Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə25/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
89 
 
Mövzu 8. Beynəlxalq hava daşımaları 
 
8.1. Beynəlxalq Hava Nəqliyyatı sistemi. 
8.2.  Hava  nəqliyyatının  dünya  nəqliyyat  sistemində 
əhəmiyyəti. 
8.3. Beynəlxalq hava daşımalarının hüquqi mənbələri. 
8.4. Beynəlxalq hava nəqliyyatının əsas hüquqi sənədləri. 
8.5. Hava nəqliyyatı üzrə beynəlxalq təşkilatlar. 
8.6.  Azərbaycanın  hava  nəqliyyatı  beynəlxalq  hava 
daşımaları sistemində.  
 
8.1. Beynəlxalq hava nəqliyyatı sistemi 
 
 Son  20-30  ildə  Beynəlxalq  nəqliyyat  sistemində  hava 
nəqliyyatının  əhəmiyyəti  durmadan  artmaqdadır.  Belə  ki,  bu 
nəqliyyat  vasitəsilə  müntəzəm  daşımalar  və  təcili  daşımalar  üzrə 
yük dövriyyəsi xeyli yüksəlmişdir. Beynəlxalq hava daşımalarının 
təşkilində əsas etibarı ilə 1944-cü ildə qəbul edilmiş” Beynəlxalq 
mülki  aviasiya  haqqında”  konvensiyada  yer  almış  hüquqi 
mexanizmlərədən və qaydalardan istifadə edilir.  
Müasir  dövrdə  yüksək  texnologiyaların  sürətli  inkişafı  ilə 
əlaqədar olaraq beynəlxalq hava nəqliyyatının yaxın perspektivdə 
daha da genişlənəcəyi proqnozlaşdırılır.  
 
8.2.  Hava  nəqliyyatının  dünya  nəqliyyat  sistemində 
əhəmiyyəti 
 
Hava  nəqliyyatı  dünya  iqtisadi  proseslərinin  inkişafının 
sürətləndirilməsində  beynəlxalq  nəqliyyat  sisteminin  tərkib  və 
mobil,  operativ,  sürətli  sahəsi  kimi  mühüm  əhəmiyyət  kəsb  edir. 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
90 
 
Bu  nəqliyyat  vasitəsi  yüklərin  və  sərnişinlərin  ünvanlarına  və 
mənzil başlarına çatdırılmasında ən yüksək sürətə və çoxlu sayda 
üstünlüklərə  malikdir.  Bununla  belə,  hana  nəqliyyatının  maya 
dəyərinin  yüksək  olması  əsas  çatışmayan  cəhət  kimi  xarakterizə 
olunur. Digər tərəfdən, hava şəraitindən asılı olaraq, bu nəqliyyat 
sisteminin  işində  çətinliklər  yarana  bilər.  Başqa  bir  amil  isə,  bu 
nəqliyyat vasitəsi ilə kütləvi  yüklərin iri həcmdə daşınması qeyri 
mümkündür. Bununla əlaqədar olaraq, hava nəqliyyatından əsasən 
tez xarab olan yüklərin, tibbi preparatların, operativlik tələb edən 
xüsusi yüklərin və s. daşınmasında daha çox istifadə olunur.  
Dünyanın ən iri beynəlxalq hava limanları-əsasən ABŞ-da 
yerləşir. Bu ölkədə illik sərnişin daşınması 25 mln. nəfərdən artıq 
olan 15 liman fəaliyyət göstərir (bu tip dünyada cəmisi 27 təyyarə 
limanı  mövcuddur).  Bunlara  Xartfild  (Atlanda)  -  82  mln.  nəfər 
sərnişin, Oxara (Çikaqo) – 74 mln. nəfər, Los-Ancelos - 67 mln. 
nəfər,  Dallas  –  62  mln.  nəfər,  San  Fransisko  –  42  mln.  nəfər, 
Denver  –  40  mln.  nəfər,  Las  Veqas  –  39  mln.  nəfər,  Sent-Pol 
(Minnevpolis) – 38 mln. nəfər, Finiks – 37 mln. nəfər, Detroyd – 
37 mln. nəfər, Hyuston – 36 mln. nəfər, Nyu-York (Nyuark) – 35 
mln. nəfər, Mayami – 35 mln. nəfər, Kennedi (Nyu–York), Sent–
Luis  və  Orlando  hava  limanları  hər  biri  –  31  mln.  nəfər  sərnişin 
daşıyır.  Bu  tip  hava  limanlarından  digər  ölkələrdə,  məsələn, 
Böyük  Britaniyada  Hitrou  (London)  -  65  mln.  nəfər,  Qetvik 
(London) – 32 mln. nəfər, Almaniyada Reyn–Mayn (Frankfurt) – 
49  mln.  nəfər,  Yaponiyada  Xaneda  (Tokio)  –  56  mln.  nəfər, 
Fransada Şarl De Qoll (Paris) – 48 mln. nəfər, Kanadada Toronto 
– 29 mln. nəfər, İspaniyada Madrid – 33 mln. nəfər, Niderlandda 
Amsterdam  –  40  mln.  nəfər,  Koreya  Respublikasında  Kimpo 
(Seul)  –  37  mln.  nəfər,  Sinqapurda  Çanqe  –  29  mln.  nəfər  və 
Çində Syanqan – 33 mln. nəfər sərnişin daşınır.  


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
91 
 
8.3. Beynəlxalq hava daşımalarının hüquqi mənbələri 
 
Beynəlxalq  hava  daşımalarının  ölkələr  üzrə  və  bütövlükdə 
dünya miqyasında hüquqi mənbələrinin mükəmməl, səlis və dəqiq 
olması  mühüm  əhəmiyyət  daşıyır.  Bu  sahədə  qanunvericilik 
mənbələri kimi aşağıdakılar çıxış edirlər: 

 
hava gəmisindən istifadə üzrə qaydalar

 
hava  naviqasiyasının  həyata  keçirilməsinin  nizamlanması, 
onun  əsas  prinsipləri,  hava  gəmilərinə  texniki  xidmətin 
göstərilməsi və hava təhlükəsizliyinin təmin edilməsi

 
sərnişinlərin,  baqaj  və  yüklərin  hava  daşınmasının  təşkili  və 
həyata keçirilməsini nizamlayan Varşava konvensiyası; 

 
sərnişinlərin  daşınması  üzrə  Avropa  İttifaqının  tarifləri, 
beynəlxalq avia qaimələr

 
ölkələrin daxili qanunvericilik aktları; 

 
hava  nəqliyyatı  üzrə  beynəlxalq  təşkilatların  qəbul  etdiyi 
ümumi qaydalar və s. 
 
8.4. Beynəlxalq hava nəqliyyatının əsas hüquqi sənədləri 
 
 
Beynəlxalq  hava  nəqliyyatı  üzrə  hüququn  əsasında 
beynəlxalq hava məkanı üzrə münasibətlərin tənzimlənməsi, hava 
marşrutlarının  təhlükəsizliyinin  təmin  olunması  və  bu  marşrutlar 
üzrə rejimi müəyyənləşdirən qaydalar dayanır. 
Beynəlxalq  hava  hüquqi  bazasına  əsasən  aşağıdakılar 
daxildir: 

 
Çikaqo  konvensiyası  (1944-cü  il,  dövlətlər  arasında 
Beynəlxalq mülki aviasiya üzrə münasibətləri tənzimləyir); 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə