Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə35/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
126 
 
11.5.  Beynəlxalq  yükdaşımalarda  hava  və  avtomobil 
nəqliyyatları üzrə sığorta işinin təsnifatı 
 
Beynəlxalq  yükdaşımalar  zamanı  nəqliyyat  növündən  asılı 
olaraq, bir sıra istiqamətlər üzrə sığorta əməliyyatları aparılır.  
Hava nəqliyyatı üzrə yüklərin sığortalanması üsulları : 

 
dəniz sığortası bazarında brokerlər vasitəsi ilə

 
aviasiya bazarında qaimələr üzrə sığortalama. 
Hava nəqliyyatı üzrə əsas sığorta sahələri: 

 
aviasiya texnikasının istehsalı prosesindəki itkilər; 

 
aviasiya  texnikasının  istismarı  zamanı  qəzalardan  yaranmış 
zərərlər

 
sərnişinlərin  həyətı  və  sağlamlığının  məsuliyyəti  üzrə 
sığortalar; 

 
aeroport sahiblərinin məsuliyyəti üzrə sığortalar; 

 
qəza  nəticəsində  sıradan  çıxmış  aviasiya  vasitəsindən 
gözlənilən gəlirin itirilməsinin sığortası; 

 
yüklərin itirilməsi ilə bağlı zərərlər və s. 
Beynəlxalq  avtomobil  daşımaları  üzrə  sığortanın 
xüsusiyyətləri : 

 
sığorta tam olmalıdır; 

 
ancaq vətəndaşlıq məsuliyyətinin sığortalanması; 

 
“avto - kasko” üsulu ilə sığortalama; 

 
müqavilə 
əsasında 
avtodaşıyıcının 
məsuliyyətinin 
sığortalanması və s. 
 
 
 
 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
127 
 
11.6. Beynəlxalq dəniz daşımaları üzrə sığorta 
 
Dəniz  daşımaları  nisbətən  ucuz  və  qədim  tarixə  malik 
beynəlxalq yükdaşımaları vasitəsi kimi dünya praktikasında geniş 
yayılmışdır. Bununla bağlı, daşımalar zamanı  yüklərin  risklərdən 
sığortalanması  problemləri  və  onların 
həlli 
yollarının 
razılaşdırılması  məsələləri  beynəlxalq  təcrübədə  əsasən  XIV 
əsrdən  başlayaraq,  İtaliyada  formalaşmışdır.  1600-cü  ildə 
İngiltərədə ilk dəfə olaraq Dəniz sığortası haqqında Qanun qəbul 
olunmuşdur. Bu Qanuna əsasən, “Lloyd” sığorta cəmiyyəti dəniz 
polisi  kimi  formalaşmış  və  müasir  dövrdə  də  bundan  istifadə 
olunur.  
Dəniz  gəmilərinin  sığortalanmasını  başqa  cür  “Kasko” 
adlandırırlar  və  gəminin  korpus-maşınlarının  sığortalanması 
mənasındadır.  
“Kasko”  termininin  mənası  –  tam  olaraq,  ispan  sözü  olan 
“casco”, yəni “şlem”, yaxud niderlandcadan “korpus” sözlərindən 
formalaşmışdır.  Kaskonun  tam  mahiyyəti  avtomobillərin  və  ya 
digər  nəqliyyat  vasitələrinin  (gəmilər,  təyyarələr,  vaqonlar  və  s.) 
oğurlanması,  onların  zədələnməsi  ilə  bağlı  dəymiş  zərərlərin 
sığortalanmasından ibarətdir.   
“Karqo”  terminin  mənası  –  ispanca  “cargo”,  yəni  “yük” 
sözündən  yaranmışdır.  Karqonun  mahiyyəti  isə,  onun  daşımalar 
və  sığortada  tətbiqi  ilə  bağlıdır.  Bu  halda,  karqo  daşımalar  üzrə 
əməliyyatın əsas sənədi kimi, çıxış edir.  
Dəniz  daşımaları  üzrə  sığortanın  obyektləri  kimi  –  gəmi, 
tikilməkdə  olan  gəmi,  yük,  fraxt,  sərnişinin  daşınması  üçün 
ödəniş,  gəmidən  istifadə  üçün  ödəniş,  gəminin  daşıdığı  yükdən 
əldə  edəcəyi  mənfəət,  gəmi  kapitanı  və  heyətin  əmək  haqqı,  s. 
ödənişlər ola bilər. Sığorta zamanı sığorta obyekti kimi, həmçinin 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
128 
 
fövqəladə  hallar  üçün  yarana  biləcək  xərclər,  məsələn,  gəminin 
xilas edilməsi, yükün xilas edilməsi və digərləri göstərmək olar.  
Dəniz daşımaları üzrə sığortanın subyektləri kimi  – gəmi 
sahibləri,  gəmi  sahibləri  ilə  müqavilə  əsasında  onları  istismara 
götürən  kompaniyalar,  gəmi  operatorları,  bank-kreditorlar  çıxış 
edirlər.  
 
11.7. Dəniz daşımaları üzrə sığortanın  riskləri: 
 

 
sığorta  edən  və  gəmi  kapitanı  tərəfindən  asılı  olmayaraq, 
yarana bilən zərərlər; 

 
dəniz  təhlükəsi,  mürəkkəb  hava  şəraiti,  batma,  çökmə, 
toqquşma, toxunuş və digər hallar

 
yanğın və partlayış; 

 
quldurluq; 

 
məlum  olmayan  və  ya  təsadüfi  yader  qurğuları  ilə 
zədələnmək, sınma; 

 
zəlzələ, vulkan püskürməsi və ya ildırım vurması; 

 
gəmi kapitanı və heyətin günahından yarana bilən zərərlər; 

 
gəminin  maşın  və  korpuslarının  sınması,  qazanxananın 
partlaması  və  s.  üzrə  səbəblərin  aradan  qaldırılmamasından 
əmələ gələn zərərlər; 

 
keyfiyyətsiz təmirdən yaranan zərərlər; 

 
gəmi kapitanı və heyətin bilərəkdən gəmiyə və yükə vurduğu 
zərərlər; 

 
hava  nəqliyyatı,  vertolyotlar  və  onların  qalıqları  ilə 
toqquşmalar və s. 
 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
129 
 
11.8.  Dəniz  daşımaları  üzrə  sığortada  zərərin  ödənilməsi 
formaları 
 
Beynəlxalq  dəniz  daşımaları  zamanı  baş  verən  hadisələr, 
onların  xarakteri,  təbii  amillər  və  s.  nəzərə  alınmaqla,  dəniz 
daşımaları üzrə sığortada zərərin ödənilməsinin bir çox formaları 
vardır: 

 
gəminin tam və ya qismən batması ilə bağlı zərərlər; 

 
gəminin itkin düşməsi ilə bağlı zərərlər; 

 
gəminin xilası zamanı, yaxud gəmidə yanğının söndürülməsi 
üçün  görülən  tədbirlər  nəticəsində  gəminin  zədələnməsindən 
yaranan zərərlər; 

 
ümumi qəzalarla bağlı yaranan əlavə xərclər və ödəmələr

 
vətəndaş  müharibəsi,  inqilablar,  üsyan  və  s.  nəticəsində 
ortaya çıxan zərərlər; 

 
gəminin  həbs  edilməsi  və  ələ  keçirilməsindən  yaranan 
zərərlər; 

 
gəminin mina, torpedo və bomba nəticəsində sıradan çıxması 
və yə zədələnməsindən əmələ gələn zərərlər; 

 
gəminin  maşın  və  avadanlıqlarının  korroziyaya  uğraması  və 
bununla bağlı zərərlər; 

 
ətraf  mühitə  və  insanların  sağlamlığına  dəyən  zərərlə  bağlı 
xərclər və s. 
 
11.9. London Sığortaçılar İnstitutu  
 
Bu beynəlxalq statuslu sığorta qurumu 1982-ci ildən fəaliyyət 
göstərir  (ingiliscə  İnstitute  Cargo  Clauses,  İCC).  Dünya 
ölkələrinin  əksəriyyətində  bu  qurumun  sığorta  şərtləri  əsas 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə