Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə13/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
47 
 
8.
 
CPT  -  Carrıage  Paıd  To  (...  named  place  of  destination)-
“daşınma...( təyinat yeri) qədər ödənilib”( ... razılaşdırılmış təyinat 
məntəqəsi)  –  mənasındadır.  Bu  rejimdə  ixracatçı  malın 
idxalatçının  ölkəsində  yerləşən  təyinat  yerinə  aparılmasına  və 
onun  anbarına  malı  aparan  daşıyıcıya  təhvil  verilməsinə 
cavabdehdir. 
Bu 
gömrük 
prosedurları 
zamanı 
ixrac 
rəsmiləşdirilməsini satıcı, idxal rəsmiləşdirilməsini isə alıcı aparır; 
9.
 
DAT  -  Delivered  At  Frontıer  (...  named  terminal  of 
desination)-  )-“terminalda  göndəriş”(...  razıılaşdırılmış  təyinat 
limanı) mənasını verir. Bu rejim 2010-cu ildə qəbul edilib, əvvəlki 
təsnifatdan çıxarılan DEQ bazis şərtinin əvəzində istifadə olunur. 
Bu  rejim  nəqliyyat  vasitəsinin  növü  üzrə  razılaşdırmadan  asılı 
olmayarq istifadə edilir.  
10.
 
 DAP  –  Delivered  At  Point  (...  named  point  of 
deestination)-  “məntəqədə  göndəriş”  (...  razılaşdırılmış  təyinat 
limanı)  mənasını  verir.  Bu  rejim  də  2010-cu  ildə  qəbul  edilib, 
əvvəlki  təsnifatdan  çıxarılan  DAF,  DES  və  DDU-nun  əvəzində 
tətbiq olunur.  
11.
 
 DDP  -  Delıvered  Duty  Paıd  (...  named  place  of 
destination)-  “rüsum  ödənilməklə  göndəriş”(...  razılaşdırılmış 
təyinat məntəqəsi) -mənasını daşıyır. Bu rejimdə ixracatçı idxal və 
ixrac  rəsmiləşdirməsinin  xərclərini  çəkməklə,  kontrakt  üzrə 
öhdəlikləri idxalatçının anbarına təhvil verir; 
12.
 
 DDU-  Delıvered  Duty  Unpaıd  (...  named  place  of 
destination)-  “rüsum  ödənilmədən  göndəriş”  (...  razılaşdırılmış 
təyinat  məntəqəsi)-  mənasındadır.  Bu  rejimdə  ixracatçı  malın 
alıcının anbarına təhvil verilməsinə qədər bütün məsrəfləri ödəyir. 
Amma  idxalatçı  idxal  rəsmiləşdirilməsi  üzrə  xərcləri  özü  ödəyir. 
Bu baziş şərti İnkoterms 2010-dan çıxarılmışdır; 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
48 
 
13.
 
 DAF  –  Delivered  at  Frontier  (...  named  place)-
“sərhədə  qədər  göndəriş”  (...  razılaşdırılmış  məntəqə)  – 
mənasındadır.  Bu  rejimdə  razılaşdırılmış  sərhəd  məntəqəsində 
satıcının  öhdəliyi  bitir  və  sərhəddən  sonrakı  öhdəliklər  alıcının 
payına  düşür.  İxrac  rəsmiləşdirilməsi  satıcı  tərəfindən,  idxalın 
rəsmiləşdirilməsi  isə  alıcı  tərəfindən  həyata  keçirilir.  Bu  baziş 
şərti İnkoterms 2010-dan çıxarılmışdır; 
14.
 
 DEQ  -  Delıvered  Ex  Quay  (...  named  port  of 
destination)-“gəminin 
yan 
aldığı 
körpüdən 
göndəriş”(... 
razıılaşdırılmış  təyinat  limanı)  mənasını  verir.  Bu  halda  ixracatçı 
gömrük  rejimindən  keçən  malı  razılaşdırılmış  təyinat  limanında 
gəminin  yan  aldığı  körpüdən  alıcıya  çatdırılması  öhdəliyini  başa 
vurur. Bu rejimdə mal göndərən risklər və rüsumlar üzrə xərcləri 
özü  ödəyir.  İxrac  və  idxal  üzrə  gömrük  rəsmiləşdirmələrini  də 
ixracatçı aparır. Bu baziş şərti İnkoterms 2010-dan çıxarılmışdır; 
15.
 
 DES  -  Delıvered  Ex  Shıp  (...  named  port  of 
destination)-  “gəmidən  göndəriş”  (...  razılaşdırılmış  təyinat 
limanı)  mənasını  verir.  Bu  rejimdə  əgər  mal  gəminin  bortunda 
təhvil  verilibsə  və  hələ  razılaşdırılmış  təyinat  limanında 
gömrükdən keçməyibsə, satıcı çatdırılma üzrə öz öhdəliyinə əməl 
etmiş sayılır. Bu zaman bütün xərclər və risklər satıcının üzərinə 
düşür.  İxrac  rəsmiləşdirilməsi  satıcı  və  idxal  rəsmiləşdirilməsi 
alıcı  tərəfindən  aparılır.  Bu  baziş  şərti  İnkoterms  2010-dan 
çıxarılmışdır; 
“İnkoterms  2000,2010”-bazıs  şərtlərinə  beynəlxalq  xarici 
ticarət  üzrə  kontraklarda  istinad  edilməsi  son  illərdə  xeyli 
intensivləşmişdir  və  yaxın  perspektivdə  bu  bazis  şərtlərinin  daha 
geniş tətbiq olunması gözlənilir.  


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
49 
 
4.4.  Kontrakt  –  beynəlxalq  yük  daşımaların  və  nəqliyyat 
əməliyyatlarının hüquqi razılaşma sənədi kimi 
 
Dünya  iqtisadi  prosesləri  genişlədikcə  və  qloballaşdıqca, 
xarici  ticarətin  təşkili  üzrə  mexanizmlərin  və  hüquqi  sənədlərin 
daha  da  təkmilləşdirilməsi  zərurəti  artır.  1998-ci  ildən  qüvvəyə 
minən  və  101  maddədən  ibarət  olan  Vyana  konvensiyasına 
müvafiq  olaraq,  xarici  ticarət  fəaliyyəti  üçün  tələb  kimi  qəbul 
olunan  sənəd  –  kontrakt  və  ya  müqavilənin  əhəmiyyəti  xüsusi 
diqqət  cəlb  edir.  Alqı-satqı  və  beynəlxalq  ticarət  əməliyyatları 
zamanı kontraktın bağlanması məcburi şərt kimi çıxış edir.  
Kontrakt  dedikdə  (lat.  contractus)  müəyyən  miqdarda  və 
qiymətdə  əmtəələrin  sövdələşməsi,  alqı-satqısı  poroseslərini 
özündə  əks  etdirən  müəyyən  sivil  qaydaları  və  tərəflərin 
iddialarının müdafiəsi üçün hüquqi əsasları razılaşdıran müqavilə 
başa düşülür.  
Müqavilə isə iki və daha çox şəxslərin, o cümlədən, fiziki və 
hüquqi  şəxslərin  vətəndaşlıq  hüquqlarını,  vəzifələrini  və  ya 
fəaliyyət  subyekti  kimi  onların  hüquq  və  vəzifələrini  özündə  əks 
etdirən sənəd kimi xarakterizə olunur.  
Kontrakt  və  müqavilələrin  təsnifatlaşdırılması  zamanı  onları 
bir  neçə  formalara  bölürlər.  Bunlara  əsas,  ilkin,  birtərəfli, 
ikitərəfli,  ictimai  və  s.  təsnifatlara  ayırırlar.  Dünya  təcrübəsində 
kontraktın  tərtib  edilməsi  və  sənədləşdirilməsi  formalarının 
əksəriyyəti baza şərtlərinə görə oxşarlığı ilə seçilir.  
Kontraktın strukturuna əsasən aşağıdakılar daxildir
1.
 
Kontraktın giriş hissəsi, başqa sözlə, preambulası; 
2.
 
Kontrakt üzrə alqı-satqı əməliyyatlarının qısa məzmunu; 
3.
 
Göndərilməsi və ya alınması nəzərdə tutulan malların miqdar 
göstəriciləri; 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə