Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 5,49 Kb.
Pdf görüntüsü
səhifə22/93
tarix16.11.2017
ölçüsü5,49 Kb.
#10454
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   93

 
85
ki, o, xüsusi mülkiyyətə toxunmayacaq. Nasistlər Almaniyanın 
xilas yolunu xərçəng xəstəliyinə  bənzəyən demokratiya və 
marksizmi məhv etməkdə, alman xalqı üçün “yeni həyat 
sahəsi”  əldə etməkdə görürdülər. Nasisitlərin proqramları 
Nitsenin fəlsəfəsindən qidalanırdı. Bu fəlsəfəyə görə  həyat 
güclülərin olmalı idi. Güclülər Nitsenin fikrincə, həmişə 
qalibdirlər və onlar ağalıq etmək üçün doğulmuşlar. Faşistlər 
şovinizmi və irqçiliyi təbliğ edir və almanların ari irqindən 
olduğunu, sinfi bölgüyə yabançı olduğunu göstərirdilər. 
Faşistlərin emblemi də arilərin özləri üçün götürdüyü emblemə 
bənzəyirdi. Bu emblem kəllə sümüyündən və çarpazlaşmış 
sümüklərdən təşkil edilmişdi. Faşistlər həyatda xoşbəxt olmaq 
üçün zorakılığı əsas vasitə kimi götürürdülər. Onlar polukpatiya 
və yəhudilərin kapitalı ilə qurtarmağı, trestlər üzərində nəzarət 
təşkil etməyi, universal mağazaları bağlamağı, işsizliyi ləğv 
etməyi, aqrar islahat keçirməyi vəd edirdilər. Onlar həmçinin 
almanların "həyat sahəsini" genişləndirməyi vəd edirdilər. 
Nasist başçıları "yeni qayda" yaratmağı öz məqsədləri elan 
edirdilər ki, bu qaydaya görə bir qisim xalqları  qırmaq, 
başqalarını tabe etməklə "təmiz arilərin hökmranlığı" qurulmalı 
idi. Onlar almanlara təlqin edirdilər ki, sosial-iqtisadi 
probelmləri «daxili düşmənlərin» – kommunistlərin və başqa 
antifaşistlərin məhv edilməsi və Sovet İttifaqına qarşı müharibə 
aparılması yolu ilə həll etmək olar. SSRİ-nin ərazisini, slavyan 
xalqlarının məskunlaşdığı torpaqları hitlerçilər özlərinin 
"ömürlük boş" torpaqları elan etmişdilər. 
Nasistlər insan şəxsiyyətinə  hər cür hörməti inkar edir, 
qəddarlığa və zorakılığa pərəstişi yayırdılar. Nasist təbliğatına 
uyan təbəqələr – yəni sənətkarlar, kəndlilər, müharibə veteran-
ları, işsizlər, kapittalın nüfuzlu dairələri, demokratiyadan yo-
rulmuş  gənclər, Veymar respublikasından narazı olan səna-
yeçilər, bankirlər və hərbi bürokratiya onları müdafiə edirdilər. 
Nasistlər göstərirdilər ki, məqsədə çatmaq üçün hər cür vasitə 
 
86
yaxşıdır. Onlar belə ideya irəli sürürdülər ki, alman xalqı bütün 
dünyaya ağalıq etmək üçün yaranmışdır. Onlar minillik quldar-
lıq quruluşu yaratmaq, bu quruluşda almanları, ağa, yerdə qalan 
xalqları qul etmək fikrində idilər. Faşizmin prinsipləri belə 
ifadə olunurdu. Güclü vahid dövlət, güclü vahid millət, güclü 
vahid rəhbər.  
Müllerin «böyük koalisiya» hökumətini 1930-cu ilin mar-
tında prezidentin sərəncamı ilə  Mərkəz partiyasından olan 
Brüninqin koalision hökuməti  əvəz etdi. Bu vaxtdan Al-
maniyada demokratik rejimdən avtoritar rejimə keçidin əsası 
qoyulmuş oldu. Brüninq hökuməti  əmək haqqını  aşağı saldı, 
işsizliyə görə verilən müavinəti azaltdı, vergiləri artırdı. 1932-
ci ilin iyununda Brüninqi əvvəlcə fon Papen, dekabrda isə 
Şlyayxer əvəz etdilər ki, onlar da Hitlerin hakimiyyətə gəlməsi 
üçün yol açmış oldular. 1932-ci ildə fon Papen xüsusi dekretlə 
sahibkarlara icazə verdi ki, onlar fəhlə  və qulluqçuların  əmək 
haqlarını  aşağı salsınlar.  Şlyayxer öz hökumətini «milli 
həmrəylik hökuməti» adlandırdı. Böhran illərində faşistlərin 
nüfuzu xeyli artdı. Belə ki, onlar 1928-ci il seçkilərində  cəmi 
800 min, 1930-cu il seçkilərində 6,4 milyon səs almışdılarsa, 
1932-ci ilin iyun seçkilərində isə 13,7 milyon səs aldılar. Lakin 
fon Panen hökumətinin fəaliyyəti faşistlərin nüfuzuna xeyli 
xələl gətirdi. Belə ki, 1932-ci ilin noyabrında reyxstaqa 
keçirilən seçkilərdə nasistlər 2 milyon səs itirdilər. Bu hadisə 
alman inhisarçı burjuaziyasını  və yunkerləri narahat etdi və 
onlar kütlələrin inqilabi hərəkatından qorxaraq faşistləri ha-
kimiyyətə gətirməyə tələsdilər. Y.Şaxtın təşəbbüsü ilə bir qrup 
iri burjuaziyanın adından prezident Hündenburqa 1932-ci ilin 
noyabrın 19-da belə bir tələb göndərildi ki, A.Hitler 
reyxkansler təyin edilsin və yeni hökumətin tərkibinə faşistlər 
daxil edilsin. Prezident hakim sinfin iradəsini yerinə yetirərək 
1933-cü ilin yanvar ayının 30-da A.Hitleri alman hökumətinin 
başçısı  təyin etdi. Yeni hökumət formal olaraq koalision 


 
87
adlansa da, əslində orada əksəriyyəti faşistlər təşkil etdilər. 
Hitlerin "Milli həmrəylik" adlandırdığı hökumətin tərkibində 
mərkəzçilər və mühafizəkarlardan da nümayəndələr var idi.  
 
Almaniyada faşist diktaturası dövründə daxili siyasət 
Versal müqaviləsinin alçaldıcı  şərtləri Almaniyada şovi-
nizmin təbliğatının genişlənməsinə imkan verdi. Almaniyada 
faşistlər kutləvi sosial bazaya malik olmağı bacardılar. Bunun 
əsas səbəbi fəhlələr, kəndlilər və burjuaziyanın səbatsız 
ünsürlərinin onun dalınca getməsi idi. Faşistlər siyasi cərəyana 
çevrildilər. Almaniyanın iri maliyyə dairələri faşistləri maliyyə 
cəhətdən təmin etdilər.  Əslində Almaniyada yaranan faşist 
diktaturası da iri maliyyə maqnatlarının diktaturasından başqa 
bir şey deyildi. Almaniyada fəhlə sinfinin parçalanması, xüsu-
silə komunistlərin sosial-demokratları «nasistlərin mötədil 
qanadı» adlandırması da bu məsələdə mühüm rol oynadı. 
Nasional-sosialistlərin gəncləri müdafiə edərək özlərinə onların 
simasında güclü dayaq yaratmaları, hələ 20-ci illərdə partiya 
işini yenidən qurmaları, 1928-ci ildə partiyanın  ərazi 
təşkilatlarını yaratmaları, nəinki regionlarda, hətta küçə  və 
məhəllələrdə  də partiya özəkləri qurmaları, "pivəxana qiya-
mı"ndan sonra seçki yolu ilə hakimiyyətə  gəlməyə üstünlük 
vermələri və bu sahədə  təbliğatı genişləndirmələri də onların 
qələbəsinə imkan yaradan mühüm amillər idi. Dindarlar da 
nasional-sosialistləri müdafiə etdilər. Almaniyada nasional-
sosialistlərin  əleyhinə olan qüvvələr zəif idi. Beynəlxalq 
vəziyyət, ABŞ-ın bu məsələdə bitərəf mövqeyi və Avropada 
formalaşmış ictimai rəy də nasional-sosalistlərin xeyrinə oldu.  
1933-cü yanvarın 30-da Almaniyada faşist partiyasının 
hakimiyyətə  gəlməsi ilə Veymar konstitusiyasının demontajı 
başladı. Ümumiyyətlə, Almaniyada Veymar konstitusiyası  və 
Respublikası 1933-cü ilin yanvarına qədər qüvvədə qaldı. 
Faşistlər hakimiyyət başına gəldikdən dərhal sonra demokratik 
 
88
azadlıqlar üzərinə hücumə keçdilər. Onlar ölkədə demokratik 
azadlıqları ləğv etməyə və siyasi rəqiblərinə qarşı açıqca terrora 
başladılar. Onlar öz hərəkətlərinə haqq qazandırmaq üçün 
1933-cü il fevralın 27-də Reyxstaqı yandırıb onun təqsirini 
kommunistlərin üstünə  yıxdılar. 1933-cü il fevralın 28-də 
Hitlerin tələbi ilə Hindenburq "xalqı və dövləti müdafiə etmək" 
adlı fövqaladə fərman imzaladı ki, bu fərmana əsasən Veymar 
konstitusiyasının müəyyən etdiyi bütün azadlıqlar ləğv edildi. 
Əslində Veymar konstitusiyası qüvvədən düşmüş oldu.  1933-
cü il martın 5-də yeni növbədənkənar parlament seçkiləri təşkil 
edildi. Martın 5-də keçirilən seçkilərdə kommunistlər – 5, 
burjua partiyaları 9, sosial demokratiklər 7 milyondan çox, 
faşistlər isə 17,5 milyon səs aldılar. Bu hadisə faşistlər 
tərəfindən "milli inqilab" adlandırıldı. Bu hadisədən sonra 
faşistlər unifikasiya, yəni vahid şəklə salma siyasəti yeritməyə 
başladılar. 1933-cü il martın 14-də kommunist partiyasının 
fəaliyəti qadağan edildi və onun 81 mandat yeri ləğv edildi. 
1933-cü ilin mayında həmkarlar  ittifaqının fəaliyyəti 
dayandırıldı. Fəhlələr məcburi surətdə faşist Leyin başçılıq 
etdiyi "Əmək cəbhəsi"ndə birləşməli idilər. 18 yaşdan 25 yaşa 
qədər olan gənclər üçün ikiillik əmək mükəlləfiyyəti tətbiq edil-
di. Bu müddətdə onları  hərbiləşdirilmiş düşərgələrdə saxlayır, 
istehkamlarda, yollarda və s. tikintilərdə  işlədirdilər.  Əmək 
düşərgələrinin yaradılması  işsizliyin bir qədər azalmasına 
gətirib çıxardı və hitlerçilərə gənclərin bir hissəsinə siyasi təsir 
göstərmək imkanı asanlaşdı. 1933-cü il iyunun 23-də sosial-
demokrat, iyulun 24-də isə faşist partiyasından başqa bütün 
siyasi partiyaların fəaliyyəti qadağan edildi. Ölkədə ancaq 
Almaniya nasional-sosialist fəhlə partiyasının fəaliyyəti 
saxlanıldı. Bu ölkədə totalitar rejimin yaranması demək idi.  
1933-cü ilin yazı  və yayında faşist idarə üsulunun for-
malaşması  əsasən başa çatdı. Hökumət,  şəxsən Hitler qanun 
vermək hüququ aldı. 1933-cü ilin martında federal dövlətin 


Yüklə 5,49 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə