Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə89/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   85   86   87   88   89   90   91   92   ...   145

 
202
– Soyuqlamısan möhkəmcə, – dedi. – Gəl, gəl gedək. Allah kərimdi, bəlkə hava 
düzəldi sabah. Indi gedək, dincəl bir az. 
Gündüz Kərimbəyli bir-iki dəfə də öskürüb: 
– Biri – dedi, – deyirmiş ki, borcun içindəyəm. Deyiblər ki, fikir eləmə, Allah 
kərimdi. Deyib məsələ burasındadı ki, elə Kərimə də borcluyam... 
Gündüz Kərimbəyli bu sözləri deyib gülümsədi və yenə də öskürməyə başladı.  
Fəttah dayı bu dəfə də onun qolundan tutub:  
– Getdik, getdik, – dedi. – Kərimin borcu qalsın sabaha. 
Mühüm işlər müstəntiqi də: 
– Getdik, – dedi. – Amma birbaş sizə yox, Fəttah dayı, Fazil Qəmərlinski 
yaşayan evə, sonra sizə. 
Fəttah dayı soyuqlamış qonağın bu sözlərinə lap ürəkdən etiraz etdi: 
– Yox, bu olmadı, qonaq. O ev rayonun o başındadı, qonaq evi bu biri 
başında!.. 
– Havadan qorxursan, Fəttah dayı? 
Fəttah dayı bu dəfə hirsləndi və qəlyanı ağzından götürüb: 
– Havadan qorxmuram, a kişi! – dedi. – Səndən qorxuram, səndən! Cavanlığına 
salma. Özün də havanı dəyişmisən. Səni də Bakıda gözləyən var yəqin? 
Mühüm işlər müstəntiqi kürkün içində büzüşdü: 
– Bunu lap ürəyimdən dedin, Fəttah dayı. Yaman tələsirəm Bakıya! Bilirsən 
niyə? Qızımın ad günüdü üç gündən sonra... 
Fəttah dayının acığı soyumuşdu daha: 
– Böyük qız olsun! Uşaqdı yəqin... 
– Çox sağ ol, on yaşı tamam olur. On yaş da ki, bilirsən də  Fəttah dayı, 
yubileydi. Getdik? 
– Qonaq evinə? 
– Əvvəlcə Fazil müəllimin yaşadığı evə tərəf, sonra da evimizə. 
Fəttah dayı, deyəsən, daha yəqin elədi ki, Bakıdan gələn bu qonağı fikrindən 
daşındırmaq çətin məsələdi, başını bulayıb yenə  də bir az irəlidə yanpörtü 
addımlamağa başladı. 
Hava yavaş-yavaş tamam qaralırdı daha və bu alaqaranlıq içində taxtapuşların 
bacası tüstülədikcə, elə bil, bayırın soyuğu bir az da artıq təsir edirdi. Pəncərələr bir-
bir yanırdı  və mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli Fəttah dayının yanınca 
addımlaya-addımlaya kirpiklərindən sulu qarın damcıları süzülən gözlərini qıyıb 
tüstüləyən bacalara, işığı yanan pəncərələrə baxırdı, sonra da ayaqları su çuxuruna 
düşməsin deyə başını aşağı dikirdi. 
Fəttah dayı da qəlyanını tüstülədə-tüstülədə elə bil öz-özünə danışırmış kimi: 
– Belədir dünyanın işləri, – dedi. – Ağsaqqal yaşında durub gələsən nəvənə baş 
çəkməyə, bir namərd səni qanına qəltan eləsin ki, on beş köpük xeyir görəcək!.. Ay 
gördü, ha!.. Zəhrimar olub töküləcək burnundan... 
– Dünyanın işləri deyil bu, a Fəttah dayı, adamların işləridi... 
– Dünya da elə adamlardı  də, bacıoğlu!.. Insana cəmi məxluqatın  əşrəfi 
deyiblər! Indi gör bu cəmi məxluqatın əşrəfi olan insan hərdən necə oyun çıxarır... 
Olacağa çarə yoxdu, bu, düzdü. Kimin alnında nə yazılıbsa da odu. Ölümün də pisi-
yaxşısı yoxdu, bu da düzdü, ölüm ölümdü. Amma vəzni var ölümün, ucuzluğu 
yandırır adamı!.. 


 
203
Fəttah dayı addımlaya-addımlaya pis adamların qarasına deyindikcə, hava da 
tamam qaraldı – rayona gecə düşdü daha və elə bil sulu qar da fürsəti fövtə 
verməyib bərkidi; Gündüz Kərimbəyli də daha tez-tez öskürdü və şəhərdən gələn bu 
qonaq öskürdükcə Fəttah dayı başını buladı: 
– Səninki bu saat odu ki, evdə oturub moruq mürəbbəsiylə çay içəsən... 
Gündüz Kərimbəyli özünü saxlaya bilməyib: 
– Hə, – dedi, – bu saat moruqlu çay dərmandı. 
Fəttah dayı qaranlıqda divarları ağaran ikimərtəbəli evin darvaza qapısı ağzında 
ayaq saxladı və ikinci mərtəbədə işığı yanan pəncərəyə işarə eləyib dedi: 
– Budu, burda olur. 
Gündüz Kərimbəyli boynunu kürkün içinə qısıb işıq gələn pəncərəyə baxdı. 
Bir müddət dinməz dayandılar və bu müddət  ərzində getdikcə  bərkiyən sulu 
qarın  şırıltısı içində bir-birinə qatışan adam səsləri eşidildi; səslər işığı yanan 
pəncərədən gəlirdi və burası da açıq-aşkar hiss olundu ki, iki nəfər bir-biri ilə 
höcətləşir. 
Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli də, Fəttah dayı da pəncərədən 
gələn səslərə qulaq asdılar. Sözləri ayırd etmək mümkün deyildi, amma bir şey 
məlum idi: içəridəki mübahisə get-gedə qızışırdı. 
Fəttah dayı qəlyanını tüstülədə-tüstülədə dedi: 
– Deyəsən, vaxtında gəlməmişik... 
Gündüz Kərimbəyli gözlərini pəncərədən çəkməyib: 
– Ya da ki, lap vaxtında gəlmişik! – dedi və səhərdən bəriki yumşaq danışığına 
yaraşmayan bir qətiliklə əlavə etdi. – Sən get, Fəttah dayı, mən sonra gələcəyəm. 
Fəttah dayı başa düşdü ki, etiraz etməyin yeri deyil; bu qonağın islanmış cücə 
kimi üşüməyi də gözgörəti kəsmişdi. 
– Bəlkə gözləyim səni burda? 
– Yox, niyə gözləyirsən, get. 
– Bəs bizi necə tapacaqsan? 
– Taparam. Müəllim yola salar məni. 
– Neynək. Elə məktəblə üzbəüz oluruq... 
Fəttah dayı  qəlyanını tüstülədə-tüstülədə geri çevrildi və yavaş-yavaş 
uzaqlaşaraq qaranlıq içində itdi.  
Gündüz Kərimbəyli darvazanın kiçik qapısını döymək istədi, amma qapı açıq 
idi. O, içəri girəndə həyətin aşağı başındakı it damından qulağıkəsik yekə bir köpək 
çölə  sıçrayıb, hürməyə başladı; boynu zəncirli olmasaydı, işlər xarab olacaqdı; 
birinci mərtəbənin artırmasından gələn işıqda itin gözləri par-par parıldadı. 
Yaşlı bir arvad birinci mərtəbədəki evin qapısını aralayıb, belə bir havada nə 
qədər mümkünsə bir elə də başını bayıra çıxarıb səsləndi: 
– Kimdi, ə, orda heylə? 
– Fazil müəllimin yanına gedirəm. 
Arvad bu dəfə itə tərəf çımxırdı: 
– Kiri! 
It o saat səsini kəsdi və elə bil bu arvadın çımxırmağını gözləyirmiş kimi, 
quyruğunu bulaya-bulaya tez-tələsik də damına girdi. 
Gündüz Kərimbəyli taxta pilləkənlərlə ikinci mərtəbəyə qalxıb  şüşəbəndin 
qapısına yaxınlaşdı. Içəridən gələn səslər indi aydın eşidildi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə