Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə88/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   84   85   86   87   88   89   90   91   ...   145

 
199
– Iyirmi yeddi ilin yaratdığı intuisiya, yoldaş mühüm işlər müstəntiqi, – dedi. – 
Imaşın gözlərinə baxıram və hiss edirəm ki, bu, əclafdı, bağışlayın, qəpik-quruş 
üstündə adam öldürəndi! Iki dəfə oğurluq üstündə dustaq yatıb. 
– Özü nə deyir? 
– Özü ilə hələ üstüörtülü danışıram. Kassirlə də üzləşdirməmişəm hələ. Düzdü, 
evlərində yoxlama aparmışam, amma saatla portmanat tapılmayıb... Harda gizlədib, 
Allah bilir!  
Gündüz Kərimbəyli gülümsəyib bir söz demədi. Prokuror Dadaşlı sözünə 
davam etdi: 
– Eybi yox, taparıq!.. Bıçağı sapına qədər yeridiblər. Yaranın uzunluğu on 
yeddi santimetrdir, təsəvvür edirsiniz? Qəmərlinski hündür adam idi. Gərək Imaş 
kimi boy-buxunun olsun ki, belə vəhşiliyi bacarasan. 
Gündüz Kərimbəyli fotoları qovluğa qoyub, yeni sənəd götürdü və bu sənədi 
gözdən keçirdikdən sonra soruşdu: 
– Ekspertiniz təcrübəli yoldaşdır? 
– Tibb institutunu bu il bitirib, gəlib. Ağıllı  oğlandı. Bir də ki, burda hər  şey 
kor-kor, gör-gördür də... 
– Onunla görüşmək istəyirəm. 
– Indi? 
Gündüz Kərimbəyli saatına baxdı: 
– Yox, gecdi indi, sonra bir yerdə söhbət edərik. Iş vaxtı qurtarıb daha... 
O, qovluğu örtüb ayağa qalxdı və birdən-birə öskürməyə başladı. 
Prokuror Dadaşlı seyfi açarla bağlayıb, ona tərəf gəldi: 
– Soyuqlamısız deyəsən? 
– Hə, deyəsən, bir balaca soyuqlamışam. 
– Belə havanınkı odu ki, heç bir dərdin-sərin olmaya, oturasan özünçün sobanın 
qırağında, qabağına da bir qalaq kitab yığasan! Bizim qonaq evinin də sobası yaxşı 
yanır. 
– Uzaqdı burdan? 
– Yox, canım. Bizim bu rayon balaca yerdi, burda nə uzaq, nə yaxın?! Qonaq 
evinin bağbanı Fəttah dayı da yaxındakı kitab mağazasının gözətçisidi. 
Onlar üz-üzə dayanmışdılar. Hərgah bütün yer üzündə, görkəminə görə bir-
birindən  ən çox fərqlənən iki nəfər vardısa da, mühüm işlər müstəntiqi Gündüz 
Kərimbəyli ilə prokuror Dadaşlı idi: biri həddən artıq kök, başının tükü tökülmüş və 
əlli dörd, əlli beş yaşı olsa da, yaşından yaşlı görünən, amma səliqə və zövqlə qara 
kostyum, qara çəkmə, ağappaq köynək geymiş, qırmızı güllü enli qalstuk taxmış bir 
kişi, o biri isə ortaboylu, çəkisi qaydada, kobud toxunmuş yun cemper və «cins» 
şalvar geymiş, yaşından çox cavan görünən bir oğlan; doğrudan da, heç kimin ağlına 
gəlməzdi ki, bu oğlan Azərbaycan SSR Baş prokuroru yanında mühüm işlər 
müstəntiqi,  ədliyyə müşaviri və prokuror Dadaşlı demişkən, həm də Gündüz 
Kərimbəylidir; on nəfərdən doqquzu deyərdi ki, futbolçudur. 
 
IV 
 


 
200
Gündüz Kərimbəyli ilə Dadaşlı prokurorluğun binasından birlikdə çıxdılar və 
Dadaşlı havanın dilxorçuluğundan üz-gözünü turşudub, şlyapasını gözünün üstünə 
çəkdi, sonra kitab mağazasına tərəf baxıb bərkdən: 
– Axşamın xeyir, a Fəttah dayı, – dedi. 
Kitab mağazasının qarovulçusu küçənin o biri tərəfindən: 
– Axşamın xeyir, – deyə cavab verdi. 
– Bir bu tərəfə gəlsənə... 
Fəttah dayı  kətildən qalxıb sırıqlısını düymələyə-düymələyə küçəni keçdi və 
onların yanına gələndə təzədən dedi: 
– Axşamınız xeyir. 
Gündüz Kərimbəyli ilə  bərabər, prokuror Dadaşlı da kişi ilə ikinci dəfə 
salamlaşdı  və  yəqin ki, belə bir havada küçədə ayaq üstdə çox dayanmamaq üçün 
birbaş mətləbə keçdi: 
– Bakıdan qonaq gəlib bizə, a Fəttah dayı, qonaq evində qalacaq. 
Fəttah dayı qonağa baxdı: 
– Lap əcəb eləyəcək! – dedi.– Gözümüz üstə yeri var. 
Dadaşlı bu dəfə də Gündüz Kərimbəyliyə müraciət etdi: 
– Fəttah dayının sözlərinə qulaq asmaq təzədən bir universitet qurtarmaq kimi 
şeydi. Özü də qonaq evinin həm bağbanıdı, həm administratoru, bir sözlə, bizim 
qonaq evi bu kişiyə baxır. Özü də elə ailəsi ilə orada yaşayır. 
Bu ağsaçlı, ağsaqqal  şümşad kişi, görünür, mühüm işlər müstəntiqinin də 
xoşuna gəlmişdi. 
Prokuror Dadaşlı Fəttah dayıya dedi: 
– Qonağı elə indicə apar rahatlansın bir az. Işi çoxdu. Kitablarından da, qorxma, 
heç nə olmaz, tez qayıdarsan. 
Fəttah dayı da qəlyanını tüstülədə-tüstülədə gülümsəyib: 
– Qorxaq gündə yüz yol ölər, igid ömründə bir dəfə, – dedi. – Nədən 
qorxacağam?! 
Fəttah dayının bu sözləri, prokuror Dadaşlıya ləzzət elədi və o gülüb dedi: 
– Gördünüz ki, belədi bizim bu Fəttah dayı. Buyurun mənim maşınıma.  
Gündüz Kərimbəyli dedi: 
– Piyada getsək yaxşıdı. 
– Bax, bu yerdə başqa-başqa adamlarıq. Piyada getməklə aram yoxdu mənim. 
Yaxşı, siz gedin dincəlin. Sabahdan bizim işçilər də, milis də hazırdı sizin 
qulluğunuzda. Əlimizdən nə gəlir!.. Bilirəm, sizin çoxluqla aranız yoxdur, amma nə 
lazımsa, biz hazır. 
Gündüz Kərimbəyli Dadaşlının əlini sıxa-sıxa: 
– Bunu da hüquq fakültəsi deyir? – soruşdu. 
Prokuror Dadaşlı: 
– Elədir ki, var! – dedi. 
Onlar xudahafizləşib ayrıldılar. Gündüz Kərimbəyli Fəttah dayı ilə birlikdə 
səkiylə üzüaşağı addımlamağa başladı, prokuror Dadaşlı isə  səhərdən bəri onu 
gözləyən «QAZ-69»a tərəf getdi və birdən nəsə çox mühüm bir şey xatırlayıb geri 
çevrildi, gülümsəyə-gülümsəyə arxadan Gündüz Kərimbəylini səslədi: 
– Az qala yadımdan çıxacaqdı sizə deyim! Bax e bir!  
Gündüz Kərimbəyli ayaq saxlayıb prokuror Dadaşlıya tərəf döndü. 


 
201
Prokuror Dadaşlı dedi: 
–  Şeyx Mahmud Şəbüstərinin qiyamət bir əlyazmasını tapmışam, çox nadir 
şeydir, XVI əsrdən bu tərəfə deyil! Sizə göstərərəm kitabxanama baxanda. 
Bu saat Gündüz Kərimbəylinin beləcə gülümsəməyini prokuror Dadaşlı yəqin 
ki, feyzbazlıq kimi qiymətləndirdi. 
Gündüz Kərimbəyli: 
– Mütləq! – dedi. 
Prokuror Dadaşlı yüz otuz kiloya yaraşmayan bir çevikliklə «QAZ-69»a mindi 
və maşın gəlib Gündüz Kərimbəylinin yanından keçəndə qapının şüşəsindən ona əl 
elədi. 
Fəttah dayı qəlyanının başını ovcuna alıb dərindən qullab vura-vura bir balaca 
irəlidə addımlayırdı. Gündüz Kərimbəyli yenə  də isti yerdən çıxdığı üçün kürkün 
boynunu qaldırıb üşüyə-üşüyə  Fəttah dayının yanınca gedirdi və  çəkmələri su 
çuxuruna düşməsin deyə gözlərini ayaqlarının altından çəkmirdi. 
Fəttah dayı  qəlyanını  ağzından götürməyərək, başının işarəsiylə bir az irəlini 
göstərdi: 
– Budu ha bax, buradı. 
Gündüz Kərimbəyli təəccüblə  Fəttah dayıya baxdı. Fəttah dayı  qəlyanını 
tüstülədə-tüstülədə təmkinini pozmayıb: 
– Ay bacıoğlu, – dedi, – balaca rayondu bizim rayonumuz. Həm də deyiblər ki, 
iynə torbada qalmaz. Sakit yerdi buralar, indi ilin düz vaxtında bu boyda bir 
əhvalat!... Müəllimin babasının öldürülməsini deyirəm... 
Gündüz Kərimbəyli Fəttah kişinin göstərdiyi yerə çatanda ayaq saxladı  və 
gözlərini qıyıb ətrafa baxdı. 
Bura rayonun adi küçələrindən idi. Küçəboyu birmərtəbəli, ikimərtəbəli 
binaların həyət hasarı uzanırdı  və  hər on beş-iyirmi addımdan bir rəngbərəng 
darvazalar artıq alaqaranlıqda güclə sezilirdi. 
Gündüz Kərimbəyli bir neçə dəfə öskürdü və kürkün içində daha da büzüşdü. 
Fəttah dayı: 
– Gedək, bacıoğlu, gedək, – dedi. – Özünü soyuğa vermisən deyəsən... 
Mühüm işlər müstəntiqi Fəttah dayının sözlərini eşitmirmiş kimi, dayandıqları 
səkiyə bitişik hasarın darvazasına tərəf işarə edib soruşdu: 
– Bura kimin evidi? 
Fəttah dayı da elə bil bu tərəflərin qonağı idi, əvvəlcə o da darvazaya tərəf 
boylandı, sonra dedi: 
– Bura?.. Bura Fatma arvadın həyətidi. 
– Nəçidi Fatma arvad? 
Fəttah dayının, qəlyanı sümürən dodaqları qaçdı: 
– Nəçi olacaq, qeybətçi. 
Gündüz Kərimbəyli də gülümsədi: 
– Kimlə qalır bəs burda? 
– Bir gədəsi var, şoferdi, onunla... 
– Adı nədi oğlunun? 
– Cəbi. 
Gündüz Kərimbəyli yenə  nəsə soruşmaq istədi, amma bu dəfə öskürək ona 
macal vermədi və o öskürdükcə Fəttah dayı açıq-aşkar narahat olub: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə