Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə19/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
69 
 
əsas  məqsədlərinə  dünya  səviyyəsində  dəmiryolu  nəqliyyatı  üzrə 
beynəlxalq  təcrübə  mübadiləsinin  təşkili,  dəmiryolu  nəqliyyatı 
sahəsində  yeni  layihələrin  reallaşdırılması,  texniki  tərəqqiyə 
stimulun  verilməsi,  dəmiryolu  nəqliyyatı  vasitələrinin  təhlükəsiz 
hərəkətinin  təşkili  və  elektron  texnologiyaların  tətbiqinin  həyata 
keçirilməsi daxildir.  
 
 6.6. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi 
 
 Son 10-15–il ərzində dünyanın müxtəlif regionlarında bir sıra 
beynəlxalq  əhəmiyyətli  nəqliyyat  dəhlizlərinin  yaradılması 
prosesləri  intensiv  inkişaf  etmişdir.  Belə  layihələrdən  biri  də 
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizidir (ŞCBND). 
ŞCBND-  2000-ci  il  sentyabr  12-də  Rusiyanın  Sankt-
Peterburq  şəhərində  Rusiya,  İran  və  Hindistan  hökümətləri 
arasında razılaşmaya əsasən yaradılmışdır.  
ŞCBND-nın əsas məqsədlərinə- yük və sərnişin daşımalarının 
təşkilndə  nəqliyyat  əlaqələrinin  səmərəlliyinin  artırılması,  üzv 
ölkələr arasıında bütün növ nəqliyyat vasitələri üzrə intensivliyin 
təmin  olunması,  nəqliyyat  vasitələrinin  hərəkərinin  təhlükəsziliyi 
üçün  daha  effektivli  tədbirlərin  görülməsi  və  beynəlxalq 
nəqliyyatın inkişafı üçün razılaşdırılmış siyasətin formalaşdırlması 
daxildirlər.  
Keçən  dövr  ərzində  ŞCBND-nin  üzvləri  artmış  və  bir  çox 
ölkələr  bu  sazişə  qoşulmuşalar  (Oman,  Belarus,  Ermənistan, 
Qazaxıstan, Tacikistan, Qirğızıstan və Suriya). 2005-ci il sentyabr 
ayının 20-də imzalanmış Azərbaycan Respublikasının Qanunu ilə 
ölkəmiz  “Şimal-Cənub”  benəlxalq  nəqliyyat  dəhlizi  haqqında” 
Sazişə qoşulmuşdur.  


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
70 
 
Azərbaycanın  bu  layihədə  iştirakı  güclü  perspektivlərlə 
bağlıdır.  Belə  ki,  Şimal-Cənub  nəqliyyat  dəhlizi  vasitəsilə 
Azərbaycan 
ərazisindən 
yüklərin 
böyük 
əksəriyyətinin 
daşınmasında dəmiryolu amili vardır və bu ölkəmiz üçün olduqca 
böyük  iqtisadi  səmərə  verə  bilər.  Layihəyə  görə  ,  dəhlizin 
Azərbaycan ərazisindən keçən dəmiryolu hissəsinin uzunluğu 511 
km-dir.  Layihədə  Bakı-  Astara  dəmiryolu  xəttinin  İran  –  Astara 
dəmiryolu  xətti  ilə  birləşdirilməsi  yer  almışdır.  Layihədə 
avtomobil  yolu  sahəsində  Bakı  dairəvi  avtomobil  yolunun 
tikintisi,  Bakı-Ələt,  Bakı-Quba-Rusiya  sərhədi,  Ələt-Astara-İran 
sərhədi  və  s  istiqamətlər  üzrə  avtomobil  yollarının  dünya 
standartları səviyyəsində qurulması nəzərdə tutulmuşdur.  
 
6.7. Bakı-Tbilisi-Qars dəmiryolu xətti 
 
 
Azərbaycan  son  10-15  ildə  özünü  iri  regional  və  beynəlxalq 
əhəmiyyətli  layihələrin  təşəbbüskarı  kimi  göstərməklə,  regionda 
və  beynəlxalq  səviyyədə  güclü  nüfuza  sahib  olmuşdur.  Ölkədə 
Neft 
strategiyasının 
reallaşdırılması, 
neft-qaz 
ixracının 
əhəmiyyətli  şəkildə  artırılması  və  ölkənin  maliyyə  gücünün 
yüksəlməsi,  valyuta  ehtiyatlarının  artması,  qeyri-neftqaz 
layihələrinin  də  reallaşdırılması  üçün  şərait  yaratmışdır.  Bu 
baxımdan  Azərbaycanın  ən  iri  beynəlxalq  qeyri-neftqaz  layihəsi 
kimi  Bakı-Tblisi-Qars  (BTQ)  dəmiryolu  xətti  mühüm  əhəmiyyət 
kəsb edir.  
BTQ-nin  tikintisi  üzrə  razılaşma  2007-ci  il  fevralın  7-də 
Tbilisi  (Gürcüstan)  şəhərində  Azərbaycan,  Gürcüstan  və  Türkiyə 
dövlət rəhbərlərinin iştirakı ilə keçirilmiş tədbirdə baş tutmuşdur. 
Bu  tədbirdə  “Bakı-Tblisi-Qars  yeni  dəmiryolu  xətti”  haqqında 
üçtərəfli  Saziş  və  “Bakı-Tblisi-Qars  yeni  dəmiryolu  xətti 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
71 
 
layihəsinin  həyata  keçirilməsi  çərçivəsində  Marabda-Türkiyə 
Respublikası  sərhədinə  qədər  (Kartsax)  dəmir  yolu  sahəsinin 
maliyyələşdirilməsi,  layihələndirilməsi,  inşası,  reabilitasiya-
rekonstruksiyası  və  istismarının  prinsip  və  şərtləri  haqqında” 
Azərbaycanla  Gürcüstan  arasında  ikitərəfli  Saziş  və  nəhayət 
Azərbaycan  Respublikası  Nəqliyyat  Nazirliyi  və  “Marabda 
Kartsaxi  Dəmir  Yolu”  MMM  arasında  “Bakı-Tblisi-Qars 
dəmiryolu  xətti  layihəsinin  Marabda-  Türkiyə  Respublikası 
sərhədinə  qədər  dəmir  yolu  sahəsinin  maliyyələşdirilməsi 
şərtlərinə  dair  Kredit  Müqaviləsi”  imzalanmışdır.  2011-ci  il  may 
ayının  18-də  Bakı  şəhərində  ikitərəfli  Sazişə  bəzi  əlavə  və 
dəyişikliklər  barədə  Protokol  imzalanmışdır.  Bu  dəyişiklər 
əsasında  2011-ci  il  iyul  ayının  1-də  Azərbaycan  Respublikası 
Nəqliyyat  Nazirliyi  və  “Marabda  Kartsaxi  Dəmir  Yolu”  MMM 
arasında  yeni  şərtlər  çərçivəsində  yeni  Kredit  Müqaviləsi 
imzalanmışdır.  
BTQ-nin  maliyyələşdirilməsi  Azərbaycan  Respublikası 
Prezidentinin 21 fevral 2007-ci il tarixli Fərmanına əsasən həyata 
keçirilir.  Bu  funksiyanın  yerinə  yetirilməsi  Dövlət  Neft  Fonduna 
həvalə  olunmuşdur.  Kreditləşmənin  təşkili  və  bank  xidmətinin 
həyata  keçirilməsi  üzrə  agent  bank  kimi  isə  “Azərbaycan 
Beynəlxalq  Bankı”  ASC  təyin  olunmuşdur.  2013-cü  ilin  aprel 
ayının  1-nə  olan  məlumata  görə  BTQ-nin  maliyyələşdirilməsi 
üçün  Dövlət  Neft  Fondu  tərəfindən  Nəqliyyat  Nazirliyinə 
ümumilikdə  433  milyon  ABŞ  dolları  ayrılmışdır.  Layihə  üzrə 
Azərbaycan  tərəfindən  uzunluğu  29  kilometr  olan  Qars- 
Axalkalaki  dəmir  yolu  xəttinin  və  uzunluğu  160  kilometr  olan 
mövcud  Axalkalaki-  Marabda  dəmir  yolu  xəttinin  reabilitasiya-
konstruksiyasına 775 milyon ABŞ dollarının kredit kimi ayrılması 
nəzərdə  tutulmuşdur.  Bundan  200  milyonu  illik  dərəcəsi  1% 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə