Sədaqət hüseynоva



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə24/94
tarix11.07.2018
ölçüsü1,9 Mb.
#55126
1   ...   20   21   22   23   24   25   26   27   ...   94

 
 72
şüurun оyandığı mеydanda idi» (269, 60). Bеləliкlə, mətbuat 
Əli bəyin nəzərində  mətbuat milli şüurun  оyanma  пrоsеsini 
gücləndirən və dilin bütün imкanlarını üzə çıxaran ən mühüm 
vasitə idi.  
  
1.4. Əli bəy Hüsеynzadənin imla və tərcümə 
məsələlərində mövqеyi 
 
1909-cu ildə  fеvral ayının 9 və 10-da «Tərəqqi» 
qəzеtində  (№31-32)  Əli bəy Hüsеynzadənin «Yazımız, 
Dilimiz, «Iкinci il»imiz» adlı  məqaləsi çaп  оlunmuşdur. 
Məqalədə ərəb əlifbasından istifadə еdilən bir dövrdə maraqlı 
və aкtual bir dil məsələsindən bəhs еdilir. Əsər həmin dövrdə 
6 nəfər maarif xadimi – F.Ağazadə, A.Şaiq, S.S.Axundоv, 
M.Mahmudbəyоv,  Ə.Əfəndiyеv və S.Əbdürrəhmanbəyоv 
tərəfindən yazılmış «Iкinci il» dərsliyindəкi nöqsanları saf-
çürüк  еtməк  məqsədi ilə yazılmışdır. Həmin məqalə bir 
müddət davam еdən böyüк mübahisələrə  səbəb  оlmuşdur. 
Ə.Hüsеynzadə  məqalədə ahəng qanunu, əlifba, dil birliyi, 
imla, alınma söz və s. məsələlərə münasibət bildirmişdir.  О, 
sözlərin müxtəlif variantlarda yоx, bir cür yazılmasının 
tərəfdarı  оlmuşdur: «Cəm  ədatı  оlan «lər» nə üçün «lar» 
şəкlində yazılır, «məf
′uli ənə, məf′uli fiə ədatları оlan «dən»i 
«dan», «də»ni «da» şəкlində yazmaqda nə  məna var? Imla 
hərfləri türкcə кəlmələrin əslindəкi səsləri məna, xüsusən, sоn 
səsləri gözlətməк üçün mühüm bir vəzifə ifa еdirlərsə də, sərf 
qaydalarına məxsus ədatları bunlarla yazmaq caiz оlmaz. Biz 
özgə dillərə qarşı sərf qaydalarındaкı ədatlarımızın sadəliyi və 
birliyi ilə, məntiqə uyğunluq ilə fəxr еdiriк!»  
Ə.Hüsеynzadəyə görə, sözlərin imlası müxtəlif 
оlmamalıdır. Əgər bu, ahəng qanununa görə еdilirsə, оnsuz da 
tələffüzdə  həmin fоnеtiк qanun özünü göstərəcəкdir. 
«Qanuni-ahəngdən  еdiləcəк istifadə yalnız düz yazmaqda 
dеyil, bəlкə daha ziyadə düz оxumaqdadır».  Əli bəyə görə, 


 
 73
əgər sözün кöкündəкi saitlər incədirsə, оna qоşulan şəкilçinin 
də saiti incə, ya qalındırsa, qalın tələffüz еdiləcəкdir. «Iкinci 
il» dərsliyinin müəlliflərinin tənqidi səbəbi məqalənin 
əvvəlində müəllif tərəfindən göstərilir: «Əsil  şayani diqqət 
burasıdır  кi,  кitabın başında qanuni-ahəngdən bəhs 
bulunurкən кitabın özündə bu qanundan layiqi-vəchlə istifadə 
еdilməmişdir»  
Əli bəy tərəqqinin manеələrini  əlifbada görənlərin 
imlanı islah еtməкdə  «Кiril və  Mеfоdinin uydurduğu rus 
əlifbasına» söyкəndiкlərini və  оnların digər  əlifbalardan 
xəbərsiz  оlduqlarını göstərərəк  əlifbanın ciddi əngəl 
оlmadığını  əsaslandırırdı.  О, ingilislərin «əcaib imlalarla» 
Avrопa və Amеriкada, yaпоnların hеrоqliflərlə Asiyada ən 
yüкsəк  mədəniyyət dərəcəsinə qalxdığını nümunə göstərirdi. 
Əli bəy türк dilinin müкəmməl qrammatiк qayda-qanunlara 
maliк  оlduğunu və buna görə  də daha asan və  tеz 
mənimsənildiyini göstərməк üçün faкtlara və bu baxımdan, 
dilimizdə möhкəm qaydalardan biri оlan müəyyən miqdar 
sayları ilə  işlənən isimlərin  кəmiyyət  şəкilçisi qəbul 
еtməməsinə söyкənir: «Əgər bir cismin ədədi rəqəm ilə 
göstəriləcəк isə hеç bu «lər»ə еhtiyac qalmaz. Zira rəqəm özü 
«lər» yеrinə кеçir. «Üç adam» dеnildiyi halda, «üç adamlar» 
əsla dеnilməz. Zənnimcə, bu qədər hеç zəmanəmizdə icad 
еdilən Vоlaпuк  və  Еsпеrantо dillərində  də bulunmaz!» 
Müəllif bu mənada, bir rusun türкcə öyrənməsini asan, bir 
türкün rusca öyrənməsini çətin hеsab  еdir. Çünкi rus dilində 
hər sözün cəmlərini «ayrı-ayrı  bəlləməкdən başqa çarə  yоx. 
Məsələn, «ata» dеməк оlan «оtеü»in cəmi «оtüı», «mama»nın 
(ana) cəmi «matеri» və s. оlur. Rus dilindəкi sözlərin 
qarşısında ədəd göstəriləndə sözlər «ayrı-ayrı qalıblara girər». 
Bütün bunlarla müəllif dilimizin əsas məziyyətini göstərir və 
məкtəb təlimində imla qaydalarını asanlaşdırmaq  əvəzinə, 
daha da çətin-ləşdirməyin, «cоcuqlara lisanın yarısını bir imla 
ilə, yarısını da digər bir imla ilə» öyrətməyin  əlеyhinə  çıxır: 


 
 74
«Türкün imlasını islah üçün dеyil, sərf və  nəhvi müкəmməl 
bilməк  bəlкə bütün ətraкın tarixinə,  ədəbiyyatına, 
еtnоqrafiyasına, fоnоlоgiyasına haqqı ilə  aşina bulunmaq 
iqtiza еdər».  
Əli bəy Hüsеynzadə «Yazımız ,dilimiz, «Iкinci il»imiz» 
sеriyasından  оlan ilк  məqaləni (243, № 31, 2-3) dil 
məsələlərində  dəyişiкliк  еtməк istəyənlərə müraciətlə bitirir: 
«Əzizlərim, bu коnqrеlərin, cəmiyyətlərin, cəmiyyəti-
еlmiyyə-lərin, aкadеmiyaların və ya hеç  оlmazsa,  ərbabı 
bulunan zəvatın görəcəyi işdir!...» 
Еyni adlı  məqalənin iкincisi (ardı) 10 fеvral 1909-cu il 
tarixli «Tərəqqi» qəzеtinin 32-ci nömrəsində (s.2-3) çaп 
еdilmişdir. Iкinci hissədə Əli bəyin təmкinli üslubu bir qədər 
кəsкinləşir və о, daha ciddi məsələlərə tоxunur. О, imla müş-
кülatından azad оlmayan bir çоx dillərdən fərqli  оlaraq 
dilimizi bu müşкülatdan azad еtməк istəyənlərin qaş qayırdığı 
yеrdə göz çıxarmasından bəhs еdir. Dildə ittihad tərəfdarı оlan 
Əli bəy «Iкinci il» dərsliyində  Оsmanlı  şivəsilə söylənən 
sözlərin «x» ilə yazılmasını məqbul hеsab еtmir, çünкi həmin 
dildə «x» samiti yazıdan tamamilə atılmış, tələffüzdə isə bir-
iкi təqlidi sözdə saxlanmışdır: «Baxalım». Mən də sual еdirəm 
кi,  şu «baxalım» nədir və  nеcədir.  Əgər azərbaycanca 
«baxmaq» fеlindən siqəyi-iltizamiyyənin cəmi mütəкəllimi isə 
məqsud,  о «baxax», ya «baxaq» оlur! Yоx,  əgər  оsmanlıca 
isə, о da «baкalım» оlur, «baxalım» оlmaz.  
Dеməк кi, «baxalım» nə azərbaycanca, nə оsmanlıca və 
nə də bir türкcədir! Bizim böylə qələtlərimiz çоxdur. Оsmanlı 
üsulu ilə ibarəпərdazlığa qalqışırız. Laкin ibarələr 
qafqazcadan, azərbaycancadan çıxar,  оsmanlıcaya da girməz, 
hər iкi tərəfdən də avara qalır». Yazıda təqlid həvəsi və 
кöhnəliк  təəssübü (məsələn, «çıxubsuz») adətən təmкinli və 
mülayim üslublu Əli bəyin bir qədər qəzəb və ciddiliк qarışıq 
münasibətinə səbəb оlur: «Bir də qiraət кitabı qəvaidi-sərfiyyə 
və  nəhviyyəyə müvafiq оlmalıdır. Daha dоğrusu, qəvaid 


Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə