Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə6/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
21 
 
ünvanına daşınması zərurəti ortaya çıxır. Əslində kontrakt üzrə bir 
yerdən  digər  yerə  daşınması  nəzərdə  tutulan  “yük”-  kontraktın 
əsas  predmeti  kimi  çıxış  edir.  Başqa  sözlə,  beynəlxalq  statuslu 
kontraktın  bağlanmasının  mühüm  missiyası  tərəflərin  bu  və  ya 
digər mala olan tələbatının ödənilməsidir. Bu baxımdan nəqliyyat 
xidmətinin yüksək standartlar səviyyəsində təminatı xarici-iqtisadi 
fəaliyyətin mühüm tərkib hissəsi kimi çıxış edir və həlledici amilə 
malikdir.  
Xarici  iqtisadi  fəaliyyətin  təşkilində  nəqliyyatın  rolunu 
xarakterizə edən əsas xüsussiyyətlərə bunları aid etmək olar: 

 
Nəqliyyat  məhsul  və  mal  istehsalçısı  olmasa  da,  onların 
hərəkətində  əsas  vasitələrdən  biri  olmaqla,  bu  proseslərdə 
əlavə  dəyər  və  xərc  yaradır.  Bununla  da  nəqliyyat  xidməti 
formalaşır  və  məhsulun  (malın)  qiymətındə  mühüm  amilə 
çevrilir; 

 
Nəqliyyat xidməti xarici-iqtisadi fəaliyyətin bütün tsikllərində 
iştirak etməklə bərabər, istehsal və alınmış məhsulun (malın) 
son  təyinat  nöqtəsinə  çatdırılmasında  mühüm  vasitə  kimi 
əhəmiyyət kəsb edir

 
Nəqliyyat  ixrac  (idxal)  üçün  nəzərdə  tutulan  mallarla 
(məhsullarla)  birlikdə  beynəlxalq  əmtəə  mübadiləsi 
proseslərinin  və  dünya  ticarəti  əməliyyatlarının  daimi 
komponentinə  çevrilməklə  yanaşı,  özü  Beynəlxalq  iqtisadi 
münasibətlərin  aparıcı  fəaliyyət  sahələrindən  birini  – 
Beynəlxalq  nəqliyyat  əməliyyatlarını,  nəqliyyat  xidmətini 
formalaşdırır; 

 
Nəqliyyat  xərc  maddəsi  kimi  bazar  iqtisadiyyatı  şəraitində 
xarici-iqtisadi  fəaliyyətin  səmərəliliyində  mühüm  əhəmiyyət 
daşıyır.  Belə  ki,  enerjidaşıyıcıların,  yanacağın,  xammal  və 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
22 
 
materialların  qiymətlərinin  dəyişməsində,  ixrac  (idxal) 
məhsullarının  (mallarının)  qiymət  rəqabətqabililiyinin  təmin 
olunmasında nəqliyyat xərcləri əksər hallarda həlledici statusa 
malik olur; 

 
Nəqliyyat  təminatının  optimal  reallaşdırılması  xarici-iqtisadi 
fəaliyyət  iştirakçılarının  kontrakt  üzrə  öhdəliklərinin  yerinə 
yetirilməsinə birbaşa təsir edir

 
Nəqliyyat  amili  bir  çox  hallarda  bağlanacaq  ixrac  (idxal) 
kontraktlarının mühüm fazası kimi obyektiv zərurətə çevrilir. 
Belə  ki,  bu  qəbildən  olan  kontraktların  imzalanmasının  əsas 
şərtlərinin 
yerinə 
yetirilməsi 
nəqliyyat 
təminatının 
səviyyəsindən, 
etibarlılığından, 
mobilliyindən, 
effektivliyindən, 
xidmət  haqqının  sərfəli  olmasından, 
nəqliyyatın  sığorta  mexanizminin  işləkliliyindən  asılı 
vəziyyətdə olur; 

 
Çoxşahəli fəaliyyət imkanına malik nəqliyyat sistemi özünün 
çoxfunksiyalı 
imkanları 
ilə 
xarici-iqtisadi 
fəaliyyət 
subyektinin  kontrakt  öhdəliklərinin  yerinə  yetirilməsi 
variantlarının  modelləşdirilməsinə,  optimallaşdırırlmasına 
şərait yaradır və s. 
 
2.2. 
Xarici-iqtisadi 
fəaliyyətin  səmərəliliyində 
nəqliyyat amili 
 
Bazar 
iqtisadiyyatı 
şəraitində 
Beynəlxalq 
ticarət 
əməliyyatlarının  daha  sərfəli  və  səmərəli  təşkili  əsas  problem 
olaraq  daimi  müzakirə  obyekti  kimi  çıxış  edir.  Bu  isə  təbiidir. 
Belə  ki,  xarici-iqtisadi  fəaliyyət  üzrə  kontrakt  iştirakçıları 
(tərəfləri) bütün hallarda imzaladıqları kontraktlar üzrə gəlir əldə 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
23 
 
etmək 
və 
xarici-ticarət 
mübadiləsini 
genişləndirmək 
marağındadırlar.  
Xarici-iqtisadi 
fəaliyyətin  səmərəliliyində  nəqliyyat 
amillərinə  -  ilk  növbədə  nəqliyyat  sisteminin  və  logistika 
strukturunun  effektivli  təşkili  ilə  yanaşı,  nəqliyyat  xərclərinin 
optimallaşdırılması,  amortizasiya  xərclərinin  balanslaşdırılması, 
nəqliyyatın  təhlükəsiz  hərəkətinə  nəzarətin  təmin  edilməsi,  ətraf 
mühitin 
qorunması, 
beynəlxalq 
daşıma 
prosedurlarına 
(qaydalarına), Konvensiyalar və Sazişlərə əməl edilməsi və sairlər 
aiddirlər.  
Xarici-iqtisadi  fəaliyyətdə  nəqliyyat  xərclərinə  əsas  təsir 
göstərən amillərə aşağıdakılar daxildir: 

 
Bağlanılmış 
kontraktın 
nəqliyyat 
şərtlərinin 
optimallaşdırırlması: 

 
Kontraktın 
nəqliyyat 
şərtlərinin 
hüquqi 
əsaslarının 
mükəməlliyi; 

 
malın  yük  daşıması  ilə  -  yəni  nəqliyyatla  bağlı  spesifik 
xüsusiyyətləri; 

 
mal  mübadiləsinin  əhatə  etdiyi  əmtəə  bazarlarının,  ölkə  və 
regionların coğrafi təsiri

 
yükün həcminin sərfəli hədd səviyyəsində razılaşdırırlması; 

 
yükün  hansı  nəqliyyat  vasitəsi  ilə  daşınmasının  dəqiq 
müəyyənləşdirilməsi; 

 
logistika 
prosesində 
nəqliyyat-texnoloji 
sistemlərin 
işləkliyinin nəzərə alınması; 

 
yükün 
təyinat 
ünvanına 
çatdırılması 
sürətinin 
optimallaşdırılması,  sığortalanması, təhlükəsizlik qaydalarına 
əməl edilməsi və etibarlılıq prinsiplərinin qorunması; 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə