Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə12/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
44 
 
gedilməsi  qaçılmazdır.  Xüsusilə,  ölkədə  daxili  ticarət 
əməliyyatları,  bir  çox  iqtisadi  sahələrə,  xüsusilə  kənd  təsərrüfatı 
sahəsinə 
ayrılan 
subsidiyaların 
azaldılması, 
məhdudiyyətləşdirilməsi qaçılmazdır.  
Hazırda  ÜTT-nın  157  tam  hüquqlu  üzvü  vardır.  27  ölkə  isə 
ÜTT-ə daxil olmaq üçün müşahidəçi statusundadırlar. Azərbaycan 
da bu ölkələrin sırasındadır.  
Azərbaycanın  Ümumdunya  Ticarət  Təşkilatına  üzv  daxil 
olmasına  hazırlıq  prosesləri  isə  1997-ci  ilin  iyun  ayından 
hökümətin bu təşkilata üzv olması niyyətinin rəsmi bildirməsi ilə 
başlanmışdır  və  həmin  dövrdən  Azərbaycan  ÜTT-in  işində 
müşahidəçi  kimi  iştirak edir.  Bundan  əlavə,  hökümətin  qərarı  ilə 
(23.07.1999,  №160),  ölkədə  ticarətin  tənzimlənməsi  və  ÜTT-ə 
qəbul  proseslərinin  sürətləndirilməsi  üçün  əlavə  tədbirlərin 
görülməsi  nəzərdə  tutulmuş,  bu  məqsədlə  əlaqələndirmə  qrupu 
yaradılmışdır.  
Qeyd  etmək  lazımdır  ki,  son  illərdə  Azərbaycanın  ÜTT-ə 
daxil olması istiqamətində bir sıra hadisələr yadda qalmışdır. Belə 
ki,  2009-cu  ilin  24  iyulunda  Cenevrədə  (İsveçrə)  ÜTT-nın  işçi 
qrupunda ÜTT-nın bir çox ölkələri Azərbaycanın bu quruma daxil 
olmasının  sürətləndirilməsini  müdafiə  etmişlər.  Bu  ölkələr 
sırasında  Türkiyə,  ABŞ,  Avropa  Birliyi  ölkələri,  Kanada, 
Avstraliya,  Cənubi  Koreya,  Afrika  ölkələri,  Braziliya,  Çin, 
Pakistan  və  digərləri  olmuşdur.  Azərbaycan  bir  çox  ölkələrlə 
ikitərəfli ticarət danışıqlarını başa vurmuş, bir sıra ölkələrlə isə bu 
danışıqlar  intensivləşməkdədir.  ÜTT-ın  üzvləri  olan  ölkələrlə 
ikitərəfli  danışıqlar  uzun  bir  proses  olduğundan  bu  məsələlərin 
intensivləşdirilməsi,  Azərbaycanın  bu  quruma  üzvlüyünün 
tezləşdirilməsinə ümid verir.  


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
45 
 
Hazırda, Azərbaycanda bu istiqamətdə geniş tədbirlər görülür 
və  Azərbaycanın  əsas  tələbi  ÜTT-ə  daxil  olduğu  halda,  inkişaf 
etməkdə  olan  ölkələrin  statusuna  bərabər  status  alması  və 
ölkəmizin 
kənd 
təsərrüfatı 
sektorunun 
inkişafının 
sürətləndirilməsinin təmin edilməsidir 
 
4.3.
 
“İnkoterms  2000,  2010”-  Beynəlxalq  nəqliyyat 
əməliyyatlarının baziş şərtləri 
 
«İnkoterms-2000,  2010»  -  gömrük  tarifləri  üzrə  malların 
kodlaşdırılması və spesifik sistemləşdirilməsidir.  
2000-ci  ildən  fəaliyyətdə  olan  “İnkoterms  2000”  müasir 
iqtisadi  inkişaf  və  gömrük  münasibətləri  nəzərə  alınmaqla 
təkmilləşdirmə proseslərini keçmişdir. Bu proseslərdə “İnkoterms 
2000”-də  yer  almış  13  termindən  ikisi  ixtisar  edilmiş  və 
“İnkotrems 2010”-a əvəzində 2 yeni baziş şərtləri daxil edilmişdir. 
Yeni baziş şərtləri terminallardan yükləmə və göndərilən malların 
son ünvana – təyinat yerinə çatdırılması ilə bağlı bağlıdır.  
2011-ci  il  yanvar  ayının  1-dən  qüvvədə  olan  “İnkoterms 
2000, 2010” –nun baziş şərtləri aşağıdakı kimidir: 
1.
 
ЕХW  -  EX  Works  (...  named  palace)-  zavoddan, 
ixracatçıdan  razılaşdırılmış  məntəqədən  yola  salınma  yəni,  satıcı 
malı alıcıya razılaşdırılmış yerdə təhvil verən andan öz öhdəliyini 
yerinə yetirmiş olur; 
2.
 
FCA  -  Free  Carrıer  (...  named  palace)-  razılaşdırılmış 
məntəqədən maln yola salınması başa düşülür. Bu halda ixracatçı 
malı  ixrac  gömrük  prosedurlarından  keçirdikdən  sonra  alıcı 
tərəfindən  müəyyənləşdirilmiş  satıcıya  razılaşdırılmış  məntəqədə 
təhvil verərək öz öhdəliyini başa vurur


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
46 
 
3.
 
FAS  -  Free  Alongsıde  Shıp  (...  named  port  of  shipment)-
Bu  terminin  mənası”  Gəmi  bortu  boyunca  sərbəst”  , 
razılaşdırılmış yüklənmə limanı mənasını verir. Bu halda ixracatçı 
kontrakt  üzrə  nəzərdə  tutulmuş  malı  gəmi  bortu boyunca  sahildə 
və  ya  razılaşdırılmış  yerdə  alıcıya  təhvil  verir  və  öz  öhdəliyini 
yerinə yetirir; 
4.
 
FOB  -  Free  On  Board  (...  named  port  of  shipment)  -  “ 
Sərbəst gəmi bortunda” razılaşdırılmış yüklənmə limanı mənasını 
daşıyır.  Bu  rejimdə  satıcı  kontrakt  üzrə  nəzərdə  tutulan  malları 
limanda  gəminin  məhəccərindən  keçiddə  təslim  etdiyi  halda 
öhdəliyini yerinə yetirmiş olur; 
5.
 
CFR  -  Cost  and  Freıght  (...  named  port  of  destination)-
“Dəyər  və  icarə”  mənasında  razılaşdırılmış  təyinat  limanı  şərti 
anlamına gəlir. Bu rejimdə ixracatçı ixrac məhsulunu idxalatçının 
ölkəsindəki,  təyinat  limanına  çatdılrmaq  üçün  bütün  məsrfələri 
ödəyir  və  bundan  sonra  malın  boşaldılması,  həmçinin  digər 
xərcləri idxalatçı özü ödəyir;  
6.
 
CIF  -  Cost,  Insurance  and  Freıght  (...  named  palace  of 
destination)-“Dəyər,  sığorta  və  icarə”  mənasını  verməklə, 
razılaşdırılmış  təyinat  limanlı  gömrük  rejimidir.  Bu  halda  CFR 
rejimində həyata keçirilən prosedurlar təkrar olunur. Əlavə olaraq 
yalnız yükün sığorta xərcləri satıcı tərəfindən ödənilir
7.
 
CIP  -  Carrıage  and  Insurance  Paıd  To  (...  named  place  of 
destination)-  “Daşınma  və  sığortalanma...(  təyinat  yeri)  qədər 
ödənilib”  mənasındadır,  razılaşdırılmış  təyinat  məntəqəsində 
gömrük  prosedurları  baş  tutur.  Bu  halda  satıcı  öz  ölkəsində 
razılaşdırılmış  təyinat  yerində  malı  daşıcıya  təhvil  verir  və  yükü 
sığortalayır.  İxrac  rüsümlarını  satıcı,  idxal  rüsumlarını  isə 
sənədləşdirməklə alıcı ödəyir; 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə