ŞƏHİd müTƏHHƏRİNİN ƏSƏRLƏRİNDƏ



Yüklə 2,23 Mb.
səhifə31/39
tarix19.10.2018
ölçüsü2,23 Mb.
#74964
1   ...   27   28   29   30   31   32   33   34   ...   39

DƏSTƏMAZ TƏLİMİ


Qoca bir kişi dəstəmaz alırdı, lakin onun düzgün alınma qaydasını bilmirdi. İmam Həsən (ə) və imam Hüseyn (ə) o dövrdə uşaq idilər. O qoca kişinin səhv dəstəmaz aldığını gördülər. Heç bir tərəddüdə yer yox idi: bilməyən adama yol göstərmək, məsələni öyrətmək vacib idi. Düzgün dəstəmazı o kişiyə öyrətməli idilər. Amma əgər ona dəstəmazı düz almamasını birbaşa desəydilər onun ruhiyyəsi inciməyindən əlavə, əbədi olaraq dəstəmaz barəsində acı xatirəyə malik olacadır. Digər tərəfdən, onun bu xəbərdarlığı özü üçün bir növ təhqir hesab etməməsi, inadkarlığa düşməməsi və bu sözü heç vaxt qəbul etməməsini kim bilirdi?! Bu iki uşaq fikirləşdilər ki, dolayısı bir yol ilə bu məsələni ona başa salsınlar. Əvvəlcə bir-birilə mübahisəyə başladılar, qoca da onların səsini eşidirdi. Onlardan biri deyirdi: “Mənim dəstəmazım sənin dəstəmazından daha kamildir!” Digəri isə deyirdi: “Mənim dəstəmazım sənin dəstəmazından daha kamildir!” Sonra razılaşdılar ki, qoca kişinin hüzuruna gəlib hər ikisi dəstəmaz alsın, qoca da hökm etsin. Belə də etdilər və hər ikisi qocanın gözü önündə düzgün və kamil bir dəstəmaz aldılar. Bu zaman kişi düzgün dəstəmazın necə alınmasını, həmçinin bu iki uşağın əsl məqsədi çatdırmaqda fərasətlərini anladı, onların ayıqlığından və riyasız məhəbbətindən çox təsirləndi. Sonra dedi: “Sizin dəstəmazınız səhih və kamildir. Mən nadan qoca indiyə qədər düzgün dəstəmaz almağı bilmirdim. Öz cəddinizin ümmətinə olan məhəbbətə görə məni anlatdınız, sizə təşəkkür edirəm.”1

NİYYƏT


Niyyət – son dərəcə diqqət yetiriləsi və islami fiqhin danılmaz məsələlərindəndir, ibdətin ruhu da ümumiyyətlə niyyətdən ibarətdir.

Peyğəmbəri Əkrəm (s.ə.v.v) buyurur: La əmələ illa biniyyətin.” (Əməl yalnız niyyətlədir)2 , yaxud Li kullimriin ma nəva (Hər kəs üçün yalnız niyyət və qəsd etdiyidir.) 3



Niyyətsiz yerinə yetirilən əməlin heç bir faydası yoxdur. Amma niyyət, qəsd, tam agahlıq, düzgün seçmə və hədəfə olan diqqət əsasında yerinə yetirilən əməl çox dəyərlidir.

İnsanın yerinə yetirdiyi əməllər iki cürdür: Bəzən insan müəyyən bir işi eynilə maşın kimi yerinə yetirir, sanki bir insan deyil, işləyən bir maşındır (bizim qıldığımız əksər namazlar kimi). Bəzi vaxtlarda isə hər hansı bir işi tam agahlıq diqqət üzündən yerinə yetirir. İnsan hər bir işi diqqət, agahlıq üzündən yerinə yetirsə, ondakı hədəf məqsədini nəzərə alır, öz işinə diqqət yetirir. Mərhum Ayətullah Burucerdiniyyətbölməsində insanın sadəcə olaraq öz nəfsində dainin (onu məqsədə doğru hərəkət etdirən şeyin) olmasını kafi hesab etmir. Biz əvvəllər onunniyyətbölməsində belə şeyləri üçün irəli çəkməsindən təəccüblənirdik. Çünki alimlərin əksəriyyətiniyyətbölməsində məqsədin aydın olduğunu kifayət bilirlər. Yəni, insan bir işi ruhi bir məqsəd, qürbət qəsdi ilə yerinə yetirsə kifayətdir. Belə ki, ondan edirsən?” - deyə soruşduqda, “Allahın əmrinə itaət etmək üçün namaz qılıram” - deyə cavab versin. Əgər bu miqdardan artıq qəflət olunsa heç bir alim onu kafi hesab etmir. Məsələn, insan namaz qılan zamanda ondan edirsən?” deyə soruşulduqda bir az fikirləşdikdən sonra cavab verərsə namazı batildir. Yəni, əgər qəflətin həddi maşın kimi niyyətsiz işləmək ondan etdiyini soruşduqda bir az fikirləşdikdən sonra cavab verəcəyi həddə catsa bütün alimlərin nəzərinə əsasən namazı batil olur.

Lakin mərhum Burucerdi başqa bir söz demək istəmişdir, yəni insanın ümumiyyətlə bir əməlin əvvəlindən etibarən onun qürbət qəsdi olacağına dai (səbəb) olacaq miqdar diqqətinin olması, belə ki, qəfləti olmayacaq qədər kifayət deyildir, əksinə bunları qəlbindən keçirməlidir, sanki öz-özü ilə danışır deyir ki, “dörd rəkət əda (qəza deyil, əda qəsdi ilə) zöhr namazı qılıram, qürbətən iləllah.” Bundan sonraAllahu Əkbərdeməlidir. Əlbəttə, əngizə məqsəd baxımından bunun təsiri yoxdur, bunlar öz yerində, lakin bu şəklə düşdükdə agahsızlıq üzündən daha çox agahlıq sviyyəsinə gəlir, yəni insan öz işini daha agah surətdə yerinə yetirir.

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə