sizdə bir zəiflik olduğunu
bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa iki yüz
nəfərə, min kişi olsa, iki min nəfərə, Allahın izniylə,
qələbə çalar. Allah səbir edənlərlədir!»
10
.
Bir zaman müsəlmanlara başucalığı gətirmiş
«qənaət» prinsipi bu gün «ye ki, ölməyəsən» kimi
zərərli bir fəlsəfəyə çevrilmişdir. Guya, müsəlman
kasıb
yaşamalı,
dünya
malını
böyük
iştaha
sahiblərinin ixtiyarına verməlidir. Əslində, bu sayaq
səbir və qənaət itlərin həyatından öyrənilmişdir.
Əcnəbi bir şairin bu barədə gözəl bir şeri var. Şerdə
soyuq bir qış gecəsi acından və soyuqdan tir-tir
titrəyən bir neçə itin söhbəti təsvir olunur. İtlərdən
biri deyir:
- Ağanın mətbəxinin yanında, yumşaq saman üstə
yatıb, mətbəxin xoş qoxusunu almaq necə də gözəldir.
Digər bir it davam edir:
- Süfrənin artığından da olsa, başqa ləzzəti var!
Başqa bir it:
- Sümük də olsa, yaxşı olar!
Birinci it:
- Necə də rahat ömürdür, necə də mehriban ağadır!
Başqa bir it xatırlayır:
10
«Ənfal» surəsi, ayə: 65-66.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
71
- Amma bu şallaq da bir bəladır.
O biri it ona təskinlik verir:
- Düz deyirsən, amma dözmək lazımdır. Nə vaxtsa
ağanın rəhmi gələr, hirsi soyuyar, biz də üzümüzü
ayağına sürtərik. Baxar bizim yaralarımıza. Biz də
onun məhəbbətini qənimət bilərik<
Xeyr, əzizlərim! İslam dinindəki səbir şallağa səbir,
deyil! Qənaəti isə Allahın dediyi mənada Əli (ə) başa
düşürdü. Hər halda, bu günkü təhsilli insan qənaətin
mənasını ayaqyalın məsihi rahibdən daha düzgün
anlayır. Bu günkü dünyamızda əksər sahələrdə bir
şüar hakimdir: «Daha çox istehsal və daha çox
məsrəf».
İnsanşünas şəxs israfçılığın insan ruhuna, eləcə də
cəmiyyətə nə dərəcədə zərərli olduğunu çox gözəl
anlayır. Kapitalistlərin təbliğat maşını öz gündəlik
gəlirini artırmaq üçün qondarma ehtiyaclar yaradır. Bu
zərərli «ehtiyaclar» fərdlərə, ailələrə, təbəqələrə,
cəmiyyətlərə və millətlərə zorla qəbul etdirilir. İnsanlar
az qala bütün ömürlərini bu ehtiyacların təmininə sərf
edirlər. Budur Sartr fəlsəfəsinin əsl mahiyyəti.
Bu lap
yunan mifologiyasında Zevsin əmri ilə çiynində ömür
boyu nəhəng daş qaldıran zavallı qəhrəmanın taleyinə
oxşayır. Bu qəhrəman iri bir qaya parçasını dağın başına
qaldırır və elə həmin anda bu qaya parçası onun
çiynindən düşüb üzüaşağı dığırlanır. Əzaba məhkum
olunmuş bu zavallı, əbədi olaraq eyni bir işi təkrarlayır!
«Qazan, xərclə» şüarı da insan ömrünü, beləcə,
puça çıxarır. İnsan bu gününün ötəri həvəslərinə xatir
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
72
gələcəyini, ömrünü satır. O, bu işdə azad deyil. Onu
bu ehtiyaclara möhtac etmişlər! Müasir dünyamızda
hökm sürən quldarlıq, insanları gələcəyini satmış
azad qullara çevirir. Bu günün gərəksiz ehtiyaclarını
ödəməyə xatir, insan könüllü şəkildə kapitalistlərə
satılır. Belə bir insan öz fitri istedadlarını məhv
edərək, «qazan, xərclə» bir həyat sürür.
Cəmiyyətin başına gətirilən bu müsibətləri, yalnız
həqiqi ziyalılar dərk edə bilir. Əgər dərk edirlərsə,
demək məsuliyyət də onların üzərinə düşür. Bəs nə
üçün ziyalı öz vəzifəsini yerinə yetirmir? Çünki ziyalı
da bu modern, komfortlu həyat tərzinin sehrinə
düşmüşdür. Süni ehtiyacların təmini ardınca qaçanlar
arasında ziyalı da var. Beləcə, ziyalı da «ağlını başına
toplayaraq»,
kimsəyə
dəyib-dolaşmadan,
öz
beşgünlük həyatını qurmağa çalışır. Bütün bu
incəlikləri dərk edən, cəmiyyətin dəyərli ömrünün
bər-bəzəyə sərf olunduğunu görən hər bir ağıllı insan,
İslamdakı qənaət prinsipini anlaya bilər.
Qənaət, yalnız əxlaqi fəzilət deyil, insanın böyük
ideallara çatması üçün xüsusi zəruri şərtdir. Qənaət
edən, mövcud imkanlarına qane olan insan əqidəsi
yolunda daha fədakardır. Həyatını xalqın səadəti
yolunda fəda etmək istəyən insanda iki xüsusiyyət
olmalıdır: keşikçi istəyən qeyri-zəruri sərvətdən
imtina və rahatlığı əldən alan qeyri-zəruri istəklərdən
çəkinmə.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
73
Əsl azad insan, olanlarına qane olub, nəfsə itaətdən
boyun qaçıran insandır. Budur Əli (ə) zöhdünün əsl
mənası! Bu zöhd insanı daim ali məqsədlər sorağına
aparır. Demək, qənaət - yoxsulluq, aclıq, səfalət yox,
insanlığın qorunması üçün zəruri olan şəraitlə
kifayətlənməkdir.
Həzrət Əli (ə) zahidliyi qarşıya məqsəd qoymuş
Asim ibn Ziyad Harisiyə deyir: «Rəzil şeytan səni
yoldan azdırmışdır. Ey özünün ən böyük düşməni
olan! Nə üçün ailə və övladlarına rəhm etmirsən? Nə
üçün Allahın halal buyurduğunu özünə haram
edirsən?»
Həzrət Əli (ə), insanı ictimai məsuliyyətdən
yayındıran zahidliyi rədd edir. Ondan soruşurlar: «Ya
Əli, bəs sən nə üçün nimdaş, yamaqlı geyim geyinir,
arpa çörəyi yeyirsən?» Həzrət belə cavab verir: «Mən
sizin kimi deyiləm. Allah-taala rəhbərlərə əmr edib ki,
cəmiyyətin ən məhrum təbəqəsi səviyyəsində
yaşasınlar».
Ey bacım, ey qardaşım, ey ziyalı! Mənim inandığım
Allah öz evini xalqın çapılması üçün vasitə edən Allah
deyil! Nümayəndələrinə bac ödəməklə Onu razı
salmaq qeyri-mümkündür! Mənim inandığım Allah
bəşəriyyəti öz ailəsi kimi tanıtdıran Allahdır! O, öz
evini xalqın evi bilən Allahdır! Bu Allah öz
bəndələrinə yardım göstərərək zülmə qarşı çıxan
Allahdır! Onun peyğəmbərinin bir əlində kitab varsa,
o biri əlində qılınc var. Mənim Peyğəmbərim (s)
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
74
zalımla məzlum, ağa ilə qul arasında sevgi təbliğ edən
katolik peyğəmbəri deyil! Mənim Peyğəmbərim (s)
vəhşi imperatorları diz çökdürüb, məzlum xalqlara
nicat verən Peyğəmbərdir. Bəli, bizim Peyğəmbərimiz
(s) cinayətkarlar qarşısında qılıncla dayanıb, bəni-
qərizələri dəstə-dəstə doğrayıb, quyuya tökən
Peyğəmbərdir! O qüdrət və izzət peyğəmbəridir! Vill
Dorant yazır: «Heç bir peyğəmbər öz ardıcıllarını güc
və qüdrətə Məhəmməd səviyyəsində çağırmamış və
bu yolda onun qədər müvəffəq olmamışdır». Bəli,
İslam peyğəmbəri (s) həyatımızın, ədalətin, tərəqqinin
peyğəmbəridir. O, hamıdan sadə tərzdə yaşamış və
xalqa xidmət etmişdir.
Əli (ə) də canişin olaraq onun yolunu davam
etdirmişdir. Şiə məzhəbinin bütün imamları zülmlə
mübarizə meydanında həlak olmuşlar.
Ey xanımlar, ey ağalar! Bu gün mənim təbəqə
nöqteyi-nəzərindən mənsub olduğum, amma düşüncə
tərzinə qarşı çıxdığım ziyalıların qəzet, jurnal, teatr
kimi böyük təbliğ imkanları vardır. Bu təbliğat
vasitələri, istisnasız olaraq, dinə qarşı çıxır.
Digər bir cəbhədə rahat və xoşbəxt möminlər
dayanır. Onların ixtiyarında minlərlə məscidlər və
minbərlər vardır!
Bu iki cəbhənin arasında mənim kimi düşünənlər
avara qalmışlar. Min bir əzabla bir kitab çap etdirəndə
hər iki cəbhədən təzyiqlər başlayır. Ziyalılar
dindarlıqda, dindarlar isə dinsizlikdə ittiham edirlər.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
75
Hər iki cəbhənin böyük təbliğat imkanları var. Mənim
kimilər isə iki dəyirman daşı arasında əzilən buğda
dənəsi tək əzilir. Bu iki cəbhənin həqiqət axtaran azad
düşüncə və qələmi görən gözləri yoxdur!
Əzizlərim! Siz bir müsəlman və şiə olaraq
əminsiniz ki, Allah çoxlarının düşündüyü kimi deyil,
Həcc bu günkü təsəvvürlərdən fərqli olaraq ali
məqsədlər daşıyır, Əli (ə) sadəcə cəngavər yox,
qurtuluş və hərəkət nümunəsidir. Əgər əminsiniz ki,
bu günkü dini mərasimlərin səviyyəsi əsrin sürəti ilə
ayaqlaşmır, onda tora düşməkdə olan bu gənc nəsil
üçün bir iş görün! Bu nəsil əldən çıxmaqdadır. Hələ
ki,
o
köhnəpərəstliklə
qərbpərəstlik
arasında
qalmışdır. İnanın ki, o bir iman yeri axtarır. Mən bir
qrup dindar gənci və bir qrup eyş-işrət yolçusu olan
qərbpərəst gəncliyi nəzərdə tutmuram. Mənim
nəzərdə tutduğum həm xurafatdan, həm də modern
əxlaqsızlıqdan
qaçan
çoxluqdur.
Onlar
insani
ehtiyacları ödəyəcək bir məktəb axtarışındadırlar.
Ey İslam ümməti! Əgər siz əminsiniz ki,
bəşəriyyətin fitri istəklərini xurafatdan təmizlənmiş
həqiqi İslamdan başqa heç bir inanc doyura bilməz,
onda bir iş görün!
Bu gənclik üçün əsrin tələbinə uyğun səviyyədə
olan bir məktəb hazırlanmalıdır. İnanın, inanın!
İnanın ki, dinin bu günkü səviyyəsi, köhnə adət-
ənənələrlə qatışdırılmış İslam gəncliyini cəzb etmək
iqtidarında deyil. Həqiqət axtaran bu nəslə İslamın və
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
76
şiəliyin, Quran və Əhli-beytin (ə), Məhəmməd (s) və
Əlinin (ə), Fatimə (ə) və Zeynəbin (ə), cihad və
Kərbəlanın həqiqi simasını göstərin. Dünyaya
mədəniyyət bəxş etmiş İslamı əgər biz bu səviyyəyə
endirmişiksə, biz də öz səviyyəsinə qaldırmalıyıq.
Əgər bütün məsullar bu gün ayağa qalxmazsa, sabah
gec ola bilər. Nə qədər ki, gənc nəsil həqiqətə olan
ümidini itirməyib, onların sorağına getməyimiz
zəruridir!
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
77
Mündəricat
EY ATA, EY ANA, BİZ MÜTTƏHİMİK! .................................. 4
BİZ MÜTTƏHİMİK ..................................................................... 7
İKİ BÖYÜK VƏ MƏŞHUR SƏHV ........................................... 16
BƏTNƏ BAĞLI ƏQİDƏ VƏ YA ALIN YAZISI .................... 20
«QADAĞALAR» DİNİ! ............................................................ 21
HƏCC .......................................................................................... 24
BURA QƏDƏR DEYİLƏNLƏR VƏ BUNDAN SONRA< . 37
Dostları ilə paylaş: |