Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə39/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
140 
 
xam neft və neft məhsullarının daşınması, 10-u müxtəlif yüklərin, 
2-si isə sərnişinlərin daşınması üçündür.  
 
12.7. Azərbaycanın hava nəqliyyatı 
 
Azərbaycanın  hava  nəqliyyatı  sistemi  son  10-15  ildə  sürətli 
inkişafa  nail  ola  bilmişdir.  Ölkənin  müxtəlif  regionlarında 
beynəlxalq  statuslu  hava  limanları  istismara  verilmişdir.  Hazırda 
Bakı,  Gəncə,  Naxçıvan,  Lənkəran,  Zaqatala  və  Qəbələ 
şəhərlərində beynəlxalq aeroportlar fəaliyyət göstərir. Ölkənin ən 
iri  hava  nəqliyyatı  kompaniyası  Azərbaycan  Hava  Yollarıdır 
(AZAL).  Bu  kompaniya,  sərnişin  və  yük  daşımalarını  həyata 
keçirir.  Azərbaycanda  Milli  Aviasiya  Akademiyası  Beynəlxalq 
Hava  Nəqliyyatı  Assoasiasiyasının  regional  tədris  mərkəzi 
statusunu  alıb.  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 
Əliyevin  Fərmanı  ilə  16  aprel  2008-ci  il  tarixində  "Azərbaycan 
Hava Yolları" Dövlət Konserninin adı dəyişdirilərək "Azərbaycan 
Hava  Yolları"  Qapalı  Səhmdar  Cəmiyyəti  kimi  adlandırıldı.  Bu 
gün  Azərbaycanın  mülki  aviasiyası  Beynəlxalq  Mülki  Aviasiya 
Təşkilatının  (İCAO)  standartlarına  uyğundur,  "Azərbaycan  Hava 
Yolları"  aviaşirkəti  isə  İCAO,  İATA,  ECAC,  Dövlətlərarası 
Aviasiya  Komitəsi  kimi  tanınmış  mülki  aviasiya  birliklərinin 
üzvüdür.  "Azərbaycan  Hava  Yolları"  Qapalı  Səhmdar 
Cəmiyyətinin  təyyarələri  dünyanın  onlarla  şəhərlərinə  müntəzəm 
uçuşlar  yerinə  yetirir,  "SW  Airlines"-in  yük  aviaşirkətinin  hava 
yolları isə bütün qitələrin üzərindən keçməklə  yüzə qədər ölkəyə 
uzanmışdır. 
2013-cü ilin  yekunu üzrə ölkənin hava nəqliyyatı  vasitəsi  ilə 
1664  min  sərnişin  daşınmışdır,  bunlardan  1157  mini  beynəlxalq, 
507  mini  isə  yerli  uçuşlar  hesabına  olmuşdur.  Yükdaşımaların 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
141 
 
ümumi həcmi 126 min ton, ümumi sərnişin dövriyyəsi 2579 mln. 
sərnişin-km təşkil etmişdir. Bu nəqliyyat sistemində işçilərin sayı 
11  min  nəfərdən  çox,  orta  aylıq  əmək  haqqı  isə  833  manatdan 
artıqdır.  2013-cü  ildə  əsas  kapitala  yönəldilən  investisiyaların 
həcmi 282 mln. manata yaxın olmuşdur.  
Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanda xidmət 
göstərən  beş  beynəlxalq  hava  limanlarının  ən  irisidir  (Gəncə, 
Lənkəran,  Zaqatala  və  Qəbələ).  Əvvəllər  o  Bakının  şəhərətrafı 
qəsəbəsinin  adına  uyğun  olaraq  "Beynəlxalq  Binə  Hava  Limanı" 
adını  daşıyırdı.  10  mart  2004-cü  il  tarixində  adı  dəyişdirilərək 
Azərbaycanın  ümummilli  lideri  Heydər  Əliyevin  şərəfinə 
adlandırılmışdır.  2013-cü  ildə  burada  yeni  beynəlxal  uçuş 
terminalı  kompleksi  istifadəyə  verilmişdir.  Bakı  şəhərindən  20 
kilometr şimal-şərqdə yerləşir, şəhərlə 2008-ci və 2009-cu illərdə 
istismara verilmiş iki ən müasir avtostrada ilə əlaqəlidir. 
 
12.8.  Azərbaycanın  nəqliyyat  sisteminin  müasir  vəziyyəti 
və əsas göstəriciləri 
 
 2013-cü ilin yekunlarına görə Azərbaycanda nəqliyyat və 
qeyri – nəqliyyat sektorunda ümumi yük daşımalarının həcmi 
241,6  mln  ton  təşkil  etmişdir.  Bunlardan  23,1  mln.  tonu  dəmir 
yolunun, 11,5 mln tonu dəniz nəqliyyatının, 57,9 mln tonu neft və 
qaz  kəmərlərinin  (14,4  mln.  qaz  kəmərlərinin  və  43,55  mln.  ton 
neft  kəmərlərinin),  125,2  mln.  avtomobil  nəqliyyatının,  126  min 
ton  isə  hava  nəqliyyatının  payına  düşmüşdür.  2000-2013-cü  illər 
ərzində  nəqliyyat  sektorunda  yükdaşımaların  həcmi  2,3  dəfə 
artmışdır. Həmin dövr ərzində yük daşımaların  həcmi üzrə artım 
dəmiryolunda – 45,3%, dəniz nəqliyyatında – 30,1%, neft və qaz 
kəmərləri üzrə - 3,8 dəfə, o cümlədən, neft nəqli üzrə - 3,7 dəfə, 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
142 
 
qaz nəqli üzrə - 4,4 dəfə, avtomobil nəqliyyatı üzrə - 3,1 dəfə və 
hava nəqliyyatı üzrə 3,4 dəfə təşkil etmişdir.  
Avropa-Qafqaz-Asiya  nəqliyyat  dəhlizi  üzrə-  2013-cü  ildə 
cəmi 59,0 mln tondan çox yük daşınmışdır. Bunun 21,4 mln tonu 
dəmir yolunun, 10,24 mln tonu dəniz nəqliyyatının və 27,44 mln 
isə avtomobil nəqliyyatının payına düşür. 
Öz geosiyasi məkanına görə xüsusi önəm daşıyan Azərbaycan 
öz  iqtisadi  diplomatiyasında  beynəlxalq  nəqliyyat,  tranzit 
əməliyyatlarına prioritet yer ayırır. Yalnız bir neçə ildə ölkəmizin 
nəqliyyat  dəhlizi  kimi  yükdaşımalardan  gəlirləri  nəzərə  çarpacaq 
dərəcədə  artır  və  bu  sahəyə  maraq  xüsusi  dövlət  proqramları  ilə 
həyata 
keçirilir. 
Ölkəmizin 
ərazisindən 
keçən 
tranzit 
yükdaşımalarının  beynəlxalq  yükdaşımalara  cavab  verən  yol  və 
körpülərin tikintisi günün vacib tələbinə çevrilmişdir. Azərbaycan 
Respublikası  bu  məqsədlə  bir  neçə  iri  miqyaslı  layihəni  üzə 
çıxarmaq  məqsədi  ilə  tender  elan  etmiş  və  qalibləri 
müəyyənləşdirmişdir. İndi çox böyük sürətlə işlərin davam etdiyi 
Ələt-Astara  magistralı  yaxın  gələcəkdə  iqtisadi  səmərə 
gətirəcəkdir.  Yolun  inşası  İslam  İnkişaf  Bankının  maliyyə 
yatırımları hesabına aparılır.  
Eyni  zamanda  Hacıqabul-Kürdəmir  yolunun  inşasına  start 
verilmiş  və  bu  yol  Azərbaycan  Gürcüstan  sərhədlərinə  qədər 
beynəlxalq  əhəmiyyətli  yol  kimi  Rusiyadan,  Orta  Asiya  və 
İrandan  daxil  olan  yüklərin  tranzitini  xeyli  sürətli  və  maneəsiz 
yerinə yetirilməsinə imkan verəcəkdir. 2007-ci ilin payızında artıq 
Bakının  60  kilometrliyindən  başlayaraq  Koreya  şirkətləri  Bakı 
Rostov  yolunun  Azərbaycan  ərazisində  yol  inşaat  işlərinə 
başlamış  və  davamlı  şəkildə  bu  istiqamətdə  müasir  yol 
ötürücülərinin  və  körpülərin  inşasına  başlanmışdır.  Bununla 
Azərbaycan  Respublikası  Şimal  Cənub,  Asiya  Avropa  nəqliyyat 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə