85
ki, o, xüsusi mülkiyyətə toxunmayacaq. Nasistlər Almaniyanın
xilas yolunu xərçəng xəstəliyinə bənzəyən
demokratiya və
marksizmi məhv etməkdə, alman xalqı üçün “yeni həyat
sahəsi” əldə etməkdə görürdülər. Nasisitlərin proqramları
Nitsenin fəlsəfəsindən qidalanırdı. Bu fəlsəfəyə görə həyat
güclülərin olmalı idi. Güclülər Nitsenin fikrincə, həmişə
qalibdirlər və onlar ağalıq etmək üçün doğulmuşlar. Faşistlər
şovinizmi və irqçiliyi təbliğ edir və almanların ari irqindən
olduğunu, sinfi bölgüyə yabançı olduğunu göstərirdilər.
Faşistlərin emblemi də arilərin özləri üçün götürdüyü emblemə
bənzəyirdi. Bu emblem kəllə sümüyündən və çarpazlaşmış
sümüklərdən təşkil edilmişdi. Faşistlər həyatda xoşbəxt olmaq
üçün zorakılığı əsas vasitə kimi götürürdülər. Onlar polukpatiya
və yəhudilərin kapitalı ilə qurtarmağı, trestlər üzərində nəzarət
təşkil etməyi, universal mağazaları bağlamağı,
işsizliyi ləğv
etməyi, aqrar islahat keçirməyi vəd edirdilər. Onlar həmçinin
almanların "həyat sahəsini" genişləndirməyi vəd edirdilər.
Nasist başçıları "yeni qayda" yaratmağı öz məqsədləri elan
edirdilər ki, bu qaydaya görə bir qisim xalqları qırmaq,
başqalarını tabe etməklə "təmiz arilərin hökmranlığı" qurulmalı
idi. Onlar almanlara təlqin edirdilər ki, sosial-iqtisadi
probelmləri «daxili düşmənlərin» – kommunistlərin və başqa
antifaşistlərin məhv edilməsi və Sovet İttifaqına qarşı müharibə
aparılması yolu ilə həll etmək olar. SSRİ-nin ərazisini, slavyan
xalqlarının məskunlaşdığı torpaqları hitlerçilər özlərinin
"ömürlük boş" torpaqları elan etmişdilər.
Nasistlər insan şəxsiyyətinə hər cür hörməti inkar edir,
qəddarlığa və zorakılığa pərəstişi yayırdılar. Nasist təbliğatına
uyan təbəqələr – yəni sənətkarlar,
kəndlilər, müharibə veteran-
ları, işsizlər, kapittalın nüfuzlu dairələri, demokratiyadan yo-
rulmuş gənclər, Veymar respublikasından narazı olan səna-
yeçilər, bankirlər və hərbi bürokratiya onları müdafiə edirdilər.
Nasistlər göstərirdilər ki, məqsədə çatmaq üçün hər cür vasitə
86
yaxşıdır. Onlar belə ideya irəli sürürdülər ki, alman xalqı bütün
dünyaya ağalıq etmək üçün yaranmışdır. Onlar minillik quldar-
lıq
quruluşu yaratmaq, bu quruluşda almanları, ağa, yerdə qalan
xalqları qul etmək fikrində idilər. Faşizmin prinsipləri belə
ifadə olunurdu. Güclü vahid dövlət, güclü vahid millət, güclü
vahid rəhbər.
Müllerin «böyük koalisiya» hökumətini 1930-cu ilin mar-
tında prezidentin sərəncamı ilə Mərkəz partiyasından olan
Brüninqin koalision hökuməti əvəz etdi. Bu vaxtdan Al-
maniyada demokratik rejimdən avtoritar rejimə keçidin əsası
qoyulmuş oldu. Brüninq hökuməti əmək haqqını aşağı saldı,
işsizliyə görə verilən müavinəti azaltdı, vergiləri artırdı. 1932-
ci ilin iyununda Brüninqi əvvəlcə fon Papen, dekabrda isə
Şlyayxer əvəz etdilər ki, onlar da
Hitlerin hakimiyyətə gəlməsi
üçün yol açmış oldular. 1932-ci ildə fon Papen xüsusi dekretlə
sahibkarlara icazə verdi ki, onlar fəhlə və qulluqçuların əmək
haqlarını aşağı salsınlar. Şlyayxer öz hökumətini «milli
həmrəylik hökuməti» adlandırdı. Böhran illərində faşistlərin
nüfuzu xeyli artdı. Belə ki, onlar 1928-ci il seçkilərində cəmi
800 min, 1930-cu il seçkilərində 6,4 milyon səs almışdılarsa,
1932-ci ilin iyun seçkilərində isə 13,7 milyon səs aldılar. Lakin
fon Panen hökumətinin fəaliyyəti faşistlərin nüfuzuna xeyli
xələl gətirdi. Belə ki, 1932-ci ilin noyabrında reyxstaqa
keçirilən seçkilərdə nasistlər 2 milyon səs itirdilər. Bu hadisə
alman inhisarçı burjuaziyasını və yunkerləri narahat etdi və
onlar kütlələrin inqilabi hərəkatından
qorxaraq faşistləri ha-
kimiyyətə gətirməyə tələsdilər. Y.Şaxtın təşəbbüsü ilə bir qrup
iri burjuaziyanın adından prezident Hündenburqa 1932-ci ilin
noyabrın 19-da belə bir tələb göndərildi ki, A.Hitler
reyxkansler təyin edilsin və yeni hökumətin tərkibinə faşistlər
daxil edilsin. Prezident hakim sinfin iradəsini yerinə yetirərək
1933-cü ilin yanvar ayının 30-da A.Hitleri alman hökumətinin
başçısı təyin etdi. Yeni hökumət formal olaraq koalision
87
adlansa da, əslində orada əksəriyyəti faşistlər təşkil etdilər.
Hitlerin "Milli həmrəylik" adlandırdığı hökumətin tərkibində
mərkəzçilər və mühafizəkarlardan da nümayəndələr var idi.
Almaniyada faşist diktaturası dövründə daxili siyasət
Versal müqaviləsinin alçaldıcı şərtləri
Almaniyada şovi-
nizmin təbliğatının genişlənməsinə imkan verdi. Almaniyada
faşistlər kutləvi sosial bazaya malik olmağı bacardılar. Bunun
əsas səbəbi fəhlələr, kəndlilər və burjuaziyanın səbatsız
ünsürlərinin onun dalınca getməsi idi. Faşistlər siyasi cərəyana
çevrildilər. Almaniyanın iri maliyyə dairələri faşistləri maliyyə
cəhətdən təmin etdilər. Əslində Almaniyada yaranan faşist
diktaturası da iri maliyyə maqnatlarının diktaturasından başqa
bir şey deyildi. Almaniyada fəhlə sinfinin parçalanması, xüsu-
silə komunistlərin sosial-demokratları «nasistlərin mötədil
qanadı» adlandırması da bu məsələdə mühüm rol oynadı.
Nasional-sosialistlərin gəncləri müdafiə edərək özlərinə onların
simasında güclü dayaq yaratmaları, hələ 20-ci illərdə partiya
işini yenidən qurmaları, 1928-ci ildə partiyanın ərazi
təşkilatlarını yaratmaları, nəinki regionlarda, hətta küçə və
məhəllələrdə də partiya özəkləri qurmaları, "pivəxana qiya-
mı"ndan sonra seçki yolu ilə hakimiyyətə gəlməyə üstünlük
vermələri və bu sahədə təbliğatı genişləndirmələri də onların
qələbəsinə imkan yaradan mühüm amillər idi. Dindarlar da
nasional-sosialistləri müdafiə etdilər.
Almaniyada nasional-
sosialistlərin əleyhinə olan qüvvələr zəif idi. Beynəlxalq
vəziyyət, ABŞ-ın bu məsələdə bitərəf mövqeyi və Avropada
formalaşmış ictimai rəy də nasional-sosalistlərin xeyrinə oldu.
1933-cü yanvarın 30-da Almaniyada faşist partiyasının
hakimiyyətə gəlməsi ilə Veymar konstitusiyasının demontajı
başladı. Ümumiyyətlə, Almaniyada Veymar konstitusiyası və
Respublikası 1933-cü ilin yanvarına qədər qüvvədə qaldı.
Faşistlər hakimiyyət başına gəldikdən dərhal sonra demokratik
88
azadlıqlar üzərinə hücumə keçdilər. Onlar ölkədə demokratik
azadlıqları ləğv etməyə və siyasi rəqiblərinə qarşı açıqca terrora
başladılar. Onlar öz hərəkətlərinə haqq qazandırmaq üçün
1933-cü il fevralın 27-də Reyxstaqı yandırıb onun təqsirini
kommunistlərin üstünə yıxdılar. 1933-cü il fevralın 28-də
Hitlerin tələbi ilə Hindenburq "xalqı və dövləti müdafiə etmək"
adlı fövqaladə fərman imzaladı ki, bu fərmana əsasən Veymar
konstitusiyasının müəyyən etdiyi bütün azadlıqlar ləğv edildi.
Əslində Veymar konstitusiyası qüvvədən düşmüş oldu. 1933-
cü il martın 5-də yeni növbədənkənar
parlament seçkiləri təşkil
edildi. Martın 5-də keçirilən seçkilərdə kommunistlər – 5,
burjua partiyaları 9, sosial demokratiklər 7 milyondan çox,
faşistlər isə 17,5 milyon səs aldılar. Bu hadisə faşistlər
tərəfindən "milli inqilab" adlandırıldı. Bu hadisədən sonra
faşistlər unifikasiya, yəni vahid şəklə salma siyasəti yeritməyə
başladılar. 1933-cü il martın 14-də kommunist partiyasının
fəaliyəti qadağan edildi və onun 81 mandat yeri ləğv edildi.
1933-cü ilin mayında həmkarlar ittifaqının fəaliyyəti
dayandırıldı. Fəhlələr məcburi surətdə faşist Leyin başçılıq
etdiyi "Əmək cəbhəsi"ndə birləşməli idilər. 18 yaşdan 25 yaşa
qədər olan gənclər üçün ikiillik əmək mükəlləfiyyəti tətbiq edil-
di. Bu müddətdə onları hərbiləşdirilmiş düşərgələrdə saxlayır,
istehkamlarda, yollarda və s. tikintilərdə işlədirdilər. Əmək
düşərgələrinin yaradılması işsizliyin bir qədər azalmasına
gətirib çıxardı və hitlerçilərə gənclərin bir hissəsinə siyasi təsir
göstərmək imkanı asanlaşdı. 1933-cü il iyunun 23-də sosial-
demokrat, iyulun 24-də isə faşist partiyasından
başqa bütün
siyasi partiyaların fəaliyyəti qadağan edildi. Ölkədə ancaq
Almaniya nasional-sosialist fəhlə partiyasının fəaliyyəti
saxlanıldı. Bu ölkədə totalitar rejimin yaranması demək idi.
1933-cü ilin yazı və yayında faşist idarə üsulunun for-
malaşması əsasən başa çatdı. Hökumət, şəxsən Hitler qanun
vermək hüququ aldı. 1933-cü ilin martında federal dövlətin