Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə34/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
122 
 
Mövzu  11.    Beynəlxalq  yükdaşımları  və  nəqliyyat 
vasitələri  üzrə sığorta əməliyyatları  
 
11.1.  Beynəlxalq  yükdaşımalar  üzrə  sığortanın  mahiyyəti 
və  əsas əməliyyatları. 
11.2. Beynəlxalq daşımalarda nəqliyyat sığortası.  
11.3. Beynəlxalq yükdaşımalar zamanı əsas risklər.  
11.4. Beynəlxalq yükdaşımalarda sığorta istiqamətləri. 
11.5.  Beynəlxalq  yükdaşımalarda  hava  və  avtomobil 
nəqliyyatları üzrə sığorta işinin təsnifatı. 
11.6. Beynəlxalq dəniz daşımaları üzrə sığorta. 
11.7. Dəniz daşımaları üzrə sığortanın riskləri. 
11.8.  Dəniz  daşımaları  üzrə  sığortada  zərərin  ödənilməsi 
formaları.. 
11.9. London  Sığortaçılar  İnstitutu.  
11.10. Dəniz sığortaçılarının Beynəlxalq İttifaqı. 
 
11.1.  Beynəlxalq  yükdaşımalar  üzrə  sığortanın  mahiyyəti 
və  əsas əməliyyatları 
 
 
Dünyada  beynəlxalq  yükdaşımalarının  təşkilində  və 
səmərəli  olmasında  sığortanın  əhəmiyyəti  böyükdür.  Bu  halda 
beynəlxalq yükdaşıma iştirakçıları öz yüklərinin itirilməsi və s. bu 
kimi  problemlərlə  bağlı  qayğılardan  nisbətən  azad  olur,  başqa 
sözlə  yükün  talehi  ilə  bağlı  narahatçılıq  azalır.  Düzdür  heç  bir 
beynəlxalq  yükdaşıma  iştirakçısı  istəməz  ki,  onun  yükü  itsin, 
xarab olsun, zədələnsin və s. Bununla belə, bu kimi hallardan tam 
sığortalanmaq da qeyri mümükündür və bu baxımdan beynəlxalq 
yükdaşımalar üzrə sığortanın təşkili obyektiv zərurət kimi diqqəti 
cəlb edir.  


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
123 
 
 
Beynəlxalq yük daşımaları üzrə sığortanın mahiyyəti – 
ilk  növbədə  beynəlxalq  yükdaşımalar  üzrə  əməliyyatlar  zamanı 
ortaya  çıxan  zərərin  ödənilməsi  ilə  bağlı  sığorta  fondunun 
formalaşdırılması və sığorta işlərinin təşkilidir.  
 
Beynəlxalq  yük  daşımaları  üzrə  sığortanın  əsas 
əməliyyatlarına    sığorta  obyetki  kimi  qeydə  alınan  əmlakın 
qiymətləndirilməsi,  sığorta  ödənişinin  müəyyənləşdirilməsi  və 
müqavilənin  bağlanması,  ödənişlərin  təşkili,  sığorta  aktlarının 
hazırlanması,  iri  risklərin  yenidənsığortasının  təşkili,  ehtiyyat 
fondunun yaradılması və s. daxildir.  
 
 Beynəlxalq yük daşımaları üzrə sığortanın məbləğinə – 
yükün faktiki dəyəri, fraxt məbləği, gözlənilən mənfəət, komissiya 
haqları,  yükün  daşınması  ilə  bağlı,  o  cümlədən  gömrük  digər 
xərclər və s. aid olunur.  
 
11.2. Beynəlxalq daşımalarda nəqliyyat sığortası  
 
 
Beynəlxalq  yükdaşımalar    zamanı  nəqliyyatın  və  yüklərin 
sığorta  edilməsi  mühüm  məsələlərdən  biri  kimi  praktikada  geniş 
yayılmışdır.  
Nəqliyyat  sığortasına  –  nəqliyyatın  özü,  yüklər,  əmlak 
maraqları  və  digər  bu  kimi,  həmçinin  gözlənilən  mənfəətin, 
komissiya, fraxt və s. daxildir. 
   Nəqliyyat  sığortası  üçün  əsas  sənədlər  kimi  – 
konosomentlər,  dəmir  yolu  qaimələri,  yükdaşıma  sənədləri, 
fakturalar  və  hesablar  baxılır.  Nəqliyyat  sığortaları  məcburi  və 
könüllü ola bilər.  
Sığorta polisi – sığorta olunanın sığorta edən tərəfdən qarant 
kimi  aldığı  sənəddir  və  burada  beynəlxalq  yükdaşımalar  üzrə 
şərtlər,  qaydalar,  xüsusi  hallar,  hər  iki  tərəfin  vəzifələri, 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
124 
 
öhdəlikləri,  sığorta  məbləği,  digər  maliyyə  məsələləri,  dəymiş 
zərərin  müəyyən  edilməsi  və  ödənilməsi  prosedurları  və  s.  öz 
əksini tapır.  
“Polis”  termininin  mənası  –  fransızcadan  police, 
italyancadan  polizzadan  götürülüb  və  qəbz  yaxud  təsdiqləyici 
imza mənasındadır.  
 
11.3. Beynəlxalq yükdaşımalar zamanı əsas risklər  
 
Məlumdur  ki,  beynəlxalq  yükdaşımalar  zamanı  daşınan 
mallar,  yüklər  itə  bilər,  zədələnər,  sıradan  çıxar,  xarab  olar, 
qismən  keyfiyyətsiz  hala  düşə  bilər  və  s.  Bu  kimi  hallar  ilk, 
növbədə, ixracatçıların alıcılar üçün yola saldığı yüklərin risklərlə 
üzləşməsi ilə bilavasitə bağlıdır.  
Beynəlxalq  yükdaşımalarda  sığortalanma  tələb  edən  əsas 
risklər : 

 
malların təhlükəsizliyi riski; 

 
istehsal defektlərinin olması riskləri

 
xarab olmadan yaranan itkilər; 

 
mübahisəli  məsələlərə,  o  cümlədən,  məhkəmə  qaydasında 
çəkilən əlavə xərclər

 
tibbi xərclər; 

 
malın aşağı keyfiyyətli olmasından yaranan risklər; 

 
ödənişin gecikməsi və ya baş tutmaması riskləri və s. 
 
 
 
 
 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
125 
 
11.4. Beynəlxalq yükdaşımalarda sığorta istiqamətləri 
  
Beynəlxalq  yükdaşımalar  zamanı  dünya  praktikasından  daha 
geniş  yayılan  və  rast  gəlinən  əsas  sığorta  istiqamətlərinə 
aşağıdakılar daxildir: 

 
əsas  yüklərin,  qablaşdırılmış  və  yüksək  standartlara  cavab 
verən,  dünyada  tanınan  və  qəbul  olunan  taralarda  daşınan, 
xüsusi daşıma şərtləri tələb etməyən yüklərin sığortalanması; 

 
maye, toz və açıq şəkildə daşınan yüklərin sığortalanması; 

 
kənd təsərrüfatı məhsullarının, əsasən tez xarab olan yüklərin 
daşınması üzrə sığortalar; 

 
kənd  təsərrüfatı  və  digər  heyvanların  daşınmasına  dair 
sığortalar; 

 
xüsusi  daşıma  şərtləri  tələb  edən  yüklər  (mallar),  məsələn 
qiymətli metallar, bank banknotları, monetlər və s. daşınması 
üzrə sığortalar; 

 
dəmir  yolu  və  avtomobil  nəqliyyatı  vasitəsi  ilə  yerüstü 
daşımalara dair sığortalar; 

 
çaylar,  dəniz  və  okeanlar  vasitəsi  ilə  -  su  marşrutları  üzrə 
yükdaşımalarına dair sığortalar; 

 
hava 
nəqliyyatı 
üzrə 
beynəlxalq 
yükdaşımaların 
sığortalanması; 

 
ixrac təyinatlı yüklərin sığorta edilməsi; 

 
idxal yönümlü malların sığortası və s. 
 
 
 
 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə