Beynəlxalq nəqliyyat əməliyyatları D ə r s v ə s a i t i
130
götürülür. Danışılmış sığorta şərtləri “A”, “B”, “C” hərfləri ilə
işarə edilir;
“A”- bütün riskləri nəzərdə tutur və onların ödənilməsini
təmin edir;
“B”- beş qrup riskləri təmin edir (yanğın, şimşək, tufan, təbii
fəlakət; gəminin və ya təyyarənin itkin düşməsi; bədbəxt hadisə;
ümumi qəza və yükün xilas edilməsi, zərərin ödənilməsi üzrə
bütün xərclər);
“C”- risklər üzrə minimal ödənişi təmin edir.
Bu şərti işarələrin mənaları aşağıdakı kimidir:
“A”- AR (all risks) yaxud AAR (against all risks);
“B”- WPA (with particular average);
“C”- FPA (free from particular average).
11.10. Dəniz sığortaçılarının Beynəlxalq İttifaqı
Bu təşkilat ingiliscə İnternational Union of Marine İnsurance
(İUMİ) adlanır və 1874-cü ildə İsveçrənin Bern şəhərində milli
sığorta təşkilatlarının birliyi kimi yaranmışdır.
Təşkilatın ümumi rəhbərliyi Şura tərəfindən həyata keçirilir.
Onun icraçı komitəsi və müxtəlif komitetləri fəaliyyət göstərir.
Təşkilata Baş katib rəhbərlik edir. Bu təşkilat məsləhətverici
statusa malikdir və beynəlxalq sığorta, dəniz daşımaları və
gəmiçiliklə bağlı fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq edir.
Təşkilatın əsas fəaliyyət istiqamətləri :
risklərin sığortalanması;
ətraf mühitin çirklənməsiindən dəyən zərərin sıgortası ;
ümumi qəzalar üzrə sığortalar;
yüklərin itkisindən yaranan ziyanın
ödənilməsi;
Beynəlxalq nəqliyyat əməliyyatları D ə r s v ə s a i t i
131
yüklərin sığortalanması;
daşıyıcının məsuliyyətinin sıgortası;
kasko-gəmilərin sığortalanması və s.
Özünüyoxlama sualları:
1.
Beynəlxalq yükdaşımalar üzrə sığortanın mahiyyəti.
2.
Beynəlxalq yük daşımaları üzrə sığortanın əsas əməliyyatları.
3.
Sığorta polisi və “Polis” termininin mənası.
4.
Beynəlxalq nəqliyyat sığortasının mahiyyəti və əsas sənədləri.
5.
Beynəlxalq avtomobil daşımaları üzrə sığortanın
xüsusiyyətləri.
6.
Hava nəqliyyatı üzrə əsas sığorta
sahələri və yüklərin
sığortalanması üsulları.
7.
Beynəlxalq daşımalarda nəqliyyat sığortası.
8.
Beynəlxalq yükdaşımalar zamanı əsas risklər.
9.
Beynəlxalq yükdaşımalarda sığorta istiqamətləri.
10.
Beynəlxalq dəniz daşımaları üzrə sığorta.
11.
Dəniz daşımaları üzrə sığortanın obyektləri və subyektləri.
12.
“Kasko” və “Karqo” terminin termininin mənası.
13.
Dəniz daşımaları üzrə sığortanın əsas riskləri və sığortada
zərərin ödənilməsi formaları.
14.
London Sığortaçılar İnstitutu.
15.
Dəniz sığortaçılarının Beynəlxalq İttifaqı.