Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   74   75   76   77   78   79   80   81   ...   145

 
174
yavaş, sonra da bərkdən öz-özüylə danışmağa başladı. Məmməd kişi özü ilə elə 
tələsik danışırdı ki, nə dediyini başa düşmək olmurdu və hərdən Bakıdan gəlib 
Buzovnadan keçərək Mərdəkanacan gedən və Şağan tərəfdə fırlanıb eləcə də geri 
qayıdan elektrik qatarının səsi eşidiləndə, qatar çarxlarının o tukkatukuyla Məmməd 
kişinin bərkdən dediyi anlaşılmaz sözlərin arasında, elə bil, çox doğma bir 
ahəngdarlıq əmələ gəlirdi.  
Bir azdan səhər növbəsində oxuyan uşaqlar məktəbə getdi, ikinci, üçüncü 
növbədə oxuyan uşaqlar da həyətə düşüb futbol oynamağa başladı (Eysebioya görə 
bu həyətdə  və ümumiyyətlə, bu həndəvərdə futbol oynamayan uşaq yox idi) və 
birdən uşaqlardan hansı bir həssası isə hiss etdi ki, bu futbol hay-küyünün içində 
nəsə bir səs çatışmır, qeyri-iradi zeytun ağacının altına tərəf baxdı  və gördü ki, 
Gözlə-Gəlirəm Məmməd kişinin boynu yana bükülüb, başı da o sınıq-salxaq 
skamyanın söykənəcəyinin üstündə düşüb qalıb. 
Gözlə-Gəlirəm Məmməd kişi  şuşalıların Buzovna Fəhlə Yataqxanasında 
məskun olduqları vaxtdan üzü bu tərəfə, burada vəfat edən 16-cı şuşalı idi. 
Gözlə-Gəlirəm Məmməd kişinin yasında Cümünün (Qızıl Diş Cümşüdün) 
baldızı kor Solmaz qışqırırdı: 
– Ay Allah!.. Bizim camaat burda niyə milçək kimi qırılıb gedir?!. 
Qışqırırdı və ağlayırdı. 
Və o zaman Cümü fikirləşdi ki, görəsən, burada, bu Yataqxanada Allah 
dərgahına gedən 17-ci şuşalı kim olacaq? Və elə o dəmdə  də Cümünün ürəyindən 
keçdi ki, Allah eləyəydi, o 17-ci şuşalı elə o özü olaydı... 
XVII
 
Çəkisi 160 kilodan artıq olan Bolelşik Bufetçi Ibadulla Buzovnanın məşhur 
futbol azərkeşlərindən və ümumiyyətlə, kəndin seçilib-sayılan kişilərindən biri idi, 
amma heç kim – nə  kənd camaatı, nə  də daimi müştərilər –Cümü (Qızıl Diş 
Cümşüd) kimi – bilmirdi ki, bəzən elə məqamlar olurdu, Bolelşik Bufetçi Ibadulla, 
əslində, özü öz bufetindən xəcalət çəkirdi...  
Iyunun həmin ilk günü də günorta bufet boş idi, Bolelşik Bufetçi Ibadulla iri 
dəsmalı ilə yay-qış  həmişə  tərli olan boynunu, sifətini silə-silə  və  həmişə  də bu 
bufetdən  əskik olmayan sırtıq milçəkləri qova-qova bufetin şüşə piştaxtasının 
arxasındakı «zakuskalara» baxırdı: ABŞ-dan gəlmiş toyuq budunun soyutması, 
fransız yumurtası, Iran kartofu, Türkiyə pendiri, Qazaxıstandan koreyalıların gətirib 
ucuz qiymətə satdıqları baş soğan, Tunis zeytunu, gətirilmə yeri məlum olmayan 
(bic uşaqlar kimi) və içi də sapsarı qarpız... O piştaxtada yerli məhsul, ancaq 
süpürgəçi Marusyanın bişirdiyi kampot idi.  
Müştərilər arağı Bolelşik Bufetçi Ibadullanın bufetinin bu nemətləri ilə içirdilər 
və iyunun həmin ilk günü, elə bil, qəfildən uzanan bir əl Ibadullanın beynini piydən 
qat bağlamış peysərindən dartıb çıxarıb, küləksiz gecəni səhərə  qədər sahildəki 
qumun üstündə qalmış  dəniz suyu kimi dup-duru, şəffaf və gözəl uşaqlıq illərinə 
apardı, Buzovnanın kahısını, Nardarandakı Paçan bağlarının qara şanısını, Sarayın, 
Novxanının ağ şanısını onun yadına saldı, Hacıxuna bağlarının sarıgiləsini, dərəndə 
adamın barmaqları yapışqan kimi bir-birinə yapışan Bilgəh  əncirini, Hövsanın 
soğanını, Zirənin ağ turpunu, kəhrəba kimi kökünü – hələ qarpızı bir tərəfə – yadına 
saldı...  


 
175
Və elə bil, bu meyvə-tərəvəzin tumunun daha Abşerondan kəsilməyinin 
təqsirkarı Bolelşik Bufetçi Ibadullaymış kimi, onun rəhmətlik atası Həmidulla kişi o 
biri dünyadan iki əli ilə də oğlunun başına ürək dolusu bir kül ələdi və iyunun o ilk 
günü birdən-birə  gəlmiş o pis istidə doyunca nəfəs ala bilməyən Bolelşik Bufetçi 
Ibadulla o biri dünyadan başına ələnən o qarğışı, təkcə başı ilə yox, az qala, bütün 
nəhəng və tərləmiş vücudu ilə hiss etdi. 
XVIII 
 Sara altıncı sinifdə və ikinci növbədə oxuyurdu və Səyyarə yavaş-yavaş sinəsi 
dolmağa başlayan Saranın nimdaş yubkasına, azı, yüz dəfə yuyulmuş ağ köynəyinə 
baxanda, arvadı az qalırdı ağlamaq tutsun və həmin məqamlarda darağı götürüb özü 
qızın saçlarını darayırdı, elə bil, saçların səliqə-sahmanı, gözəlliyi o yubka ilə, o 
adda-budda süzülməyə başlayan ağ köynəyin nimdaşlığını ört-basdır edəcəkdi. 
Bu dəfə Səyyarə Saranın saçlarını daraya-daraya dedi: 
– Qoy bir!.. Qoy bir, Əbili gedif Fransada oynamağa başlasın, onda burda nə 
ölümümüz var, az, bizim?.. Köçüf, gedif, oturajayığ Fransada! Orda sənə elə 
paltarlar alajam, göz istəyəjək, tamaşasına dursun! 
O gözəl Fransada haçansa Əbilinin futbol oynayacağı,  əlbəttə, Surxaya açıq-
aşkar ləzzət edirdi, hətta o gözəl gələcək günlərin Fransadan, elə bil, yüngülcə bir 
ətri də gəlirdi və Surxay Fəhlə Yataqxanasının üçüncü mərtəbəsindəki otaqda o ətri 
açıq-aşkar hiss edirdi, amma buna baxmayaraq, sidq-ürəkdən deyirdi: 
– Mən Vətəndən heç hara gedən deyiləm! 
Səyyarə hirslə: 
– Qal! Sən qal burda! – deyirdi. – O sən, o da sənin bayrağın!.. 
XIX 
 
Abşeronun il-on iki ay saralıb-solmuş olan kollu-koslu çöllü-biyabanında 
salınmış  şuşalılar qəbiristanlığı  hələ ki, o qədər də böyük deyildi, burada cəmi 23 
qəbir var idi və bunun da 17-si Buzovnadakı  Fəhlə Yataqxanasından idi, beşi isə 
başqa  ətrafda yaşayan  şuşalıların (bəlkə  də  təkcə  şuşalıların yox, ümumiyyətlə, 
qarabağlı qaçqınların) qəbri idi. 
Aydın məsələdir ki, dünyanın ən qəmgin yerlərindən biri qəbiristanlıqdır, amma 
Bakıdan gələn və elektrik qatarı yolunun sağında, sovet vaxtı tikilməyə başlamış və 
o vaxtdan bəri tikintisi yarımçıq qalmış bir binanın (bura məktəb olmalıydı, ya nəsə 
başqa bir tikinti idi) arxasında salınmış bu qəbiristanlıq həm də, yəqin, dünyanın ən 
kasıb qəbiristanlığı idi.  
Buradakı qəbirlərin başdaşı həmin yarımçıq tikintinin divarlarından sökülüb-
qoparılıb gətirilmiş kubik daşlar idi və divarların köhnə suvağı adda-budda üstündə 
qalmış o kubik daşlar bu kiçik qəbiristanlığa elə bir ab-hava gətirmişdilər ki, elə bil, 
bu qəbirlərin özləri də qaçqın idi, hardansa qaçıb gəlmişdilər... 
Gözlə-Gəlirəm Məmməd kişini də bu qəbiristanlıqda basdırdılar və Buzovna 
Fəhlə Yataqxanasından bura gətirilən o 17-ci şuşalının – Şuşada doğulan, Şuşanın 
dağlarında, meşələrində böyüyən, erməni gələndən qaçqın düşənəcən Şuşadan başqa 
bir şəhər görməyən, ayağını Şuşadan kənara basmayan məşhur çayçı Gözlə-Gəlirəm 
Məmməd kişinin – əlbəttə, heç vəchlə ağlına gələ bilməzdi ki, bərkdən öz-özünə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə