Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə38/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
137 
 
üçün  kompleks  tədbirlər  müəyyənləşdirilmişdir.  Qeyd  olunan 
problemlərin 
həll 
edilməsi 
məqsədilə 
"Azərbaycan 
Respublikasında dəmir  yolu  nəqliyyat  sisteminin 2010  - 2014-cü 
illərdə  inkişafına  dair  Dövlət  Proqramı"  çərçivəsində  dəmir  yolu 
infrastrukturunun və hərəkət heyəti parkının yeniləşdirilməsi üzrə 
tədbirlər  və  başlanılmış  islahatların  davam  etdirilməsinin,  dəmir 
yolunda  normativ-hüquqi  bazanın  təkmilləşdirilməsinin  və  dəmir 
yolu 
kadrlarının 
hazırlığının 
əsas 
istiqamətləri 
müəyyənləşdirilmişdir. 
 Dövlət Proqramının əsas məqsədi və vəzifələri: 

 
əhalinin  və iqtisadiyyatın dəmir  yolu  nəqliyyatı  xidmətlərinə 
artan  tələbatının  və  dövlətin  müdafiə  ehtiyaclarının  təmin 
olunması; 

 
 Azərbaycanın tranzit potensialının artırılması; 

 
 dəmir 
yolu 
nəqliyyatında 
xidmətlərin 
səviyyəsinin 
yüksəldilməsi; 

 
 sərnişin  və  yük  daşımalarında  nəqliyyat  xərclərinin 
azaldılması  yolu  ilə  nəqliyyat  kompleksinin  səmərəli 
fəaliyyətini və onun ölkənin sosial-iqtisadi tərəqqisində daha 
fəal iştirakını təmin edilməsi və s. 
 
12.5. Azərbaycanda avtomobil nəqliyyatı 
 
Ölkənin  avtomobil  nəqliyyatı  geniş  potensiala  malikdir. 
Avtomobil yollarının ümumi uzunluğu 19 min km-dir. Bundan 1,7 
min km beynəlxalq əhəmiyyət kəsb edən magistral yollardır. Ölkə 
yollarının 4,6 min km-i respublika əhəmiyyətli, 14,2 min km-i isə 
yerli  əhəmiyyətlidir.  Ölkədəki  yolların  cəmisi  8,6  min  km-i 
asfaltbetondur, qalanları isə çınqıl və torpaq yollarıdır. Körpülərin 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
138 
 
sayı  1463  ədəddir,  bunlardan  619-u  respublika  əhəmiyyətli  və 
844-ü isə yerli əhəmiyyətlidir. 2013-cü ilin yekunu üzrə avtomobil 
nəqliyyatı  ilə  yükdaşımaların  ümumi  həcmi  125,2  mln.  ton 
olmuşdur.  Ümumi  yük  dövriyyəsi  isə  14,1  mln.  ton-km  təşkil 
etmişdir.  Ölkədə  1,23  mln.  avtomobil  vardır,  ondan  30,3  min 
ədədi  avtobuslar,  133,6  min  ədədi  yük  avtomobilləri,  1  mln.dan 
çoxu şəxsi minik avtomobilləri və sairdir. Respublika üzrə ümumi 
avtobillərin  702,4  min  ədədi  və  yaxud  57%-dən  çoxu  Bakı 
şəhərinin  payına  düşür.  2013-cü  ildə  avtomobil  nəqliyyatı 
sisteminin    inkişafına  digər  quru  yol  nəqliyyat  vasitələri  ilə 
birlikdə (dəmir yolu istisna olmaqla) 453,1 mln. manat investisiya 
yönəldilmişdir.  
Avtomobil  nəqliyyatı  ilə  sərnişin  və  yük  daşınması 
xidmətlərinin  göstərilməsi,  eləcə  də  dövlət  orqanları,  daşıyıcılar, 
infrastruktur  obyektlərinin  sahibləri  və  nəqliyyat  xidmətlərinin 
istehlakçıları  arasında  yaranan  hüquqi  və  iqtisadi  münasibətlərin 
tənzimlənməsi  və  dövlət  nəzarət  sisteminin  təkmilləşdirilməsi 
məqsədi  ilə  2008-ci  il  1  aprel  tarixində  “Avtomobil  nəqliyyatı 
haqqında  Azərbaycan Respublikasının Qanunu” qəbul edilmiş, bu 
Qanunun  tətbiq  edilməsi  barədə   Azərbaycan  Respublikası 
Prezidentinin  2008-ci  il  4  iyul  tarixli  792  nömrəli  Fərmanının 
tələblərinin 
təmin 
edilməsi 
məqsədi 
ilə, 
Azərbaycan 
Respublikasının  Nəqliyyat  Nazirliyinin  “Avtonəqliyyatservis” 
Departamenti”  MMC-nin  əsasında  Azərbaycan  Respublikasının 
Nəqliyyat  Nazirliyinin  “Dövlət  Avtomobil  Nəqliyyatı  Xidməti” 
yaradılmış,  Azərbaycan  Respublikası  Prezidentinin  2011-ci  il  20 
iyul tarixli 472 nömrəli  Fərmanı ilə “Azərbaycan Respublikasının 
Nəqliyyat  Nazirliyinin  Dövlət  Avtomobil  Nəqliyyatı  Xidməti 
haqqında Əsasnamə” təsdiq edilmişdir. 
    


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
139 
 
12.6. Azərbaycanın dəniz nəqliyyatı  
 
Azərbaycanda  dəniz  nəqliyyatı  qədim  tarixə  malikdir  və 
Xəzər  dənizində  bu  tarixin  1600  ildən  əvvələ  gedib  çıxdığı 
məlumdur.  Ölkənin  ən  iri  dəniz  nəqliyyatı  üzrə  kompaniyası 
Xəzər  Dəniz  Gəmiçiliyidir.  Bu  kompaniyanın  86  gəmi  və 
tankerləri vardır. Onlardan 41 tankerlər, 35 quru yüklərin, 10 isə 
köməkçi materialların daşınması üçün olan gəmilərdir. Gəmiçilik 
bir çox beynəlxalq yük daşıma marşrutlarında, o cümlədən, Qara, 
Aralıq,  Baltik  dənizləri  və  Atlantik  okeanda  fəaliyət  göstərir. 
Ölkənin  ikinci  böyük  dəniz  nəqliyyatı  kompaniyası  kimi  Xəzər 
Dəniz  Neft  Donanmasıdır.  Kompaniya  ARDNŞ-nin  struktur 
vahidi  kimi  fəaliyyət  göstərir  və  onun  sərəncamında  müxtəlif 
təyinatlı  259  gəmi  vardır.  Kompaniya  beynəlxlaq  sertifikata 
malikdir  və  dünyanın  müxtəlif  regionlarında  bir  çox  beynəlxalq 
layihələrin iştirakçısıdır.  
2013-cü  ilin  yekunu  üzrə  ölkədə  dəniz  nəqliyyatı  üzrə 
yükdaşımalarının  həcmi  11,5  mln.  ton  olmuşdur,  bunun  11,49 
mln.  tonu  xarici  əlaqə  ilə  bağlı  olmuşdur.  O  cümlədən  tranzit 
yükdaşımaların  həcmi  8,24  mln.  ton,  ixrac-1,11  mln.  ton,  idxal-
1,59  mln.  ton  və  s.  təşkil  etmişdir.  Dəniz  nəqliyyatı  vasitəsi  ilə 
ümumi  yük  dövriyyəsi  4,6  mln.  ton-km  təşkil  etmişdir  və  bunun 
demək olar ki, hamısı xarici əlaqə ilə bağlıdır. Dəniz nəqliyyatı ilə 
cəmisi 13,7 min nəfər sərnişin daşınmışdır və bu daşımalar xarici 
əlaqələr üzrədir. Dəniz nəqliyyatı sistemində 9,7 min nəfərə yaxın 
insan  işləyir  və  orta  aylıq  əmək  haqqş  751  manatdan  çoxdur.  İl 
ərzində 
bu 
nəqliyyat 
sisteminin 
inki.afına 
yönəldilən 
investisiyaların ümumi həcmi 9 mln. manatdan çox olmuşdur.  
 Azərbaycanın əsas dəniz limanı kimi Bakı limanını- qeyd 
edtmək olar. Bu limanda 17 bərə fəaliyyət  göstərir. Onlardan 5-i 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə