Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə31/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
111 
 
Gildiyanın ildə bir dəfə- Londonda iri tədbirləri təşkil olunur.  
 
 10.5. Beynəlxalq Boru kəmərləri Komitəsi 
 
İnternational  Pipeline  Committee  -  Beynəlxalq  Boru 
kəmərləri  Komitəsinin  əsas  missiyalarına  konsultativ  xidmətlərin 
göstərilməsi, qanunvericilik aktlarının təkmilləşdirilməsidir.  
Komitə-ümumi  və  spesifik  boru  kəmərləri  nəqliyyatı 
problemlərini  araşdırır,  adekvat  və  razılaşdırılmış  təkliflər 
hazırlayır.  
Komitə  -  Milli  Boru  Kəmərləri  Komitələrinin  ümumi 
əməkdaşlıgını nizamlayır və əlaqələndirir.  
 
 10.6. Boru kəmərləri mühəndis və inşaatçılarının peşəkar 
institutu 
 
PİPE-  Boru  kəmərləri  mühəndis  və  inşaatçılarının  peşəkar 
institutu  –  2007-ci  ildən  formalaşmışdır.  İnstitutun  əsas  tədqiqat 
sahələrinə  boru  kəmərlərinin  çəkilişi  və  bununla  bağlı  spesifik 
xüsusiyyətlər,  boru  kəmərlərinin  təhlükəsizliyi,  ətraf  mühitin 
qorunması və sahə standartlarının yaradılmasıdır.  
PİPE – bütün dünya üzrə bu sahədə mühəndislərin peşəkarlıq 
səviyyəsinin artımını təşkil edir, sertifikatlar verir və s. 
PİPE – də əsas üzv dövlətlər sırasında ABŞ, Böyük Britaniya, 
Yaponiya, Almaniya, Kanada, Rusiya və digərləri yer almışlar.  
 
 
 
 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
112 
 
 10.7. 
Boru 
kəməri 
Nəqliyyatının 
Ümumdünya 
Federasiyası 
 
World  Federation  of  PIPE  Line  Industries  Associations  - 
Boru  kəməri  Nəqliyyatının  Ümumdünya  Federasiyası  –  dünya 
üzrə  bu  sahədə  müxtəlif  profilli  Assosiasiyaların,  qurum  və 
Təşkilatların fəaliyyətini əlaqələndirir və nizamlayır.  
Federasiyanın  ən  mühüm  missiyası  ətraf  mühitin 
qorunmasının  təmin  edilməsi  və  ekoloji  problemlərin  həlli 
yollarını  axtarmasıdır.  Bu  məqsədlə  Federasiyaya  daxil  olan 
üzvlər arasında texniki təhlükəsizliyin qorunması və ətraf mühitin 
müdafiəsi üçün təcrübə və informasiya mübadilələri təşkil olunur. 
İldə  bir  dəfə  Federasiyanın  üzvləri  həmin  istiqamətlər  üzrə 
statistikanı  təqdim  edirlər  və  sahədə  nəticələrə  görə 
mükafatlandırmalar aparılır.  
Federasiyanın  müxtəlif  üzvləri  tərəfindən  olmaqla,  ildə  2-3 
dəfə qurultay, konqress və sərgilər təşkil olunur.  
 
 10.8. ABŞ-ın Boru kəmərləri nəqliyyat sistemi 
 
ABŞ-da  nəqliyyat  sisteminin  bir  qrup  xüsusiyyətləri  diqqəti 
cəlb edir. Nəqliyyat xidmətinin strukturunda – 32 % - dəmir yolu, 
24,5 % - avtomobil, 18 % - dəniz, 14 % - boru kəmərləri, 11 % - 
daxili su nəqliyyatı və 0,5 % - hava nəqliyyatı yer almışdır.  
Boru  kəmərləri  nəqliyyatı  vasitəsilə  əsasən  neft,  neft 
məhsulları, təbii qaz nəql olunur.  
ABŞ- da Boru kəmərləri nəqliyyatının əsas vəzifələrindən biri 
Cənub-Qərbi  Mərkəzdə  hasil  olunan  neftin  əsas  istehlakçılarının 
yerləşdiyi Şimal-Şərq ştatlarına çatdırılmasıdır.  


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
113 
 
ABŞ  boru  kəmərlərinin  uzunluğuna  görə  dünya  birincisidir 
(290 min km). 
Dünyada  ilk  neft  boru  kəməri-  1865  -  ci  ildə  ABŞ  -  da 
çəkilmişdir.  
 
 10.9. Bakı-Tbilisi-Ceyhan neft kəməri 
 
 Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  özünün 
karbohidrogen  ehtiyatlarından  səmərəli  istifadə  edilməsi 
istiqamətində milli maraqları nəzərdə tutan konseptual yanaşmanı 
təmin  etmək  üçün  1990-cı  illərin  əvvələrindən  başlayaraq  tarixi 
işləri  həyata  keçirmişdir.  Bu  baxımdan  1994-cü  ildə  sentyabrın 
20-də imzalanmış “Əsrin kontraktı” mühüm əhəmiyyət kəsb edir. 
Bu  kontrakta  əsasən  ölkəmizdə  iri  neft  yataqlarının  işlənməsi  və 
hasilatı nəzərdə tutulmuşdur. Lakin nefti istehsal etməklə  yanaşı, 
onun  dünya  bazarlarına  səmərəli  nəqli  də  mühüm  əhəmiyyət 
daşıyırdı. Məhz bu amil Azərbaycanın öz neftinin təhlükəsiz nəqli 
üçün  beynəlxalq  əhəmiyyətli  kəmərlərin  tikintisi  üzrə 
təşəbbüslərlə  çıxış  etməsini  zəruri  edirdi.  Belə  bir  şəraitdə 
Azərbaycan  ilk  növbədə  strateji  müttəfiqləri  və  qonşu  ölkələri 
olan Türkiyə və Gürcüstanı da bu proseslərə cəlb etmişdir.  
Artıq  1990-cı  illərin  əvvələrində  Dövlət  Neft  Şirkəti  ilə 
dünyanın digər iri şirkət və kompaniyaları arasında bu istiqamətdə 
danışıqlar başladı. Bununla belə bu proseslər əsasən 1999-cu ilin 
sonlarında  intensivləşməyə  başladı.  1998-ci  ilin  oktyabr  ayında 
ABŞ, Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan 
arasında  Ankara  bəyannaməsi  imzalandı.  Bununla  da  Bakı-
Ceyhan boru xəttinə ilk beynəlxalq səviyyəli güclü dəstək verildi. 
Ancaq  həmin  dövrdə  BP  şirkəti  bu  layihənin  sərfəli  olmadığını 
bildirərək,  layihəyə  marağı  azaltmağa  səy  göstərirdi.  Bu  uzun 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
114 
 
çəkmədi.  1994-cü  ilin  noyabr  ayında  İstanbulda  ATƏT-in 
konfransında  Azərbaycan,  Türkiyə,  Gürcüstan,  Qazaxıstan  və 
Türkmənistan  dövlətlərinin  başçıları  ABŞ  prezidenti  Bill 
Klintonla  birlikdə  rəsmi  sənəd  imzalayaraq,  bu  layihəyə  daha 
ciddi  dəstək  verdilər  və  layihənin  adı  rəsmi  şəkildə  Bakı-Tiflis-
Ceyhan  (BTC)  olaraq  dəyişdirildi.  Nəhayət,  2003-cü  il  sentyabr 
ayının  10-da  boru  xəttinin  inşasına  başlanıldı.  Layihəyə  əsasən 
Azərbaycanda  iki,  Gürcüstanda  iki  və  Türkiyədə  səkkiz  nasos 
stansiyaları,  iki  aralıq  ərsinburaxma  stansiyası,  bir  təzyiqazaltma 
stansiyası və 101 kiçik siyirtmələr inşa edilmişdir.  
BTC-nin  ümumi  uzunluğu  1767  kilometrdir.  Bunun  443 
kilometri  Azərbaycanın,  248  kilometri  Gürcüstanın  və  1076 
kilometri  isə  Türkiyənin  ərazisindən  keçir.  Kəmərin  ötürücülük 
qabiliyyəti ildə 10 milyon barrel təşkil edir və istismar müddəti 40 
ildir.  
BTC-nin  tikinti  xərcləri  ilkin  variantda  3  milyard  ABŞ 
dolları  həcmində  qiymətləndirilsə  də,  son  nəticədə  bu  rəqəmin  4 
milyarddan  çox  olduğu  qeydə  alınıb.  Bu  bahalaşma  tikintinin 
inşası  zamanı  göstərilən  xidmətlərin  artması  və  neft,  həmçinin 
enerjidaşıyıcıların  dünya  bazarında  qiymətlərinin  dəyişilməsi  ilə 
əlaqədar  olmuşdur.  Ekoloji  təhlükəsizliklə  bağlı  çəkilən  əlavə 
xərclər  də,  bu  layihənin  ümumi  tikinti  dəyərinin  artımına  təsir 
göstərmişdir.  
BTC-nin 
idarə  və  istismar  edilməsi  Azərbaycan 
Respublikasının  Dövlət  Neft  Şirkətinin  törəmə  şirkət  kimi 
yaratdığı  Bakı-Tiblisi-Ceyhan  boru  kəməri  Kompani  (BTC  Ko) 
tərəfindən aparılır. Bu şirkət 11 səhmdar tərəfindən təşkil olunan 
korporasiya  kimi  qeydə  alınmış  və  ən  böyük  səhmdar  olan  BP 
tərəfindən  idarə  olunur.  Azərbaycan  BTC  Ko-da  30%-lik  paya 
malikdir.  


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə