SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə54/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   50   51   52   53   54   55   56   57   ...   104

- Bəs siz nə sənət sahibisiniz? - deyə Muxtara müraciət elədi. Ə l-bəttə, 
onun nə sənət sahibi olduğunu çox gözəl bilirdi, neeə də bil-məyə bilərdi ki, 
söhbətləri bayaqdan məhz elə Muxtarın işi-peşəsiylə əlaqədar idi. 
 
Muxtar qımışdı və zeytunu ağzma atıb: 
 
  Mən  televiziya  rejissoruyam,  -  dedi,  -  amma rnənim  də əsil  pe-şəm 
deyil bu... Təhsilimə görə mən kino rejissoruyam. Vaxtilə M osk-vada kino 
institutunu qurtarmışam. Bu, uzun əhvalatdır... 
Muxtar bunu elə tərzdə dedi ki, Zaur düşundü: “Deyəsən, mən də yaralı 
yerinə  toxunmuşam”,  -  məmnun  oldu  bundan,  amma  bu  səfər  Təhminə 
əlüstü söhbətə qarışdı: 
  İnstitutu  qurtarandan  sonra  Muxtarı  burada,  “Mosfılm"də  sax-
layırlarmış...  Elə  nahaq  qalmamısan  o  vaxt...  Qalsaydın,  indi  neçə  böyük 
fılm çəkmişdin. 
Muxtar: 
 
  Ay Təhminə, məgər iş fılmin böyüklüyündə, kiçikliyindədir? - dedi. - 
Hər  şey  daha  qəlizdir həyatda.  Həm  də  daha  sadə...  Həm daha  qəliz, həm 
daha  sadə,  -  deyə  bir  daha  təkrar  elədi.  -  İnsan  ömründə  bir  sərhəd  var, 
görünməz  yaş  sərhədi,  -  əlbəttə,  sən  də,  Zaur  da  bu  sər-həddən  hələ  çox 
uzaqsınız, amma mən daha keçmişəm bu sərhədi, odur ki, danışa bilərəm bu 
barədə...  Bu  sərhədə  çatanacan  hər  şey  qa-baqdadır,  ümidlərlə,  arzularla, 
xoyallarla  yaşayırsan  -  fılan  şeyi  fılan  filan  eləyəcəyəm,  fılan  iş  filan  cür 
olacaq. Elə  ki,  bu  sərhədi keçdin  - istəyirsən  lap  bizim  o Şirəli  baba  kimi 
yüz  əlli  il  yaşa  -  hər  şey  arxa-da  qalmış  olacaq,  ancaq  xatirələr,  həyata 
keçməmiş  arzular  barəsində,  baş  tutmamış  niyyətlər  haqqında  xatirələr, 
vəssalam. 
 
Konyakdan bir qurtum aldı və Zaura baxdı: 
 
 Bilirsiz, Zaur, lent, plyonka - böyük məsələdir. Lent qalır - böyük fılm 
olsun, kiçik olsun, fərqi yoxdur - plyonkaya, Ientə çəkmi-sən - kinofılm, ya 
telefilm  -  qalacaq.  Amma  mənim  peşom  kədərli  pe-şədir.  Televiziya 
verilişləri,  fılmləri  yox  a,  verilişləri  rejissoru...  Veri-lişi  hazırladın,  efırə 
verdin, vəssalam, şüttamam, daha yoxdur o veri-liş, heç bu qədor zəhmətin, 
əzab-əziyyətin elə bil yerli-dibli olma-yıb... Başa düşürsüz? 
 
Zaurun yerinə Təhminə cavab verdi: 
 
 Lap  mənim  kimi.  Elan  elədim,  ekrandan  getdim,  vəssalam,  izim-
sorağım qalmır. 
 
Muxtar: 
 
- Bəli, - dedi, - doğrudan, kədərli işdir. Nə qədor omək sərf elə-yirsən, 
gecə-gündüz  bilmirsən,  ağlında,  qəlbində  nə  varsa  hamısmı  tökürsən 
ortalığa,  əsəblərinin,  sağlamlığının  hesabına  veriliş  hazırla-yırsan,  bəzən 
həftələrlə,  aylarla  ancaq  bu  barədə  düşünürson,  bütün  istedadmı,  -  yaxşı, 
deyək ki, istedad böyük sözdür,  - qabiliyyətini deyək, bacarığını-təcrübəni 
deyək  - bir söz, varın-yoxun nəyin varsa, qabında, necə deyərlər, nə varsa 
atırsan ortahğa, veriliş hazırlayırsan, yarım saat, qırx dəqiqə, çoxu bir saat 
efırdə  səslənir,  sonra...  -  siqare-tindən  bir  qullab  alıb  dodaqlarını  araladı, 
tüstü burula-burula yuxarı qalxdı, - bax bu tüstü kimi uçub gedir hamısı, heç 
nə qalmır... Yox, doğrudan, çox kədərli peşədir... 
 
  Ofısiantların pcşəsi kimi? - deyə Zaur yadına saldı. Təhmino dərhal: 
 
  Tək ofısiantların yox, həm də Allahın, - dedi. 
 
Muxtar gülümsündü: 
 
  Bəli  kədərimiz  Allahınkı  qodərdir,  amma  müdrikliyimiz  yoxdur. 
Təhminə: 
 
  Muxtar,  gəl  bir  yerdə  bir  film  eləyək.  Son  çək,  mon  do  oynayım. 
Bilirsən necə  oynayaram...  Sənin  bütün məşhur aktrisalarından  yaxşı.  Hə, 
nə olar, gol bir toşobbüs eloyək də... Ümumiyyotlo, gəl soninlo birgo bir iş 
görok do axır ki. Zaura Tohminənin bu ciimlosi bir az iki-başlı göründü. 
 
  Mon ki sono çoxdan bunu toklif cdirom. - Muxtar da beloco iki-başlı 
cavab verdi. 
 
Tohmino: 
 
-  Ciddi  dcyirom,  dedi.  Yoni  tokid  eloson,  sono  film  vcrmozlor 
çəkmoyo?.. Niyo baş qoşmursan bu işo axı? Heç olmasa monimçün, monim 
xotrimo... Baş rolda çokorson məni?.. 
Muxtar: 
 
Gecdir daha, dcdi. - Bu yaşda mən həyatımı doyişmoyocoyom ki?.. 
Elo sənin do daha vaxtın kcçib. 
 
Təhminə: 
 
...-  Utanmazın  biri  utanmaz,  dedi,  -  dilin  necə  gəlir  mono  belo  söz 
demoyo. Ölürom, kinoda çəkilmək istəyirom. Heç olmasa no iso qalsın bu 
dünyada  məndən  bir  gün  yıxılıb  öləndə.  Özü  do  indi  istoyi-rəm,  çünki 
sonra,  son  demiş,  doğrudan  da,  gec  olacaq,  vaxtı  keçocok.  İstoyirəm  ki, 
kino  ulduzu  olum,  şəkillərimi  jumallarda  çap  elosinlor.  Sevdiyim  rəng? 
Mavi...  Bəyəndiyim  fılm  lər-  rejissor  Muxtar  Mohor-rəmovun  əsərləri... 
Xobbim? Nədir, doğrudan da mənim xobbim? 


 
Muxtar: 
 
  Bəzənib-düzənmək,  -  dedi. 
Təhminə: 
 
Əh,  siz  kişilər  heç  nə  başa  düşmürsüz  bu  dünyada,  -  dedi  -  Ba-şa 
düşmürsüz  ki,  gözəl  qadm  da  milli  dəyərdir,  nadir  ağaclar  kimi,  fay-dalı 
qazıntılar kimi, tarixi abidələr kimi... 
Muxtar: 
 
  Təvazökarlığına söz ola bilməz, - dedi. 
 
Təhminə: 
 
- Nədir, deyəcəksən, gözəl deyiləm? Gözəlliyimi də danacaqsız yoxsa? 
 
Muxtar: 
 
  Yox,  danmıram,  -  dedi.  -  Amma  doqiqləşdirmək  istəyirəm.  Sən 
doğrudan da çox gözəl idin. Tokrar edirəm: idin... 
Təhminə: 
 
  Naxal, - dedi və barmağıyla zarafatyana hədələdi Muxtarı, sonra Zaura 
tərof döndü. - Zaur, bəs sən nə ağzına su alıb durmusan, necə centlmensən, 
müdafıə eləsənə məni bu köntöy ədəbsizdən. 
 
Amma Zaur ağzını açmamış Muxtar: 
 
  Sənin  cavabını  verirdim,  -  dedi,  -  Muxtar  Məhərrəmovun  əsər-ləri 
haqqında istehzana görə... 
 
 Ay Muxtar, yəni zarafat-zad başa düşmürsən? 
 
Bəs  sən?  Son  zarafat  başa  düşmürsən?  Heç  mən  sənin  gözəlliyin 
haqda keçmiş zamanda danışa bilorəm? 
 
Zaur  hiss  eləyirdi  ki,  Muxtarla  Tohminənin  arasında  gedən  bu  ya-
rızarafat,  yarıciddi  atışmanın  dalında  uzun  illərin  sıx  münasibətləri,  ta-
nışlığı,  dostluğu  durur,  -  bunlar  hamısı  bütöv  bir  alomdir  və  Zaur  bu 
aloırıdon tamam bixobərdir... 
 
Ofısiant  isti  yeməkləri  gətirdi,  onlar  yemoyə  başladılar,  arabir  sağ-
lıqsız-zadsız, qurtum-qurtum konyakdan da içirdilər, içkinin xumarı yavaş-
yavaş  Zaurun  fikirlorini  dumanlandırırdı  və  o  sıxılır,  özünü  son  dərəcə 
naqolay  və  artıq  hiss  cloyirdi  bu  məclisdə.  İstər-istəməz  özünü  Muxtarla 
müqayiso  eləyirdi  və  Muxtarın  hazırcavablığı,  ülfəto-ünsiyyətə  yatımhğı, 
hətta  yumşaq  kodəri  müqabilində  Zaur  özünü  son  dərocə  ağır,  qılıqsız, 
hətta,  küt  və  bosit  adam  kimi  qavrayırdı...  Yadı-na  salırdı  Təhminənin 
dünənki  sözlərini,  gecə  nəvazişlorini.  düşünürdü  ki,  bütün  bunlar  yalan 
deyilsə,  onda  Təhminə  nəyə  görə.  axı,  nəyə  görə,  Zauru  sevir?  Təhminə 
kimi bir qadın hansı cəhətləri- 
nə, hansı məziyyətlərinə  görə  Zaur  kimi  bir  adamı  sevə  bilər  axı?  Ancaq 
Zaurun zahiri görünüşünə, boy-buxununa, sir-sifətinə, cavan-lığına, gücünə 
görəmi?  Əgər  belədirsə,  deməli,  onları  yalnız  və  yalnız  şəhvət  bağlayır? 
Bəs  onda  Domodedovo  meşəsində  cəh-cəh  vuran  quşlar,  Moskva 
küçələrindəki  dünənki  şıltaqlıqları,  əlaqələrindəki  bütün  poeziya  -  bunlar 
necə olsun bəs, bütün bunlar da yalnız şəhvət oyunlarıyçün bir hazırlıq imiş 
yoxsa? 
 
Muxtar  danışır,  danışırdı.  Zauru  fikirlər  aləminə,  qəm  dəryasına  qərq 
eləmiş  içki  Muxtarı əksinə nəşələndirmişdi,  dil-boğaza  qoymur-du.  İndi  o 
öz  peşəsini  yamanlamırdı,  əksinə  tərifləyirdi,  deyirdi  ki,  dünyada  heç  bir 
başqa  sənotə  dəyişməz  onu,  doğrudan  da,  deyirdi,  məgər  möcüzə  deyilmi 
bu?  Gecənin  tənhahğında  tək  bir  adamm  başı-na  gələn  fıkirlər,  sözlər 
ovvəlcə kağız üzərində maddiləşir, sonra isə səhərisi gün onlarla, yüzlərlo 
adamın  iştirakıyla  sifətlərə,  rəngləro,  soslərə,  lövholoro  çevrilir,  canlı 
hoyatın  bir  parçası  olur  və  bütün  bu  həyatın  nobzi  rejissorun  ovcunun 
içindədir.  Bu  həyat  ekran  işığıyla  minlərə,  milyonlara  göstorilir,  onların 
yaddaşına,  zehnino  həkk  olunur.  Nə  olsun  ki,  ekran  sonra solub  sönəcok, 
bütün sözlər, bütün sifotlor oriyib yoxa çıxacaq - bu dünyada daimi no var 
ki?  Xoş  bir  yuxudan  al-dığımız  təəssürat  kimidir  bu  -  yaddaşımızda, 
qəlbimizdo qalır. Vo xoş bir yuxudan, ya yaxşı bir verilişdən yaddaşımızda 
qalan iz mogor ho-yatın başqa maddi lozzotlorindon daha azmı zövq verir 
insana? Mux- 
 
tar niyyotlorindon, hoyata keçmomiş arzularından danışırdı 
ayrı-ayrı 
sohnolor, parçalar, obraz - dağıntıları... 
 
İçorişohor haqqında fılm çəkmok istərdim,   deyirdi. 
İçorişo- 
horin  evlori  yadmızdadır  da...  Bax,  bütün  hadisolor  bu  cvlordo,  hoyot-
lordo, o dar küçolordo gedordi, finalda iso - fınalını elo aydın görürom ki, 
filmin,  tcz-tcz  yuxuma  girirlor  bu  kadrlar  -  finalda  İçorişohor  evlo-rinin 
damlarını göstorordim vo damlardan birinin üstüno zil qara pal-tarlı gonc, 
gözol  bir  qız  paltar  sorordi...  İpin  üstündo  ağlar,  moləfolor,  balış  üzlori 
asılıb. Hamısı da ağappaq, meh onları yellodir vo qara pal-tarlı qız da bu ağ 
parçaların arasında görünüb itir, göy üzü açıqdır, uzaqda da gömgöy dəniz... 
bu bir növ rəqsdir- ağ parçaların, qara pal-tarlı qızın, küləyin rəqsi... Amma 
eyni  zamanda  kondirdoki  ağlar  elo  bil  yelkondir  və  bu  evlər  də  yelkənli 
qayıqlardır,  uzaqdakı  mavi  dəni-zin  içində  üzürlər...  Başa  düşürsüz, 
kameranı elə nöqtədə qoyardım ki, evlorin damı gəmi göyərtəsinə oxşardı 
və ağlar da yelkon kimi dəni-zin fonunda görünərdi - həm plastik obrazdır 
bu, həm do romzi... Biz 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə