Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   73   74   75   76   77   78   79   80   ...   145

 
172
«Milan»ın, yaxud Istanbulda «Qalatasaray»ın oyunu olsun, fərq etməz, – Şuşadakı o 
məktəb həyətində baxdığı futbol oyunlarına çatanı olmayacaq. 
Imran  Əbülfətgilin hasar qonşusu və  məhəllə komandasının qapıçısı idi və 
Imranın top tutmağı  uşaqların arasında bir əfsanə idi, kim hardan top vurursa-
vursun, Imran quş kimi atılıb o topu tuturdu və elə buna görə  də Imrana «Qartal» 
deyirdilər. Ermənilər  Şuşanı götürəndə, qaça-qaç düşəndə, Imranı güllə ilə 
vurmuşdular və onun cəsədi «Ərimgəldi»nin altındakı qayalıqda düşüb qalmışdı və 
sonralar uşaqlar belə danışırdı ki, guya, qartallar Imranın gözlərini dimdikləyib 
yeyiblər. 
Imranın qəribə bir işıqla işıldayan yaşıl gözləri var idi və sən demə, o işım-işım 
işıldayan yaşıl gözlər əməlli-başlı Əbülfətin yaddaşında imiş və həmin məqamda ki, 
Əbülfət əlindəki o məktuba – Cəmilənin məktubuna – baxırdı, elə bil, Imranın qartal 
dimdikləməsindən pırtlamış gözlərinin yaşılımtıl rəngi o «Əbülfət»lərin qırmızısına 
qarışdı, elə bil, dama-dama şagird dəftərindən qoparılmış o vərəqə bulanıq bir rəng 
yayıldı... 
Əbülfət məktubu qatlayıb şalvarının cibinə qoydu. 
Doğrudan da, qəribə idi, o məktub, qırmızı karandaşla və gözəl hərflərlə 
yazılmış o «Əbülfət»lər birdən-birə Imranın yaşıl gözlərini tamam alatoran içində 
olan uşaqlıq xatirələrindən dartıb, çıxarıb, Əbülfətin yadına saldı. 
Nə üçün? 
Bu, bir sirri-xuda idi. 
Əbülfət həmin gecə Bakıda, məşq bazasında, çarpayıda uzanıb o tərəfə-bu tərəfə 
vurnuxurdu və heç cürə yuxuya gedə bilmirdi, axırda yerindən qalxdı, heç özü də 
bilmədi ki, şalvarının cibindən o məktubu necə götürdü və kortecdən eşiyə  çıxıb 
qapının ağzındakı taxta pilləkənin üstündə oturdu, qapının başında yanan elektrik 
lampasının zəif işığında o məktubu təzədən bir də oxudu. 
O məktuba qədər o qız – Cəmilə – Əbülfət yatsaydı, heç yuxusuna da girməzdi. 
Əbülfət bilirdi ki, o qız Cümünün qızıdı və Buzovna Fəhlə Yataqxanasında yaşayan 
bütün  şuşalılar kimi o qız da qaçqındı, amma sonra, elə o zəif elektrik lampasının 
altındaca  Əbülfətin fikrindən keçməyə başladı ki, hər dəfə Buzovnadakı evlərinə 
(otaqlarına) gedib-gələndə, həmişə o qız beşinci mərtəbədəki o pəncərənin 
qırağından baxırdı (demə, ona – Əbülfətə baxırmış...), elə bil, o qız – Cəmilə – 
üçüncü mərtəbədəki o bayraq rəngli qapının açılıb-örtülməsindən və indicə oradan 
Əbülfətin çıxacağından o saat xəbər tuturdu... 
Və Əbülfət o zəif elektrik lampasının işığında o məktubu üçüncü dəfə oxudu. 
O günə  qədər heç bir qız  Əbülfətə  məktub yazmamışdı  və ümumiyyətlə, 
Əbülfətin heç bir qızla yaxınlığı olmamışdı. Onlar bazanın meydanında məşq 
edəndə, futbol azarkeşləri, idman müxbirləri, təsadüfi tamaşaçılar yığışıb baxırdı və 
o tamaşaçıların arasında Bayıl tərəfdən gələn rus qızları da olurdu. O qızlar cavan 
futbolçularla tanış olmaq üçün gəlirdilər və futbolçular da onlarla xəlvəti  əlaqə 
yaradırdı, amma Əbülfət o qızlara yaxın durmurdu – təkcə ona görə yox ki, rus dilini 
pis bilirdi, ona görə  də yox ki, məşqçilər o sırtıq qızlarla gəzməyi qəti qadağan 
etmişdilər; ona görə ki, Əbülfət meydanda, topla özünü necə hiss edirdisə, o qızlarla 
özünü heç vəchlə elə hiss edə bilmirdi, həmin qızlarla olanda, ona elə  gəlirdi ki, 
ayağı top saxlaya bilmir, hamı da ona gülür. 


 
173
O zəif elektrik işığının altında əlində tutduğu o məktub birdən-birə Əbülfət üçün 
futbol topu kimi doğma bir şeyə çevrildi və o gecədən sonra məşqçilər mat 
qalmışdılar ki, necə oldu ki, bu yeniyetmə  oğlan ikiqat bir həvəslə, ehtirasla 
oynamağa başlamışdı və meydanda, həqiqətən, möcüzə göstərirdi. 
Bir dəfə  məşq zamanı yenə  Əbülfətin oyununa baxan Karlos Alberto Torres 
özünü saxlaya bilməyib əlini əlinə vurdu: 
– Allaha and olsun, bunun yaşında Pele də belə oynaya bilmirdi!.. 
Əbülfətin ayaqları topu özünə necə  çəkirdisə, Buzovna Fəhlə Yataqxanasının 
həyəti də indi onu eləcə özünə çəkirdi. Əbülfət imkan tapan kimi, elektrik qatarına 
minib Buzovnaya gedirdi və həyətdə futbol oynaya-oynaya tez-tez gözlərini topdan 
çəkib yuxarı – beşinci mərtəbəyə – pencərənin küncündən gözlərini ona zilləmiş o 
qıza baxırdı və o qızı görmək, o qızın baxışları ilə öz baxışlarının eləcə toqquşması 
topdan sonra Ələkbər üçün ən əziz bir şey olmuşdu, amma bu bir ildə onlar bir dəfə 
də olsun görüşüb-danışa bilməmişdilər, təkcə iki dəfə məktublaşmışdılar. 
Birinci məktubu (əslində ikinci məktubu) yenə  də Yataqxananın pilləkənində 
Cəmilə ona verməyə macal tapmışdı və o məktubu da Əbülfət xlor iyi burnuna dola-
dola elə pilləkəndə oxumuşdu: 
«Şanlı məktub ¹ 2. 
Qurban olum sənə, Əbülfət... Əbülfət, mən həmişə ürəyimdə səninlə danışıram... 
Əbülfət...  Əbülfət...  Əbülfət... Mən ürəyimdə  səninlə  əl-ələ tutub dəniz qırağında 
gəzirəm, Əbülfət... Mən istəyirəm biz Şuşada bir yerdə gəzək, amma Şuşanı yadıma 
gətirə bilmirəm,  Əbülfət... Amma istəyirəm orada əl-ələ  gəzək. Belə sözlər 
yazdığıma görə məni qınama, Əbülfət... Sən ki, mənim birinci məktubumu heç kimə 
deməmisən, mən sənə çox minnətdaram, Əbülfət. Sənə bir sualım var, Əbülfət: sən 
mənə görə gəlib həyətdə futbol oynayırsan? Qurban olum sənə, Əbülfət, mənə cavab 
yaz, yoxsa ürəyim gedir, Əbülfət... 
 Cəmilə». 
O məktub yenə göy mürəkkəblə  və o «Əbülfət»lər də  qırmızı karandaşla 
yazılmışdı.  Əbülfətin oturub yazı yazmaqla qəti arası yox idi, amma bu dəfə 
ürəyindəkilərin hamısını yazmaq istədi, gecə yenə kotecin taxta pilləkənində oturub 
o zəif elektrik işığında gözlərini dizinin üstünə qoyduğu dəftərçənin ağ kağızına 
zillədi və iki saatdan çox bir müddətdə  nə  qədər çalışdısa, nə  qədər hıqqandı-
zıqqandısa da, heç nə yaza bilmədi, kağızın ortasında iri hərflərlə  təkcə elə bunu 
yazdı: 
 «HƏ.»  
Bu, Əbülfətin həyatında yazdığı birinci və sonuncu məktub oldu. 
Və Əbülfət bilirdi ki, Cəmilə elə eləyəcək ki, Yataqxananın pilləkənində onun 
rastına çıxacaq və doğrudan da, belə oldu və  Əbülfət də o bir kəlmədən ibarət 
məktubu Cəmiləyə verə bildi. 
 
XVI 
 
Gözlə-Gəlirəm Məmməd kişi səhər tezdən Yataqxananın ikinci mərtəbəsindəki 
evindən (otaqdan) çıxıb həmişəki kimi, Məşədi Ağarəhim Mir Abdulla oğlunun o 
gözəl bağından yadigar qalmış (kimə? Şuşa qaçqınlarına?) o zeytun ağacının 
altındakı sınıq-salxaq skamyada oturdu, göyə baxıb, həmişəki kimi, əvvəlcə yavaş-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə