Beynəlxalq nəqliyyat əməliyyatları D ə r s v ə s a i t i
126
11.5. Beynəlxalq yükdaşımalarda hava və avtomobil
nəqliyyatları üzrə sığorta işinin təsnifatı
Beynəlxalq yükdaşımalar zamanı nəqliyyat növündən asılı
olaraq, bir sıra istiqamətlər üzrə sığorta əməliyyatları aparılır.
Hava nəqliyyatı üzrə yüklərin sığortalanması üsulları :
dəniz sığortası bazarında brokerlər
vasitəsi ilə;
aviasiya bazarında qaimələr üzrə sığortalama.
Hava nəqliyyatı üzrə əsas sığorta sahələri:
aviasiya texnikasının istehsalı prosesindəki itkilər;
aviasiya texnikasının istismarı zamanı qəzalardan yaranmış
zərərlər;
sərnişinlərin həyətı və sağlamlığının məsuliyyəti üzrə
sığortalar;
aeroport sahiblərinin məsuliyyəti üzrə sığortalar;
qəza nəticəsində sıradan çıxmış aviasiya vasitəsindən
gözlənilən gəlirin itirilməsinin sığortası;
yüklərin itirilməsi ilə bağlı zərərlər və s.
Beynəlxalq avtomobil daşımaları üzrə sığortanın
xüsusiyyətləri :
sığorta tam olmalıdır;
ancaq vətəndaşlıq məsuliyyətinin sığortalanması;
“avto - kasko” üsulu ilə sığortalama;
müqavilə
əsasında
avtodaşıyıcının
məsuliyyətinin
sığortalanması və s.
Beynəlxalq nəqliyyat əməliyyatları D ə r s v ə s a i t i
127
11.6. Beynəlxalq dəniz daşımaları üzrə sığorta
Dəniz daşımaları nisbətən ucuz və qədim tarixə malik
beynəlxalq yükdaşımaları vasitəsi kimi dünya praktikasında geniş
yayılmışdır. Bununla bağlı, daşımalar zamanı yüklərin risklərdən
sığortalanması problemləri və onların
həlli
yollarının
razılaşdırılması məsələləri beynəlxalq təcrübədə əsasən XIV
əsrdən başlayaraq, İtaliyada formalaşmışdır. 1600-cü ildə
İngiltərədə ilk dəfə olaraq Dəniz sığortası haqqında Qanun qəbul
olunmuşdur. Bu Qanuna əsasən, “Lloyd” sığorta cəmiyyəti dəniz
polisi kimi formalaşmış və müasir dövrdə də bundan istifadə
olunur.
Dəniz gəmilərinin sığortalanmasını başqa cür “Kasko”
adlandırırlar və gəminin korpus-maşınlarının sığortalanması
mənasındadır.
“Kasko” termininin mənası – tam olaraq, ispan sözü olan
“casco”, yəni “şlem”, yaxud niderlandcadan “korpus” sözlərindən
formalaşmışdır. Kaskonun tam mahiyyəti avtomobillərin və ya
digər nəqliyyat vasitələrinin (gəmilər, təyyarələr, vaqonlar və s.)
oğurlanması, onların zədələnməsi ilə bağlı dəymiş zərərlərin
sığortalanmasından ibarətdir.
“Karqo” terminin mənası – ispanca “cargo”, yəni “yük”
sözündən yaranmışdır. Karqonun mahiyyəti isə, onun daşımalar
və sığortada tətbiqi ilə bağlıdır. Bu halda, karqo daşımalar üzrə
əməliyyatın
əsas sənədi kimi, çıxış edir.
Dəniz daşımaları üzrə sığortanın obyektləri kimi – gəmi,
tikilməkdə olan gəmi, yük, fraxt, sərnişinin daşınması üçün
ödəniş, gəmidən istifadə üçün ödəniş, gəminin daşıdığı yükdən
əldə edəcəyi mənfəət, gəmi kapitanı və heyətin əmək haqqı, s.
ödənişlər ola bilər. Sığorta zamanı sığorta obyekti kimi, həmçinin
Beynəlxalq nəqliyyat əməliyyatları D ə r s v ə s a i t i
128
fövqəladə hallar üçün yarana biləcək xərclər, məsələn, gəminin
xilas
edilməsi, yükün xilas edilməsi və digərləri göstərmək olar.
Dəniz daşımaları üzrə sığortanın subyektləri kimi – gəmi
sahibləri, gəmi sahibləri ilə müqavilə əsasında onları istismara
götürən kompaniyalar, gəmi operatorları, bank-kreditorlar çıxış
edirlər.
11.7. Dəniz daşımaları üzrə sığortanın riskləri:
sığorta edən və gəmi kapitanı tərəfindən asılı olmayaraq,
yarana bilən zərərlər;
dəniz təhlükəsi, mürəkkəb hava şəraiti, batma, çökmə,
toqquşma,
toxunuş və digər hallar;
yanğın və partlayış;
quldurluq;
məlum olmayan və ya təsadüfi yader qurğuları ilə
zədələnmək, sınma;
zəlzələ, vulkan püskürməsi və ya ildırım vurması;
gəmi kapitanı və heyətin günahından yarana bilən zərərlər;
gəminin maşın və korpuslarının sınması, qazanxananın
partlaması və s. üzrə səbəblərin aradan qaldırılmamasından
əmələ gələn zərərlər;
keyfiyyətsiz təmirdən yaranan zərərlər;
gəmi kapitanı və heyətin bilərəkdən gəmiyə və yükə vurduğu
zərərlər;
hava nəqliyyatı, vertolyotlar və onların qalıqları ilə
toqquşmalar və s.
Beynəlxalq nəqliyyat əməliyyatları D ə r s v ə s a i t i
129
11.8. Dəniz daşımaları üzrə sığortada zərərin ödənilməsi
formaları
Beynəlxalq dəniz daşımaları zamanı baş verən hadisələr,
onların xarakteri, təbii amillər və s. nəzərə alınmaqla, dəniz
daşımaları üzrə sığortada zərərin ödənilməsinin bir çox formaları
vardır:
gəminin tam və ya qismən batması ilə bağlı zərərlər;
gəminin itkin düşməsi ilə bağlı zərərlər;
gəminin xilası zamanı, yaxud gəmidə yanğının söndürülməsi
üçün görülən tədbirlər nəticəsində gəminin zədələnməsindən
yaranan zərərlər;
ümumi qəzalarla bağlı yaranan
əlavə xərclər və ödəmələr;
vətəndaş müharibəsi, inqilablar, üsyan və s. nəticəsində
ortaya çıxan zərərlər;
gəminin həbs edilməsi və ələ keçirilməsindən yaranan
zərərlər;
gəminin mina, torpedo və bomba nəticəsində sıradan çıxması
və yə zədələnməsindən əmələ gələn zərərlər;
gəminin maşın və avadanlıqlarının korroziyaya uğraması və
bununla bağlı zərərlər;
ətraf mühitə və insanların sağlamlığına dəyən zərərlə bağlı
xərclər və s.
11.9. London Sığortaçılar İnstitutu
Bu beynəlxalq statuslu sığorta qurumu 1982-ci ildən fəaliyyət
göstərir (ingiliscə İnstitute Cargo Clauses, İCC). Dünya
ölkələrinin əksəriyyətində bu qurumun sığorta şərtləri əsas