Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə21/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
75 
 
13.
 
Дзикович Н.Г. Международные транспортные операции и 
логистика. Минск, Беларусь, 2007.-195 с. 
14.
 
Транспортная 
логистика. 
[Интернет 
ресурсы: 
https://smartcat.ru

15.
 
Əliyev  E.Ə.  Azərbaycan  Respublikasının  nəqliyyat  hüququ. 
Bakı, 2005. 
 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
76 
 
Mövzu 7. Beynəlxalq dəniz daşımaları 
 
7.1. Dəniz daşımaları anlayışı və onun mahiyyəti.  
7.2  Dəniz  nəqliyyatının  dünya  ölkələrinin  iqtisadiyyatında 
əhəmiyyəti. 
7.3. Dünyanın əsas dəniz nəqliyyatı marşrutları və iri 
limanları. 
7.4. Beynəlxalq dəniz kanalları və onların əsas funksiyaları. 
7.5.  Yüklərin  dəniz  daşıması  müqaviləsi.  Konosament  və 
Çarter. 
7.6. Dəniz nəqliyyatı üzrə Beynəlxalq qurumlar. 
7.7. Beynəlxalq Dəniz Təşkilatı. 
 
7.1. Dəniz daşımaları anlayışı və onun mahiyyəti  
 
Yüklərin  dəniz  daşımaları  dedikdə  -  müxtəlif  yüklərin 
dəniz  nəqliyyatı  vasitəsilə  daşınması  nəzərdə  tutulur.  Bu 
proseslərdə  kiçik  tanker  və  gəmilər,  nəhəng  yük  gəmiləri,  maye 
məhsulları  daşıyan  iri  tankerlər  iştirak  edirlər.  Dəniz  daşımaları 
rahat və ucuz olmaqla yanaşı, malların təyinatı üzrə korlanmadan 
çatdırılmasında xeyli əlverişlidir. 
“Dəniz  daşımaları”  anlayışı  –  özündə  dövlətlərarası  və 
müxtəlif  dövlətlərin  su  ərazilərində  yüklərin  dəniz  və  okeanlar 
vasitəsilə  daşınması  mahiyyətini  əks  etdirir.  Dəniz  daşımaları 
dünya iqtisadiyyatının nəqliyyat təminatında ən davamlı, əlverişli 
və  fasiləsiz  işləmək  imkanına  malik  nəqliyyat  növü  kimi 
xarakterizə  olunur.  Bu  nəqliyyat  növünün  müxtəlif  nəqliyyat 
vasitələrində  qeyri-standart  parametrli    hər  bir  yükün  daşınması 
üçün  nəqliiyat  rejimi  və  beynəlxalq  nəqliyyat  marşrutu 
formalaşdrmaq mümkündür. Konteyner daşımalarının əsas həcmi 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
77 
 
də  dəniz  nəqliyyatı  vasitəsilə  həyata  keçirilir.  Bir  çox  hallarda 
Amerikadan  Avropaya  bəzi  yüklərin  daşınmasında  dəniz 
nəqliyyatı yeganə nəqliyyat vasitəsi kimi çıxış edir. 
Dəniz nəqliyyatının spesifik xüsusiyyətləri bunlardır: 

 
öz aralarında quru sərhədləri olmayan və ya tranzit imkanları 
məhdud olan ölkələr beynəlxalq mal mübadiləsini beynəlxalq 
dəniz daşımaları vasitəsilə təşkil edirlər

 
nəqliyyat  xərcləri  içərisində  ən  ucuz  olması  onun  rəqabət 
qabilyyətinin 
əvvəlcədən 
yüksəkliyini 
təmin 
edən 
amillərdəndir; 

 
ağır texnika, gübrələr, taxıl, digər iri həcmli dənli, toz şəkilli 
maye  və  digər  müxtəlif  yüklərin  qitələrarası  Beynəlxalq 
daşımalarında  dəniz  nəqliyyatının  əhəmiyyətli  səviyyədə 
üstünlüklərinin mövcudluğu; 

 
dəniz  konteyner  daşımaları  beynəlxalq  təyinatlı  yüklərin 
“qapıdan  qapıya”  təslim  şərtinin  təmin  edilməsində 
effektivdir və s. 
Dəniz daşımalarının əsas istiqamətləri (reysləri) bunlardır

 
Çarter  reysi  (gəmini  fraxt  edən  sifarişçi  onun  bütün 
imkanlarından istifadə edir); 

 
Baş  kontrakt  (uzun  müddət  üçün  sifarişçi  ilə  yüklərin 
daşınması üzrə saziş); 

 
Konosament  (yükün  yerləşdirilməsi  üzrə  daşıyıcı  agent 
tərəfindən hər bir öhdəlik götürülmür); 

 
Bers-not  (yükün  yol  üstü-eyni  istiqamət  üzrə  daşınması  üzrə 
müqavilə); 

 
Fiksçur-not  (çarter  xarakterli  və  sövdələşmə  faktını  əks 
etdirən saziş); 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
78 
 

 
Bukinq-not (sifarışçı tərəfindən gəminin müəyyən yük daşıma 
həcminin əvvəlcədən bron edilməsi) və s. 
 
7.2. 
Dəniz 
nəqliyyatının 
dünya 
ölkələrinin 
iqtisadiyyatında əhəmiyyəti 
  
Hələ  orta  əsrlərdən  başlayaraq  bir  çox  dünya  ölkələri 
gəmiçiliyin  inkişaf  etdirilməsi  ilə  baglı  tarixi  işlər  görmüşlər. 
Gəmiçilik  və  yaxud  dəniz  nəqliyyatı  digər  nəqliyyat  sahələrinə 
nisbətən,  xüsusilə  dəmiryolu  və  avtomobil  nəqliyyatı  ilə 
müqayisədə  qədimdir.  Bu  nəqliyyat  növü  bir  sıra  əlverşli 
meyarlarına  görə  dünya  nəqliyyatı  sistemində  və  bir  çox  dünya 
ölkələrinin  iqtisadi  inkişaf  proseslərində  əhəmiyyətli  mövqeyə 
malikdir.  Dəniz  nəqliyyatının  bir  qrup  üstünlükləri  diqqəti  cəlb 
edir: 

 
bu nəqliyyat növünun beynəlxalq marşrutlurının əksər hissəsi 
təbii resurslar hesabına formalaşır və buna görə də nəqliyyat 
xidmətinin maya dəyəri digər nəqliyyat xidmətlərinə nisbətən 
xeyli  ucuzdur.  Bu  amil  dəniz  nəqliyyatı  xidmətnin 
əhəmiyyətini olduqca yüksəldir; 

 
dəniz  nəqliyyatı  təbii  dərin  su  yollarına  malik  olması  ilə, 
yükgötürmədə  məhdudiyyət  qoyulmaması  səbəbindən  və 
davamlı,  yəni  fasiləsiz  hərəkət  etmək  imkanlarının 
mövcudluguna görə də güclü potensiala malikdir

 
bir çox dünya ölkələrinin okean suları əhatəsində yerləşdiyini 
nəzərə  alsaq,  cografi  baxımdan  dəniz  nəqliyyatı  belə  ölkələr 
üçün strateji-həyati əhəmiyyət kəsb edir və s. 
 İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyətində güclü 
infrasttuktura malik dəniz nəqliyyatı sektoru və Beynəlxalq dəniz 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə