Seçilmiş əsərləri, I cild 1



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə58/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   54   55   56   57   58   59   60   61   ...   98

Firuz Mustafa 
180 
yumdu. O, b
əlkə hələ heç yuxudan oyanmamışdı, olsun ki, ba-
yaqdan gördükl
əri isə  yuxunun içində  gördüyü bir yuxu idi. 
Am
ma Ayın döqmasına heç kəsin şəkk-şübhəsi ola bilməzdi. 
 
 Gözl
ərini açanda heyrətdən qışqırmaq istədi: Bəyaz ağ bir 
heyk
əl kimi Cavad  Əmirxanlının  qarşısında dayanıb  diqqətlə 
onu süzürdü. Onun üzünd
ə Ay işığında aydın sezilən sirli-sehr-
li bir ifad
ə vardı. 
 
Qız  yenə  də  həmişəki kimi qəfildən haradansa zühür et-
mişdi. Amma o, indi Cavad Əmirxanlının eyvanına yox, dağın 
zirv
əsindəki qayaya qonmuşdu. Qızın əlində gümüşü rəngli bir 
ağac vardı. 
 - Salam, Cavad b
əy... 
 - Salam... 
 - M
ən bildim ki, sən gec-tez buraya gələcəksən. Yorulma-
mısan ki? 
 - Yox... 
 H
ər ikisi uzun müddət bir-birinin üzünə baxıb susdu. Qız 
öz mü
əmmalı baxışları ilə sanki onu sual-cavaba tutmuşdu. Ca-
vad Əmirxanlı sössüz suallara elə sükutun “dili” ilə cavab ver-
m
əyə çalışırdı. O, hiss edirdi ki, qarşıda onu çox sirli bir aləmlə 
ta
nışlıq gözləyir. O, burada görəcəklərini heç kəsə danışmamalı 
idi. Gözün gördüyü h
ər şeyi dil aləmə faş etməli deyil ki. Doğ-
rudur, dil insana h
əqiqəti demək üçün verilib. Amma çox vaxt 
faci
ələr yalanın deyil, həqiqətin üzə çıxmağından doğur. Həqi-
q
ət, yalnız zamanı gələndə faş olmalıdır. Zamanında deyilmə-
y
ən həqiqət vaxtsız banlayan xoruz kimidir. Vaxtsız banlayan 
xoruzunsa aqib
əti hər kəsə məlumdur... Tələsmək lazım deyil, 
g
ərək səbrlə gözləyəsən həqiqəti söyləmək üçün yetişəcək anı.  
 T
əbiətən hövsələsiz adam kimi tanınan Cavad Əmirxanlı, 
in
di qızın əsrarlı və davamlı baxışları altında susmağa üstünlük 
ver
mişdi. O, inadla susurdu. Bu təmkinli jest sanki qıza heç bir 
sual verm
əyəcəyinə işarə idi. Deyəsən, Bəyaz da onu yaxşı ba-
şa düşürdü. Get-gedə qızın ciddi sifətınə işıqlı bir təbəssüm ya-
yıldı.  


Seçilmiş əsərləri, I CİLD 
181 
 Hava tutqun idi, s
əhər və ya axşam alatoranlığının düşdü-
yünü bilm
ək çətin idi. Yaxınlıqda  atılıb-düşən çəyirtkələr və 
quşlar səs-səsə verib civildəşirdi.  
 
Qız baxişları ilə ona “arxamca gəl” işarəsi verib inamlı ad-
dımlarla irəli yeridi. Cavad Əmirxanlı qızın arxasınca addımla-
ma
ğa başladı. Onlar indi bir-birini səssiz belə, yaxşı anlayırdı-
lar. 
 Qar
şıdakı iri mağara ağzını əjdaha kimi açmışdı.  
 B
əyaz əvvəlcə mağaranın ağzında bir müddət ayaq saxla-
yıb  diqqətlə  ətrafa boylandı,  üzünü tutqun səmaya sarı  tutub 
dua edir
miş kimi dodaqalti nəsə pıçıldamağa başladı, sonra ma-
ğaranın içinə sarı yönəldi. Cavad Əmirxanlı daş kimi donub ye-
rind
ə qalmışdı. Qız sanki bunu hiss elədi; o, geri qanrılıb do-
nuq, q
ətiyyətli baxışları  ilə  “gəl!”-əmrini verdi. Cavad  Əmir-
xan
lının bu səssiz əmrə əməl etməkdən başqa çarəsi qalmadı. 
 
Qızın əlindəki budaq əvvəlcə şam kimi zəif işıq salmağa 
başladı. Sonra bu işıq get-gedə parlaq bir qəndilə çevrilib bütün 
ətrafı işıqlandırdı. 
 Am
ma bu işıq nə qədər gur olsa da irəlidə onları qorxunc 
uçurum, daha 
doğrusu, dibsiz yarğan gözləyirdi. Yarğanın ağzı 
dair
əvi idi, elə bil nəhəng bir qazanın qapağını harasa bir kəna-
ra atıb onun ağzını açıq qoymuşdular, bu “daş qazanın” ağzın-
dan eyni vaxtda bir neç
ə adam içəri keçib çölə çıxa bilərdı. 
 -Biz indi üzüa
şağı enməliyik, Cavad bəy. Buzlaq deyilən 
yer orada, bu yar
ğanın  dibindədir. Amma ehtiyatlı  olmaq la-
zımdır. 
 Ca
vad Əmirxanlı susdu.  
 Dem
əli, belə çıxırdı ki, buz gətirməyə gedən adamlar bir 
vaxt h
əmin yarğana buradan eniblər. 
 Ya
xınlıqda buz salxımlarına bənzəyən iri qaya  çıxıntılar-
dan birinin belin
ə kəndir dolanmışdı. 
 -Cavad b
əy, bax, ucu qayaya bərkimiş  o  uzun  kəndirin 
ucunu belin
ə  dolamalısan. Yoxsa mağaraya enmək mümkün 
deyil.  
 B
əs görəsən qız özü necə, hansı yolla enəcəkdi ora, o dərin 


Firuz Mustafa 
182 
ma
ğaraya? 
 
Qız  onun  ürəyindən keçənləri üzündən oxuyubmuş  kimi 
astadan dedi: 
 -M
ənə görə narahat olma, Cavad bəy. Sən kəndiri belınə 
dola
yıb yavaş-yavaş üzüaşağı en. Amma ayaqlarını divarlarda-
kı çıxıntılara qoymağı da unutma. Aşağı endikcə, qollarını yana 
aç, bu, müvazin
əti düzgün saxlamaq üçündür. 
 
İndi o, nə etməli idi? Kəndiri belinə dolayıb üzüaşağı yu-
varlana bilm
əzdi ki...  
 
Qız yenə köməyə gəldi: 
 -K
əndirin ucu qayaya bağlansa da həlqələr mənim əlimdə 
olacaq, m
ən onu yavaş-yavaş  boşlayacam, sən  addım-addım 
aşağıya doğru enəcəksən, mən kəndirin əlimdə qalan parçasının 
ölçüsünd
ən biləcəyəm ki, sən yolun hansı  hissəsindəsən; elə 
m
ənzilə çatmağını da mən özüm əvvəlcədən biləcəyəm. Sonra 
n
ə etmək lazım olacağını mən orada deyəcəm sənə. Hə, di cəld 
ol, Cavad b
əy. 
 Ca
vad Əmirxanlı bir ucu qayaya bərkidilmiş möhkəm, qa-
ba k
əndirin o biri ucunu öz belinə doladı, mağaranın ağzına ya-
xınlaşıb aşağı boylandı, başı hərləndi, gözləri alacalandı. 
 Sonra ayaqla
rını  aşağı  sallayıb  əlini yuxarıya,  qıza sarı 
uza
dıb yellədi, elə bil ki, bu təhlükəli səfərdən ağlı bir şey kəs-
m
ədiyi üşün qızla vidalaşırdı. 
 
Qız əyilərək onun əlini bərk-bərk sıxıb kənara çəkildi, ba-
xışlaı ilə işarə etdi ki, hələlik kəndirdən yapışsın və o, qızın işa-
r
əsinə uyğun olaraq belinə doladığı kəndirdən ikiəlli, bərk-bərk 
ya
pışdı. 
 
Qız kəndiri boşaltdı. O, bayaq verilən təlimata uyğun ola-
raq 
əllərini kəndirdən çəkib qollarını  qanad kimi yana açdı, 
ayaqla
rının ucu ilə yarğanın divarlarındakı çıxıntıları yoxlama-
ğa başladı. O, arabir kiçik yuvacıqlara rast gələndə ayaqlarının 
ucunu ehtiyatla ora
ya ilişdirib bir qədər dincəlir, nəfəs dərirdi. 
Ya
na açılmış qollarından su damçılayır, əlləri tez-tez buz par-
şalarına toxunurdu. O, hətta, bir-iki dəfə  ovcunda qalan buz 
sal
xımlarını susamış ağzına təpməkdən də çəkinmədi. Dizi, dir-


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə