Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə30/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
107 
 
Mövzu 10. Beynəlxalq boru kəməri daşımaları 
 
10.1. Boru kəmərləri anlayışı və mühüm aspektləri. 
10.2.  Boru  kəmərlərinin  tikintisi  üzrə  podratçıların 
Assosiasiyası. 
10.3.  Boru  kəmərlərinin  və  şelf  qurğularının  inşaatçılarının 
Beynəlxalq Assosiasiyası. 
10.4. Boru kəmərləri Assosiasiyalarının Gildiyası. 
10.5. Beynəlxalq Boru kəmərləri Komitəsi. 
10.6.  Boru  kəmərləri  mühəndis  və  inşaatçılarının  peşəkar 
institutu. 
10.7. Boru kəməri Nəqliyyatının Ümumdünya Federasiyası. 
10.8. ABŞ-ın Boru kəmərləri nəqliyyat sistemi. 
10.9. Bakı-Tbilisi-Ceyhan neft kəməri. 
10.10. Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri. 
10.11. Trans-Anadolu Qaz Boru Kəməri. 
10.12. Transadriatik Qaz Kəməri. 
 
 10.1. Boru kəmərləri anlayışı və onun mühüm aspektləri 
 
Magistral  boru  kəmərləri  maye  və  qaz  halında  kütləvi 
yüklərin daşınmasında ən ucuz və sərfəli nəqliyyat növüdür. Hələ 
vaxtilə-1907-ci  ildə  Bakı–Batumi  neft  kəmərinin  tikintisi  baş 
tutmuşdur. Bu kəmərin diametri 100 mm. olmuşdur. XX əsrin 70-
90-cı  illərində  boru  kəmərləri  vasitəsi  ilə  neft  və  qaz  kəmərin 
çəkilişi istənilən ərazidən, o cümlədən su manelərindən də keçmək 
imkanlarına malikdir; 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
108 
 

 
boru  kəməri  nəqliyyatının  infrastukturunun  yaradılmasına 
çəkilən xərclər, dəniz yolu və avtomobil yolu ilə müqayisədə 
ilkin olaraq iki dəfə ucuz başa gəlir

 
boru kəməri nəqliyyatının istismarı iqlim və hava şəraitindən 
asılı olmayaraq, fasiləsiz davam etdirilir

 
boru  kəmərlərinin  germetikliyi  bu  nəqliyyat  növü  üzrə 
daşınan yüklərin itkisinin qarşısını alır; 

 
boru  kəmərlərinin  avtomatik  idarə  edilməsi,  xidmət 
personalının  azlığı  xidmət  xərclərinin  xeyli  aşagı  salmasına 
çərait yaradır; 

 
boru  kəməri  nəqliyyatının  maya  dəyəri  dəmir  yolu 
nəqliyyatına nisbətən üç dəfə aşağıdır.  
Boru  kəməri  nəqliyyatının  növlərinə-  magistral,  sənaye, 
paylayıcı  və  baza  kəmərləri  daxildir.  Magistral  boru  kəmərləri 
adətən  min  km-dən  çox  uzunluqda  olurlar.  Bu  tip  kəmərlərin 
diametrləri  də  müxtəlifdir  (1020  mm,  1400  mm-dən  2500  mm-
dək).  Belə  kateqoriyadan  olan  boru  kəmərlərində  təzyiq  60 
atmosferə qalxa bilər.  
Dünya  üzrə  boru  kəmərlərinin  uzunluğu  göstriciləri-
əsasən  ABŞ,  Rusiya  Avropa  ölkələrinin  boru  kəmərləri  hesabına 
formalaşır. Əgər 1970-ci illərdə neft boru kəmərləri 258 min km, 
qaz  kəmərləri-609  min  km  idisə,  xxı  əsrin  əvvəllərində  bu 
rəqəmlər  iki  dəfə  artmışdır.  Hazırda  dünya  üzrə  neft  boru 
kəmərlərinin  uzunluğu  500  min  km-dən  çoxdur.  ABŞ-290  min 
km,  Avropanın  bir  qrup  ölkəsi-55  min  km,  Rusiya-212  min  km 
(ondan 62-neft kəmərləri və 150-təbii  qz kəmərləri) uzunluğunda 
neft və qaz kəmərləri infrastukturuna malikdirlər.  
Boru kəməri  nəqliyyatının beynəlxalq əhəmiyyəti- ölkələr 
və  region  dövlətləri  arasında  qarşılıqlı  etimadı  artırır,  xarici-


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
109 
 
iqtisadi  əlaqələri  gücləndirir,  beynəlxalq  əməkdaşlıga  əlavə 
stimullar  verir,dünyanın  bərabər  ərazi  prinsipi  şəklində  təbii 
resurslarından.  Xammal  ehtiyatlarından  dünya  ölkələrinin  birgə 
səmərəli istifadəsinə imkan verir.  
Beynəlxalq  boru  nəqliyyatının  nizanlanması-beynəlxalq 
hüquq 
normaları, 
dövlətlərarası 
sazişlər, 
Beynəlxalq 
Konvensiyalar və Sazişlər əsasında təşkil olunur.  
Boru  kəməri  nəqliyyatı  sisteminin  tikintisi  kommersiya 
kontraktları,  yaxud  iki  və  daha  çoxtərəfli  dövlətlərarası  Sazişlər 
əsasında aparılır.  
 
 10.2.  Boru  kəmərlərinin  tikintisi  üzrə  podratçıların 
Assosiasiyası 
 
Boru  kəmərlərinin  tikintisi  üzrə  podratçıların  Assosiasiyası 
(PLCA)-1948 –ci ildə yaradılmışdır.  
Assosiasiyanın  əsas  vəzifələri-əmək  kontraktlarının,  boru 
kəmərləri  sənayesində  və  tikinti  obyektlərində  təhlükəsizliyin 
qorunması problemlərinin və aktual məsələlərinin müzakirəsidir.  
Assosiasiya  üzvləri  milli  boru  kəmərləri  sazişlərinin 
müzakirəsini  aparır  və  nəzarət  edir.  Bu  Assosiasiyaya  daxil  olan 
dörd  beynəlxalq  ittifaq  boru  kəmərlərinin  tikintisi  proseslərində 
iştirak  edirlər.  Bunlara  Şimali  Amerika  fəhlələrinin  Beynəlxalq 
İttifaqı,  Yük  nəqliyyatı  sürücülərinin  Həmkarlar  İttifaqı,  Boru 
kəmərlərinin  təmiri  üzrə  fəhlələrin  və  boru  kəməri  işçilərinin 
Birləşmiş  Assosiasiyası  və  Mühəndislərin  Beynəlxalq  İttifaqı 
daxildirlər.  
 PLCA-ildə  bir  dəfə,  fevral  ayında  qurultay  keçirir.  Təşkilat 
tərəfindən  həftəlik  fəhlə  informasiya  bülleteni  buraxılır.  Texas 
ştatının  Universiteti  ilə  (Ostin  şəhəri)  Boru  kəmərlərinin  tikintisi 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
110 
 
lügəti nəşr olunur. Hazırda PLCA-ya 218 üzv daxildir, bunlardan 
85-i fəxri, 59-u isə əsas fəaliyyətdə olan üzvlərdir.  
 
 10.3. 
Boru 
kəmərlərinin 
və 
şelf 
qurğularının 
inşaatçılarının Beynəlxalq Assosiasiyası 
 
İPLOCA  -  Boru  kəmərlərinin  və  şelf  qurğularının 
inşaatçılarının  Beynəlxalq  Assosiasiyası-1966-cı  ildə  Parisdə 
təşkil olunub.  
Bu  qurumun  əsas  missiyası  beynəlxalq  səviyyədə  boru 
kəmərlərinin tikintisi standartlarının təkmilləşdirilməsidir.  
Assosasiya tədqiqatlar aparır, avadanlıqların modernizasiyası 
üçün tədbirlər həyata keçirir, mühəndis və inşaatçıların peşəkarlıq 
səviyyəsinin artırılmasını təmin edir.  
İPLOCA  -  ümumi  Texniki  təhlükəsizlik  qaydaları  işləyib 
hazırlayır.  Bu  qurumun  233  üzvü  vardır.  Onlardan  107-si  əsas 
peşə fəaliyyəti üzrə, 119-u isə assosiativ üzvlərdir. Assosiasiyanın 
3 elmi-tədqiqat təşkilatı akademik üzv statusuna malikdirlər.  
 
10.4. Boru kəmərləri Assosiasiyalarının Gildiyası 
 
PİG  -  Boru  kəmərləri  Assosiasiyalarının  Gildiyası-1957-ci 
ildə  yaradılmışdır.  Əsas  missiyası  –  müxtəlif  istiqamətlər  üzrə 
dünya boru kəmərləri sənayesinin inkişafına kömək etməkdir.  
Gildiyanın  hazırda  228  üzvü  vardır.  Bu  kompaniyalar  və 
təşkilatlar  əsasən  karbohidrogenlərin,  kimyəvi  maddələrin  və 
sairlərin beynəlxalq daşımalarını təşkil edirlər.  
Gildiya 
çərçivəsində 
boru 
nəqliyyatı 
kəmərlərinin 
təkmilləşdirilmısi  üzrə  yeni  texnologiyaların  işlənib  hazırlanması 
və tətbiqi həyata keçirilir.  


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə