Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə37/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
134 
 
       12.1. Azərbaycanda nəqliyyat sahəsi üzrə dövlət siyasəti      
 
Azərbaycanda  nəqliyyat    sahəsi  üzrə  dövlət  siyasəti 
müstəqillik  illərində  formalaşdırılmış  və  ölkəmizin  bu  sahədə 
üstün 
elementlərinin 
reallaşdırılmasına 
yönəldilmişdir. 
Azərbaycan  Respublikasının  Nəqliyyat  Strategiyasında    dövlətin 
nəqliyyat siyasətinin əsas prioritetləri müəyyənləşdirilmişdir: 

 
ölkə  ərazisindən  keçən  tranzit  beynəlxalq    nəqliyyat 
dəhlizlərində avtomobil yollarının yenidən qurulması; 

 
rayonlararası və iri yaşayış qəsəbələrini, kəndlərini birləşdirən 
yolların müasirləşdirilməsi;  

 
nəqliyyat  vasitələrinin texniki və ekoloji tələblər baxımından 
beynəlxalq standartlara uyğun yenilənməsi; 

 
nəqliyyatın  dayanıqlı  inkişafının  maddi-texniki  bazasının 
gücləndirilməsi; 

 
nəqliyyat  xidmətlərinin  keyfiyyətinin  artırılması,  sərnişin  və 
yük  daşımalarında  nəqliyyat  xərclərinin  azaldılması  yolu  ilə 
ölkədə yüksək sosial-iqtisadi inkişafın təmin olunması; 

 
ölkənin  tranzit  potensialının  artırılması  və  beynəlxalq 
nəqliyyat sisteminə inteqrasiyasının gücləndirilməsi və s.  
      12.2. Azərbaycan Respublikasında nəqliyyat sahələri 
üzrə Qanunlar 
Ölkədə  nəqliyyat  sahələrinin  işinin  müsir  tələblər 
səviyyəsində  təşkli  tənzimlənməsi  üçün  bir  sıra  Qanunlar  qəbul 
edilmişdir: 

 
Nəqliyyat haqqında Azərbaycan Respublikasının qanunu. 
Bakı şəhəri,11 iyun 1999-cu il, № 683-IQ; 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
135 
 

 
Avtomobil yolları haqqında Azərbaycan Respublikasının 
Qanunu. Bakı şəhəri, 22 dekabr 1999-cu il,  № 778-IQ; 

 
Aviasiya haqqında Azərbaycan Respublikasının Qanunu. 
Bakı şəhəri, 24 iyun 2005-ci il, № 944-IIQ; 

 
Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının 
Qanunu. Bakı şəhəri, 1 aprel 2008-ci il,  № 556-IIIQ; 

 
Yol Hərəkəti Haqqında Azərbaycan Respublikasının Qanunu. 
Bakı şəhəri, 3 iyul 1998-ci il, № 517-IQ. 
 
12.3. Azərbaycanın nəqliyyat sistemi Beynəlxalq nəqliyyat 
sisteminin tərkib hissəsi kimi 
 
Azərbaycan son illərdə sürətli və sabit sosial-iqtisadi inkişafa 
nail olmuşdur. Ölkəmiz regional və beynəlxalq səviyyəli çoxsaylı 
layihələrin  təşəbbüskarı  və  iştirakçısıdır.  Xüsusilə,  ölkəmizin 
beynəlxalq  nəqliyyat  üzrə  tranzitivlik  potensialından  daha 
səmərəli  istifadə  edilməsi  üçün  böyük  həcmli  tədbirlər  həyata 
keçirilmişdir.  Artıq  Azərbaycandan  Gürcüstan  vasitəsilə 
Türkiyəyə və oradan Avropaya xam neft və təbii qazın nəqli üçün 
beynəlxalq  əhəmiyyətli  neft  qaz  boru  kəmərləri  şəbəkəsi 
formalaşdırılmaqdadır. 
TRASEKA 
Proqramı 
çərçivəsində 
beynəlxalq  avtomobil  yollarının  yenidən  qurulması  təmin 
olunmaqdadır. 
Bakı-Tbilisi–Qars 
dəmiryolu 
magistralının 
istismara verilməsi ilə Asiya və Avropanı birləşdirəcək beynəlxalq 
əhəmiyyətli  nəqliyyat  dəhlizi  mühüm  əhəmiyyət  kəsb  edəcəkdir 
və s. 
  
 
 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
136 
 
12.4. Azərbaycanın dəmir yolu nəqliyyatı 
 
 Azərbaycanda  dəmir  yolu  nəqliyyatı-qədim  tarixə  malikdir 
və  əsas  nəqliyyat  vasitələrindən  biri  sayılır.  Ölkə  üzrə  yük 
daşımalarının 40%-ə qədəri, sərnişin daşımaların isə 25%-ə qədəri 
dəmir  yolunun  payına  düşür.  Dəmir  yollarının  ümumi  uzunluğu 
2820  km-dir.  Ondan  2068  km-i  ümumi  istifadədədir  və  bunun 
1240  km-i  elektrikləşdirilmişdir.  Ölkənin  metropoliteni  Bakı 
şəhərində  fəaliyyət  göstərir  və  ümumi  uzunluğu  34,6  km-dir. 
2013-cü  ilin  yekunu  üzrə  dəmir  yolu  vasitəsi  ilə  yükdaşımaların 
həcmi  23,1  mln.ton  olmuşdur.  Həmin  il  üzrə  dəmir  yolunda  yük 
dövriyyəsinin ümumi həcmi 8 mln. ton-km-ə yaxın təşkil etmişdir. 
Daşınan  sərnişinlərin  sayı  isə  2,5  mln.  nəfər  olmuşdur.  2013-cü 
ilin  yekununda  ölkənin  dəmir  yolu  üzrə  əldə  etdiyi  gəlirlərin 
məbləği 223,3 mln. manat təşkil etmişdir. İl ərzində dəmir yoluna 
çəkilən xərclərin ümumi məbləği 146,4 mln. manat təşkil etmişdir. 
Ölkənin dəmir yolu sistemində 11,9 min nəfər, metropolitendə isə 
4,9 min nəfər işləyir. Dəmir yolu üzrə orta aylıq əmək haqqı 239 
manata  yaxın,  metropolitendə  isə  576  manata  yaxın  olmuşdur. 
2013-cü  ildə  dəmir  yolu  nəqliyyatına  5,9  mln.  manat  investisiya 
yönəldilmişdir.  Dəmir  yolunda  yük  vaqonlarının  sayı  17,9  min 
ədəd,  sərnişin  vaqonlarının  sayı  669  ədəd  və  konteynerlərin  sayı 
isə 3 min ədəddən çoxdur. 
Son  illər  ərzində  Azərbaycan  Respublikasının  Nazirlər 
kabineti,  Nəqliyyat  Nazirliyi  və  "Azərbaycan  Dəmir  Yolları" 
Qapalı  Səhmdar  Cəmiyyəti  ("ADY"  QSC)  beynəlxalq 
məsləhətçilərin  iştirakı  ilə  dəmir  yolunun  müasirləşdirilməsi 
tədbirləri  gücləndirilmişdir.  Azərbaycan  dəmir  yollarında 
etibarlılıq,  qiymət  və  keyfiyyət  baxımından  daşımalarda  müasir 
tələbata  cavab  verən  yüksək  səviyyəli  xidmətlərin  göstərilməsi 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə