cəmiyyət onları başa mindirir. Bu isə ancaq
biganəlik,
etinasızlıq
xəstəliyinə
tutulmuş
cəmiyyətdə mümkündür. Buna ancaq özünü,
özünün də ancaq bugününü düşünən, «burnunun
ucundan o tərəfi görə bilməyənlər» rəvac verə
bilər.
Özünü qorumaq istəyən, ilk növbədə məhz
ətrafını, yaşadığı mənəvi mühiti qorumalı
deyilmi? Özünü mənən yüksək görə bilmək üçün
yüksək mənəviyyatlı millətin nümayəndəsi olmaq
şərt deyilmi? Alçaldılmış və təhqir olunmuş
millətin övladı baş ucalığı, qəlb rahatlığı tapa
bilərmi? Qəlbində Vətən sevgisi, millət sevgisi
olmayan adamın şəxsi məhəbbətinə, ailə
sevgisinə inanmaq olarmı?
Bu sualların cavabını şair gözəl vermişdir:
Mən vətəni canım kimi sevərəm,
Ruhum, ətim, qanım kimi sevərəm.
1
Yaxud:
Vətəni sevməyən insan olmaz,
Olsa da ol şəxsdə vicdan olmaz.
2
Lakin, əlbəttə, vicdansızlıq, biganəlik, milli
heysiyyatdan məhrumluq heç də hamıya aid
deyil. Hələ də millətin hər bir nümayəndəsinin
1
Abbas Səhhət. Əsərləri iki cilddə. I cild. B.,
1975, səh. 81.
2
Yenə orada, səh. 35.
98
şərəf və ləyaqətini özününkü hesab edən, hər bir
Vətən qızına alçaldıcı münasibətin qeyrətini
çəkən, Xocalı faciəsini də, Dubay ləkəsini də, əsir
düşən və ya maddi ehtiyac üzündən könlünü
satan, təhqir olunan hər bir qız-gəlinin izzəti-
nəfsini də özününkü sayan və qəlbi qübar
bağlayan, millətin bu böyük dərdini öz
çiyinlərində daşıyan və bu ağırlıqdan bir az xilas
olmaq üçün «mənə biganəlik öyrət, ürəyim», –
deyən, amma bir an da biganə ola bilməyən
Məmməd Arazlar nə yaxşı ki, hələ vardır…
Vardır?!
Gözümüzün qabağında zəmanə eşqi
ehtirasın ayağına verir. Yeni «aşiqlər» peyda olur
və dinə, millətə, adət-ənənəyə meydan oxuyur.
Həyat bayağılaşır. Böyük ideallar qərbləşmək
pərdəsi altında qurban verilir. Amma Qərb heç
biz sandığımız kimi deyil. Daha çox bayağılaşan
əslində çağdaş Şərqdir.
Şərq və Qərb məhəbbət
konsepsiyalarının
müqayisəli təhlili
99
Əlbəttə, aşiq olmaq adamın özündən asılı
deyil. Amma onu tənzimləmək, digər ali hisslərlə
tamamlamaq insanın öz işidir; insanlıq borcudur.
İnsanlıq aşiqliyə qurban verilə bilməz. İfrata
vardırılan eşq istənilən halda faciə ilə sonuclanır.
Vüsal olmayanda bu hissin faciəyə gətirəcəyi
aydındır. Bəs vüsal olanda necə?
Yeri gəlmişkən, şairlər belə böyük eşqləri
nəyə görə vüsalla tamamlamırlar? Çünki vüsal
ideallaşdırılmış eşqin qənimidir. Həsrət isə,
əksinə, eşqi daha da alovlandırır.
Nəsimi deyir:
Səndən irağ, ey sənəm, şamü səhər yanaram,
Vəslini arzularam, dəxi betər yanaram.
Məndən irağ olduğun bağrımı qan eylədi,
Oldu gözümdən rəvan xuni-cigər, yanaram.
1
Bu misralar Şərq poeziyası üçün çox sə-
ciyyəvidir. Məhəbbətdən ancaq vüsalaqədərki
mərhələdə, əlçatmazlıqdan doğan yanğı, həsrət
hissi, qəm-kədər vəsf olunur. Bu məhəbbət real
həyat müstəvisinə, insanlararası münasibətə tətbiq
olunmaq üçün deyil. Çünki qarşı tərəfə adekvat
olmayan münasibət bəslənir və reallıqla
üzləşdikdə heç də hər şeyin fərz edildiyi kimi
olmadığı üzə çıxır. Yəni evlənmək üçün, ailə
1
Nəsimi. Seçilmiş əsərləri. B., «Azərnəşr»,
1973, səh. 127.
100
qurmaq üçün sevgi əsas şərt olsa da, kafi şərt
deyil. Ailə qurarkən insan istər-istəməz həyatın
nasiranə reallıqları ilə də üzləşməli olur. Sevdiyi
insanla da sonrakı münasibətlər istər-istəməz bu
reallıqlarla vasitələnir. Əlbəttə, bütün bunlar
qabaqcadan nəzərə alınsa, bütün hisslər bir hissə
müncər edilməsə, sevənin qəlbində sevgilidən
başqa həyatı reallıqlar üçün də yer saxlansa, belə
sevginin ömrü uzun ola bilər. İfrata varmış
hissiyyat
isə
reallığa
sığmadığı
üçün
parçalanmağa məhkumdur.
Bəli, aşiq olmaq adamın özündən, yəni ira-
dəsindən asılı deyil, amma səviyyəsindən asılıdır.
İfrata varılması, hansı isə hissin mütləqləşməsi
mənəvi aləm ahəngdar inkişaf etmədikdə,
intellektual-mənəvi səviyyənin hələ aşağı olduğu
çağlarda mümkündür. Təsadüfi deyildir ki, adətən
ilk məhəbbət ifrata varır. Və bu da təsadüfi
deyildir ki, müdriklərimiz «ilk məhəbbətin gözü
kor olar», – demişlər. İlk məhəbbət – dərk
olunmamış, insanın özü üçün aşkarlanmamış mə-
həbbətdir. Yəni burada şüur yox, qeyri-şüuri
başlanğıc (aşkarlanmayan şüur) həlledici rol
oynayır. Bundan başqa, bu yaş həddində insanın
digər böyük duyğuları – valideyn qarşısında borc,
millət və vətən sevgisi, insanlıq məsuliyyəti hələ
formalaşmamış olduğundan, tez baş qaldıran bir
hiss mənəvi aləmdəki bütün boşluğu dolduraraq
öz monopoliyasını yaradır. Bu hiss Səmərqəndi,
101
Buxaranı bir gözəlin qara gözlərinə qurban ver-
məkdən daha güclü bir hissdir. Çünki öz həyatını
vermək əzmindədir. Hətta daha çox; dünyada
böyük, gözəl, möhtəşəm nə varsa, – hamısı bir
fərdi məhəbbətə qurban verilə bilərmiş. Bu ideya
C.Cabbarlıya məxsus pafosla belə ifadə olunur:
Sənsiz güllər açılmasın, axar çaylar dayansın,
Oxu, bülbül, bəlkə yarım oyansın…
Mən bir sönməz ulduzam ki, daim işıq saçarım.
Mən bir susmaz bülbüləm ki, güldən-gülə uçarım.
Mən bir saqlı aləməm ki, sevgilərdir açarım.
Sənsiz günəş görünməsin, qaralara boyansın,
Oxu, bülbül, bəlkə yarım oyansın…
1
Hisslər necə də möhtəşəmdir! Heç şübhə-
siz, Şərq poetik təfəkkürünün ən gözəl nü-
munələrindəndir.
Lakin vəcd məqamında hissin kükrəyib
coşması, zirvəyə yüksəlməsi poeziya üçün nə
dərəcədə məqbuldursa, bir anın yox, daha böyük
zaman intervalınının, insan ömrünün, bəşər
tarixinin məntiqindən çıxış edən sağlam düşüncə
üçün o dərəcədə yolverilməzdir. Çünki bu şerdə
də bütün klsassik Şərq poeziyasına uyğun olaraq
məhəbbət eqoist səciyyə daşıyır. Günəş olmasa –
həyat da olmaz, sevənlər də! Biz şairi müstəqim
1
Cəfər Cabbarlı. Seçilmiş əsərləri. B., «Çaşı-
oğlu», 2004, səh. 317.
102
Dostları ilə paylaş: |