Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə32/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
115 
 
BTC-nin  Azərbaycan  tərəfdən  maliyyələşdirilməsi  ölkə 
Prezidentinin  30  iyul  2002-ci  il  tarixli  Fərmanı  ilə  tənzimlənir. 
BTC  Ko-da  Azərbaycan  dövləti  adından  təmsilçi  kimi  İqtisadi 
İnkişaf  Nazirliyi  çıxış  edir  və  maliyyələşdirməni  isə  Dövlət  Neft 
Fondu həyata keçirir.  
BTC  üzrə  neftin  daşınmasına  2006-cı  ildən  başlanılıb  və 
həmin  ilin  iyun  ayının  2-də  Ceyhandan  Azərbaycan  nefti  ilə 
yüklənmiş ilk tanker yola düşmüşdür.  
  
10.10. Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri 
 
Azərbaycanda  “Əsrin  kontraktı”  icra  edildikcə  və  Neft 
strategiyası  reallaşdırıldıqca,  xam  neftlə  yanaşı,  təbii  qaz 
ehtiyatlarının  da  işlənməsi  və  çıxarılmasına  imkan  yarandı. 
Bununla  belə,  hasilat  olunan  qazın  dünya  bazarına  nəqli  üçün 
infrastrukturun yaradılması və qaz boru kəmərlərinin çəkilməsinə 
də  ehtiyac  var  idi.  Bu  amillər  nəzərə  alınmaqla,  Azərbaycan 
özünün  milli  iqtisadi  maraqlarının  qorunmasını  təmin  etmək 
məqsədilə  beynəlxalq  əhəmiyyətli  qaz  kəmərinin  çəkilməsinə 
təşəbbüs göstərmişdir.  
Bakı-Tbilisi-Ərzurum  (BTƏ)  qaz  boru  kəmərinin  əsas 
istifadə təyinatı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən 
“Şahdəniz”  yatağından  çıxarılan  təbii  qazın  Gürcüstan  və 
Türkiyəyə nəqli üçündür.  
BTƏ-nin  inşası  üzrə  razılaşma  1999-cu  ilin  noyabr  ayında 
İstanbulda  keçirilən  ATƏT-in  konfransında  ABŞ,  Azərbaycan, 
Qazaxıstan,  Türkiyə,  Türkmənistan  və  Gürcüstanın  dövlət 
başçılarının birgə imzaladıqları sənədə əsasən baş tutmuşdur.  
BTƏ-nin  əsas  göstəriciləri-  onun  uzunluğu  980  kilometrdir 
və bu kəmərlə il ərzində 20 milyard kubmetrədək təbii qazın nəql 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
116 
 
edilməsi imkanı  vardır.  Gələcəkdə  ehtiyac  yaranarsa,  BTƏ-nin  il 
ərzində  ümumi  ötürmə  gücünün  45  milyard  kubmetrədək 
artırılması potensialı mövcuddur.  
 
10.11. Trans-Anadolu Qaz Boru Kəməri 
 
 Son illərdə Azərbaycanın təbii qaz ehtiyatlarının işlənməsi və 
bununla  bağlı  təbii  qazın  region  və  dünya  ölkələrinə  ixracının 
asanlaşdırılması  məqsədilə  tarixi  işlər  görülmüşdür.  Bu 
istiqamətdə  mühüm  layihələrdən  biri  də  Trans  –  Anadolu  Qaz 
Boru Kəməridir ( TANAP) . 
 TANAP layihəsinin imzalanması -2012-ci il iyun ayının 26 
da  İstanbul  şəhərində  Azərbaycan  və  Türkiyə  hökümətləri 
arasında  baş  tutmuşdur.  Azərbaycanın  Milli  Məclisi  2012-ci  ilin 
noyabr  ayının  20-də  TANAP-la  bağlı  2  Sazişi  təsdiqləyib  və 
Azərbaycan  Prezidenti  tərəfindən  “  Azərbaycan  və  Türkiyə 
hökümətləri  arasında  təbii  qazın  Türkiyəyə  satışı  və 
Azərbaycandan gələn təbii qazın Türkiyə ərazisi vasitəsilə tranziti 
haqqında  və  təbii  qazın  Türkiyə  ərazisindən  nəql  edilməsi  üçün 
müstəqil  boru  kəmərinin  inşasına  dair”  Sazişin  təsdiq  edilməsi 
haqqında Qanunu 26 noyabr 2011-ci il tarixdə imzalanıb. 
 TANAP-ın  əsas  missiyası  –  Azərbaycandan  gələn  təbii 
qazın  Türkiyə  ərazisi  vasitəsilə  tranzit  nəql  edilməsi  üçün 
beynəlxalq  əhəmiyyətli  Qaz  Boru  Kəməridir.  Bu  Kəmərlə 
Türkiyənin  Şərq  sərhədindən  təbii  qaz  Qərb  sərhədinə  doğru 
daşınacaq  və  bununla  da  Türkiyənin  bütün  ərzasində  təbii  qazın 
sabit tranziti təmin olunacaqdır. Eyni zamanda hazırda fəaliyyətdə 
olan  və  Azərbaycanın  təbii  qazının  nəqlini  təmin  edən  Cənubi 
Qafqaz Boru Kəməri TANAP-ın köməyi ilə Avropa Birliyində bir 
neçə kəmərlə əlaqələndiriləcək. 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
117 
 
 TANAP layihəsinin təsisçiləri – sırasında ARDNŞ –in payı 
80 faiz, Türkiyənin BOTAŞ və TPAO şirkətlərinin birgə payı isə 
20 fazidir.  
 TANAP  layihəsinin  ümumi  dəyəri-  7  mlrd  ABŞ  dolları 
həcmində  qiymətləndirilir.  Bu  layihənin  5  il  ərzində 
reallaşdırılması  nəzərdə  tutulmuşdur.  Ümumilikdə  layihə  dörd 
mərhələdən  ibarətdir  və  birinci  mərhələnin  2018-ci  ildə  başa 
çatdırılması gözlənilir.  
TANAP-ın təbii qaz üzrə buraxılış qabiliyyətinin- 2020-ci 
ildə  16  mlrd,  2023-cü  ildə  23  mlrd  və  2026-cı  ildə  isə  26  mlrd 
kubmetr həcmində olacağı proqnozlaşdırılır.  
TANAP-la nəql olunacaq Azərbaycan qazının ümumi orta 
həcmi-  təxminən  ildə  16  mlrd  kubmetr  səviyyəsində  gözlənilir. 
Bunun  10  mlrd  kubmetri  Avropa  Birliyi  ölkələrinə  və  6  mlrd 
kubmetri  isə  Türkiyəyə  satılacaq.  Avropaya  satılacaq  təbii  qazın 
təslim  edilməsi  məntəqəsi  kimi  Türkiyə  Bolqarıstan  və  ya 
Türkiyə-Yunanıstan sərhədləri nəzərdə tutulmuşdur.  
  
10.12. Transadriatik Qaz Kəməri 
 
Transadriatik  Qaz  Kəməri  (Trans  Adriatic  Pipeline)  – 
TAP  –  2013-cü  ilin  fevral  ayının  13-də  Afinada  (Yunanıstan) 
imzalanmışdır. Bu sənəd Yunanıstan, İtalya və Albaniya TAP Qaz 
Kəmərinin  tikintisinə  dair  hökümətlərarası  Saziş  adlanır.  TAP 
vasitəilə  Qərbi  Avropaya  Azərbaycan  qazının  nəql  edilməsi 
nəzərədə  tutulmuşdur.  İlkin  mərhələdə  TAP  vasitəsilə  nəql 
olunacaq  qazın  10  mlrd  kubmetr,  sonradan  isə  20  mlrd 
kubmetrədək olacağı gözlənilir.  


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə