Seçilmiş əsərləri, I cild 1



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə60/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   56   57   58   59   60   61   62   63   ...   98

Firuz Mustafa 
186 
d
ən tarım  çəkilib  şişdi, canlı,  uzun,  sərt, burulmuş  bir  ağaca 
çevrildi. 
 -Cavad b
əy, darıxma, indi çatırıq. 
 Bu, yen
ə Bəyazın səsi idi. Amma qaranlıqda qızın üzü gö-
rünmürdü. S
əs boğuq olsa da əks-səda verirdi. Belə çıxırdı ki, 
Ca
vad Əmirxanlı qızın üzünü görməsə də, özü kənardan müşa-
hid
ə olunmaqdadır. 
 
“İndi çatırıq...” 
 Gör
əsən, qız onu haraya, hansı ünvana çatdırmaq niyyətin-
d
ə idi? 
 Ca
vad  Əmirxanlının  susurdu. Bir də  ki, indi  əlavə  sual 
verm
əyə nə ehtiyac vardı ki? 
 O, gözl
ərini yumub xəyala getmişdi. Burada o, nə axtarır-
dı? Bütün bu baş verənlər həqiqət idi, yoxsa onun fantaziyası-
nın  məhsulu? Bəlkə  bu dünyada, həqiqətən, qulyabani, cin-
əcinnə, şeytan deyilən sirli məxluqlar vardı və Cavad Əmirxan-
lı  o  gözəgörünməz məxluqların  fitnəsinə  tuş  olmuşdu?  Axı 
onun güna
hı nə idi? Bəlkə təbiət ondan intiqam alırdı? Bəs bu 
intiqam n
ədən ötrü idi? Bəlkə o, insanlara hələ heç nə vəd et-
m
əyən şübhəli elmi axtarışlarına görə düçar olmuşdu bu cəza-
ya? 
 
Axı  o,  son  illərdə  insan  şüurunun köçürülməsi, fikir və 
ideyala
rın insan orqanizmi kimi transplantasiyası üzərində çox 

şünür, hətta, bu istiqamətdə təcrubələr aparırdı. Bu cür təcrü-
b
ələrin xoşbəxt sonluqla bitəcəyinə onun özü də daxilən inan-
mırdı. 
 Aliml
ər insan beyninə çoxadan bəri müdaxilə etməyə baş-
la
mışdılar. Hətta, beyin köçürmələri də sınaqdan keçirilmişdi. 
Am
ma şüur, yaddaş köçürmələri... Bu barədə indiyəcən yalnız 
fantas
tık əsərlərdə söhbət açılmışdı. Məsələnin gerçək elmi ma-
hiyy
ətinə ilk dəfə Cavad Əmirxanlının əsərlərində toxunulurdu. 
Onunla birg
ə işləyən mütəxəssislərin əksəriyyəti ən yaxşı hal-
da, ir
əli sürülən bu fərziyyələri hipotez kimi qəbul edirdi. Am-
ma arxada onun sa
yıqladığını,  ağlının  çaşdığını  iddia edən 
h
əmkarları da vardı. 


Seçilmiş əsərləri, I CİLD 
187 
 Ca
vad Əmirxanlı öz son tədqiqatlarından belə bir qənaətə 
g
əlmişdi ki, insan beynindəki neyronlar öz konkret məkanında 
xao
tik  şəkildə  fəaliyyət göstərmir; burada mütləq bir sistem 
mövcud olma
lıdır.  Başqa sözlə, neyronların  sisteminin pozul-
ma
sı  beynin funksiyasının,  daha  doğrusu, insan  şüurunun po-
zulma
sı ilə nəticələnə bilər və çox vaxt elə bu cür də nəticələ-
nir. Bunun elmi-n
əzəri tərəfi bir yana, son illərdə Cavad Əmir-
xan
lının elə öz gözünün qabağındaca nə qədər adamın ağlında 
k
əskin dəyişikliklər baş vermişdi? Ağlında, mühakiməsində də-
yi
şiklik baş verənlər arasında elmlə məşğul olan insanların sa-
yının çoxluğu xüsusilə diqqəti çəkirdi. 
 Adamla
rın əksəriyyəti bu cür düşünənləri dəli və ya ağıl-
dank
əm kimi qələmə  verməyə  çalışırdılar; halbu ki, heç kəsə 
z
ərəri dəyməyən,  əksəriyyəti susub öz hücrəsinə  çəkilən bu 
adamla
rı dəli adlandırmaq, Cavad Əmirxanlıya görə tərbiyəsiz-
lik, s
əviyyəsizlik nümunəsi idi.  
 H
əmin adamların, sadəcə olaraq, düşüncə kompasının isti-
qam
əti başqa səmtə dəyişmişdi; onlar hamı kimi düşünə bilmir-
dil
ər. Onların düşüncə və mühakimə əqrəbi yeni bir qütbə isti-
qam
ətlənmişdi. Nədənsə, hər bir cəmiyyətdə çox vaxt adamla-
rın əksəriyyəti başqa cür düşünənləri qəbul və həzm edə bilmir-
l
ər; belələrinə görə, hamı eyni cür düşünməli, hamı eyni şeylər 
haq
qında eyni cür danışmalıdır.  Basmaqəlib,  şablon düşüncə 
sahibl
əri Cavad Əmirxanlıda həmişə ikrah hissi oyadırdı.  
 Bu zülm
ət səltənətində bu düşüncələr aləmində vurnuxan 
Ca
vad Əmirxanlının sanki birdən-birə beynindən bir işıq zolağı 
ötüb keçdi; yox, o 
işıq zolağı harasa ötüb getmədi, onun içini 
nura q
ərq etdi və o, çoxdan bəri başını yoran suala sanki indi 
q
əfildən cavab tapdı.  
 M
əsələ  burasında idi ki, o, Bəyazla hər görüşdən sonra 
heyr
ətə  gəlir,  şoka düşürdü:  qızın  hər gedişindən, yəni qəfil 
“uçu
şundan” sonra sanki “üçüş meydançasında” bir müddət nə-
s
ə qalırdı; düzdür, bir müddət sonra o “nəsə” də qızın özü kimi 
ç
əkilib gedirdi. Bunlar öz yerində. Məsələ burasında idi ki, hə-
min anlarda Ca
vad Əmirxanlının yaddaşında birdən-birə Bəya-


Firuz Mustafa 
188 
zın gedişi kimi gəlişi də canlandı. Qız hər dəfə qəfil burulğan 
kimi zühur edirdi; bu anlarda san
ki  xırdaca qum zərrələri bir 
göz qırpımında üst-üstə qalanır, kiçicik təpəcik sürətlə ətə-qana 
dolaraq canla
nır,  adama “çevrilirdi”. Deməli, belə  çıxırdı  ki, 
B
əyaz əslində bir yerdən başqa yerə zərrələr kimi uçub gedir
sonra han
sısa sehrli qüvvənin səyi sayəsində o zərrələr anında-
ca birl
əşərək bütöv bir varlığa, canlı insana çevrilirdi. Zərrənin 
küll
ə və küllün zərrəyə çevrilməsi az qala göz önündə baş ve-
rirdi. Bu
na heç bir şəkk-şübhə ola bilməzdi. 
 -Çat
dıq... 
 
Şübhəsiz ki, bu, səsin sahibi Bəyaz idi. Cavad Əmirxanlı 
qeyri-ixtiyari gözl
ərini açdi. İndi onun ayaqları möhkəm kütlə-
nin üstünd
ə idi. 
 T
ərəddüdlə ətrafa göz gəzdirdi, ayağının altında xalı boy-
da bir işıq talası açılmışdı. 
 
Qızın özü hələlik gözə dəymirdi. 
 Amma az keç
miş onun bayaqdan bəri beynindən keçən fi-
kirl
ər möcüzə  kimi gözlərinin önündə  canlandı:  sanki çovğu-
nun g
ətirdiyi qum zərrələru bir parça işıq talasının üstündə bu-
rum-burum buruldu, 
əyilib-düzəldi, cana gəlib dikəldi və... bə-
yaz bir var
lığa, daha doğrusu, Bəyaza çevrildi. Bütün bunlar bir 
anın içində, az qala bir göz qırpımında baş verdi. 
 Ca
vad  Əmirxanlı  sanki yerindəcə  quruyub daşa  dönmüş-
dü. 
İndi onun tərpənməyə halı yox idi. Hətta, bu müddət ərzin-
d
ə bayaqdan bəri bədəninə dolanan kəndirin necə boşalıb açıl-
dığından da xəbəri olmadı. 
 
Qız ona baxıb gülümsəyirdi. 
 Onunsa dill
ənməyə heyi yox idi, matdım-matdım qıza ba-
xıb susurdu. 
 Dey
əsən, çoxdan aradığı  bir  sirli sualın  cavabını  tapmaq 
üzr
ə idi: insan orqanizmindəki maddələr hansı bir qüvvəninsə 
t
əsiri altinda molekkullar, neyronlar, hüceyrələr şəklində zərrə-
l
ərə  çevrilərək bir məkandan digərinə  axır,  “ötürülür”, sonra 
yenid
ən birləşərək öz əzəlki formasını alır. Olsun ki, bu qayda 
heyvanlardan tut
muş  ta  bitkilərə  qədər bütün canlılara tətbiq 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə