Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə87/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   83   84   85   86   87   88   89   90   ...   145

 
197
Prokuror Dadaşlı əlini zəngin düyməsinə tərəf aparıb katibəni çağırmaq istədi, 
amma Gündüz Kərimbəyli dedi: 
– Hələlik ikilikdə söhbət edək. Yoldaşlarla sonra görüşərik. 
Bakıdan gələn bu qonaq, açıq-aşkar prokuror Dadaşlının xoşuna gəlirdi və o, 
mizin arxasından qalxıb, Gündüz Kərimbəyli ilə üzbəüz stulda əyləşdi; o, stula 
lövbər salanda adama elə gəlirdi ki, stulun nazik ayaqları bu nəhəng bədəni saxlaya 
bilməyib çilik-çilik olacaqdı bu saat. 
Dadaşlı stulun üstə yerini rahatlayıb: 
– Sakit rayondu bura, – dedi. – Ölüm hadisəsi, demək olar ki, yox idi. Demək 
olar ki, deyirəm, çünki iyirmi ildə bircə ölüm hadisəsi olub burda, namus üstdə bir 
kişi arvadını doğramışdı xəncərlə... on beş il bundan əvvəl... Indi birdən-birə bu cür 
bir iş!.. Özü də prokurorluğun binasının üç addımlığında, rayonun mərkəzində!.. 
Vicdan haqqı, elə bil ki, sakit günlərimin hayıfını alıblar məndən, neçə gündü gecə 
yerimə girəndə  də,  əlimə bir kitab alıb vərəqləyə bilmirəm  əsəbilikdən... Mən heç 
bilmirdim ki, respublika prokurorluğundan adam gələcək... Niyə  xəbər eləmədiniz 
qarşılayaq sizi? 
– Nə ehtiyac var buna? 
– Oğlum düz deyirmiş ki, Gündüz Kərimbəyli konsperasiyanı xoşlayır. Bakıda 
hüquq fakültəsində oxuyur oğlum. Bunu bilirsiniz özünüz yəqin, amma mən də 
deyim: – Adınız hüquq  fakültəsi tələbələrinin dilinin əzbəridi. Xüsusən 
Mehrəlizadənin cinayət işinin açılması... 
Görünür, mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli ilə prokuror Dadaşlının 
fərqi yalnız onda deyildi ki, biri yetmiş altı kilo, o biri yüz otuz kilo idi, həm də onda 
idi ki, birinin səbr kasası daşmaq bilmirdi, o biri, yəni Gündüz Kərimbəyli isə bir o 
qədər də səbrli deyildi. 
Mühüm işlər müstəntiqi soruşdu: 
– Hadisə nə zaman baş verib? (Yəni ki, indi Mehrəlizadə söhbətinin yeri deyil.) 
Prokuror Dadaşlı, əlbəttə, bu dəfə də mühüm işlər müstəntiqinin eyhamını başa 
düşdü və yəqin bu qərara gəldi ki, keçsin birbaş mətləbə: 
– Hadisə tasrağagün gecə saat on iki ilə bir arasında baş verib. Məhkəmə tibb 
ekspertizasının rəyi belədir. Bütün gecəni sulu qar yağırdı. Meyit səhərə kimi 
yağışın altında qalıb. Bir iz qoymayıb hadisə yerində. Öldürülən adam – Mahmud 
Qəmərlinski Bakıdan buraya iyirmi iki iyirmi beş qatarı ilə  gəlib. Nəvəsinin 
dediyinə görə, təxminən on bir üçün evə çatıblar. Yenə də təxminən on beş-iyirmi 
dəqiqədən sonra evdən çıxıb. 
– Nə üçün? 
Prokuror Dadaşlı çiyinlərini çəkdi və onun buxağı daha da ətləndi, şişdi: 
Nəvəsi deyir ki, ürəyi qısılırdı. Belə havada adamın ürəyi qısılmasın, nə 
eləsin? 
Gündüz Kərimbəyli gülümsədi: 
– O baxır adamına. 
Prokuror Dadaşlı: 
– Orası da düzdü, – dedi və sözünə davam etdi. – Evlərindən hadisə yerinəcən 
təxminən on beş-iyirmi dəqiqəlik yoldu. 


 
198
Prokuror Dadaşlı stulun üstündən qalxıb sobaya tərəf getdi və  səliqə ilə 
düzülmüş odun parçalarından birini götürüb sobanın içinə atdı; təzə odun parçasının 
o saat alışıb-yanması bircə anın içində kişinin kefini yenə də kökəltdi və o: 
– Vələsdir, – dedi. – Qiyamət yanır. – Sonra sobanın ağzını açıq qoyub mizə 
tərəf gedə-gedə soruşdu. – Siz kitabsevənlər cəmiyyətinin üzvüsünüz? 
Gündüz Kərimbəyli öz məşhur təbəssümü ilə gülümsəyib: 
–  Əlbəttə, dedi və sonrakı sözlər də elə bil kitabsevənlər cəmiyyəti ilə 
əlaqədarıymış kimi, əlavə etdi. – Mahmud Qəmərlinski ilk dəfə idi bu rayona 
gəlirdi? 
 Prokuror Dadaşlı: 
– Bəli! – dedi. – Ilk dəfə gəlirmiş. – Sonra mizin üstündəki qovluqlardan birini 
açdı. – Qəmərlinskinin öldürülməsi ilə əlaqədar qaldırılmış cinayət işi budur. 
– Icazə olar? 
Prokuror Dadaşlı: 
– Əlbəttə, buyurun, – dedi və barmaqları ilə gicgahını ovuşdurdu; görünür, bu 
da əsəbiləşəndə sakitləşmək üçün bir gicgah masajı idi və yəqin hansı köhnə kitabda 
isə bu barədə ətraflı təlumat yazılmışdı. 
Gündüz Kərimbəyli qovluğun içindəki sənədləri vərəqləyə-vərəqləyə soruşdu:  
– Qızıl saatını götürüblər? 
Prokuror Dadaşlı əllərini gicgahından çəkib dedi: 
– Hə. Köhnə  qızıl qol saatını götürüblər. Bir də portmanatını  çıxarıblar 
cibindən. Içində  nə  qədər pul varıymış – məlum deyil. Nəvəsi deyir ki, otuz-qırx 
manatdan artıq olmazdı... Pensiyaçıymış, respublika dərəcəli... 
Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli bu dəfə əlindəki sənədi oxudu: 
– Qəmərlinski Fazil, iyirmi dörd yaşında, tarix müəllimi. Nəvəsidir, hə? 
– Hə, nəvəsidir. – Prokuror Dadaşlı bu sözləri dedi və birdən özü öz 
fikirlərindən hirslənib yumruğunu mizin üstünə vurdu; əli çox ətli olduğundan top 
kimi öz-özünə atılıb-düşdü. – Belə  də vicdansızlıq olar?! Bir insanı vur öldür ki, 
qəpik-quruş qazanacaqsan! Bir köhnə qızıl saat, otuz manat da pul! 
Gündüz Kərimbəyli isə qovluğun içindəki fotoları bir-bir gözdən keçirirdi. 
Fotolarda üzüstə səkiyə sərilmiş kişinin şəkli idi. 
Gündüz Kərimbəyli gözlərini fotoşəkillərdən çəkib dedi: 
– Bayaq siz izə düşməyinizi deyirdiniz... 
– Hə, mənim üçün şəxsən məlumdur məsələ... Burda biri var, Imaş deyərlər 
adına. Anasının əmcəyini kəsəndi! Onun işidi bu! 
– Dəlilləriniz nədir? 
– Mahmud Qəmərlinski Bakıdan gələndə Imaş vağzalda imiş. Kassanın 
qabağında dayanıb gözlərini onlardan çəkmirmiş. Kassir deyir bunu. Amma özü 
danır. Qorxur ki, soruşum ondan: a oğru Imaş, o cür qarda-boranda, gecə vaxtı 
vağzalda nə  işin vardı? Bir yerə ki, getməyəcəkdin... Nə cavab versin? Desin ki, 
yoldaş prokuror, şikara çıxmışdım, ov axtarırdım? 
– Başqa dəlilləriniz də var? 
– Var. 
Gündüz Kərimbəyli prokuror Dadaşlıya baxdı, yəni ki, – hansılardır? 
 Prokuror Dadaşlı: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə