Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə153/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   149   150   151   152   153   154   155   156   ...   184

 

339


ARABA 

 

 (Şairin ölümü haqqında) 

 

olduqca... 



həddən artıq... 

uy-y-y... 

çox... 

çox... 


çox uzaqlar idi, amma bu uzaqlıq coğrafi bir məsafə deyildi, illərin uzaqlığı idi, 

zırpı-zırpı  dəqiqələrin, ondan da zırpı saatların, ondan da zırpı günlərin, sonra 

ayların, illərin dəhşətli,  əlçatmaz, ünyetməz bir uzaqlığı idi və o uzaqlığı coğrafi 

mənada təkcə (bəlkə də) göydəki ulduzların uzaqlığı ilə müqayisə eləmək olardı və 

göydəki o ulduzlara getmək mümkün olmadığı kimi, xatirələrin, yaddaşın dibində 

olan o uzaqlığa da getmək (təzədən getmək) heç cürə mümkün deyildi və indi, elə 

bil ki, eşikdə şıdırğı bir yağış yağırdı (səssiz yağış) və o uzaqlıq da, bir üzündən (çöl 

tərəfdə) su süzülən pəncərə şüşəsindən o tərəfdə görünürdü... 

... o su süzülən pəncərə  şüşəsindən o tərəfdəki o uzaqlıqda günün qıpqırmızı 

batabat çağında, palçıq yolla cırıldaya-cırıldaya meşədən gələn bir eşşək arabası 

gedirdi və arabaya səliqə ilə odun yığılmışdı və o odunların da üstündə ayağı yalın, 

başı açıq, 6 – 7 yaşında bir oğlan uşağı oturmuşdu... 

... arabanın təkəri hərdən palçıq çuxura düşürdü və o zaman arabanın qabağınca 

piyada gedən kişi – o uşağın atası eşşəyin ipini nə qədər dartsa da, eşşəyə nə qədər 

hədə-qorxu gəlsə  də, qarğış yağdırsa da, heyvan o boyda yükü çəkib o çuxurdan 

çıxara bilmirdi və o uşaq da məcbur olurdu ki, təzə qırılmış, təzə doğranmış odun 

iyinin içindəki o gözəl aləmdən çıxıb, arabadan yerə ensin, sinəsini arabanın 

arxasına dirəyib, bir əli ilə, nazik belində durmayan, tez-tez sürüşüb düşən şalvarını 

yuxarı çəkə-çəkə, o biri ilə də özü özünə kömək eləyə-eləyə, hıqqana-hıqqana güc 

versin və axırı ki, eşşəklə bir yerdə o təkəri palçıq çuxurundan çıxarsınlar... 

... sonra yenə arabadakı yükün başına dırmaşırdı  və yenə o təzə odun iyinin 

içindəki o gözəl aləmə qayıdırdı  və o aləmdə sonrakı o uzun-uzun illərin, o zırpı-

zırpı zaman vahidlərinin heç izi-sorağı da yox idi... 

 

* * *



 

 

2002-ci ilin görünüşü, yazılışı Əminə xanımın heç xoşuna gəlmirdi – ortada iki 



sıfır (00), başda da, axırda da iki (2) – və elə bil ki, bu yazılışda bir aldatma, yalan 

var idi, yəni bu iki «0» və iki «2» səliqə-sahmanının arxasında,  əslində, dünyanın 

bəd  əməlləri dayanırdı  və o səliqəli düzülüş, görünüş isə, adamları aldatmaq üçün 

idi. 


Gecələr şairin çarpayısının qabağındakı kresloda oturub, heç olmasa, bir balaca 

yuxuya getmək istəyəndə, mürgü aləmində, o 2002 cürbəcür düzümdə, yazıda 

Əminə xanımın gözlərinin qabağına gəlirdi: 

2 – 002 


2 – 00 – 2 

20 – 02 


200 – 2 

2 – 0 – 0 – 2 




 

340


Və beləcə, bu 2002-ci ilin rəqəmləri hansı düzümdə olursa-olsun, Əminə xanıma 

bədbinlik gətirirdi, hər iki tərəfdəki o «2» hansı  bəd qüvvələrinsə tutduğu muzdlu 

telexronitellər kimi, bədbinliyi o «2002» rəqəminin içində qoruyub saxlayırdı, kiçik 

bir açar deşiyi də qoymurdu ki, «2002» tutumunun içinə iynənin ucu qədər bir 

hərarət gəlsin. 

Əlbəttə, Əminə xanım yaxşı başa düşürdü ki, onların ailəsini bədbəxtlik basıb və 

sona da az qalıb, indi 2002-ci ilin başlanğıcıdı, yanvarın əvvəlləridi və bu müsibət 

uzun sürməyəcək, bu müsibətin son ucu ölüm olacaq (həkimlər də bunu 

gizlətmirdilər) və sonra şairsiz həyat da tamam başqa bir həyat olacaq – Əminə 

xanım bütün bunları yaxşı başa düşürdü. 

Və 2002-nin yazılışı, düzülüşü də, beləcə, heç bir ümid yeri qoymurdu, nəinki 

ümid yeri qoymurdu, elə bil, təzə ilin bu rəqəmləri hər tərəfə qapqara bir əlacsızlıq 

şüası saçırdı. 

Elə ki, Istanbulda son müayinədən və Alman xəstəxanasındakı bir aylıq 

müalicədən sonra Bakıya qayıtdılar və az bir müddətdən də sonra – sentyabrın 

ortalarından ki, şairin daha ayaq üstə dayanmağa taqəti qalmadı, yatağa düşdü, 

oktyabr beləcə  əzab-əziyyət içində keçdi, noyabr da belə keçdi, dekabr gəldi, bax, 

həmin dekabrın ortalarında  Əminə xanımın bütün içini, bir canavar kimi, belə bir 

hissiyyat didib-didişdirməyə başladı ki, şair Yeni il gecəsi gedəcək.  

Şair gedirdi, onu saxlamaq mümkün deyildi, bu, aydın məsələ idi, amma 2001-

ci ilin o dekabr ayı – kədərinin, iztirabının ağrısı-acısı həmişə Əminə xanımın içində 

qalacaq o dekabr ayı, Əminə xanım səhərdən axşamacan ürəyində Allaha yalvarırdı 

ki, bu müsibətin son ucu Yeni il gecəsi baş verməsin və  oğlu da, qızları da bütün 

ömürləri boyu Yeni il gecəsinin kədərini çiyinlərində daşımasınlar və  qəribə bir 

əhvalat baş verdi (Allah Əminə xanımı eşitdi?): Yeni il gecəsi şair özünü birdən-birə 

əvvəlkinə nisbətən yaxşı hiss etdi. 

O Yeni il gecəsi oğul da, kiçik qız da heç hara getmədi, böyük qız da, əri də, 

Əminaşka – şairin hələlik yeganə nəvəsi və şair ona Əminə xanımın adını qoymuşdu 

(«Oğlan olsaydı, öz adımı qoyacaqdım!») – da onlara gəldi, keçmiş gözəl Yeni il 

axşamları kimi, hamısı evə yığışdı və həmin Yeni il gecəsi oğlu şampan şüşəsinin 

tıxacını partladıb sağlıq dedi: 

– Papa, biz hamımız sənin sağlığına içirik! Biz hamımız çox istəyirik ki, sən 

sağalasan, ayağa qalxasan, əvvəlki kimi olasan! Bax, görürsən, bu gecə biz heç hara 

getmədik, evdə qaldıq ki, səninlə bir yerdə olaq! 

Böyük qızın əri, yəni Əminə xanımla şairin kürəkəni də: 

– Hə,– dedi.– Mənim də papam bizə dedi ki, bu dəfə Novı qodda sizə  gələk, 

sizin yanınızda olaq.  

«Mənim də papam», yəni ki, Məmməd müəllim – Əminə xanımla şairin qudası.  




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə