Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə27/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
96 
 
Mövzu 9. Beynəlxalq avtomobil daşımaları 
 
9.1. 
Beynəlxalq 
avtomobil 
daşımaları 
anlayışı 
və 
xüsusiyyətləri. 
9.2. Dünya avtomobil parkı. 
9.3.  Beynəlxalq  avtomobil  nəqliyyatı  sistemini  və  beynəlxalq 
avtomobil  daşımalarını  tənzimləyən  mühüm  təşkilatlar 
və sənədlər.  
9.4.  Yol  hərəkəti  haqqında  Vyana  Konversiyasına  (8  noyabr 
1968) əlavə Avropa Sazişi.  
9.5. Böyük İpək Yolu.  
 
9.1.  Beynəlxalq  avtomobil  daşımaları  anlayışı  və 
xüsusiyyətləri 
 
Beynəlxalq  avtomobil  daşımalarının  mahiyyəti  – 
beynəlxalq  ticarət  əməliyyatlarının  beynəlxalq  nəqliyyat 
təminatının  tərkib  hissəsi  kimi  olmaqla,  mal  və  məhsulların 
istehsalçıdan  istehlakçıya,  beynəlxalq  anlayışda  isə  ixracatçıtdan 
idxalçıya  çatdırılması  proseslərini  təşkil  edən  beynəlxalq 
avtomobil nəqliyyat sistemi kimi təzahür edir.  
Beynəlxalq  avtomoibil  daşımaları  beynəlxalq  nəqliyyat 
əməliyyatlarının  mobil  vasitələrindən  biri  kimi  çıxış  edir  və 
əsasən beynəlxalq yüklərin “qapıdan qapıya” çatdırılması prinsipi 
ilə fəaliyyət göstərir. Bu nəqliyyat növü manevr etmək qabiliyyəti
operativ qəbul edilmiş beynəlxalq yük daşıması sövdələşmələrinin 
dərhal  icrasına  başlamaq  imkanı,  yəni  yüklərin  nisbətən  yüksək 
sürətlə  təyinatı  üzrə  çatdırmaq  potensialı  vardır.  Avtomobil 
nəqliyyatının  mühüm  xüsusiyyətlərindən  biri  də,  onun  digər 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
97 
 
nəqliyyat  vasitələrinin  olmadığı  ərazilərdə  çevik  manevr  etmək 
imkanı ilə izah olunur.  
Dünya  nəqliyyat  sistemi  əhali  ilə  təmasda  daha  çox  olan 
avtomobil  nəqliyyatının  şəhərlər  və  regionlar  arası  əlaqələrinin 
nəqliyyat  sisteminin  formalaşmasında  və  nəqliyyat  təminatının 
təşkilində  rolu  böyükdür.  XXI  əsrin  birinci  onilliyindən  sonrakı 
dövrdə dünya üzrə hərəkətdə olan yük maşınlarının sayı 190 mln. 
və minik maşınlarının sayı isə 610 mln. ədəd təşkil etmişdir.  
Dünya avtomobil nəqliyyatı sisteminin əsas  infrastruktur 
obyekti  kimi  avtomobil  yolları  –  xüsusi  əhəmiyyət  daşıyırlar. 
Avtomobil  nəqliyyatı  yolu  nisbətən  daha  çox  olan  10  ölkəyə  - 
ABŞ  (6320  min  km.),  Hindistan  (3360),  Braziliya  (2020),  Çin 
Xalq  Respublikası  (1360),  Yaponiya  (1165),  Rusiya  (923), 
Kanada (917), Fransa (913), Avstraliya (816) və Almaniya (663) 
daxildirlər.  
Müasir  dövrdə  dünya  üzrə  beynəlxalq  avtomobil 
yükdaşımaların  coğrafiyası  genişlənməkdədir.  Son  20  ildə  yeni 
dövlətlərin yaranması, milli iqtisadiyyatların beynəlmilləşməsinin 
sürətlənməsi, ölkələr və regionlararası mal mübadilələrin artması, 
bu  nəqliyyat  növündən  istifadəni  genişləndirməyə  imkan  verən 
amillərdəndir. Avtomobil nəqliyyatı ilə daşınan yük dövriyyəsinə 
görə  ilk  beşlikdə  yer  tutan  ölkələrə  ABŞ  (1470  mlrd.  t/km), 
Yaponiya (332), Almaniya (305),  İtaliya (208) və İspaniya (198) 
daxildirlər.  Fransa,  Türkiyə,  Meksika  və  Böyük  Britaniya  kimi 
dövlətlərdə də daşınan yük dövriyyəsində avtomobil nəqliyyatının 
rolu böyükdür.  
 
 
 
 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
98 
 
9.2. Dünya avtomobil parkı 
 
Beynəlxalq avtomobil daşımalarının əsas göstəricilərindən 
biri  də  avtomobil  parklarıdır.  Dünyanın  aparıcı  dövlətləri  və 
inkişaf  etməkdə  olan  ölkələr  özlərinin  beynəlxalq  avtomobil 
nəqliyyatı  sistemində  rəqabətqabiliyyətini  qorumaq  məqsədi  ilə, 
milli  avtomobil  parklarının  potensialınn  artmasına,  onun  müasir 
texnologiyalar  əsasında  yenilənməsinə,  bu  parkın  dinamikliyinin 
və mobilliyinin təmin edilməsinə xüsusi diqqət göstərirlər.  
Dünya  nəqliyyat  sistemində  20  mln.  maşından  artıq  olan 
avtomobil  parkı  kompleksinə  malik  olan  ölkələr  sırasında  ABŞ 
(218  mln.  ədəd),  Yaponiya  (72),  Almaniya  (48),  İtaliya  (35), 
Fransa  (34),  Böyük  Britaniya  (27),  Rusiya  (25),  Kanada  (21)  və 
İspaniya (20) yer almışlar. Bu nəqliyyat vasitələrinin təqribən 70-
80 % yüngül minik maşınlarının, yerdə qalanları isə yük maşınları 
və avtobuslarının payına düşür.  
Son  illərdə  avtomobil  nəqliyyatının  dövlətlərarası  xarici 
ticarət  əlaqələri  üzrə  beynəlxalq  yükdaşımalarının  həcmi  və 
intensivliyi,  həmçinin  sərnişinlərin  daşınmasına  tələbatın  artması 
məlumdur.  Bu  baxımdan  beynəlxalq  avtomobil  daşımaların 
hüquqi  prosedurlarının,  gömrük  və  vergi  rejimlərinin,  sərhəd 
məntəqələrində  keçiddə  nəzarətin  təşkilinin  asanlaşdırılması,  bu 
prosedurların  əsasən  eyniləşdirilməsi,  harmonik  rejim  və 
qaydalarının işlənib hazırlanması zərurəti artmaqdadır.  
Beynəlxalq  avtomobil  daşımalarının  əsas  hüquqi 
sənədlərinə  -  avtomobil  daşımaları  barədə  müqavilə,  ikitərəfli 
hökümətlərarası  saziş,  beynəlxalq  konvensiya  və  sazişlər, 
həmçinin digər sənədlər daxildirlər.  
 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
99 
 
9.3.  Beynəlxalq  avtomobil  nəqliyyatı  sistemini  və 
beynəlxalq  avtomobil  daşımalarını  tənzimləyən  mühüm 
təşkilatlar və sənədlər 
 
 Beynəlxalq nəqliyyat sistemində avtomobil daşımaları xüsusi 
önəm  kəsb  edir  və  intensivliyi  ilə  xeyli  fərqlənir.  Bununla  bağlı 
beynəlxalq  avtomobil  nəqliyyatı  sistemi  üzrə  qaydaların 
beynəlxalq  səviyyədə  razılaşdırılması  və  bu  sahədə  dünya 
dövlətlərinin siyasətinin yaxınlaşdırılması mühüm əhəmiyyət kəsb 
edir.  Beynəlxalq  avtomobil  yük  daşımalarının  hüquqi 
tənzimlənməsi  əsas  etibarı  ilə  1956-cı  ildə  qəbul  edilmiş 
“Beynəlxlaq  yükdaşıması  müqaviləsi  haqqında  Konvensiya“  ilə 
həyata  keçirilir.  Bundan  əlavə,  1959-cu  ildə  qəbul  edilmiş 
“Avtomobil  nəqliyyatı  ilə  beynəlxalq  yükdaşıma  sahəsində 
Gömrük  Konvensiyası”  mövcuddur.  Bunlarla  bərabər  beynəlxalq 
avtomobil nəqliyyatı əməliyyatlarının tənzimlənməsi üzrə bir sıra 
Konvensiya və Sazişlər qüvvədədir: 

 
Beynəlxalq  yük  daşınması  üçün  istifadə  olunan  nəqliyyat 
vasitələrinə  görə  vergi  ödənilməsi  haqqında  Konvensiya 
(1956-cı il); 

 
Yol hərəkəti haqqında Konvensiya (1968-ci il); 

 
Yol nişanları və işarələti haqqında Protokol (1949-cu il); 

 
Təhlükəli  yüklərin  quru  yollar  ilə  beynəlxalq  daşımaları 
haqqında Avropa Sazişi (1975-ci il); 

 
Sürücülərin iş və istirahət rejimini müəyyən edən beynəlxalq 
Sazişlər( 1970-ci il). 
Beynəlxalq  avtomobil  daşımalarının  daha  səmərəli  təşkili,  bu 
istiqamətdə 
beynəlxalq 
nəqliyyat 
əməliyyatlarının 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə