Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə20/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
72 
 
olmaqla 25 il müddətinə (uzadılması şərti var) və 575 milyonu isə 
illik dərəcəsi 5% olmaqla təşkil edir. Türkiyə höküməti BTQ-nin 
ölkə  ərazisindən  keçən  hissəsinin  inşasına  345  milyon  dollar 
ayırıb. 
BTQ-nin  tarixi  xronologiyası-  1993-cü  ildə  Bakıdan 
Qarsadək  dəmir  yolu  xəttinin  çəkilməsinin  planlaşdırılması  ilə 
başlayıb  və  əsasən  2005-ci  ildən  bu  müzakirələr  intensivləşib. 
2007-ci il noyabr ayının 21-də Gürcütanda bu dəmir yolu xəttinin 
təməli  qoyulmuş  və  2008-ci  ilin  iyun  ayından  isə  Türkiyə 
hissəsində  işlərə  start  verilib.  İlkin  proqnozlara  görə  dəmir  yolu 
xəttinin 2014-cü ildə istismara verilməsi göslənilir.  
BTQ-nin  ümumi  göstəriciləri  və  xarakteristikası.  Xəttin 
uzunluğu  ümumilikdə  826  kilometr  təşkil  edir.  Bu  dəmir  yolu 
xətti  3  ölkənin  ərazisindən  keçəcək:  Azərbaycan,  Gürcüstan  və 
Türkiyə.  Bu  dəmiryolu  xəttinin  keçəcəyi  əsas  marşrutlar  belədir: 
Bakı  -  Ələt  -  Qazıməmməd  -  Kürdəmir  –  Yevlax  -  Gəncə  - 
Ağstafa  –  Rustavi  –  Tblisi  –  Axalkalaki  -  Qars.  Azərbaycan 
ərazisində  BTQ-nin  keçdiyi  marşrutlar  üzrə  lokomotiv  bazası 
möhkəmləndiriləcək və infrastruktur obyektləri yaradılacaqdır.  
BTQ-nin 
istismarından  sonra  onun  illik  buraxılış 
qabiliyyətinin  17  milyon  ton  təşkil  edəcəyi  gözlənilir.  İstismarın 
ilk  illərində  ildə  6-7  milyon  ton  yükün  və  1  milyondan  çox 
sərnişinin daşınacağı proqnozlaşdırılır.  
BTQ-dən  gözlənilən  iqtisadi  səmərə-  olduqca  yüksək 
qiymətləndirilir.  Bu  ilk  növbədə  Azərbaycanın  beynəlxalq 
nəqliyyat  dəhlizlərinə  çıxışının  genişləndirilməsi  ilə  bağlıdır. 
Azərbaycan  Türkiyəyə  birbaşa  gediş  imkanı  qazanacaq, 
hesablamalara görə Bakıdan Qarsa bir günə, İstanbula isə iki gün 
yarıma  getmək  mümkün  olacaqdır.  Azərbaycanın  bu  dəmir  yolu 
xətti  istifadəyə  veridiyi  təqdirdə,  ilk  illərdə  təkcə  tranzit 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
73 
 
daşımalarda  ildə  50  milyon  dollardan  çox  vəsait  əldə  edəcəyi 
proqnozlaşdırılır.  
 
Özünüyoxlama sualları:  
 
1.
 
Dəmiryolunun yaranması tarixi və formalaşması prosesləri. 
2.
 
Dünyanın  nisbətən  iri  dəmir  yolu  infrastrukturuna  və  uzun 
dəmir yolu qovşagına daxil olan ölkələr hansılardır?  
3.
 
Ekspres  sərnişin  qatarları  magistral  yollarına  ciddi  önəm 
verən ölkələri bildirin. 
4.
 
Beynəlxalq dəmiryolu daşımaları üzrə ən mühüm beynəlxalq 
sazişlər,  müqavilələr,  birliklər,  ittifaqlar,  konfranslar  və 
sairlər hansılardır? 
5.
 
Beynəlxalq dəmiryolu daşımalarının mahiyyətini izah edin. 
6.
 
Beynəlxalq dəmir yolu daşımalarının növlərini söyləyin. 
7.
 
Beynəlxalq dəmir yolu daşımalarının təşkilini açıqlayın. 
8.
 
Beynəlxalq dəmir yolu daşımalarının əsas sənədləri. 
9.
 
Beynəlxalq dəmir yolu daşımalarının əsas xüsusiyyətləri. 
10.
 
Dəmiryolçuların Beynəlxalq İttifaqı. 
11.
 
Beynəlxalq 
dəmir 
yolu 
daşımaları 
Razılaşdırılması 
qaiməsinin  tətbiqilə  dəmir  yolu  nəqliyyatında  yüklərin 
daşınması  üzrə  Beynəlxalq  Gömrük  proseduru  barədə 
Konvensiya. 
12.
 
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi. 
13.
 
Bakı-Tbilisi-Qars dəmiryolu xətti.  
14.
 
BTQ-nin tarixi xronologiyası. 
15.
 
BTQ-nin ümumi göstəriciləri və xarakteristikası. 
16.
 
BTQ-dən gözlənilən iqtisadi səmərə. 
 
 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
74 
 
İstifadə edilmiş ədəbiyyat: 
 
1.
 
Şəkərəliyev  A.Ş.  Dövlətin  iqtisadi  siyasəti:  reallıqlar  və 
perspektivlər. Bakı, 2009 - 416 s. 
2.
 
Kərimli  İ.A.  «Beynəlxalq  İqtisadi  Münasibətlərin  müasir 
problemləri», Bakı, 2006 -304 s. 
3.
 
Vəliyev.D.,  Əsədov  A.  Beynəlxalq  iqtisadiyyat.  Dərslik. 
Bakı, 2012.- 400 s.  
4.
 
Azərbaycan iqtisadiyyatı. Dərslik. Bakı, 1999.-400 s. 
5.
 
Хасбулатов  Р.И.  -  Международные  экономические 
отношения: учебник для бакалавров / Р.И. Хасбулатов. – 
М.: Издательство Юрайт, 2012. – 910 с. 
6.
 
Гладков  И.С.  Мировая  экономика  и  международные 
экономические 
отношения. 
Учебное 
пособие 

И.С.Гладков – 4-е изд. перераб.и доп.– М.: БИНОМ, 2012 
/ 341 с. 
7.
 
Шамагдиев  А.  Ш.  Международные  транспортные 
перевозки. Ташкент, 2007 г. 
8.
 
Кузнецова 
Е.Ю. 
Регулирования 
траспортного 
обеспечения 
внешнеэкономической 
деятельности 
региона. Дисс. док. экон. наук. Москва, 2000 г.  
9.
 
Əliyev  E.Ə.  Qloballaşma  dövründə  beynəlxalq  nəqliyyat 
daşımaları: hüquqi aspektlər. Bakı, 2006-360 s.4 
10.
 
Назаренко 
В.М., 
Назаренко 
К.С. 
Транспортное 
обеспечение  внешнеэкономической  деятельности.  – 
Москва – 2000.  
11.
 
Зимовец  А.В.  Международные  транспортные  операции. 
Таганрог (Россия), 2008. 
12.
 
Евразийское 
экономическое 
сообщество. 
http://www.evrazes.com/docs/view/68
  


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə