Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə18/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
65 
 
km-ə  çatmışdır.  Növbəti  70  il  ərzində  dünya  dəmiryolu  sistemi 
çox  sürətli  inkişaf  yolu  keçmiş  və  XXI  əsrin  əvvəllərinə  dünya 
üzrə dəmiryolunun uzunlugu 900 min km təşkil etmişdir. 
Dünyanın  nisbətən  iri  dəmir  yolu  infrastrukturuna  və  uzun 
dəmir yolu qovşagına daxil olan ölkələr sırasında ABŞ (195 min 
km.),  Rusiya  (86  min  km.),  Kanada  (80  min  km.),  Hindistan  (59 
min km.), Çin Xalq Respublikası (58 min km.), Almaniya (38 min 
km.),  Avstraliya  və  Argentina  (hər  biri  33  min  km.),  Fransa  (32 
min  km.),  Meksika  (27  min  km.),  Polşa,  Ukrayna  və  Cənubi 
Afrika Respublikası (hər biri 23 min km.), Brasiliya (22 min km.), 
Yaponiya (20 min km.), Böyük Britaniya (17 min km.), İtaliya (16 
min km.) və bir sıra ölkələr yer almışdır.  
 Son  10  illiklərdə  dünya  üzrə  dəmir  yolu  vasitəsi  ilə  daşınan 
yüklərin həcmi 4 trl. ton/km səviyyəsini ötmüşdür. Bu sahədə ilk 
üçlük ölkə kimi- ABŞ, Çin və Rusiya digər ölkələrdən ən azı 10 
dəfə öndədirlər. ABŞ-da illik yük dövriyyəsinin həcmi 2250 mlrd 
ton/km,  Çində  1260  mlrd/km,  Rusiyada  isə  1240  mlrd  ton/km 
təşkil etmişdir.  
Müasir  dövrdə  yüksək  texnologiyaların  sürətli  inkişafı  ilə 
əlaqədar  olaraq  yüksək  magistral  xətlərin  istismarına  üstünlük 
verilməkdədir. Bu cür dəmir yolu magistrallarında saatda 200-300 
km surətlə gedən ekspres sərnişin qatarlarından istifadə olunur. Bu 
tip  magistral  yollara  ciddi  önəm  verən  ölkələr  kimi-Yaponiya  və 
Fransa  xüsusilə  fərqlənirlər.  Son  onilliklərdə  Almaniya,  İtaliya, 
ABŞ,  Koreya  Respublikası  və  Çində  bu  tip  dəmir  yolu 
magistrallarının istismara verilməsi intensivləşməkdədir. Rusiyada 
yüksək  sürətli  dəmir  yolu  ekspres  magistralı  Moskva-  Sankt 
Peterburq marşrutu üzrə açılmışdır.  
 
 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
66 
 
 6.2. Beynəlxalq dəmiryolu nəqliyyatı 
 
Beynəlxalq 
dəmiryolu 
nəqliyyatı 
dövlətlərarası 
yükdaşımalarının  həyata  keçirilməsində  mühüm  nəqliyyat 
vasitəsidir.  Dəmiryolu  ilə  beynəlxalq  yükdaşımaları  haqqında 
1950-ci  ildə  imzalanmış  Saziş  beynəlxalq  dəmiryolu  nəqliyyatı 
üzrə  yükdaşıma  şərtlərini,  daşıma  haqqını  və  bu  sahələr  üzrə 
münasibətləri  nizamlayan  əsas  beynəlxalq  sənəd  kimi  qəbul 
olunmuşdur.  
 Beynəlxalq dəmiryolu daşımaları üzrə ən mühüm beynəlxalq 
sazişlər,  müqavilələr,  birliklər,  ittifaqlar,  konfranslar  və  sairlər 
aşağıdakılardır: 

 
Dəmiryolu Konqreslərinin Beynəlxalq Assosiasiyası(1884–cü 
il); 

 
Sərnişin və baqaj vaqonları üzrə Beynəlxalq  İttifaq (1889-cu 
il); 

 
Beynəlxalq Dəmiryolu Nəqliyyatı Komitəsi (1902-ci il); 

 
Beynəlxalq Dəmiryolu İttifaqı (1922-ci il); 

 
Avropa Dəmiryolu Daşımaları İttifaqı (1953 cü il); 

 
Sərnişin tarifləri üzrə Avropa Konfransı (1975-ci il).  
 
6.3. Beynəlxalq dəmiryolu nəqliyyatının mahiyyəti və əsas 
xüsusiyyətləri 
 
Beynəlxalq dəmiryolu daşımaları üzrə ən mühüm beynəlxalq 
sazişlər,  müqavilələr,  birliklər,  ittifaqlar,  konfranslar  və  sairlər 
dedikdə-ölkələrarası  sazişlər və müqavilələr əsasında iki və daha 
çox  dövlətlər  arasında  keçirilən  dəmir  yolu  daşınması  nəzərdə 
tutulur.  Bu  nəqliyyat  növü  bir  çox  cəhətlərini  görə  olduqca 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
67 
 
əlverişlidir,  yüksək  daşıma  imkanına  malik  olmaqla  yanaşı 
təhlükəsizlik baxımından da diqqət çəkəndir.  
Beynəlxalq  dəmir  yolu  daşımalarının  növlərinə  - 
beynəlxalq yük daşımaları, sərnişin daşıma, baqaj daşıma və yük 
baqajı daşımaları daxildirlər.  
 Beynəlxalq  dəmiryolu  daşımalarının  təşkili  aşagıdakılardan 
ibarətdir: 

 
bu proseslərdə iki və daha çox ölkənin dəmir yolları istifadə 
olunur; 

 
sərhədin  keçilməsi  sərnişinlərin  və  beynəlxalq  təyinatlı 
yüklərin xarici dəmir yoluna verilməsi ilə baglıdır; 

 
bir dövlətin dəmiryolu vaqonlarının digər dövlətin dəmir yolu 
tərəfindən müvəqqəti istifadəsinə keçməsi

 
çəkisindən  və  həcmindən  asılı  oıaraq,  xüsusi  yük  növlərinin 
olması və s. 
Beynəlxalq dəmiryolu daşımalarının əsas sənədləri bunlardır: 

 
qaimə; 

 
yol cədvəli; 

 
yükün daşımaya qəbul edilməsi haqqında qəbz-yük qəbzi. 
 Beynəlxalq 
dəmir 
yolu 
daşımalarının 
əsas 
xüsusiyyətlərinə aiddir: 

 
daşıma xərclərinin nisbətən ucuz olması; 

 
200  km  və  daha  çox  məsafəyə  yük  daşımalalarında  yüksək 
effektivliyə malik olması; 

 
metroloji  hava  şəraitindən  asılı  olmayaraq  yük  daşımaların 
təşkilınin mümkünlüyü və s. 
 
 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
68 
 
6.4.  Beynəlxalq  dəmir  yolu  daşımaları  Razılaşdırılması 
qaiməsinin  tətbiqilə  dəmir  yolu  nəqliyyatında  yüklərin 
daşınması  üzrə  Beynəlxalq  Gömrük  proseduru  barədə 
Konvensiya 
 
Bu  konvensiyanın  əsas  məqsədi  dəmir  yolu  nəqliyyatının 
harmonok  və  intensiv  inkişafının  təmin  edilməsi,  bu  sahədə 
beynəlxalq əməkdaşlıgın gücləndirilməsidir.  
Beynəlxalq  dəmir  yolu  yük  daşımaları  Razılaşdırılması 
qaiməsi dedıkdə- 01 noyabr 1951-ci ildə qəbul edilmiş Sənəd başa 
düşülür.  Bu  sənəd  dəmir  yolu  qaiməsi  adlanır  və  dəmir  yolu 
qovşaqlarında, yaxud dəmir yolu –bərə qovşaqlarında daşımaların 
sənədləşdirilməsi zamanı tətbiq edilir.  
Bu  konvensiya  Birləşmiş  Millətlər  Təşkilatı  tərəfindən  9 
fevral 2006-cı ildə Cenevrədə qəbul olunub. 
 
6.5. Dəmiryolçuların Beynəlxalq İttifaqı 
 
Məlum  olduğu  kimi  beynəlxalq  nəqliyyat  sistemində 
dəmiryolunun əhəmiyyəti olduqca böyükdür. Bu elə bil nəqliyyat 
növüdür  ki,  dünyanın  bütün  qitələrini  beynəlxalq  səviyyədə  bir 
birinə birləşdirmək imkanına görə ən iri potensiala malikdir.  
Dəmiryolçuların  Beynəlxalq  İttifaqıDBİ  (İnternational 
Union  of  Railways  UİR)-  1922-ci  il  oktyabr  ayının  20-də 
yaradılmışdır. Əvvəlcə bu ittifaqa 51 ölkə və təşkilatlar üzv kimi 
daxil olmuşlar. Hazırda təşkilatın 200-ə yaxın üzvü vardır.  
DBİ-nin  əsas  fəaliyyət  funksiyalarına-Avropa  və  digər 
qitənin  ölkələri  ilə  dəmiryolu  daşımalarının  genişləndirilməsi 
üçün  mexanizmlərin  işlənib  hazırlanması,  bu  sahədə  rejim  və 
qaydaların  uyğunlaşdırılması  daxildir.  Müasir  dövrdə  DBİ-nin 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə