Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə11/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
40 
 
13.
 
Бирюков П.Н. Международные транспортные 
соглашения htpps://www.djerelo.com  
14.
 
Международные транспортные 
соглашения[htpps://be5.biz].  
15.
 
Международные транспортные 
соглашения[htpps://vuzlib.org].  
16.
 
Cоглашения о международных железнодорожных 
перевозках в грузом.  [htpps://madrace.ru].  
17.
 
Cоглашения о международных перевозках 
[htpps://logistics-gr.com].  
18.
 
Договор о международной перевозки грузов. 
[htpps://kazedu.kz].  
19.
 
Конвенция и Cоглашения [htpps://kazato.kz].  
20.
 
Конвенция КДПГ [htpps://transportmm.ru]. 
21.
 
Cоглашения [htpps://tonar.info].  
22.
 
Европейское  соглашение [htpps://asmar.ru].  
23.
 
Международные  соглашения [htpps://airto-kr.com].  
24.
 
Международные транспортные организации и конвенции 
[htpps://rud.exdat.com]. 
25.
 
Транспортные соглашения в международном праве 
[htpps://transport-law.ru]. 
26.
 
Конвенции и Cоглашения о международных перевозках 
[htpps://mucher.do.am]. 
 
 
 
 
 
 
 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
41 
 
Mövzu  4.  Beynəlxalq  nəqliyyat  əməliyyatları  üzrə 
yükdaşımaların bazis şərtləri və qaydaları 
 
4.1. 
Beynəlxalq  nəqliyyat  əməliyyatlarında  çoxtərəfli 
razılaşmalar sistemi.  
4.2.  Xarici-iqtisadi  fəaliyyətin  və  beynəlxalq  ticarətin 
tənzimlənməsində Ümumdünya Ticarət Təşkilatının rolu. 
4.3.    “İnkoterms  2000,  2010”-  Beynəlxalq  nəqliyyat 
əməliyyatlarının baziş şərtləri. 
4.4.  Kontrakt  –  beynəlxalq  yük  daşımalarının  və  nəqliyyat 
əməliyyatlarının hüquqi razılaşma sənədi kimi. 
 
4.1.  Beynəlxalq  nəqliyyat  əməliyyatlarında  çoxtərəfli 
razılaşmalar sistemi. 
 
Beynəlxalq  nəqliyyat  əməliyyatlarının  səmərəli  təşkili  və 
nizamlanması bir sıra mühüm beynəlxalq statuslu razılaşmaların 
işlənib hazırlanmasını və qəbul edilməsini şərtləndirir.  
Beynəlxalq nəqliyyat əməliyyatlarında çoxtərəfli razılaşmalar 
sisteminin  nəzəri  baxımdan  mahiyyəti-  bu  razılaşma  üzrə 
imzalanan  beynəlxalq  sənədin  iştirakçıları  həmin  ölkələrin 
ərazisindən  beynəlxalq  nəqliyyat  reyslərinin,  həmçinin  tranzit 
marşrutların təşkili hüququ əldə etmiş olurlar.  
Beynəlxalq 
nəqliyyat 
əməliyyatlarında 
çoxtərəfli 
razılaşmalar  sisteminin  formalaşmasında  və  yekun  sənədin 
hazırlanmasında  bir  sıra  beynəlxalq  əhəmiyyətli  istiqamətlər 
üzrə  müqavilələr  və  razılaşmalar  hüquqi  baza  kimi  nəzərə 
alınır: 
-ayrı-ayrı nəqliyyat növlərinin ümumi fəaliyyət prinsipləri
-dövlətlərarası beynəlxalq nəqliyyat qovşaqlarının təşkili; 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
42 
 
-yük və sərnişinlərin daşınması qaydaları; 
-daşımaların tarifləri haqqında və s.  
 
4.2.  Xarici-iqtisadi  fəaliyyətin  və  beynəlxalq  ticarətin 
tənzimlənməsində Ümumdünya Ticarət Təşkilatının rolu 
 
Xarici 
iqtisadi 
fəaliyyətin, 
Beynəlxalq 
ticarətin 
nizamlanmasında 
və 
beynəlxalq 
ticarət 
siyasətinin 
formalaşmasında ÜTT-nın  mühüm rolu vardır. Bu təşkilat  dünya 
səviyyəsində 
ticarət 
əməliyyatlarının 
liberallaşdırılması, 
sərbətləşdirilməsi  və  bu  əməliyyatların  sürətləndirilməsi  üçün 
ortaya çıxan baryerlərin aradan qaldırılmasında mühüm əhəmiyyət 
kəsb edir.  
ÜTT  ilk  dəfə  23  sentyabr  1947-ci  ildə  Tarif  və  Ticarət  üzrə 
Baş Saziş  bağlandıqdan  sonra, eyni  adla 1948-ci  ildən fəaliyyətə 
başlamışdır.  Dünya  ölkələrinin  inkişaf  proseslərinin  artması, 
ticarət  əməliyyatlarının  genişlənməsi  və  yeni  dövlətlərin 
yaranması  ilə  əlaqədar  olaraq  bu  təşkilatın  fəaliyyəti 
transformasiyalara məruz qalmış, təkmilləşdirilmələr aparılmış və 
nəhayət,  bu  təşkilat  1995-ci  il  31  dekabrdan  etibarən  yeni  adda, 
yəni indiki ÜTT formatında fəaliyyətini davam etdirmişdir.  
Bu təşkilatın fəaliyyətinin əsasında beynəlxalq ticarətin forma 
və  prinsipləri,  çoxtərəfli  sazişləri,  qarşılıqlı  ticarət  əlaqələrinin 
aparılması  və  nizamlanması  qaydaları  və  ticarət  üzrə  digər 
əməliyyatların  normativ  əsaslarının  işlənib  hazırlanması  və 
razılaşdırılması durur.  
Dünya ticarət siyasətində müxtəlif məhdudiyyətlər qoyulması 
da  ticarət  diplomatiyasının  siyasiləşdırılməsinə  rəvac  verir. 
Məsələn,  İraq  Küveyti  zəbt  edəndən  sonra  BMT  İraq  neftinin 
satışına  qadağa  qoymuşdur.  Digər  bir  misal,  Yaponiya  özünün 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
43 
 
ticarət  siyasətində  ABŞ-a  avtomobil  ixracını  könüllü  olaraq 
məhdudlaşdırmaqla,  ABŞ  tərəfindən  antidempinq  tədbirlərinin 
görülməməsinə çalışmışdır. Bundan əlavə, Avropa Birliyi ölkələri 
bir  çox  mallar  üzrə  müxtəlif  məhdudlaşdırıcı  qərarlar  qəbul 
etmişlər.  
Qeyd etmək lazımdır ki, ÜTT-nın Uruqvay raundundan sonra 
(1994), onun ən mühüm prioritet vəzifələrinə beynəlxalq ticarətin 
liberallaşdırılması,  sərhədyanı  mal,  xidmət  və  kapital  axınının 
genişləndirilməsi, ticarət əməliyyatlarında süni baryerlərin aradan 
qaldırılması,  idxal  və ixrac əməliyyatları üzrə ticarət  rejimlərinin 
iştirakçı ölkələr üçün qarşılıqlı sərfəli olması, iştirakçı ölkələr üzrə 
milli  ticarət  və  beynəlxalq  siyasətlərin  uyğunlaşdırılması, 
beynəlxalq  ticarətin  artımının  təmin  edilməsi  və  bu  ticarət  üzrə 
normativ  hüquqi  bazaların  təkmilləşdirilməsi,  ticarət  məsələləri 
üzrə  beynəlxalq  mübahisələrin  baxılması  və  həll  edilməsi, 
iştirakçı  dövlətlərin  ticarət  üzrə  milli  qanunlarının,  normativ 
aktların və xarici ticarət siyasətinin yaxınlaşdırılması və, nəhayət, 
qlobal  ticarət  siyasətinin  işlənib  hazırlanması  və  həyata 
keçirilməsidir.  
 Bir çox ölkələr ÜTT-ə daxil olmaq üçün uzun illər danışıqlar 
aparırlar və hazırlıq görürlər. Bu isə təsadüfi deyildir. Hazırda mal 
və xidmətlər üzrə dünya ticarətinin 95%-dən çoxu ÜTT-nın norma 
və qaydaları əsasında aparılır. Çin ÜTT-a daxil olmaq üçün 15 il 
güclü  ixrac  siyasəti  aparmışdır  və  çoxlu  güzəştlərə  getməli 
olmuşdur.  Məsələn,  kənd  təsərrüfatına  ayrılan  subsidiyaların 
azaldılması  və  s.  Bu  tip  təcrübə  keçmiş  SSRİ  ölkələrinin  ÜTT-ə 
daxil olması zamanı da tətbiq edilmişdir (Qırğızıstan, Gürcüstan, 
Moldova). 
Gözlənilir  ki,  Azərbaycanın  da  ÜTT-ə  daxil  olması  bir  çox 
hazırkı  ticarət  siyasəti  üzrə  prioritet  istiqamətlərdə  güzəştlərə 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə