Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə17/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
61 
 
daşımalarının  əksər  hissəsi  bu  nəqliyyat  vasitələri  ilə  həyata 
keçirilir.  
Dəniz  nəqliyyatı  ilə  sərnişin  daşınması  barədə  qaydalar 
aşağıdakı Konvensiyalarla tənzimlənir:  

 
1981-ci  ildə  qəbul  edilmiş,  Dənizlə  sərnişin  daşınmasına  aid 
bəzi  qaydaların  unifikisaya  edilməsi  barədə  Beynəlxalq 
konvensiya

 
1967-ci  ildə  qəbul  olunmuş,  Dənizlə  baqaj  və  sərnişinlərin 
daşınmasının  bəzi  qaydalarının  unifikasiya  edilməsi  barədə 
Beynəlxalq konvensiya; 

 
1974-cü  ildə  qəbul  edilmiş,  Dənizlə  sərnişinlərin  və  baqajın 
daşınmaları haqqında Afina konvensiyası; 

 
1973-cü  ildə  qəbul  olunmuş,  Avtomobil  ilə  beynəlxalq 
sərnişin və baqaj daşınma müqaviləsi haqqında konvensiyası 
və s. 
 
 
5.7.  Beynəlxalq  dəmiryolu  daşımaların  tənzimlənməsi 
qaydaları  
 
Beynəlxalq  dəmiryolu  daşımaları  beynəlxalq  nəqliyyat 
əməliyyatlarının  əsas  istiqamətlərindən  biridir  və  bu  nəqliyyat 
vasitəsindən  geniş  istifadə  diqqət  çəkir.  Qeyd  etmək  lazımdır  ki, 
beynəlxalq  dəmiryolu  marşrutları  çoxlu  ölkələrin  sərhədlərini 
keçir  və  bu  baxımdan  onun  beynəlxalq  səviyyədə  tənzimlənməsi 
mühüm əhəmiyyət kəsb edir.  
Hazırda  beynəlxalq  dəmiryolu  üzrə  daşımaların  təşkili 
sahəsində  qüvvədə  olan  beynəlxalq  hüquqi  aktlara-Yük  və 
sərnişinlərin dəmiryolu ilə daşınması barədə Bern konvensiyası və 
Dəmiryolu ilə beynəlxalq yük daşımaları barədə Saziş daxildirlər. 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
62 
 
Bern  yük  Konvensiyası  (CİM)  -  1890-cı  ildə  9  Avropa 
ölkəsi  tərəfindən  təsis  edilmiş  və    dəmiryolu  üzrə  beynəlxalq 
yükdaşıması müqaviləsini nizamlamaq  üçün nəzərdə tutulmuşdur.  
Bern sərnişin Konvensiyası 1923-cü ildə qəbul edilmişdir. 
Beynəlxalq 
dəmiryolu 
daşımaları 
üzrə 
qaydaların 
təkmilləşdirilməsi  məqsədi  ilə  XX  əsrin  70-ci  illərindən 
başlayaraq,  bu  sahədə  təkmilləşdirmə  sənədlərinin  hazırlanması 
prosesləri  güclənmişdir.  1980-ci  ilin  may  ayının  9-da  yenidən 
Berndə  bu  problemlərə  konfrans  formatında  baxılmış,  yekunda 
Dəmiryolu  ilə  Beynəlxalq  daşımalar  barədə  yeni  Saziş  qəbul 
olunmuş  və  həmin  Saziş  COTİF  adlandırılmışdır.  COTİF  iki 
əlavədən-B əlavəsindən (CİM) və A (CİV) əlavəsindən ibarətdir. 
B  əlavəsi  yük  daşınması  üzrə  münasibətləri  və  A  əlavəsi  isə 
sərnişin daşınması üzrə münasibətləri tənzimləyir. 
 
Özünüyoxlama sualları: 
 
1.
 
Beynəlxalq nəqliyyat əməliyyatlarının hüquqi 
nizamlanmasını şərtləndirən amillər. 
2.
 
Dənizlə beynəlxalq yükdaşımalar üzrə Haaqa-Visbi qaydaları 
3.
 
Yüklərin dənizlə daşınması barədə Hamburq qaydaları.  
4.
 
Beynəlxalq yükdaşıma müqaviləsi haqqında konvensiya. 
5.
 
Beynəlxalq hava daşımaları üzrə Varşava konvensiyası.  
6.
 
Dəniz və avtomobil nəqliyyatı ilə sərnişin daşımaları üzrə 
beynəlxalq Konvensiyalar. 
7.
 
Beynəlxalq dəmiryolu daşımaların tənzimlənməsinin hüquqi 
əsasları.  
 
 
 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
63 
 
İstifadə edilmiş ədəbiyyat: 
 
1.
 
Əliyev E.Ə. Qloballaşma dövründə beynəlxalq nəqliyyat 
daşımaları: hüquqi aspektlər. Bakı, 2006-360 s. 
2.
 
Ермалаев В.Г., Сиваков О.Б. «Морское право» Москва, 
2005, 255 с. 
3.
 
Mогилевкин И.М. Транспорт и коммуникации: прошлое, 
настоящее, будущее. Москва, Наука.-2005 г.  
4.
 
Kaграманов А.К. Международно-правовое регулирование 
строительства и эксплуатации трубопроводного 
транспорта. Автореферат дисс. канд экон наук . Москва, 
2007 г. 
5.
 
Шумилов В. М. Международное право. Учебник, 
Москва.-2007 г. 
6.
 
Веляминов Г.М. Международное экономическое право и 
процесс. Учебник. Москва, 2004. 
7.
 
Дзикович, Н.Г. Международные транспортные операции 
и логистика. Минск (Беларусь), 2007. – 195 с. 
8.
 
Синецкий Б.И. «Внешнеэкономические операции: 
организация и техника». Москва, 1989 г.-520 с. 
9.
 
Кузнецова Е.Ю. Регулирование транспортного 
обеспечения внешнеэкономической деятельности 
региона. Дисс. доктора экон. наук. Москва, 2000 г.  
10.
 
Шамагдиев А.Ш.Международные транспортные 
перевозки. Ташкент (Узбекистан), 2007 г. 
 
 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
64 
 
Mövzu 6. Beynəlxalq dəmir yolu daşımaları 
 
6.1.  Dəmiryolunun  yaranması  tarixi  və  formalaşması 
prosesləri. 
6.2. Beynəlxalq dəmiryolu nəqliyyatı. 
6.3.  Beynəlxalq  dəmiryolu  nəqliyyatının  mahiyyəti  və  əsas 
xüsusiyyətləri. 
6.4.  Beynəlxalq  dəmir  yolu  daşımaları  Razılaşdırılması 
qaiməsinin  tətbiqilə  dəmir  yolu  nəqliyyatında  yüklərin 
daşınması  üzrə  Beynəlxalq  Gömrük  proseduru  barədə 
Konvensiya. 
6.5. Dəmiryolçuların Beynəlxalq İttifaqı.  
6.6. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi. 
6.7. Bakı-Tbilisi-Qars dəmiryolu xətti. 
 
6.1.  Dəmiryolunun  yaranması  tarixi  və  formalaşması 
prosesləri 
 
XIX  əsrin  əvvəllərindən  başlayaraq  sənayenin  inkişafı  ilə 
əlaqədar  olaraq  agır  yüklərin  daşınması  və  uzaq  məsafələrə 
sərnişinlərin  daşınması  üçün  nəqliyyat  vasitəsinin  yaradılmasını 
zəruri  etmişdi.  Bu  məqsədlərlə  ilk  dəmiryolu  1830-cu  ildə 
İngiltərədə  Liverpul-Mançester  xətti  istifadəyə  verilmişdir.  Daha 
sonra  bu  proseslər  ABŞ-da  inkişaf  etmişdir.  Bu  ölkədə  ilk 
dəmiryolu Çarlston və Oqasta şəhərlərini birləşdirmişdir. Fransada 
ilk  dəmiryolu  1833-cü  ildə,  Almaniyada  və  Belçikada  1835-ci 
ildə, Rusiyada 1837-ci ildə çəkilmişdir.  
O  dövrdə  dəmir  yolu  şəbəkəsinin  genişlənməsi  nəticəsində- 
1850-1990-cü illər arasında dünyada 800 km dəmiryolu istifadəyə 
verilmişdir və artıq 1920-ci ildə dəmiryolunun uzunluğu 1,2 min. 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə