Səhiyyə xəstəliklərin qarşısının alınması və müalicəsi üçün təşkil edilmiş dövlət və ictimai tədbirlər sistemindən ibarətdir


apardığı tədqiqatların istiqamətləri



Yüklə 0,85 Mb.
səhifə2/7
tarix11.05.2023
ölçüsü0,85 Mb.
#109712
1   2   3   4   5   6   7
muh1sosialgigiyvesehiyyeteskilielmi

apardığı tədqiqatların istiqamətləri:

  • Səhiyyənin təşkilinin tarixi.
  • Təbabətin və səhiyyənin nəzəri problemləri, əhalinin yaşayış tərzi və şəraiti: sanologiya (valeologiya), sosial gigiyenik problemlər; tibbin və səhiyyənin ümumi nəzəriyyələri və konsepsiyaları.
  • Əhalinin sağlamlıq vəziyyəti və onun öyrənilməsi üsulları. Tibbi (sanitar) statistika.
  • Əhaliyə tibbi yardımın təşkilinin təkmilləşdirilməsi.
  • Səhiyyənin iqtisadiyyatı, maliyyələşdirilməsi və planlaşdırılması.
  • Sığorta təbabəti.
  • Səhiyyənin idarə edilməsinin təkmilləşdirilməsi.

Sosial gigiyena və səhiyyənin təşkili elminin inkişaf tarixi

Sosial gigiyena və səhiyyənin təşkili elminin inkişaf tarixi

Ümumi inkişaf baxımından onun yaranması aşağıdakı mərhələləri keçmişdir:

  • Emprik dövr – ilkin təcrübi biliklərin, məlumatların yaranması və toplanması ilə yanaşı sağlamlığın mühafizə edilməsi üçün ictimai və dövlət xarakterli tədbirlərin meydana gəlməsi.
  • Analitik dövr – sağlamlıq, onu qiymətləndirmək üçün meyarlar, müəyyənləşdirən amillər, möhkəmləndirmək və yaxşılaşdırmağın forma və üsulların praktiki və elmi əhəmiyyətinin meydana çıxması.
  • Sintetik dövr – ümumi qanunauyğunluqların aşkar edilməsi zəruriliyinin meydana çıxması.

Sosial gigiyena və səhiyyənin təşkili elmi kapitalizm dövründə formalaşmışdır.

Sosial gigiyena və səhiyyənin təşkili elmi kapitalizm dövründə formalaşmışdır.

Bu elm , təbabətin yox, sosiologiyanın vacib bir sahəsi kimi təşəkkül tapmışdır.

Bu dövrdə ictimai və tibbi elmlərdə baş verən differensiasiya, eləcə də tibb elminin yüksək inkişaf səviyyəsi, sosial gigiyena və səhiyyənin təşkilinin təbabətin sosial problemləri haqqında bir elm kimi yaranmasına, onun gələcək inkişaf perspektivini təmin etməsinə şərait yaratmışdır.

Alman alimi İ.P.Frank “Sosial gigiyenanın atası” adlandırılıb (o, ilk dəfə təbabətin, cəmiyyətin sosial və dövlət həyatında rolunu verir, onu tibb təhsil sistemində müstəqil tədris fənni kimi keçməyə nail olur).


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə