Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   77   78   79   80   81   82   83   84   ...   145
    Bu səhifədəki naviqasiya:
  • XXIV

 
180
qədər bərbəzək vurdurursan, vurdur, özün qara torpağın içinə girəcəksən... nə 
aparacaqsan o qara torpağa? pul aparacaqsan özünlə, qızıl aparacaqsan?..  
Və bu vaxt, elə bil, pencəyinin sol tərəfdən iç cibi öz-özünə tərpənməyə başladı, 
Əhməd Ağayeviçin döşünü qapı kimi tıqqıldadıb kişinin ürəyinə: «– Aç qapını!»– 
dedi... 
Əhməd Ağayeviçin pencəyinin sol cibində səliqə ilə ağ kağıza bükülmüş on min 
dollar var idi. Bu pulu bu gün gətirib onun mizinin üstünə qoymuşdular və hələ evə 
aparmamışdı, dollar dəsti eləcə pencəyinin cibində idi. Bu on min dollara, əslində, 
Əhməd Ağayeviçin heç bir ehtiyacı yox idi, amma, bax, bu gecə vaxtı həmin dəsti 
cibindən çıxarıb Vasili Kuzmiçə bağışlasaydı... nə olardı? o bədbəxtin başına hava 
gələrdi? dəli olardı? hər halda o bədbəxtin bütün həyatı dəyişərdi, yəni haçanacansa 
(bəlkə də elə ömrünün axırınacan!) insan kimi yaşaya bilərdi...  
– O nəydi elə?– Bunu Əhməd Ağayeviç soruşdu. 
Sürücü maşının qabağından qaçıb qaranlığa girən heyvanın ardınca baxıb: 
– Çaqqalıydı... – dedi. 
Əhməd Ağayeviç istədi: «– Dünya çaqqallar dünyasıdı!»– desin və bu sözlərlə 
özü özündən bir az intiqam alsın, amma özünü saxladı və fikirləşdi ki, bilirsən, nə 
var, özünü ələ al, bəbə deyilsən... Vasili Kuzmiç kimsəsiz yazıq bir adamdı, on min 
dolları o nə edəcək? bundan sonra evlənən deyil ki, özünə  təzə  həyat qursun, ya 
maşın sürən deyil ki, gedib bir maşın alsın, nə edəcək? Bilgəhin bütün qarovulçuları 
yığışacaq onun başına, bir ayın içində on min dolları içəcəklər, çıxıb gedəcək. Kim 
bilir, bir də gördün o pulun üstündə cinayət də törətdilər – ola bilən işdi... Yox, on 
min yox, mincə dollar Vasili Kuzmiçin dədə-babasına da bəs idi, gedib özünə bir 
kostyum alar, ayaqqabı alar – Allah bilir dəyişəyi nə gündədi? – özünə dəyişək alar, 
ehtiyat azuqə yığar və bütün qışı xan kimi dolanar...  
Həmişəki kimi, maşının arxa oturacağında, sağ  tərəfdə oturmuş  Əhməd 
Ağayeviç dollar dəstini pencəyinin cibindən çıxardı  və bir balaca aşağı  əyilərək 
kağızı  xısın-xısın, səssiz açıb qaranlıqda on dənə yüzlük saydı, qatlayıb  şalvarının 
sol cibinə basdı ki, sağ cibindəki Azərbaycan manatlarına qarışmasın, dəsti isə 
yenidən kağıza büküb əvvəlki yerinə – pencəyinin iç cibinə qoydu. 
10-15 dəqiqədən sonra gözlərini bu min dollara bərəldəcək Vasili Kuzmiçin 
sevinci, elə bil, indidən  Əhməd Ağayeviçə sirayət etdi, Cavanşirin o «Segah»ını 
eşidəndən bəri birinci dəfə sinə-dolusu, rahat nəfəs aldı. Əhməd Ağayeviç, əslində, 
bütün ömrü boyu başqalarına yaxşılıq etmək istəyib, alınmayıbsa – bu, onun təqsiri 
deyil, dünya belə dünyadı...  
Maşın dənizkənarından ayrılıb asfalt yoxuşla Bilgəhə girdi və gecə saat 11 
radələri olsa da, kənd camaatı artıq yatmışdı, bağ sahibləri isə hələ Bakıdan köçüb 
gəlməmişdilər, asfalt boyu adda-budda taxta dirəklərin başındakı işıqlar, bir də boş 
bağlardakı qarovulçu köşklərinin təkəm-seyrək lampaları yanırdı  və  Əhməd 
Ağayeviç daş barıların üstündən görünən o lampalara baxa-baxa fikirləşdi ki, Vasili 
Kuzmiç gedib özünə  nə kastyum, ayaqqabı alacaq, nə  də  qış ehtiyatı görəcək, üç-
dörd özü kimi rusla yığışıb qarmon çala-çala ikicə günə o min dolların axırına 
çıxacaqlar və maşın bağın darvazası qarşısında dayananda Əhməd Ağayeviç şalvar 
cibindəki min dolların arasından bir yüzlük çıxarıb pencəyinin yan cibinə qoydu. 
– Qoy, yığsın başına rusları, bir yaxşı məclis düzəltsin... 
Əhməd Ağayeviçin nəsə pıçıldadığını eşidən sürücü: 


 
181
– Nəsə deyirsiz, Əhməd Ağayeviç?– soruşdu. 
Əhməd Ağayeviç: 
– Yox, – dedi. – Düş, qapını aç. 
Və Əhməd Ağayeviç ayağını darvazadan içəri basan kimi, gecənin bu çağında 
bura gəlməyinə peşman oldu. Vasili Kuzmiç darvazanın qabağındakı meydançada 
elektrik peçini yandırıb üstündə it üçün sür-sümük bişirirdi və o böyük və köhnə 
qazandan elə  ağır, iylənmiş iy gəlirdi ki, konyakın narahatlığı  hələ  də  mədəsində 
qalmış Əhməd Ağayeviçin az qaldı əməlli-başlı ürəyi bulansın, hirslə: 
– Sluşi, – dedi, – bu gecə vaxtı, bu nədi belə? 
Vasili Kuzmiç indicə əyninə geydiyi şalvarın qayışını bağlaya-bağlaya: 
– Zdrastvuyte, xozyain. – dedi. – Itin xorayini indidan bişiriram da... Zavtra 
utrom soyusun, verim ona... 
Əhməd Ağayeviç bütün bağı bürümüş bu iyə daha tab gətirə bilmirdi, ona görə 
də  əlini tələsik  şalvarının sağ cibinə soxub bir əlli min manatlıq çıxardı  və Vasili 
Kuzmiçə uzatdı: 
– Na, sluşi!.. 
Vasili Kuzmiç əvvəlcə barmağını  bığına çəkdi, sonra o gözlənilməz və ay 
işığında çox gözəl görünən yaşıl əlliminliyi Əhməd Ağayeviçdən alıb: 
– Spasibo, xozyain! – dedi. 
Əhməd Ağayeviç eləcə  tələsik də maşına  əyləşdi və maşın darvazanın 
qabağında dövrə vurub geri qayıtdı.  
Gecə vaxtı halını xarab edən o murdar iydən uzaqlaşdıqca,  Əhməd Ağayeviç 
yavaş-yavaş özünə gələrək arxa oturacaqda yerini rahatlayıb: 
– Bəsidi... – pıçıldadı. – Mən qarovulçu tayfasını yaxşı tanıyıram, bunları 
qudurtmaq olmaz!.. 
Sürücü (tatar balası  Şövkət) bayaqdan ürəyində oxuduğu qəmli bir tatar 
mahnısını kəsib, başını geri çevirdi və: 
– Mənləsiz, Əhməd Ağayeviç? – soruşdu. 
Əhməd Ağayeviç: 
– Yox. Sənlə deyiləm... – dedi. – Sür!.. – Və pencəyinin yan cibinə qoyduğu o 
yüzlük dolları da, şalvarının sol cibinə qoyduğu o doqquz yüzü də çıxarıb bir yerə 
yığdı, sonra onları pencəyinin döş cibindəki doqquz minin yanına qoydu – evə 
çatanda onları da bir yerə yığar... 
... klarnetçalan Cavanşir isə elə bu vaxtlar klarneti söküb qutusuna yığırdı ki, 
nəhayət «Şən həyat»dan çıxıb evə getsin... 
... amma sabah axşam yenə bura gəlib gecəyəcən klarnet çalmalı idi...  
XXIII 
Eysebio (Əbülfət!..  Əbülfət!..  Əbülfət!..) Bakıdan gəlib Yataqxananın o 
həyətində futbol oynayanda, Cəmiləyə elə gəlirdi ki, həyətin yuxarı başındakı o üç 
gözəl iydə ağacı da Eysebioya (Əbülfətə!.. Əbülfətə!.. Əbülfətə!..) baxırlar və onlar 
da Eysebionu (Əbülfəti!.. Əbülfəti!.. Əbülfəti!..) sevirlər... 
XXIV 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə