www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
60
duada dini əqidələr və ali məqsədlər bəyan olunur.
Demək, şiə məzhəbinin duaları həm də məktəb
funksiyasını daşıyır. Məsələn, imam Səccadın (ə)
«Səhifə» duası və bir çox əsas dualarda Allaha müraciət
olunur, Onun sifətləri bəyan edilir, insanın Allah
qarşısındakı vəzifələri sadalanır, eləcə də, insanın
Allahın yardımına möhtac olduğu etiraf edilir.
Göründüyü kimi, duanın mətnində fəlsəfi, etiqadi, elmi
və əxlaqi baxışlar izhar olunur. Bütün bunlardan əlavə
cəmiyyətdəki
ədalətsizliklər,
hakimlərin
zülmü,
düşmənin hiylələri duada öz əksini tapır. Demək olar ki,
əksər
duaların
sonunda
istəklər
bəyan
edilir:
«Pərvərdigara! Məni zalımların əlində alət etmə!»
Dua oxuyan şəxs bu cümlələri oxuduqca onun yatmış
düşüncəsi
oyanır.
Dua,
adətən,
xəlvətdə
oxunduğundan, başqalarının nəzərlərini öz üzərində
hiss etməyən insan səmimi olur. Bu səmimiyyət, ixlas
ona böyük ideallar haqqında düşünmək və özünü
onlarla müqayisə etmək imkanı yaradır.
Təəssüf ki, ziyalının dua haqqındakı düşüncələri
mötəbər olmayan dualar və bu günkü dua əhlinin
vəziyyəti əsasında formalaşır. İşini-gücünü atıb yalnız
dua oxumaqla və dilindən çıxan sözlərin mənasını
anlamayan insanlar ölçü predmeti ola bilməz. İslam
dinində
həqiqi
duanı
tanımaq
üçün
İslam
peyğəmbərinin (s), Əlinin, Hüseynin, Fatimənin,
Zeynəbin (ə) baxışları ilə tanış olmaq lazımdır.
Peyğəmbərin sevimli səhabələri Əbuzər və Əmmar necə
dua edirdi? Dua onları gündəlik işdən ayırırdımı? Onlar
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
61
şəhadət savabını döyüş meydanında, yoxsa dua
oxumaqla əldə edirdilər?
Ey ziyalı bacı və qardaş! Sən öz elmi düşüncənlə
həqiqəti tapmaq üçün əsl ideallara müraciət etməlisən!
İslam Peyğəmbəri (s) dövrümüzün ən mütərəqqi
ordularının komandanlarından daha üstün şəkildə
müharibə aparırdı. İntizam, strategiya və taktika,
kəşfiyyat, tibbi xidmət - bir sözlə, döyüşün taleyinə
təsirli olacaq hər şeyi nəzərə alırdı. Amma bütün
bunlara baxmayaraq, Həzrət dua da edirdi. Bu dualar
İslam peyğəmbərinin (s) hər hansı bir vəzifəni yerinə
yetirməsinə mane olmurdu.
Həzrət Əli (ə) bütün döyüş hazırlığını gördükdən
sonra belə dua edirdi: «Pərvərdigara! Əgər bizi qalib
etsən, həddi aşmağa qoyma. Əgər onları bizə qalib
etsən, bizə şəhadət qismət et!».
Azadlıq, ədalət və dinin dirçəlişi yolunda ailəsi və
əzizləri ilə birlikdə şəhadət meydanına çıxmış Hüseyn
(ə) qanla dolu ovuclarını səmaya qaldırıb, dünyanı
heyrətə gətirən bu şəhadətlərin qəbul olunması üçün
Allaha dua edir.
Əziz ziyalı! Yuxarıda xatırlanmış dualarda hansı
zəifliyi, acizliyi hiss etdin? Necə düşünürsən, həqiqət bu
dualardadır, yoxsa şəhidlik savabı verən dualarda?!
Əzizlərim! Sizin ata-ananızın inandığı qəzavü-qədər
əslində İslama zidd bir inancdır. Bu insanlar inanırlar ki,
həyatda baş verən hər bir hərəkət əvvəlcədən müəyyən
edilib. Axı düşüncəli insan necə inana bilər ki, son ilahi
dində belə məntiqsiz qanunlara yer verilsin?
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Əli Şəriəti
"Ey ata, ey ana, biz müttəhimik"
62
Əgər hər şey əvvəlcədən müəyyən olunubsa, bir bu
qədər peyğəmbərlərin göndərilməsinin, insanların
doğru yola dəvət olunmasının nə əhəmiyyəti var? Bu
fikirlər şərqdən hindli sufinin və qərbdən yunan
filosofunun uydurmasından başqa bir şey deyil! Həzrət
Peyğəmbər (s) atəşpərəstlərin belə bir əqidədə olduğunu
vurğulamışdır. Necə olur ki, bir qrup insan Quranın
ziddinə çıxaraq belə cəfəngiyyatlara iman gətirir?! Əgər
sən ziyalısansa, İslama aid hər bir həqiqəti Qurandan
öyrənməlisən. «Müddəssir» surəsinin 38-ci ayəsində
buyurulur: «Hər kəs öz əməlinin girovudur». Quran
həm dinsiz təhqiqatçılara, həm də beyni müxtəlif
fəlsəfələrlə zəhərlənmiş din adamlarına konkret cavab
verir: «O gün (Qiyamət günü) insan öz əlləri ilə etdiyi
əməlləri görəcək, kafir isə «kaş torpaq olaydım»
deyəcək».
6
Quran təkrar-təkrar bəyan edir ki, tarix boyu məhv
olmuş bütün cəmiyyətlər özlərinə zülm edənlərdir.
Hətta
dialektik
materializmdə
cəmiyyətdəki
dəyişikliklər insan iradəsindən yox, maddi amillərdən
asılı bilinir. Amma Quran, istisnasız olaraq, bütün
ictimai təbəddülatlarda insan düşüncəsini əsas
götürür. Bu səbəbdən də İslam dinində cəmiyyətin
taleyinə görə insanlar məsuliyyət daşıyır: «Hər hansı
bir tayfa öz tövrünü dəyişmədikcə, Allah da onun
tövrünü dəyişməz»
7
.
6
«Nəbə» surəsi, ayə: 40.
7
«Rə᾽d» surəsi, ayə: 11.
Dostları ilə paylaş: |