Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə10/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
36 
 

 
“Şimal-Cənub”  və  “Qərb-Şərq”  nəqliyyat  koridorlarının 
infrastrukturunun  inkişaf  və  Avrasiya  nəqliyyat  əlaqələrinin 
genişləndirilməsi; 

 
“Çin-Mərkəzi  Avrasiya  İqtisadi  Cəmiyyətininin  asiya 
dövlətləri  –  Rusiya-Belarus-Avropa”  Avrasiya  nəqliyyat 
koridorunun formalaşdırılması və inkişafı; 

 
Logistika sistemlərinin inkişafının təmin olunması; 

 
Müasir nəqliyyat-logistika mərkəzlərinin yaradılması və s.  
 
3.8. Nəqliyyat Nazirlərinin Avropa Konfransı 
 
II  dünya  müharibəsindən  sonra  Avropa  ölkələrində 
iqtisadiyyat  sahələrinin  bərpası  üçün  geniş  həcmli  proqramlar  və 
layihələrin  həyata  keçirilməsi  başlanılmışdı.  Belə  bir  şəraitdə 
beynəlxalq nəqliyyat sisteminin inkişafı da diqqət mərkəzində idi. 
1953-cü  il  oktyabr  ayının  17-də  Brüsseldə  (Belçika)  Avropa 
İttifaqı  Komissiyalarının  fəal  dəstəyi  ilə  16  Avropa  dövləti 
hökümətlərinin imzladığı protokola əsasən Nəqliyyat Nazirlərinin 
Avropa Kofransı yaradılmışdır.  

 
Nəqliyyat  Nazirlərinin  Avropa  Kofransının  (NNAK)  - 
əsas  vəzifələrinə  nəqliyyat  sahəsində  ümumi  siyasətin 
formalaşdırılması,  elmi-  tədqiqat  işlərinin  aparılması  və  elmi 
nəticələrin  toplanması,  yeni  nəqliyyat  texnologiyaları  üzrə 
informasiyaların  mübadiləsinin  təşkili,  dəmiryolu,  avtomobil  və 
su  nəqliyyatı  növləri  üzrə  birbaşa  məsləhətləşmələrin  aparılması 
daxildirlər.  

 
NNAK-ın  başlıca  məqsədlərinə  -  regional  və  beynəlxalq 
səviyyədə  nəqliyyatdan  istifadənin  optimallaşdırılması  və  bu 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
37 
 
sahədə  beynəlxalq  təşkilatların  fəaliyyətinin  koordinasiyası 
aiddirlər.  

 
NNAK-ın Ali və İdarəetmə orqanları. Hazırda NNAK-ın 
40-dan  çox  üzvü  vardır  və  onun  ştab-qərargahı  Parisdə  (Fransa) 
yerləşir. Bu qurumun Ali  orqanı  Nazirlər Sovetidir və  bu orqana 
bir  illiyə  seçilmiş  Sədr  rəhbərlik  edir.  Qurumun  icraçı  orqanı 
Katiblikdir  və  ona  rəhbərliyi  Baş  katib  aparır.  Qurumda  yol 
hərəkətinin təhlükəsizliyi və iqtisadi araşdırmalar üzrə Komitələr, 
beynəlxalq  avtomobil  daşımaları,  nəqliyyat  və  ətraf  mühitin 
qorunması, 
nəqliyyat  infrastrukturuna  investisiyalar  üzrə, 
kombinələşdirilmiş  nəqliyyat  məsələləri  üzrə  qruplar  fəaliyyət 
göstərirlər.  
 
Özünüyoxlama sualları:  
 
1.
 
Beynəlxalq  yüklərin  qarışıq  daşınması  üzrə  Konvensiyanın 
əsas missiyası. 
2.
 
Sərhədlərdə  yüklərin  nəzarətdən  keçirilməsi  şərtlərinin 
razılaşdırılması haqqında Beynəlxalq Konvensiya. 
3.
 
Sərhədlərdə  yüklərin  nəzarətdən  keçirilməsi  şərtlərinin 
razılaşdırılması  haqqında  Beynəlxalq  Konvensiyanın  əsas 
missiyası. 
4.
 
Sərhədlərdə  yüklərin  nəzarətdən  keçirilməsi  şərtlərinin 
razılaşdırılması  haqqında  Beynəlxalq  Konvensiyanın  əsas 
məqsədi. 
5.
 
Sərhədlərdə  yüklərin  nəzarətdən  keçirilməsi  şərtlərinin 
razılaşdırılması  haqqında  Beynəlxalq  Konvensiya  üzrə 
sərhədlərdə yüklərin nəzarətdən keçirilməsinin əsas şərtləri. 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
38 
 
6.
 
Beynəlxalq  daşımalarda  istifadə  edilən  –  Pula  verilən 
konteynerlərə  tətbiq  olunan  Gömrük  rejimi  barədə 
Konvensiya. 
7.
 
Konteyner pulu haqqında Konvensiyanın əsas missiyası.  
8.
 
Beynəlxalq  qarışıq  yükdaşınmaların  mühüm  xətləri  və 
müvafiq obyektləri barədə Avropa Sazişi. 
9.
 
Beynəlxalq  qarışıq  yükdaşınmaların  mühüm  xətləri  və 
müvafiq obyektləri barədə Avropa Sazişinin əsas missiyası və 
başlıca məqsədləri. 
10.
 
Konteynerlərə aid Gömrük Konvensiyası. 
11.
 
Konteynerlərə aid Gömrük Konvensiyanın əsas mahiyyəti. 
12.
 
Təhlükəli  yüklərin  beynəlxalq  yol  daşımaları  haqqında 
Avropa Sazişi. 
13.
 
Təhlükəli  yüklərin  beynəlxalq  yol  daşımaları  haqqında 
Avropa Sazişinin əsas missiyası.  
14.
 
“Təhlükəli yüklər” anlayışı.  
15.
 
Avrasiya  İqtisadi  Cəmiyyətinin  Vahid  nəqliyyat  məkanı 
Konsepsiyası. 
16.
 
“Vahid nəqliyyat məkanı Konsepsiyası” anlayışı.  
17.
 
Vahid nəqliyyat məkanı Konsepsiyasının əsas prinsipləri. 
18.
 
Vahid nəqliyyat məkanının prioritet istiqamətləri. 
19.
 
Vahid  nəqliyyat  məkanının  təşkilindən  2020-ci  ilədək 
gözlənilən mühüm nəticələr.  
20.
 
Nəqliyyat Nazirlərinin Avropa Konfransı. 
21.
 
Nəqliyyat  Nazirlərinin  Avropa  Kofransının  (NNAK)  başlıca 
məqsədləri və əsas vəzifələri.  
22.
 
NNAK-ın Ali və İdarəetmə orqanları. 
 
 
 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
39 
 
İstifadə edilmiş ədəbiyyat: 
 
1.
 
Шамагдиев А. Ш. Международные транспортные 
перевозки. Ташкент, 2007 г. 
2.
 
Кузнецова Е.Ю. Регулирования транспортного 
обеспечения внешнеэкономической деятельности 
региона. Дисс. док. экон. наук. Москва, 2000 г.   
3.
 
Əliyev E.Ə. Qloballaşma dövründə beynəlxalq nəqliyyat 
daşımaları: hüquqi aspektlər. Bakı, 2006-360 s.4 
4.
 
Зимовец А.В. Международные транспортные операции. 
Таганрог (Россия), 2008. 
5.
 
Ермалаев В.Г., Сиваков О.Б. «Морское право» Москва, 
2005, 255 с. 
6.
 
Каграманов А.К. Международно-правовое регулирование 
строительства и эксплуатации трубопроводного 
транспорта. Автореферат дисс. канд экон наук . Москва, 
2007 г. 
7.
 
Шумилов В. М. Международное право. Учебник, 
Москва.-2007 г. 
8.
 
Веляминов Г.М. Международное экономическое право и 
процесс. Учебник. Москва, 2004. 
9.
 
Грачев Ю.Н. Транспортировка товаров при экспортно-
импортных операцях. Москва, 1995.-215 с. 
10.
 
Евразийское экономическое сообщество. 
http://www.evrazes.com/docs/view/68  
11.
 
Гречуха В.Н. Международное транспортное право. 
Учебник. Москва,2011.-474 с.  
12.
 
Агеев С.В.  Транспортное право. Учебное пособие. 
Нижний Новгород, 2009 г.  


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə